Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Ammonyaklaşma – ammonifikasıya



Yüklə 121,03 Kb.
səhifə38/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   34   35   36   37   38   39   40   41   ...   65
mikro imtahan sualları

42.Ammonyaklaşma – ammonifikasıya

Müxtəlif yollarla torpağa daxil olan, azotu fiksə etmədən alınan, bitki və heyvani qalıqlarda olan, gübrələrlə verilən və humusun tərkibindəki azot üzvi azotlu birləşmələr şəklində olur. Lakin bu qədər miqdarda olan azot bitkilər tərəfindən mənimsənilə bilmir, çünki onların mineral formalı azota ehtiyacları vardır. Mikroorqanizmlərdən bakteriyalar, aktinomisetlər, göbələklər və s. fəaliyyəti nəticəsində üzvi azotlu birləşmələr nisbətən sadə birləşmələrə parçalanır və nəticədə müəyyən qədər ammonyak sərbəstləşir ki, buna da ammonyaklaşma və ya ammonifikasiya prosesi deyilir. Azotlu maddələrin ammonyaklaşmaya uğraması prosesinin təbiətdə və kənd təsərrüfatı təcrübəsində böyük əhəmiyyəti vardır. Çünki bitkilər ammonyum duzlarını digərlərinə nisbətən daha asan mənimsəyə bilir. Tədqiqatlar göstərmişdir ki, ammonyak əsasən ammonyaklaşdırıcı bakteriyaların ifraz etdikləri hidrolitik fermentlərlə hidroliz yolu ilə alınır.



Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin