Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Insanlarda təsadüf olunan bəzi virus xəstəlikləri



Yüklə 121,03 Kb.
səhifə62/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   57   58   59   60   61   62   63   64   65
mikro imtahan sualları

66.Insanlarda təsadüf olunan bəzi virus xəstəlikləri

Aktivləşməsi və çoxalması üçün canlı hüceyrəyə ehtiyacı olan viruslar insanlarda bir çox xəstəliklərə səbəb olurlar. Belə xəstəlik törədən və ən geniş yayılmış viruslardan biri də herpes virusudur. Herpes virusu ən qədim infeksiya olan Herpes müasir sivilizasiya xəstəliyidir. Sinir hüceyrələrində yerləşən Herpes Simpleks virusunun 8 tipi var. Tibbi olaraq isə ən çox 3 tipinə rastlanmaqdadır: HSV1, HSV2, HSV3. HSV1 ümumilikdə ağız və burun çevrəsində müşahidə olunarkən, HSV2 genital bölgədə yerləşməkdədir. HSV3 isə Zona adlandırılan xəstəliyə yol açan, varisella zorter virusunun səbəb olduğu tipdir. Əvvəllər suçiçəyi xəstəliyinə yoluxmuş insanlarda görülən, vücudun hər hansı bir hissəsində qırmızılıq və iynə batması şəklində hiss edilən Herpes Zoster digər Herpes tiplərindən kəskin ağrıları ilə fərqlənir. Üz, boyun, dodaq, burun, göz ətrafı və ağız içində yaranmağa meylli olan Herpes immun sistemi zəiflədikdə uçuq şəklində büruzə verir. Xəstəlik əhval ruhiyyənin pisləşməsi, iştahsızlıq, bədən hərarətinin yüksəlməsi və əzginliklə müşahidə olunur. Qrip (grippe) — Orto mikso viruslar – sferik formaya malikdir. Kimyəvi tərkibcə RNT, protein, karbohidrat və lipidlərdən ibarətdir. nəfəs yollarının kəskin infeksiya xəstəliyi. Bu xəstəliyə həm insanlar, həm də heyvanlar və quşlar da yoluxur. Əsas simptomları titrəmə, qızdırma, boğaz ağrısı, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, zəiflik və ümumən narahatlıqdır. Ebola virusu — RNT tərkibli viruslardır flavi viruslar Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və ishaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir. Hepatit B  DNT tərkibli hepednavirus virusunun əmələ gətirdiyi, ilk olaraq qaraciyərdə iltihab və qaraciyər hüceyrələrinin məhviylə müşahidə edilən bir xəstəlikdir. Hepatit B virusu qaraciyərdə yaşayan, yalnız insanlarda  xəstəlik törədən DNT tərkibli virusdur. Koronovirus — RNT tərkibli riboviruslar tərəfindən törədilir İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar da səbəb olur). Daha ölümcül çeşidləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Hazırda insanları koronovirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Norovirus — lat. Kaliki viruslar ailəsindən olan, RNT tərkibli virus. mədə-bağırsaq pozğunluğuna səbəb olur. mövsümi xarakterli olub əsasən payız-qış aylarında baş qaldırır və ürəkbulanma qusma ishal əlamətləri, qarın nahiyəsində olan ağrı ilə özünü büruzə verir.


Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin