Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Virusların hüceyrəyə daxil olma formaları



Yüklə 121,03 Kb.
səhifə58/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   54   55   56   57   58   59   60   61   ...   65
mikro imtahan sualları

    Bu səhifədəki naviqasiya:
  • Korona
62.Virusların hüceyrəyə daxil olma formaları

Viruslar əsasən zülal və nuklein turşularından təşkil olunmuşdur. Belə viruslar sadə viruslar adlanır. Zülal ilə nuklein turşuları birlikdə nukleoproteidlər adlanır. Mürəkkəb quruluşlu viruslarda zülal ilə nuklein turşularından əlavə lipidlər və karbohidratlar olur. Virusların ölçüləri nm lə ölçülür. Bunlar asanlıqla bakterial süzgəçdən keçirlər. Ölçüsünə görə 3 qrupa bölünürlər. 1) ən xırda ölçüyə malik olan viruslar. 2) orta ölçüyə malik olan viruslar. 3) iri ölçüyə malik olan viruslar. Ən xırda ölçüyə malik olan viruslarən ölçüsü 15 – 30 nm olur. Bunlarada pikornoviruslar, popiloma və polioma əmələ gətirən papoviruslar, sarı qırzdırmanı əmələ gətirən arboviruslar aiddir. Orta ölçülü viruslara – qrip, qızılca paraqrip xəstəliyini törədən mikso viruslar, herpes viruslar daxildir və ölçüləri 80-200 nm arasında olur. İri ölçüyə malik olan viruslar- bunlara tütünün mozaika virusunu misal gösdərmək olar. Bunlarında ölçüsü 300 nm dən yuxarı olan viruslar aiddir. Viruslar formalarına görə bir neçə qrupa bölünürlər: 1) dəyirmi formalı viruslar - heyvan, insan və bitki xəstəlikləri əmələ gətirən viruslar (qrip, qızılca); 2) kubvari formada olan viruslar (çiçək); 3) basilformalı viruslar (arpanın xətli virusu); 4) çöp formalı viruslar (tütündə, kartofda alabəzəklik xəstəliyi törədən viruslar); 5) sapşəkilli viruslar (kartof virusu, şəkər çuğundurun saralmasına səbəb olan virus). Toqa viruslar – (latınca örtük deməkdir). Bu ailənin 90 dan çox növü vardır. Virus hissəcikləri 20 künclüdür. Kimyəvi tərkibinə görə RNT (5,7%), protein (60%) , zülal, yağ (27-30%), və karbohidratlardan (6,6 – 6,5%) ibarətdir. Korona viruslar - əsasən xaricdən litoproteid membranla əhatə olunub. kimyəvi tərkibcə protein, lipid, RNT və karbohidratlardan ibarətdir. RNT – tək qatlı olur, insanlarda enterid, heyvanlarda hepatit, toyuqlarda bronxit xəstəliyi əmələ gətirir. Retro viruslar – sferik formaya malikdir. RNT tək qatlı olur. Tərkibcə RNT karbohidrat, yağ və zülaldan ibarətdir. İnsanlarda leykoz xəstəliyini bu viruslar yaradır. Bionyo viruslar – oval formaya malikdir. RNT tək qatlı spiral formaya malikdir. Tərkibcə RNT, protein karbohidrat, yağdan ibarətdir. İnsanda ensofolit xəstəliyi yaradır. Ensofilit(basda irinli çirk yığılması). Pikono viruslar – tərkib etibarı ilə protein, karbohidrat və yağdan ibarətdir. Dabaq xəstəliyini törədir. Bəzən bu viruslara entoro viruslar deyilir. Orto mikso viruslar – sferik formaya malikdir. Kimyəvi tərkibcə RNT, protein, karbohidrat və lipidlərdən ibarətdir. İnsanda heyvanlarda, qrip, qızılca kimi xəstəlik törətmə xüsusiyyətinə malikdir. DNT tərkibli viruslar qrupuna isə Poksi viruslar (məs: təbii çiçək virusu, çiçək vaksini virusu və b. ), Herpes viruslar qrupu (sadə herpes, su çiçəyi, sitomeqaliya virusları və s.), Hepadno viruslar (insanın B hepatit virusu), Adeno viruslar (insanın adenovirusları), Parvo viruslar (adenoassosiyalaşmış viruslar) və digər qruplar daxildir. Poksi viruslar – çiçək virusları adlanan mikro orqanizmlər, heyvanlarda ən iri viruslar olub, bəzən ölçüsü 260 nm qədər olur. Bunların tərkibi kapsomerlər və kapsitdən, nuklein turşusundan ibarətdir. Həmçinin bunlar çıxıntıya malikdirlər.


Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin