50.Kükürd, fosfor və dəmir birləşmələrinin mikrobioloji çevrilmələri
Karbon və azot kimi kükürd də maddələr dövranında iştirak edir. Bu orqanogen element kimi canlı orqanizmlər üçün vacibli elementlərdəndir. Kükürd zülallarının bitkilərin, heyvanların və mikroorqanizmlərin, amin turşularının, vitaminlərin və b. tərkibində olur. Bitki və heyvani qalıqlarla kükürd üzvü maddələrin tərkibində torpağa daxil olur və parçalandıqda əsasən o, H2S və az miqdarda merkaptanlar formasında ayrılır. Torpaqda H2S kimyəvi yolla kükürdə çevrilir və bu kükürd mənimsəyən bakteriyaların köməyi ilə sulfat turşusuna və onun duzuna çevrilib bitkilərin istifadəsinə yararlı olur. Torpaqda sulfatlaşma nəticəsində çoxlu sulfatlar və sulfidlər toplanır. (onlardan sulfatlara CaSO4 · 2H2O. NazSO4: K2S04; sulfidlərdən isə FeS2; Na2S, ZnS- birləşmələrini göstərmək olar). Bitki və heyvani qalıqların tərkibində olan fosfor torpağa düşdükdən sonra müxtəlif biokimyəvi proseslərə uğrayır. Bu elementin torpaqdakı çevrilmə prosesi iki yolla gedir: üzvi fosforun minerallaşması və çətin həll olan fosforlu birləşmələrin asan həll olan formaya keçməsi. Üzvi fosforun minerallaşması prosesində çürümə əmələ gətirən mikroorqanizmləri, xüsusilə sporlulardan Bac. megaterium. Bac. mesentericus və sporsuz bakteriyalardan Pseudomonas. Micrococcus, Mycobacterium cinsinin növləri mikroskopik göbələklərdən Aspergillus, Penicillum, Rhizopus, Trichothecium, Alternaria va s. cinslərinin növləri, bəzi aktinomisetlər və s. iştirak edir. Üzvi fosfor birləşmələrinin parçalanmasından əmələ gələn fosfat turşusu tezliklə torpaqda olan Ca, Mg, Fe, Al elementləri ilə birləşib, çətin həll olan duzlara çevrilir. Beləliklə də bitkilər üçün az yararlı olur, lakin torpaqdakı mikroorqanizmlərin iştirakı ilə gedən müxtəlif biokimyəvi turşu əmələ gətirən proseslər nəticəsində fosfatlar suda həll olan formaya keçir, mənimsənilən şəklə düşür. Belə mikroorqanizmlərdən nitratlaşdırıcı, kükürd mənimsəyən bakteriyaları, tion bakteriyalarını misal göstərmək olar. Üzvi dəmir birləşmələrin mineralizə olunmasında torpaqda olan çoxlu xemoorqano heterotrof və aerob və anaerob mikrob növləri iştirak edirlər. bakteriyalar mühitdə olan həll olmuş dəmir karbonatı oksidləşdirərək onu dəmir hidroksidinə çevirib və hüceyrələrinin üzərini örtən selikli örtüyün içərisinə toplanır. Torpaqda dəmirin çevrilməsində mikroorqanizmlər Düzgün və dolayı yolla iştirak edirlər. Birincidə turş mühitdə dəmirin oksidləşməsində xüsusi dəmir bakteriyalarından Thiobacillus ferroxidans iştirak edir. Burada dəmirin oksidləşib Fe2+ - Fe3+ çevrilməsi hava oksigeni hesabına gedir və alınan enerji- ATF qalır və xemosintez tipli CO-nin fiksasiyasında istifadə olunur. Dolayı yolla dəmirin oksidləşməsinə neytral mühitdə təsadüf olunur və burada mikroorqanizmlər oksidləşmə üçün enerji sərf etmirlər, hetereotrof mikroorqanizmlər bu yolla metabolitik proseslərdə əmələ gəlmiş hidrogen peroksidini ayırırlar. Belə mikroorqanizmlərdən Siderocupsa, Siderobacter va Artrobakteriyalara da təsadüf olunur.
Dostları ilə paylaş: |