68.Şişlər əmələ gətirən viruslar
Şişlər hüceyrənin normal inkişafını və çoxalmasını təmin edən genlərdə baş verən, genlərin genetik strukturunda baş verən dəyişkənliklər nəticəsində əmələ gəlir. Bəd xassəli şişlərin indiki zamanda onkogen viruslar tərəfindən törədilməsi müəyyən olunmuşdur. İnsanlarda heyvanlarda quşlarda bəd xassəli və xoş xassəli şişlərin əmələ gəlməsində 60 yaxın Onkogen virusların olması müəyyən olunmuşdur. Onkogen viruslar tərkibindəki nuklein turşlarına görə 2 qrupa bölünür. DNT tərkbli və RNT tərkbli viruslar. RNT tərkiblyə genoman, sahib və şiş əmələ gətirən retro viruslar ailəsi 3 cinsə ayrılır. 1 onkoviruslar 2 skuma viruslar 3 lenti viruslar. Bunların içərsində onko viruslar daha çox yayılmışdır çünki insan və heyvanlarda leykoz və xərçəng xəstəliyinin törədicisi hesab edilir. Onkogen viruslar hüceyrəni dağıtmır. Hüceyrənin çoxalmasnı sürətləndirir və nəticədə hüceyrə qeyri normal bölünür və şişlər əmələ gəlir. Hər bir hüceyrədə patogen genlər vardır. DNT tərkibli viruslarında şişlərin əmələ gəlməsində iştirakı var. DNT virusların genomunda olan sfesik genlər onkogen aktivliyə malikdirlər. Popiloma viruslar şiş əmələ gəlməsində iştirak edir. Həmçinin DNT tərkibli hepadna viruslar insanlarda bəd xassəli şişlərin əmələ gəlməsinə səbəb olurlar. Həmçinin bunlar pekin ördəklərinin şiş xassəlinində əmələ gəlməsində həmin viruslar iştirak edir. Popiloma xəstəliyidə DNT tərkibli viruslar tərəfindən törədilir. Viruslar kiçik ölçüyə malikdirlər. Kimyəvi tərkibcə yalnız proteindən ibarətdir. Kapsidi 72 kopsomerdən ibarətdir. Və üzəri örtüklüdür. Bu xəstəlik nəticəsində gözdə, bədənin tüksüz hissəsində ultra bənövşəyi şüaların təsiri nəticəsində aktivləşərək, bəd xassəli şişlərə çevrir. Əsasən yoluxma mənbəyi xəstə heyvanlardır. Həmçinin insandada popiloma xəstəliyənə rast gəlmək olar. Və bunların müalicəsi yoxdur. Bunlar yaranb öz özünədə gedə bilər. Limfo qranule matoz – limfa düyünlərində qranule matoz şişlərinin əmələ gəlməsidir. Əsasən bu xəstəlik 40 yaşına qədər olan insanlarda rast gəlinir. Və bu xəstəlik nəticəsində limfotik düyünlər zədələnir. İnsanda qızdırma, təngi nəfəslik, ümumi zəiflik müşahidə olunur. Xəstəliyin tam müalicəsi yoxdur. Lakin müəyyən şüalanma ilə xəstəliyi yüngülləşdirmək olur. Həmçinin deyə bilərik ki, bu xəstəlik müalicə olunmayan zaman bəzi hallarda insanın ölümü ilə nəticələnir.
Dostları ilə paylaş: |