Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı



Yüklə 121,03 Kb.
səhifə52/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   48   49   50   51   52   53   54   55   ...   65
mikro imtahan sualları

56.Suyun mikrobiosenozu

Bakteriyalar su sevən – hidrofil orqanizmlər olduğuna görə, su mühitində onlar çox olur və yaxşı inkişaf edirlər. Çünki su mühitində oksigen, azot, karbon qazı, kükürd, dəmir, fosfor və s. birləşmələr həll olmuş şəkildədir. Su mühitində yaranan belə şərait müxtəlif fizioloji qrup mikroorqanizmlərin inkişafına səbəb olur. Suya mikroorqanizmlər əsasən torpağın səthindən, qismən də havadan, yağış və tozla düşür. Ona görə də torpaqda və havada olan mikroorqanizmlərə çox vaxt suda rast gəlmək olur. Bunlarla yanaşı, suda bir çox su mühitinə uyğunlaşmış spesifik mikrobiotaya da təsadüf olunur. Sularda geniş yayılmış mikroorqanizmlərdən Bact.aquatilis, mikrokokkus candisans, Psevdmonas fluorescens, Micrococcus rascus, Bact.violaceum, Spirillum rubrum və başqalarını göstərmək olar. Müxtəlif su mənbələrinin mikrobiotası fərqlənir. Artezian quyularının və bulaqların suyu demək olar ki, mikrobsuz olur (1 ml-də 10 ədəd). Belə sulara mikroorqanizmlər yalnız xaricə çıxandan sonra düşə bilir. Su mənbələrinin çirklənməsinə səbəb yaşayış məskənlərinin suya yaxın olmasıdır, çünki həmin sulara müxtəlif tullantılar və kanalizasiya suları da qarışa bilir. Üzvi maddələrlə zəngin olan belə sularda mikroorqanizmlər hədsiz çox olur. Dəniz və göllərdə isə sahildən uzaqlaşdıqca mikrobların miqdarı azalır. Suyun təmizlik dərəcəsi 1 ml suda olan saprotrof mikrobların sayına görə müəyyən edilir. 1 ml-də 100-ə qədər saprotrof bakteriya olan su yaxşı su hesab edilir. Bu mikrobların sayı 100-500 qədər olduqda, belə su şübhəli və 500-dən artıq olduqda isə çirkli su hesab olunur. Belə suyu xüsusi süzgəclərdən süzdükdən və ya qaynatdıqdan sonra istifadə etmək olar. Yağış suyunda mikroblar çox az olur. Çirkli sularda xarakterik mikrob növləri müşahidə olunur. Bunlardan Leptomitus lacteus, Sphacrotilus və Beggiatoa cinsinin nümayəndələrini, çürüdücü bakteriyaları göstərmək olar. Əhali tərəfindən işlənilən suya mikroblar xəstə adamların və ya heyvanların ifrazatı vasitəsilə düşə bilər və belə sular bəzən qanlı ishal, vəba, qarın yatalağı xəstəliklərinin yayılmasına səbəb olur. Buna görə də əhalinin istifadə etdiyi suyun mikroblarla nə dərəcədə çirklənməsi nəzarət altında olur. Sularda patogen bakteriyaları tapmaq çətin olduğundan, suyun çirklənmə dərəcəsi onda olan bağırsaq çöplərinin miqdarı ilə aydınlaşdırılır. Əgər su insan və ya heyvan nəcisi ilə çirklənibsə, belə suda bağırsaq çöpləri həmişə çox olur. Ona görə də bu çöplər çirkli su üçün indikator hesab olunurlar. Səhiyyə nöqteyi-nəzərincə suyun təmiz, yaxud natəmiz olmasını bilmək üçün əsasən 3 göstəricidən istifadə edilir. Bunlara: 1) suyun 1 ml-də olan saprotrof mikrobların ümumi miqdarı; 2) suyun koli-titri; 3) suyun koli-indeksi aiddir.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin