61.Antibiotik maddələr
Antibiotiklər (Anti – əks, yun. bios - həyat) – müxtəlif mikrobların, bakteriyaların, aktinomisetlərin, göbələklərin öz həyat fəaliyyətini davam etdirmək üçün mühafizə vasitəsi kimi ifraz etdikləri maddələrdir. Antibiotiklər müxtəlif mikroblara bakteriostatik və ya bakterisid təsir göstərir. Müxtəlif antibiotik maddələr mikroorqanizmlərə müxtəlif cür təsir göstərir, yəni bu maddələr mikroblara qarşı təsir mexanizminə görə bir neçə qrupa ayrılırlar: a) Hüceyrə divarının sintezinə mane olanlar – Bu qrupda olan antibiotik maddələr bakteriyaların hüceyrə divarı qlikopeptidin polisaxarid zəncirlərinin monomerlərinin birləşməsində rolu olan transpertidaza və karboksipeptidaza enzimlərini ingibirə edərək hüceyrə divarı sintezinə təsir göstərirlər. Nəticədə qlikopeptidlərin monomerləri tək-tək fibrillər formasında əmələ gəlir. Hüceyrə divarının sintezinə mane olan antibiotiklerdən ən geniş istifadə olunanlar arasında: Penicillin, Ampicillin, Carbenicillin, Methicillin, Oxacillin, Cephalosporin, Nancomycin Bacitracin vardır.b) Sitoplazmatik membrana təsir göstərənlər -Sitoplazmatik membranın keçiricilik qabiliyyətinin pozulmasına səbəb olan bu qrupdakı antibiotik maddələr membranın protein-lipidinə təsir göstərir. Nəticədə sitoplazmatik membran əriyir və bakteriya ölür. Bu qrupa başlıca olaraq polymyxin, gramicidin, tyrocidin, nystatin və amphotheriein B daxildir. c) Protein sintezinə mane olanlar - Bu antibiotik maddələr protein sintezinə təsir göstərərək bakteriyaların ölməsinə səbəb olurlar. Belə təsir mexanizminə malik maddələrə actinomycin, rifamycin, mitomycin, streptomycin, kanamycin, netilmycin aiddir. d) Nuklein turşusu sintezinə mane olanlar – Bu qrupda olan antibiotik maddələr mikroorqanizmlərin DNT-nə ingibirə edərək nuklein turşusu sintezinə mane olurlar. Nuklein turşusu sintezinə mane olan antibiotiklərdən mitomycin, nalidixic acid, novabiocin, griseofulvin, quinolone geniş istifadə olunur.
Dostları ilə paylaş: |