54.Mikroorqanizmlərin ekologiyası
Mikroorqanizmlər ətraf mühitdə - torpaqda, suda, havada, insan heyvan və eləcədə bitki orqanizmlərində geniş yayılmışlar. Mikroorqanizmlərin ekologiyası (yunanca, eikos – yaşayış yeri) - ətraf mühitdə onların yayılma qanunauyğunluqlarını öyrənir. Ekologiyanın
Əsas tədqiqat obyekti olan ekosistem biotik və abiotik Komponentlərdən təşkil olunmuşdur. Biotik Komponentlər biosenozları sayına və növ tərkibinə görə müxtəlif olan mikrob populyasiyalarını formalaşdırır. Abiotik Komponentlərə isə orqanizmlərin yaşadığı ekosistemin fiziki və kimyəvi amilləri aiddir. Ekosistemlər ölçü cəhətdən çox müxtəlif ola bilər. Məsələn, müəyyən bir gölün, torpaq sahəsinin və s. ekosistemi Kimi çox böyük, ağız boşluğu, bağırsaqlar və s. kimi isə çox kiçik ekosistemlər mövcuddur. Planetimizin həyati proseslərin mövcud olduğu böyük bir hissəsinə - biosferaya giqant ekosistem kimi baxmaq olar. Ona görə də nisbətən kiçik ekosistemlərdən bəhs etdikdə ətraf mühit anlayışından istifadə edilir. Ekosistem daxilində hər bir mikroorqanizm növü üçün əlverişli həyat şəraiti olan ən azı bir yaşayış yeri vardır. Yaşayış yerindən fərqli olaraq ekoloji yarus hər hansı bir orqanizmin mövcud olduğu yeri deyil, onun biosenoz daxilindəki funksiyasını ifadə edir. Belə ki, hər bir orqanizm növü qida təlabatına, çoxalma xüsusiyyətlərinə, biokimyəvi aktivliklərinə və s. Görə müəyyən funksiya yerinə yetirir. Beləliklə, «ekoloji yarus» «yaşayış yerinə》 nisbətən daha məhdud anlayışdır. S.N.Vinoqradski tərəfindən 1925-ci ildə irəli sürülmüş Konsepsiyaya asasən ekosistemdə rast gəlinən mirroorqanizmlər iki kateqoriyaya - autoxton və alloxton mikroorqanizmlərə bölünürlər. Autoxton mikroorqanizmlər müəyyən ekosistemin (məsələn, torpağın, bağırsaqların) daimi sakinləri olmaqla orada həmişə rast gəlinirlər. Bu exosistemlərdə göstərilən mikroorqanizmlərin həyat fəaliyyəti üçün būtün şərait vardır. Alloxton (zimogen) mikroorqanizmlər isə Konkret ekosistemdə daim deyil, onların yaşaması üçün müəyyən şərait mövcud olduğu təqdirdə rast galinir. Ekosistem üçün xarakter olmadıqlarından burada onlar müvəqqəti mövcud olurlar. Məsələn, bifidobakteriyalar bağırsaqların daimi (autoxton) mikroorqanizmi olduğundan burada həmişə rast gəlinir. Lakin Candida cinsli göbələklərə bağırsaqların alloxton sakini kimi baxmaq olar, belə ki, onlar yalnız müəyyən şərait yarandıqda, autoxton mikroflora nümayəndələrinin azalması, yaxud bədən müqavimətinin zəifləməsi fonunda çoxalırlar.
Dostları ilə paylaş: |