Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Mikroorqanizmlərin maddələr dövranında iştirakı



Yüklə 121,03 Kb.
səhifə36/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   32   33   34   35   36   37   38   39   ...   65
mikro imtahan sualları

40.Mikroorqanizmlərin maddələr dövranında iştirakı

Yer üzərində həyatın təmin edilməsində mikroorqanizmlərin bütün funksiyalarından ən əhəmiyyətlisi onların maddələr dövranında iştirakıdır. Yer örtüyünün sakinləri olan insan, heyvan və bitkilər illərlə çoxaldıqları kimi tələfdə olurlar. Belə halda onların qalıqları toplanıb qalmış olsaydı, o zaman həmin sahələrdə üzvi birləşmələrdən dağlar əmələ gəlməklə yerin səthi tezliklə örtülərdi və həyat dayanardı. Lakin belə vəziyyətə heç təsadüf olunmayıb. Çünki üzvi qalıqlar mikroorqanizmlərin biokimyəvi fəaliyyəti nəticəsində sistematik olaraq zülallar, karbohidratlar, yağlar və sadə birləşmələrə parçalanmaqla bitkilərin qidasına çevrilir və beləliklə eləmentlər dövranına cəlb olunur. Unutmaq olmaz ki, insanların təsarüfat və sənaye fəaliyyəti də bioloji dövrana öz təsirini göstərir. Beləliklə məlum olmuşdur ki, canlı materiyanın tərkibindəki biogen və digər kimyəvi elementlərin hamısı ( sintetik birləşmələrdən başqa) bioloji dövranda iştirak edir və burada əsas rol mikroorqanizmlərə mənsubdur. Təbiətdə elə bir element yoxdur ki, o mikroorqanizmlərin təsirinə məruz qalmasın. Karbon dövranında mikroorqanizmlər yaşıl bitkilər tərəfindən üzvi birləşməyə keçmiş karbonun minerallaşmasını təmin edir ki, bununla da karbon qazı ilə üzvi maddələrin minerallaşması arasında dəqiq tarazlıq yaradılır. yaşıl bitkilərin fotosintetik fəallığı o qədər yüksəkdir ki, onlar atmosferdə olan CO2 ehtiyatını 40 il müddətində tükəndirə bilərdi. Əgər ibtidai heyvanlar və mikroorqanizmlərin üzvi maddələri daimi minerallaşdırılması nəticəsində CO2 əmələ gəlməsəydi, o zaman yaşıl bitkilər CO2 –nın fiksasiyasını tezliklə dayandırmalı olardı. Demək olar ki, torpaqda olan bakteriyalar göbələklər yer üzərində fotosintez aparan yaşıl bitkilərdən az rol oynamır.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin