Mikrobiologiya elminin meydana gəlməsi və inkişafı



Yüklə 121,03 Kb.
səhifə40/65
tarix02.01.2022
ölçüsü121,03 Kb.
#36067
1   ...   36   37   38   39   40   41   42   43   ...   65
mikro imtahan sualları

44.Azotun immobilizasiyası

Torpaqda mineral formada olan azot torpağa saman və ya samanlı gübrə kimi verildikdə mikroorqanizmlərin surətli çoxalması nəticəsində onlar tərəfindən mənimsənilib sitoplazma zülalına çevrilir ki, buna immobilizasiya adı verilir. Bu minerallaşmanın əksinə olan, yəni azotun bioloji toplanma prosesidir. Lakin bu azot itkisinə səbəb olmur, çünki mikroorqanizmlər tələf olduqdan sonra bu zülal minerallaşıb ammonyaka çevrilir. Atmosfer azotunu fiksə edən mikroorqanizmlər. 2 qrupa bölünür. 1 – ci sərbəst şəkildə atmosfer azotunu fiksə edən mikroorqanizmlər. Buraya Clastiridium aiddir. 2 – ci qrupa isə Atmosfer azotunu simbioz edən mikroorqanizmlər aiddir. Kökyumruları bakteriyaları, Rhizobium cinsini misal gösdərmək olar. Torpaqda kök yumruları bakteriyalarının fəal, qeyri-fəal formalı ştammlarına təsadüf olunur. Fəal ştamları əsasən çəhrayı rəngli yumrular əmələ gətirib, atmosfer azotunu fəal fiksə edir. Qeyri-fəal ştamları isə bitkinin bütün kök sistemində çox xırda, yaşıl rəngli yumrular əmələ gətirir. Kök yumruları bakteriyaları neytral mühitli, bitki əkilən torpaqlarda 24-26°C temperaturada daha sürətlə çoxalırlar. Kök yumruları bakteriyalarının aşağıdakı növləri torpaqda geniş yayılmışdır: 1) Rhiz.trifoli – üçyarpaq yonca bitkisinin kökündə yaşayır; 2) Rhiz.coponicum – soya bitkisinin kökündə yumrular əmələ gətirir; 3) Rhiz.phaseoli – lobya bitkisinin köklərində yaşayır; 4) Rhiz.meliloti – yonca və xəşənbül bitkisinin kökündə yumrular əmələ gətirir; 5)Rhiz.simplex – xana bitkisində yaşayır; 6) Rhiz.leguminosarum – noxudda yaşayır; 7) Rhiz.lupini – acı paxlada yaşayır; 8) Rhiz.ornithopi – saradel bitki kökündə yaşayır; 9) Rhiz.pschati – iydə bitkisinin kökündə yaşayır. Clostridium pasterianum-dur. Bunlar çöpvari formaya malikdirlər, uzunluqları 2,5-7,5 mkm-dir. Bu bakteriyalar qram-müsbət, obliqat anaerobdurlar. Clostridium pasteuriamum spor əmələ gətirən mikroorqanizmlərdəndir, hüceyrələr vegetativ inkişaf dövründə çöp formasında, hərəkətli, spor əmələ gətirdikdə isə yarım ay şəklində olur. Yetişmiş spor xüsusi kapsula ilə əhatə olunur. Sporları hüceyrənin mərkəzində yerləşib, ona oval və uzunsov forma verir. Azotobakterlər kimi müxtəlif karbon mənbələrindən istifadə edirlər. Azotsuz qidalı mühitdə atmosfer azotunu fiksə edir. Torpaqda geniş yayılmışdır. Oksigendən özünü qorumaq üçün Clostridiunm pasteurianum inkişaf etdiyi mühitdə saprofit bakteriyalarla birlikdə yaşayır. Saprofit bakteriyalar mühitdə olan oksigeni udur, azotu isə həmin bakteriyalara verir. Beləliklə, Clostridium pasteurianum -un sporlarının inkişafi üçün şərait yaradır ki, bunlar da inkişaf edərək molekulyar azotu mənimsəyib, onun bir hissəsini qidalı mühitə verir və bununla da saprofit bakteriyalarının yaşamasını təmin edir.




Yüklə 121,03 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin