Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Clostridium pasteurianum – un azot fiksə etməsi



Yüklə 121,03 Kb.
səhifə44/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   40   41   42   43   44   45   46   47   ...   65
mikro imtahan sualları

48.Clostridium pasteurianum – un azot fiksə etməsi

Torpaqda sərbəst yaşayan və atmosfer azotunu fiksə edən növlərdən biri də 1895-ci ildə S.N.Vinoqradski tərəfindən təmiz kulturaya çıxarılıb, öyrənilmiş Clostridium pasterianum-dur. Bunlar çöpvari formaya malikdirlər, uzunluqları 2,5-7,5 mkm-dir. Bu bakteriyalar qram-müsbət, obliqat anaerobdurlar. Mühitdə pH=5,5-8,0 olduqda onlar 25°C temperaturada yaxşı inkişaf edirlər. Clostridium pasteuriamum spor əmələ gətirən mikroorqanizmlərdəndir, hüceyrələr vegetativ inkişaf dövründə çöp formasında, hərəkətli, spor əmələ gətirdikdə isə yarım ay şəklində olur. Yetişmiş spor xüsusi kapsula ilə əhatə olunur. Sporları hüceyrənin mərkəzində yerləşib, ona oval və uzunsov forma verir. Azotobakterlər kimi müxtəlif karbon mənbələrindən istifadə edirlər. Azotsuz qidalı mühitdə atmosfer azotunu fiksə edir. Torpaqda geniş yayılmışdır. Oksigendən özünü qorumaq üçün Clostridiunm pasteurianum inkişaf etdiyi mühitdə saprofit bakteriyalarla birlikdə yaşayır. Saprofit bakteriyalar mühitdə olan oksigeni udur, azotu isə həmin bakteriyalara verir. Beləliklə, Clostridium pasteurianum -un sporlarının inkişafi üçün şərait yaradır ki, bunlar da inkişaf edərək molekulyar azotu mənimsəyib, onun bir hissəsini qidalı mühitə verir və bununla da saprofit bakteriyalarının yaşamasını təmin edir. Clostridium pasteurianum-la birlikdə yaşayan mikroorqanizmlərdən Chromobacter prodigiosum. Pseudom. fluorescens, Bac. megaterium və s. göstərmək olar. Clostridium pasteurianum molekulyar azotu fiksə etdikdə enerji mənbəyi kimi oksidləş- dirici reaksiyalardan deyil, yağ turşusuna qıcqırmadan istifa-də edir. Bu proses azotlu maddə az olan mühitdə daha intensiv gedir. Bakteriyalar mənimsənilən şəkərin hər qramına görə 1-3 mq azot fiksə edir. Lakin bu bakteriyaların fizioloji tələbatına uyğun qidalı mühitlər seçməklə azot fiksə etməni yüksəltmək olur. Azotobakteriər inkişaf edə bilməyən, xüsusilə, turş re-aksiyalı torpaqilarda atmosfer azotunun fiksə edilməsi, bu bakteriyaların həyat fəaliyyəti ilə əlaqədar gedir. Onlara torpaqdan başqa suda, bataqlıqlarda və bitki qalıqları üzərində rast gəlmək olur. Clostridium cinsinin digər növlərində də (Clost. butyricum, Clost.pectinovorum və s.) azot fiksə etmə qabiliyyəti vardır.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin