Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Virusların DNT replikasiyası



Yüklə 121,03 Kb.
səhifə59/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   55   56   57   58   59   60   61   62   ...   65
mikro imtahan sualları

63.Virusların DNT replikasiyası

Virus nuklein turşularının replikasiyası və virus zülallarının sintezi. Bu proses sahib hüceyrənin müxtəlif hissələrində gedir. Məhz bu səbəbdəndir ki, virusların çoxalması dizyunktiv (latınca, disjunctus ayrılma) çoxalma üsulu adlanır. Sahib hüceyrədə virus nuklein turşularının replikasiyası və virus zülallarının sintezi gedir. Transkripsiya nəticəsində irsi məlumat virus nuklein turşularından məlumat RNT-na (MRNT) Köçürülür. MRNT-də Kodlaşdırılan informasiya sahib hüceyrələrin ribosomlarında zülalların sintezini translyasiya yolu ilə təmin edir. DNT və RNT tərkibli viruslarda bu proseslər fərqlənir: DNT tərkibli viruslarda virus DNT üzərində MRNT sintez olunur Ki, bu da zülal sintezini kodlaşdırır. Bu viruslarda nuklein turşularının sintezi DNT-nin bir və ikisaplı olmasından asılı olaraq bir qədər fərqlənir. İkisaplı DNT-nin sapları bir-birindən ayrıldıqdan sonra, onların hər birinə komplementar saplar sintez olunur. Beləliklə, iki DNT molekulu əmələ gəlir. Birsaplı DNT-virusların yeganə nümayəndasi olan parvoviruslarda virus genomunun replikasiyası sahib hüceyrənin DNT-polimerazasının iştirakı ilə komplementar DNT (KDNT) sintez olunur. KDNT üzərində öz növbəsində, yeni virionun DNT-nin sintezi gedir. DNT tərkibli viruslardan olan hepadnoviruslarda (B hepatit virusunda) DNT-nin replikasiyası unikal mexanizmlə baş verir. Bu zaman virusun DNT-na Müsbət saplı RNT tərkibli viruslarda virus nuklein turşusu mRNT funksiyasını yerinə yetirir. Beləliklə, virus RNT birbaşa zülal sintezində iştirak edə bilir. Onun asasında polipeptid sintez. olunur ki, bu da fraqmentlərə parçalanmaqla RNT-asılı RNT-polimeraza, virus proteazaları və kapsid zülalları əmələ gətirir. Polimeraza fermenti müsbət saplı genom RNT üzərində mənfi RNT sapı sintez edir. Bunlar yeni virus hissəciklərinin müsbət RNT-saplarının sintezi üçün qəlib kimi istifadə edilir. Bu mexanizmlə həm virusun genom RNT, həm da virus zülalla sintez olunur. Mənfi saplı RNT tərkibli viruslarda virus nuklein turşusu mRNT funksiyasını yerinə yetirə bilmir. Ona görə də virus RNT üzərində RNT. polimeraza fermentinin köməyilə mRNT sintez edilir. Sintez edilmiş mRNT virus RNT-na Komplementar olmaqla zülal sintezini kodlaşdırır, eləcə də yeni virus hissəciklərinin mənfi saplı RNT-nin sintezi üçün qəlib rolunu oynayır.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin