Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Mikroorqanizmlərin canlılarla qarşılıqlı əlaqəsi



Yüklə 121,03 Kb.
səhifə55/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   51   52   53   54   55   56   57   58   ...   65
mikro imtahan sualları

59.Mikroorqanizmlərin canlılarla qarşılıqlı əlaqəsi

Mikroorqanizmlər təbiətdə və ya canlıların bədənlərində əsasən tək olaraq, iki bəzən də çoxlu mikrob növü ilə birlikdə əmələ gətirdiyi populyasiya halında olur, yaşayır və çoxalırlar. Birdən artıq və müxtəlif orqanizmin birlikdə yaşamaqlarına, əsas olaraq simbioz adı verilir. Əgər orqanizmlərdən biri partnyoru olan orqanizmin üzərində yaşayırsa buna ekzosimbioz, içərisində yaşayırsa endosimbioz olaraq adlanırlar. Bu iki formada olan orqanizmlər yaşamaların növünə görə bəzi növlərə ayrılır: Mutualizm Birlikdə yaşayan iki mikroorqanizm-dən hər birisi bu ortaq yaşamadan qarşılıqlı xeyir əldə edirsə, bu birlikdə yaşamaq növünə mutuallik bu şəkildə yaşayan mikroorqan-izmlərdən hər birinə mutual - qarşılıqlı mikroorqanizm adı verilir. Qonaq və mutualist orqanizmlər bir-birilərinin metabolitlərinə ehtiyac hiss edərlər, yaşamaları və çoxalmalarında bu növ qarşılıqlı əlaqəyə bağlıdır. Digər bir ifadə ilə biri olmazsa, digəri də olmaz. Bu cür yaşamaq tərzinə bakteriyalar, göbələklər yosunlar, parazitlər, ibtidai və digər mikroorqanizmlər arasında gərək təbiətdə və çirkli suda, canlıların bədənində rast gəlmək mümkündür. Kommensalizm - Bu ortaq yaşama şəklində birlikdə olan mikroblardan biri bu ortaq yaşamadan xeyir təmin etdiyi halda, digəri isə nə xeyir, nə də zərər əldə edər. Bu əlaqədən xeyir əldə edən mikroorqanizmlər kommensal – mikroorqanizmlərdir Mikroorqanizmlər arasında çox rast gəlinən bir ortaq yaşama formasıdır. Sinerqizim - Birlikdə yaşayan iki mikroorqanizmin ortaq təsirlərinin hər birisinin ayrı-ayrı əmələ gətirə biləcəyi təsirlərin miqdarından daha çox olması sinerqizm adlanır. Digər bir ifadə ilə sinerqizm iki və ya daha çox mikroorqanizmlərin bir-birinə təsirini dəstəkləyərək, birlikdə əmələ gətirdiyi infeksiyanı  və vəziyyəti ifadə edir. Bu təsirlərin heç biri təkbaşına eyni nəticəni meydana gətirməzlər. İnsan və heyvanlarda müşahidə olunan bəzi miks infeksiyaların bir qismi sinergetik tərzdə baş verməkdədir. Yəni iki və ya daha çox mikroorqanizm birlikdə çalışaraq xəstəliyi meydana gətirirlər. Antoqonizm – Birlikdə yaşayan mikrobların birisi digərinin yaşamağı üzərinə zərərli təsir əmələ gətirəcək olursa, buna antibiyoz adı verilir. Bəzi mikroorqanizmlər çoxaldıqları mühitdə ifraz etdikləri bir qisim əriyə bilən maddələrin ya birbaş  və ya dolayı təsiri  ilə digər mikroorqanizmlərin çoxalmalarına, inkişafına mane ola bilir və ya öldürə bilir. Opurtunizm -insan və heyvanların müxtəlif sistemlərində və ya müxtəlif yerlərində normal olaraq yaşayan lakin xəstəlik əmələ gətirməyən təsirlər qonaq orqanizmin səhhətinin pozulması və ya ətraf şəraitinin dəyişməsi nəticəsində xəstəlik əmələ gələ bilər. Kompetisya - Eyni qida, reseptor, substrat və s. üçün iki varlığın qarşılıqla rəqabətdə olması, birinin yerini digərinin azalması zamanı ortaya çıxan bir yaşamaq tərzidir. Bunun misallarını xüsusilə antibiotiklərin qarşılıqlı təsirində və ya bağırsaqlardakı eyni reseptor qidanı, kimyəvi və s. paylaşan mikroorqanizmlər arasında görmək mümkündür. Parazitizm - Mikrobların orqanizm ilə olan əlaqələrindən birisi və tibb mikrobiologiyası üçün ən vacibi parazitlikdir. Bəzi mikroorqanizmlər üzərində və ya içində yaşadığı qonaq orqanizmdən yararlanır. İnsanlar və heyvanlarda xəstəlik əmələ gətirən təsirlər bu istiqamətlərdən (bakteriya, virüs, göbələk, qurd və s.) parazit olaraq qəbul edə bilərik. Simbioz - müştərək həyat - Bu münasibət zamanı iki müxtəlif növdən olan mikroorqanizmlər bir-birinin yaşaması üçün şərait yaradaraq inkişaflarına mane olmadan müştərək həyat keçirirlər. Mikroorqanizmlər arasındakı simbioza müxtəlif qruplar arasında – bakteriyalar, aktinomisetlər, kif göbələkləri, yosunlar, göbələklər və s.təsadüf olunur.


Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin