Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı


Heyvanlarda təsadüf olunan bəzi virus xəstəliləri



Yüklə 121,03 Kb.
səhifə63/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   57   58   59   60   61   62   63   64   65
mikro imtahan sualları

67.Heyvanlarda təsadüf olunan bəzi virus xəstəliləri

Aktivləşməsi və çoxalması üçün canlı hüceyrəyə ehtiyacı olan viruslar heyvanlardada bir çox xəstəliklərə səbəb olurlar. QARAMALIN TAUNU (PESTİS BOVUM) Qaramalın taunu yüksək temperatura və selikli qişaların nekrotiki iltihabı ilə səciyyələnən xəstəlikdir. Taunun törədicisi paramiksovirus ailəsinə aid olan tərkibində RNT saxlayan viruslardır. Virusu xəstə orqanizmin bütün orqan və toxumalarında, eləcə də onun ifrazatlarında tapmaq mümkündür. Təbii halda tauna qaramal bütün yaşlarda tutulur. Xəstəliyə zebular və camışlar da həssasdır. Dəvələr, vəhşi heyvanlar, qoyun və keçilər isə tək-tək hallarda xəstəliyə həssasdırlar. YAMAN KEYFİYYƏTLİ KATARAL İSİTMƏ Yaman keyfiyyətli kataral isitmə (YKKİ) qaramalın yoluxucu xəstəliyi olmaqla başın, bağırsaqların selikli qişalarının iltihabı, gözün zədələnməsi və əsəb pozğunluqları ilə səciyyələnir. Törədicisi - orboviruslar cinsinə aiddir, ölçüsü 68 nm-ə bərabərdir, Xəstə heyvanın qanında, beynində, parenximatoz orqanlarında və limfa düyünlərində aşkar edilir. Xəstəliyə ən çox qaramal və camışlar, əksər hallarda 1-4 yaşında həssasdırlar. Qoyun və keçilər nadir hallarda xəstələnirlər. YOLUXUCU RİNOTRAXEİT İti gedişli kontagioz virus xəstəliyidir. Tənəffüs traktı üzvlərinin, cinsiyyət üzvləri və mərkəzi sinir sisteminin pozğunluqları ilə səciyyələnir. Törədicisi. DNT-li virusdur, yuxarı tənəffüs yolları, və çoxalma orqanlarının selikli qişasında çoxalıb, parazitlik edirlər. Xəstəliyə bir qayda olaraq böyük heyvandarlıq təsərrüfatlarında rast gəlinir. Heyvanların əlverişsiz şəraitdə, bağlı halda saxlanması, yüksək rütubət və normal mikroiqlimin olmaması, keyfiyyətsiz yemləmə xəstəliyin ağırlaşmasına böyük təsir göstərir.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin