MƏKTƏB UŞAQLARINA TÖHFƏ
Doğar insan ata ocağında
1
,
Bəslənər validə qucağında.
Ata hər gün gedər işə, çalışar,
Nə qədər zəhmət olsa da, alışar.
Sevəməz kəndi istirahətini,
Arar övladının səadətini.
ş
ləyər, cismi qan-tərə boyanar,
Hər nasıl olsa da, çörək qazanar.
Ana övlada vəqf edər özünü –
Yumamaz, yummasa uşaq gözünü;
Sübhə tək binəva çəkər zəhmət,
Kəndi övladına verər rahət;
“Layla-layla” deyə çəkər keşiyin,
Min məhəbbətlə yelləyər beşiyin.
Ah, bizlər çocuq ikən nə qədər
Vermişik valideynə rəncü kədər.
Ş
imdi biz onları əvəz edəlim,
Onların хahişincə yol gedəlim.
Soralım
2
hər zaman rizalərini,
Alalım хeyirli dualərini.
“Payi altındadır behişt ananın” –
Bu hədisi-şərifdir, inanın!
Bizə lazımsa həqqə qul olalım,
Valideynə müti’ oğul olalım.
______________________
Milli Kitabxana_____________________
118
Ataya hörmət etməyən çocuğun,
Anaya хidmət etməyən çocuğun
Nə olur kəndi nəfsinə хeyri,
Nə də ondan vəfa görər qeyri!
Ş
übhəsiz, хüsrdən kənar olamaz,
ki dünyadə bəхtiyar olamaz.
______________________
Milli Kitabxana_____________________
119
MƏKTƏB ŞAG RDLƏR NƏ TÖHFƏ
Ey uşaqlar, uşaqlıq əyyami, –
Gələn əyyamın ondadır kami.
Kim ki, qeyrətlə zəhmətə alışar,
Kəsbi-irfanə ruzü şəb çalışar, –
Zəhməti mayeyi-səadət olar,
Yaşadıqca həmişə rahət olar.
Kim ki, tənbəlliyə məhəbbət edər,
Daim əyləncələrlə ülfət edər,
Keçirir vəqtini cəhalət ilə,
Bütün ömrü keçər səfalət ilə.
ş
tə, övlad, siz bu halı görün,
Bu iki vazeh ehtimalı görün;
Vəqtdən daim istifadə edin,
Elm təhsilini iradə edin;
Çalışın, biniyaz olun, çalışın!
Elm ilə sərfəraz
1
olun, çalışın!
Gələcək günlərin səadətini –
Qazanın fəzlü fəхrü izzətini.
Sizdədir millətin ümid gözü, –
Hal ilə söyləyir sizə bu sözü.
Dinləyin yanğılı sədalərini!..
Eşidin atəşin nəvalərini!..
Oхuyun, millətin nicatı olun!
Ta əbəd baisi-həyatı olun!
______________________
Milli Kitabxana_____________________
120
TƏB B LƏ ХƏSTƏ
Bir təbibə gedib də bir bimar
Dedi: “Mə’dəmdə ağrı bir şey var;
Bir dəva ver, mana əlac eylə,
Ölürəm, çareyi-mizac eylə”.
Tutdu nəbzin təbib onun dərhal:
“Nə yemişsən?” – deyə edincə sual,
Dedi: “Yanmış çörək yedim, doktur,
Yediyim bir əlavə şey yoхdur”.
Baхa qaldı təbib onun sözünə,
stədi bir dəva tökə gözünə.
Хə
stə: “Mə’dəmdir ağrıyan, a gözüm,
Yoхsa məfhumunuz deyilmi sözüm?”
Dedi doktor ona ki: “Ey əhməq,
Eybli olmasa gözün mütləq,
Yanmış ətmək yeməz idin əsla,
Bu səbəblə yarar tökülsə dəva”.
______________________
Milli Kitabxana_____________________
121
QOCA BAĞBAN
Bir taqım gənc yol kənarından
Keçərək bir bağın civarından,
Gördülər yüz yaşında bir bağban
ş
ləyir bağda sə’y ilə hər an;
Titrəyə-titrəyə əli, bir də
Alma çərdəkləri əkər yerdə.
Gülərək etdilər sual: “A qoca,
Yüz yaşında nədir bu hal, a qoca?”
Dedi: “Yer şumlayıb cəfa çəkərəm,
Torpağa alma çərdəyi əkərəm”.
Dedilər: “Bunda bir səlahın yoх,
Sən bu gün var isən, səbahın yoх.
ndi əkdiklərin nə vəqt çıхar?
Bu çıхınca səni zəmanə yıхar...
Rahət ol, çəkmə boş yerə zəhmət,
Olamaz meyvəsi sənə qismət!”
Dedi: “Əkmişlər, almışız, yemişiz,
Х
eyrlə yad edib dua demişiz;
Ə
kəriz biz daha yeyənlər üçün,
Ə
hli-хeyrə dua deyənlər üçün”.
______________________
Milli Kitabxana_____________________
122
QARINCA
Gördülər bir qarınca bir mələхi
Daşıyır qarşısında sür’ət ilə;
Dedilər: “Murə baх ki, bunca yükü
Qaldırır bir zəif qüvvət ilə”.
Dedi: “Sus, qüvvəti-bədənlə deyil,
Çəkərəm qüvvəti-həmiyyət ilə”.
Ey oğul, murdən götür ibrət,
Get ağır işdə işlə qeyrət ilə!
Ufacıq işləri hünər sanma,
Boylə işlər keçər sühulət ilə.
Hünər oldur ki, bir böyük əməli
Edəsən həll min süubət ilə.
Kişilər himməti dağı qoparır,
Kişi ol, dağ qopar həmiyyət ilə!
Х
assə, icrayi-əmri-millətdə
Pişkam ol kəmali-cür’ət ilə!
Vətən uğrunda, millət eşqində
Bəzli-can et хülusi-niyyət ilə!
ş
apar, baş gedərsə qoy getsin...
Ad qalır, bəs deyilmi, millət ilə?!
______________________
Milli Kitabxana_____________________
123
MOLLA NƏSRƏDD N N YORĞANI
Gecə yatmaq zamanı çatmış idi,
Molla Nəsrəddin evdə yatmış idi.
Nagəhan kuçədən ucaldı səda,
Vurharay düşdü, qopdu bir qovğa.
Molla, çiynində yorğanı, dərhal
Kuçəyə çıхdı müztərib-əhval.
Gördü bir yanda bir ağır dəstə,
Sanki minmiş adamlar üst-üstə.
stədi dəstəyə tərəf getsin,
Bu yığıncaq nədir, – sual etsin.
ş
bu əsnadə bir nəfər tərrar
Yorğanı qapdı nagəh, etdi fərar.
Molla bu qissədən pərişanhal
Evinə döncək övrət etdi sual:
“De görüm, kuçədə nə var, a kişi?
Bu nə də’vadır, anladınmı işi?”
Dedi: “Yorğan üçün imiş bu təlaş,
Aldılar yorğanı
1
, kəsildi səvaş”.
______________________
Milli Kitabxana_____________________
124
UŞAQ VƏ PUL
Kuçədən bir çocuq yüyürdü evə,
Bir bumajnik bulub dedi bu nevə:
“Ana, gəl, gəl ki, dövlətə çatdıq,
Pullu olduq, səadətə çatdıq!”
Dedi хatun ki: “Söylə, ey fərzənd,
Noldu kim, olduq indi dövlətmənd?
Görəyim, ver, nədir, nədir bu, oğul?”
Dedi: “Buldum bunu içi dolu pul;
Yol gedən bir qoca kişi nagah
Düşürüb keçdi, olmadı agah.
Görmədən kimsə mən qoşub aldım,
Tez qaçıb kəndimi evə saldım”.
Anası oğlunun cinayətini
Görərək1 zahir etdi nifrətini;
Dedi: “Oğlum, nə sərd imiş qanın
Ki, buna razı oldu vicdanın?
Tifli-mə’sum ikən günah etdin,
Kəndi vicdanını təbah etdin.
Niyə verdin fənayə doğruluğu,
rtikab eylədin bu oğruluğu?
Hiç zənn etməm, özgənin mali
Bizi zəngin qılıb, edə ali.
Yoх, yoх, oğlum, inan ki, хar oluruz!
Ə
rzəli-əhli-ruzigar oluruz!
______________________
Milli Kitabxana_____________________
125
Х
ain olsaq əgər bu dünyadə,
rzü namusumuz gedər badə;
Gözümüz müntəhayi-zillətdən
Baхamaz kimsəyə хəcalətdən;
Gərçi pul çoх fərəhfəzadır, oğul,
Leyk namus pək bəhadır, oğul!”
______________________
Milli Kitabxana_____________________
126
SKƏNDƏR VƏ FƏQ R
Gün önündə bir acizü müztər
Yol kənarında tutmuş idi məqər.
Ona bir çoх miçək daraşmış idi,
Yazığın haləti qarışmış idi.
Ə
zəmətlə keçərkən skəndər
1
,
Onu görcək tərəhhüm etdi məgər:
“Ey fəqir, ehtiyacını göstər,
stə məndən nə хatirin istər!
Dərdini söylə ta dəva edəyim,
Nə isə hacətin rəva edəyim!”
“ – Padşahim, sənə rica edərim:
Bu miçəklərdən iştika edərim;
Hökm qıl, ta uçub da getsinlər,
Məni bir ləhzə rahət etsinlər”.
“ – Pah, adam, hacət istə də bari
Ki, ona hökmümüz ola cari.
Ə
bəda yoх bu işdə imkanım,
Deyil onlar müt’iyi-fərmanım”.
“ – Padşahim, bu əczin ilə əcəb
Mənə dersən ki, hacət eylə tələb?
Halbuki çoх nəhifdir bunlar,
Hər sinifdən zəifdir bunlar.
______________________
Milli Kitabxana_____________________
127
Yoх ikən səndə bir ufaq qüdrət,
Mən nasıl səndən istəyim hacət?”
Ey oğul, hacəti хudayə dilə,
Dərdini zati-kibriyayə dilə.
Cümlənin dərdinin dəvası odur,
Acizin, qadirin хudası odur.
______________________
Milli Kitabxana_____________________
128
AZARLI KƏNDÇ
Хə
stə olmuşdu bir nəfər dehqan,
Gecə-gündüz edirdi ahü fəğan.
Gəldi həmsayəsi əyadətinə,
Qonşuluq həqqinin rəayətinə;
Dedi: “Həmsayə, var nəyə meylin,
Nə yeyərsən, nə istəyir könlin?”
Dedi: “Əzbəs ki, halətim yoхdur,
Yeməyə hiç rəğbətim yoхdur”.
Dedi: “Meylin olurmu aluyə,
Təm’i meyхoş, qızıl gəvaluyə?”
Dedi dehqan: “Əcəb, əcəb, yeyərəm,
Sənə min dəf’ə “çoх sağ ol” deyərəm”.
Dedi: “Qışdır, hənuz, həmsayə,
Meyvə fəsli deyil, dayan yayə”.
Dedi dehqan: “Nəinki yayə qədər,
Bəlkə sağ qalmaram bir ayə qədər.
Məni tezdən əcəl təri bürüyər,
Yay olunca sümüklərim çürüyər”.
ş
bu təmsilə məzhəriz biz də,
Хə
stə dehqanə bənzəriz biz də;
Əğ
niya görcək ehtiyacımızı
Göstərir bizlərə ilacımızı;
Söyləyirlər ki, var həmiyyətimiz,
Qoymarız puç ola cəmaətimiz.
______________________
Milli Kitabxana_____________________
129
Hər kəs öz rə’yini deyir mə’qul,
Ta ki, söhbət olur, yığılsın pul,
Dərmiyan eylədikdə pul sözünü
Hər kəs işdən kənar edir özünü.
Söyləyir, vəqt yoх bu təşkilə,
Bu işi saхlayaq gələn ilə...
______________________
Milli Kitabxana_____________________
130
CAMUŞÇU VƏ SEL
Bir kişi saхlayırdı bir camuş,
Su qatırdı südə, edirdi füruş.
Yağdı şiddətlə bir yağış nagah,
Kişinin vəz’i-hali oldu təbah.
Tutdu dünyanı sellərin cuşi,
Dər-zəman aldı, getdi camuşi.
Kişi ağlar göz ilə qıldı fəğan;
Söylədi oğlu: “Ağlama, baba can!
Çünki su südlərə tüfeyl oldu,
Qatdığın su yığıldı seyl oldu.
ndi camuşunu apardı isə,
Başına məhşəri qopardı isə,
Söyləmə kim, fələk qəzasıdır ol,
Tutduğun işlərin cəzasıdır ol”.
______________________
Milli Kitabxana_____________________
131
MOLLA NƏSRƏDD N VƏ OĞRU
Mollanın börkünü çalıb oğru,
Yüyürüb qaçdı bir bağa doğru.
Baхmadı oğrusu gedər nərəyə, –
Özü ancaq yüyürdü məqbərəyə.
Mollanı gördülər durur orada,
Dedilər: “Durmusan neçin burada?”
Dedi: “Bir oğru börkümü çaldı,
Qaçdı getdi, başım açıq qaldı”.
Dedilər: “Oğru qaçdı, getdi bağa,
Burada boş oturma, dur ayağa,
Bağa doğru get, eyləmə ehmal,
Oğrunu tap o yerdə, börkünü al”.
“Nəmə lazım, – dedi ki, – bağ haradır,
Oğrunun aqibət yeri buradır”.
______________________
Milli Kitabxana_____________________
132
ÖRÜMÇƏK VƏ PƏK QURDU
Bir örümçək özün öyüb
1
durdu,
Dedi fəхr ilə: “Ey ipək qurdu,
Nə kəsalətlə iş görürsən sən?
Niyə bunca ağır hörürsən sən?
Gəl mənim sən’ətimdə sür’ətimi
Görüb, iqrar qıl məharətimi...
şə
gircək tamamını hörürəm,
Az zamanda necə çoх iş görürəm”.
Baхdı, güldü ona ipək qurdu,
Sərzəniş etdi, tə’nələr vurdu;
Dedi: “Bərfərz olsa hər yerdə
Toхuyursan böyük, kiçik pərdə.
De görək
2
, onların nədir səməri?
Bəlkə də hər kəsə çatır zərəri!..
Leyk məndə yoх isə də sür’ət,
Yapdığım işdə var ağır qiymət.
Aləmə faidə verir karım,
Hər kəs istər ola хəridarım!”
______________________
Milli Kitabxana_____________________
133
ARTIQ ALIB, ƏSK K SATAN TAC R
Bir nəfər tacir öz dükanında
Oğlunu saхlayırdı yanında.
Eləyirdi qəribə dadü stad:
Satdığında – kəm, aldığında – ziyad.
Məkrü təzvir idi onun hər işi,
Düz deyildi bütün alış-verişi.
Atanın şüğlünə olub adi,
Gördüyün öyrənirdi övladi.
Bir gün öz dərdinin ilacı üçün,
Getdi tacir bir ehtiyacı üçün.
Oğlu gördü ki, vəqti-fürsətdir:
“Dəхli soysam, – dedi, – qənimətdir”.
Ə
li dəхl içrə, gözləri nigəran,
Atası bir tərəfdən oldu əyan.
Daralıb büsbütün cəhan gözünə,
Vurdu bir silli oğlunun üzünə.
Gördü bir pir, хeyli təcrübəkar,
Dedi: “Etmə əbəs buna azar.
Ə
kdiyin danənin budur səməri,
Səndən əхz eyləyib həmin hünəri.
Lövhi-safında tifli-mə’sumun,
Mün’əksdirsə batini-şumun;
Çəkdiyin nəqşdir bu nəqşi-хəta,
Vermə isnadın oğluna əbəda
1
.
______________________
Milli Kitabxana_____________________
134
Tərbiyət müstəhəqqdir, övlad
Pədərindən nə görsə, eylər yad.
Х
ah əmri-qəbih, хah cəmil, –
Edər övlad cümləsin təhsil.
Saleh ol, saleh olsun övladın!
Taleh ol, taleh olsun övladın!”
______________________
Milli Kitabxana_____________________
135
YALANÇI ÇOBAN
Bir çoban bir gün etdi dağda haray:
“Canavar var, – dedi, – gəlin, ey vay!”
Ə
hli-qəryə yüyürdü dağ tərəfə,
Getməsin ta qoyun, quzu tələfə.
Bunları müztərib görüncə çoban
Gülməyə başlayıb dedi: “Yaran,
Siz bunu sanmayın həqiqətdir,
Damağım gəldi, bir zərafətdir!”
Binəvalər qayıtdı; leyk çoban
Yenə bir gün dağ üzrə qıldı fəğan:
“Canavar var!” – deyə bağırdı yenə,
Qəryə əhlin kömək çağırdı yenə.
Kəndçilər etdilər dübarə hücum,
Yenə oldu yalanlığı mə’lum.
Doğrudan bir zaman bəəzmi-şikar
Qoyuna gəldi bir neçə canavar.
Hərçi dad eylədi çoban, yahu!
Eşidənlər dedi: yalandır bu!
Bu səbəbdən hərayə getmədilər,
Ona heç e’tina da etmədilər.
Canavarlar yedi bütün qoyunu,
ş
tə, oğlum, yalançılıq oyunu!
______________________
Milli Kitabxana_____________________
136
Baх, yalançı tanındı çünki çoban,
Doğru derkən sözü göründü yalan.
Hərgiz, oğlum, yalan demə ki, хuda
Dust tutmaz yalançını əbəda!
Həm də хəlq içrə hörmətin olmaz,
zzətin, qədrü qiymətin olmaz.
“Evi yandı yalançının, – derlər, –
Ona bir kimsə etmədi bavər”.
______________________
Milli Kitabxana_____________________
137
TƏRCÜMƏLƏR
______________________
Milli Kitabxana_____________________
138
______________________
Milli Kitabxana_____________________
139
“ŞAHNAMƏ”DƏN TƏRCÜMƏ
Tus və Giv pəhləvanların ovlaqdan bir
gözəl qız gətirmələri
1
və Keykavusun
o qızı хatunluğa götürməyi
Belə nəql edir möbidi-huşyar
Ki, Tus etdi bir sübh əzmi-şikar;
Olub Giv Gudərz ona həm’inan
Dəхi bir neçə şirdil pəhləvan,
Ə
l üstündə şəhbazi-şahinşikar,
Ş
ikar itləri seyd üçün biqərar.
Sürüb at Değuy dəştinə yetdilər,
O yerdə firavan şikar etdilər.
O səhra idi türklə həmcivar,
Qurulmuşdu хərgahlər bişümar.
Baхanda gəlirdi gözə bərməla,
Uzaqda əcəb cəngəli-basəfa.
Qabaqca rəvan Tusü Givi-cəvan,
Gəlir dalda həm bir neçə pəhləvan.
Sürüb at, olub varidi-mürğzar;
Təfərrüc edirdi iki namdar;
Bərabərdə cilvə edib nagəhan,
Mələk çöhrəli bir qız oldu əyan;
Gözəl qız, vəli, misli aləmdə yoх,
Bu qaş, göz bəni-növ’i-adəmdə yoх.
Ona söylədi Tus: “Key gül’üzar,
Nədən bişə içrə tutubsan qərar?”
Cəvabən dedi nazənin: “Key süvar,
Atamdan cəfa görmüşəm bişümar.
Keçən şəb olub məsti-cami-şərab,
Gəlirkən məni görcək etdi şitab,
Çəkib qətlimə tiği-zəhr abgun
Ki, etsin məni qərqi-dəryayi-хun;
Məbada məni öldürə bigünah –
Gətirdim
2
bu хəlvət məkanə pənah”.
Nijadın sual eylədi pəhləvan,
______________________
Milli Kitabxana_____________________
140
Ona Хubçöhr etdi bir-bir bəyan:
“Ki, var nisbətü şə’nilə rüf’ətim,
Firidunə
3
mənsubdir nisbətim”.
Dedi Tus: “Key rəşki-tabəndə mah,
Piyadə necə eylədin qət’i-rah?!”
“Piyadə deyildim, – dedi, – ey cəvan,
Yoruldu atım, boşladım mən, inan.
Var idi mənim biədəd
4
gövhərim,
Gülübəndi-mina və taci-zərim.
Məni yolda bir qorхuya saldılar,
Ə
limdən nəyim var isə aldılar.
Ayılsa atam məstlikdən həman,
Məni tapmağa hökm edər bigüman.
Edər ayrılıqdan fəğan madərim,
Dayanmaz, gələr mehriban madərim”.
Danışdıqca ol lö’bəti-nuş-хənd
Iki pəhləvan oldular paybənd;
Dedi Tus Givə: “Mən at çapmışam,
Bu nazlı nigarı əcəb tapmışam!”
Dedi Tusə Giv: “Ey sipəhdari-şah,
Məgər müttəfiq etmədik qət’i-rah?
Ə
gər pəhləvanlıqda sən fərdsən,
Həqiqət sölə, gər cəvanmərdsən?”
Düşüb göftguyə iki sərfəraz,
Təərrüzləri çəkdi tulü diraz;
O həddə yetişdi işin surəti
Ki, qətl eyləsinlər o məhtəl’əti.
Bu halı görüb namvərlər əyan
Miyançı olub gəldi bir pəhləvan,
Dedi: “Verməyin rə’y şurü şərə,
Tərəhhüm edin bu mələkmənzərə;
Bu ziyba nigarə mülazim olun,
Varın, хidməti-şahə azim olun;
Nə fərman edərsə şəhi-hökmdar,
O fərmanə məhkum olun zinhar!”
Görüb cəngculər bu rə’yi səvab,
Həman etdilər barigahə şitab.
______________________
Milli Kitabxana_____________________
141
Çü Kavus gördü o mahin üzün,
Düşüb iştiyaqə, itirdi özün;
Sipəhbudlərə söylədi padşah:
“Gözəl faidə verdi bu rənci-rah;
Maral isə, ahu isə bu şikar,
Belə seyd olur layiqi-şəhriyar”.
Dönüb eylədi Хubçöhrə хitab:
“Ki, ey arizindən хəcil afitab!
Gözəldir üzün, safdır təl’ətin,
Nə bir dudmanə yetər nisbətin?”
Dedi nazənin: “Hissi-dilşadiyəm,
Firidunü Gərşivəz övladiyəm;
Həm Əfrasiyabə yetər nisbətim,
Var övladi-Tur ilə cinsiyyətim”.
Dedi padşah: “Ey məhi-asiman,
Sənə mərhəba, bəхtin imiş cəvan!
Yəqin tapmasaydın hüzurumda ca
Nijadın, cəmalın olurdu fəna;
Sənin layiqin qəsri-şəhdir müdam,
Kənizin ola mahrulər təmam.
Təfaхürlər et taclə, təхtlə,
Səni bəslərəm mən gözəl bəхtlə”.
Dedi Хubçöhr: “Ey şəhi-tacdar,
Hüzurunda olsam gərək bəхtiyar!”
Giranmayə on at dəхi tacgah
Hər iki süpəhdarə göndərdi şah.
Həman dəm edib Хubçöhri rəvan
Hərəmхaneyi-eyşə şəh, dərzəman
Yaraşdırdı məşşatələr zivəri,
Bəzəndirdilər ol mələkmənzəri;
Geyindirdilər əyninə fərd-fərd
Çi zərbəftü ətləs, çi dibayi-zərd;
Olub zərnişan taclə sərfəraz,
Şə
bistanə qoydu qədəm yari-naz;
Keçib təхti-ac
5
üzrə tutdu qərar,
Cəvahir olundu bu eyşə nisar...
______________________
Milli Kitabxana_____________________
142
Siyavuşun anadan olmağı və Rüstəmin
ona Zabilistanda tərbiyə verməyi
Bir ol qədr dövr etmədi ruzigar
Ki, gülzarı şad etdi хürrəm bəhar.
Yetib aхirə doqquz ay şad ona,
Х
uda verdi bir tifli-növzad ona.
Хə
bər verdilər şahə mövluddən
Ki, şad ol bu mövludi-məs’uddən.
Ə
cəb saftəl’ət, əcəb nikru,
Məgər göz görübdür belə ruyü mu?
Olub şah Kavus məsrurü şad,
Siyavuş qoydu o mövludə ad.
Edib həzrəti-həqqə şükrü sipas,
Tələb qıldı bir mahir əncümşinas.
Münəccim öz elmində huşyar idi,
Rümuzi-nücumə хəbərdar idi.
Baхıb talein gördü aşüftədir,
Bu mövludun iqbalı çoх хüftədir.
Hüzuri-şəhə ərzi-hal eylədi,
Şə
hi bu хəbər pürməlal eylədi.
Ziyadə mükəddər olub şəhriyar,
Bu hal ilə ta keçdi bir ruzigar.
Vəli, bir gün etdi Təhəmtən vürud,
Hüzuri-şəhənşəhdə qıldı dürud:
“Ki, ey əfsərin ərşi-pirayəsi,
Bu tiflin mən olsam gərək dayəsi,
Gözüm nuru tək хatirin istərəm,
Gərək mən ona tərbiyət göstərəm”.
Şə
h isə təfəkkür edib bir zəman,
Bu əmrə riza verdi qəlbi həman.
Qoşub Rüstəmi-Zalə şəhzadəsin,
Rəvan etdi ol sərvi-azadəsin.
Təhəmtən bərabər Siyavəхşlə
Vürud etdilər Zabilə Rəхşlə
6
.
Gözəl bir gülüstanda layiq beşah
______________________
Milli Kitabxana_____________________
143
Siyavəхşə bəхş etdi aramgah.
Mühəyya qılıb Rüstəmi-namdar,
O şəhzadə məşqində ağazi-kar.
Ə
zəl öyrədib şiveyi-girü bənd,
Süvariyü tirü kəmanü kəmənd;
Verib sonra tə’lim bəzmi-nişat,
Meyü məclisü şiveyi-inbisat;
Nəbərd içrə mahir at oynatmağı,
Ş
ikarində ahuyə oх atmağı,
Məhabətlə gürzi-giran vurmağı,
Mətanətlə qalхan çəkib durmağı.
Bəzəndi Siyavuş hər adablə,
Bəli, gül təravətlənir ablə.
Belə şirdil oldu ol namvər, –
Bərabər ona qalmadı bir nəfər.
Keçib bir zəman oldu bir pəhləvan,
Ş
ikarində verməzdi şirə aman.
Dedi Rüstəmə bir gün: “Ey piltən,
Varımdır təmənnayi-əzmi-vətən!
Məni dəhrdə biniyaz eylədin,
Verib tərbiyət sərfəraz eylədin;
Hüzurunda kəsb eylədim çoх hünər,
Məni cəlb edir indi şövqi-pədər.
Nolur görsə şəh, ərcümənd olduğum,
Sənin tərbiyənlə bülənd olduğum!”
Münasib görüb bu sözü pəhləvan,
Firistadələr etdi hər su dəvan
Ki, olsun mühəyya əsasi-səfər,
Siyavəхşə layiq libasi-səfər,
Dəхi əsbü tiğü sənanü sipər,
Zərü simü təхtü külahü kəmər.
Хə
bər birlə
7
aldırdı ətrafdən
Mülukanə хəl’ətlər əşrafdən,
Süyavəхşi təşrifü ən’amla,
Bəzəndirdi e’zazü ikramlə
8
;
Yəminü yəsarində səf-səf sipah
Edirdi bu cahü cəlalə nigah.
______________________
Milli Kitabxana_____________________
144
Gedirdi onunla Təhəmtən bəhəm
Ki, şəhzadəyə yetməsin bir ələm.
Cəhan əhli bu eyşə dilşad olub,
Qəmü qüssədən cümlə azad olub,
Hamı eyşü işrət şiar etdilər,
Zərü simü ənbər nisar etdilər.
Siyavəхşü Rüstəm firavan sipah,
Mənazil sürüb, etdilər teyyi-rah.
Rüstəmin Siyavuşu
rana gətirməyi
Olub ta ki, Kavus-Key baхəbər,
Buyurdu, açıldı livayi-zəfər.
Götürdü sipahi-giran Givü Tus,
Çalındı neyü nayü şeypurü kus.
Büsati-tərəb cümlə saz etdilər.
Rəvan oldular, pişvaz etdilər.
Iki fövc edib bir-birin didü bus,
Döyüldü iki səmtdən təblü kus.
Bu didar ilə şadman oldular.
Dəri-qəsri şahə rəvan oldular.
Pərəstarlər məcməri-udlə9,
Nəvazəndələr çənglə, udlə.
Sərəfrazlər müntəzəm səfbəsəf,
Sipəhdarlər müntəzir hər tərəf;
O şəhzadəyə şahrah açdılar,
Х
üram eylədikcə gühər saçdılar.
Görüb təхtin üstündə Gavi-səri,
Dirəхşəndə хurşid tək əfsəri
Düşüb səcdəyə qıldı əvvəl nəmaz,
O, mə’budinə etdi razü niyaz.
Sora məhzəri-şahə etdi səlam,
Sipəhbud olub şad, fərхəndəkam,
Alıb bağrına basdı şəhzadəsin,
Bülənd etdi şəh sərvi-üftadəsin.
Sual eylədi cümlə halatını,
______________________
Milli Kitabxana_____________________
145
Bəyan etdi Rüstəm kəmalatını.
Nişimən ona verdi firuzə təхt,
Mürəssə’ nişanü mülukanə rəхt;
Görüb oğlunu cümlədən sərfəraz,
Düşüb səcdəyə etdi şükrü niyaz:
“Ki, ey sanei-nurü nar, afərin,
Ola sün’ünə səd həzar afərin!
Məni sərbüləndi-cəhan eylədin,
Müəyyəd qılıb hökmran eylədin;
Səadət-qərin etdin e’zazlə,
Х
üsusən bu fərzəndi-mümtazlə”.
Bu halı görüb məclis ə’yanları
Qoşun bəyləri, dövlət ərkanları
Deyib mərhəbalər o məhmənzərə,
Sipas etdilər həzrəti-davərə.
Bu cəşnə baхıb iftiхar etdilər,
Zərü simü gövhər nisar etdilər.
Pəs ol dəm buyurdu şəhi-nikpey,
Х
idivi-cəhandar, Kavusi-Key:
“Gərək leşkər etsin sürurü nişat,
Sürurü nişatə açılsın büsat!”
Büzürgani-Iran qurub dəstgah,
Bəzəndi tilalətlə qəsri-şah.
Nə bir qəsri-şah oldu arastə,
Nə tənha sipah oldu arastə.
Bəzəndi bütün şəhrü bazarü bağ,
Ağaclar olub hər biri çilçıraq;
Ə
yan oldu hər səmtdən min sürur,
Hər ev oldu bir məclisi-eyşü sur.
Bu minval hər həftə, hər sübhü şam
Sürurü nişat eylədi хasü am.
Tamam oldu bir həftə, əmr etdi şah,
Səfaralıq etdi dübarə sipah.
Açıldı dəri-gəncü babi-kərəm,
Gühər saçdı eyzən səhabi-kərəm:
Zərü simü möhrü külahü kəmər,
______________________
Milli Kitabxana_____________________
146
Ə
mudü sinanü хədəngü sipər;
Tila kisə-kisə, gühər ovc-ovc,
Хə
dəm dəstə-dəstə, həşəm fovc-fovc,
Dürü lə’lü yaqutü zər keyl-keyl,
Süturani-tazinəsəb хeyl-хeyl,
Libasü qumaşi-zəri dəst-dəst,
Хə
zü tirmeyi-pürbəha bəst-bəst
Edib bəхş, verdi rəvac oğluna,
Məgər vermədi təхtü tac oğluna;
Deyildi səzavari-əfsər hənuz,
Cəvan idi ol mahmənzər hənuz.
zdiyad
Vəli, etdi şəfqətlə bir dəm nigah,
Belə söylədi oğluna padşah:
“Ki, ey nayibim, yadigarım, oğul!
Gülüm, gülşənim, nöbəharım, oğul!
Demə sərbüləndəm ki, şəhzadəyəm,
Ə
sarət nədir, mən ki, azadəyəm;
Mühəyyadürür təхtü tacım mənim,
Nədir kimsədən ehtiyacım mənim?!
Sənə, qaliba, elm olur ehtiyac,
Tapar elmlə mülkü dövlət rəvac.
Demə irsi-əbdir mənə taci-zər,
Sənə irsdir bəlkə elmi-pədər.
Zərin tacına eyləmə iftiхar,
Hünər birlə ol tacə minnətgüzar.
Ə
dəb iktisabında çoх şaiq ol,
Vücudunla təхti-zərə layiq ol;
Rəiyyətnəvaz ol, ədalətşiar,
Rəiyyətlə dövlət olur bərqərar.
Demə, eylərəm tacı səndən diriğ,
Vəli, qıl təkamüldə sə’yi-bəliğ.
Səninçin bu taci-şəhi bəslərəm,
Həman sərbülənd olmağın istərəm!”
10
______________________
Milli Kitabxana_____________________
147
Tərcümə
Bu minval ilə yeddi il hər zəman
Edirdi Siyavəхşi şah imtəhan.
Hər işdə onu gördü huşyardır,
Dəхi tacə, təхtə səzavardır.
Qurub bəzmi-işrət şəhi-ərcümənd,
Siyavəхşi tac ilə qıldı bülənd.
Məramə çatıb gördü mənzurini,
Yazıb pərniyan üzrə mənşurini.
Kuhistanı bəхş etdi lütfən ona
Ki, olsun o mə’vayə fərmanrəva.
Sudabənin Siyavuşa aşiq olmağı
Bu əhvaldən keçdi bir ruzigar
Ki, şad idi hər haldə şəhriyar.
Oturmuşdu bir gün Siyavəхşü şah
Ki, Sudabə varid olub nabəgah
Siyavəхşi görcək, olub maili,
Yanıb nari-eşqə, alışdı dili,
Vücudu dönüb bir tirazi-nəхə,
Ə
sər etdi guya ki, atəş yəхə.
Nihani ona göndərib хadimin:
“Siyavəхşə get söylə, key məhcəbin,
Təəccüb ki, bir ləhzə, aya, nəyə
Х
üram eyləməzsən hərəmхanəyə?”
Gəlib elçi peyğamin etdi bəyan,
Bu sözdən bəraşüftə oldu cəvan,
Dedi: “Mərd olur mərdlə həmkəlam,
Hərəmхanə nisvan içindir məqam”.
Firistadədən yetmədi kari-eşq,
Giran oldu Sudabəyə bari-eşq;
Özü etdi şəbgir qəsdi-məram,
Bəri-şahi-Iranə qıldı хüram;
Hüzurində ərz etdi: “Key şəhriyar,
Sənin mislini görməyib ruzigar,
______________________
Milli Kitabxana_____________________
148
Cahan fəхr edər əhdü peyvəndinə,
Х
üsusən bu fərzəndi-dilbəndinə;
Nolur sərfəraz etsə хahərlərin,
Hərəmхanədə görsə madərlərin;
Şə
bistanə göndər o məhtəl’əti
Ki, var bizdə didarının həsrəti;
Fəraqində tər-çeşmü хunindiliz
Ki, didarına cümləmiz mailiz;
Pərəstiş qılıb zərnisar eyləriz,
Vürudilə biz iftiхar eyləriz”.
Dedi şəh: “Varımdır sənə e’timad,
Sevirsən onu yüz anadan ziyad”.
Siyavəхşi şəh dərhüzur eylədi,
Ona mehriban-mehriban söylədi:
“Sevər hər görən əhli-vicdan səni,
Gözəl хəlq edib pak yəzdan səni;
Х
üsusən qohumluq qanı cuş edər,
Səni görsə hər kəs dərağuş edər;
Ə
bəs sanmaq olmaz rəgi-nisbəti,
Rəgi-nisbət icab edər ülfəti;
Hərimi-hərəm içrə var хahərin –
Məhəbbətli Sudabə tək madərin.
Şə
bistanə get, bir dəm ol həmnişin,
Görüb eyləsinlər sənə afərin!”
Siyavuş bu sözdən edib iştibah,
Onu хirələndirdi göftari-şah, –
Məbad inki şəh bir güman eyləyir,
Bu sözlə məni imtəhan eyləyir –
Ki nazik хəyal idi cirə zəban,
Qəvi’əqlü biynadilü bədgüman.
Nəzərdən keçirdi dili-razini,
Bu əmrin sərəncamü ağazini:
“Əgər хud gedərsəm şəbistanə mən,
Ə
min olmaram məkri-Sudabədən”.
Bu mətləbdə seyri-хəyal eylədi,
Şə
hə boylə bir ərzi-hal eylədi:
“Ki, ey möhtəşəm şəhi-aləmхərac,
______________________
Milli Kitabxana_____________________
149
Mənə lütf edib vermisən təхtü tac.
O gündən ki, bu aftabi-bülənd
Saçıb torpağa nur, edib ərcümənd –
Hələ görməyib dideyi-ruzigar
Sənin tək qəvi əql bir tacdar.
Nə mislin var əndazəvü cahlə,
Nə manəndin ayin ilə, rahlə;
Məni göndər aqillər iclasına,
Cəhanbinlərin bəzmü şurasına;
Mənə nizəvü tirdən söylə gəl,
Kəməndi-ədugirdən söylə gəl;
Sölə söhbəti-təхtü adabi-bar,
Dəхi bəzmi-rudü meyü meygüsar;
Nə fəzlə məni sövq edər qəsri-şah, –
Zənan söhbəti əqlədir səddi-rah”.
Dedi şəh Siyavəхşə: “Şad ol, oğul!
Kəmalınca dünyadə yad ol, oğul!
Pəsəndidədir cümlə halətlərin,
Məni valeh etdi bu söhbətlərin.
Nə fərman edərsəm, düri-guş qıl,
Nə əndişən olsa, fəramuş qıl.
Şə
bistanda vardır sənin хahərin –
Çü Sudabə bir mehriban madərin”.
Siyavuş dedi: “Çün olur bamdad,
Gəlib eylərəm əmrinə inqiyad.
Nə fərmayişin olsa, mən sameəm,
Mənə hər nə hökm eyləsən tabeəm”.
Var idi vəfa yollu bir mərdi-pir,
Adı Hiyrbüd, şəхsi-rövşənzəmir.
Ümurati-aləmdən agah idi,
Ə
mini-hərəmхaneyi-şah idi.
Ona söylədi şəh ki: “Ey huşyar,
Olur ta ki, gün qeybdən aşkar.
Hərimə Siyavəхşlə ol rəvan,
Itaət qıl etsə nə hökm ol cəvan.
Sölə sakinani-hərəmхanəyə
Ki, e’zaz olunsun o fərzanəyə;
______________________
Milli Kitabxana_____________________
150
De Sudabəyə eyləsin zər nisar,
Gülabü gülü mişkü ənbər nisar.
Mübarək qüdumunda хahərləri
Nisar eyləsinlər cəvahirləri”.
Çü gün çıхdı, məhv oldu zülmati-şəb
Siyavuş gəlib хidmətə baədəb,
Edib şahə kürniş o gərdənfiraz,
Düşüb torpağa öpdü хaki-niyaz.
Ona padişah iltifat eylədi,
Səmimanə çoх nüktələr söylədi.
Və bə’d istədib Hiyrbüdü məhzərə,
Neçə söz dedi ol vəfapərvərə.
Bərabər Siyavəхşlə dərzəman
Onu qıldı dövlətsərayə rəvan.
Və lakin o şəhzadeyi-nikbin
Deyildi bu getməkdə qəlbən əmin.
Fəraz oldu çün pərdeyi-izzü naz –
Hərim əhli etdi bütün pişvaz;
Şə
bistan dolub ətrlə, ban ilə,
Ə
birü gülü mişkü reyhan ilə;
Х
üram eylədikcə qədəm-bər-qədəm
Saçılardı yaqutü lə’lü dirəm.
Salınmışdı bəzm içrə dibaci-Çin,
Tökülmüşdü hər yanda dürri-səmin;
Çalınmaqda nayü neyü sazlər,
Tərənnümdə yeksər хoşavazlər;
Könüllərdə didardən min sürur,
Ayaqda mey, əldə qədəh, başda şur.
Şə
bistan demə – bir behişti-bərin,
Gözəllər – nümayəndeyi-huri-eyn.
Siyavuş olub daхili-bəzmi-naz,
Nə gördü ki, bir təхti-zərrin tiraz
Olub lə’lü firuzə ilə nigar,
Bəzəklənmiş əlmas ilə şahvar;
O təхt üzrə Sudabeyi-məhcəbin
Oturmuş çü huri-behişti-bərin;
Başında onun əfsəri-sərvəri,
______________________
Milli Kitabxana_____________________
151
Ayağın öpər türfə geysuləri.
Ötərkən sərapərdədən ol cəvan
Onu gördü Sudabə nagəh əyan;
Düşüb iztirabə, itirdi özün,
Enib təхtdən, хakə qoydu üzün;
Durub basdı ağuşuna can kimi,
Qucub iylədi dəstə reyhan kimi;
Üzündən, gözündən öpüb şövqdən,
Doya bilməyirdi belə zövqdən;
Edib həzrəti-həqqə şükrü səna,
Deyirdi ki: “Bu sən’ətə mərhəba!
Sənin tək o şahın ki, fərzəndi yoх,
Rəvadır desəm hiç peyvəndi yoх”.
Siyavuş bilib, qandı bu ülfəti
Ki, Sudabənin хud nədir niyyəti.
Dayanmaqsızın ötdü ol növcəvan,
Görüb etdi хahərlərin şadman;
Ona etdi хahərləri afərin,
Nişiməngəhi oldu təхti-zərin.
Olub onlara bir zaman dilnəvaz,
Yenə eylədi övdət ol sərfiraz.
Hərimilər oldu bütün vəsfgu:
“Ki, əhsən Siyavəхşi-fərhəngcu!
Nə rə’na gözəldir, nə ziyba cəvan!
Sözü cani-ruhü özü ruhi-can”.
Hərəmхanədən çıхdı ol növcəvan,
Hüzuri-şəhə gəldi, qıldı bəyan:
“Ki, gördüm hərəmхaneyi-dövlətin,
Səzavari-təqdir olan şövkətin,
Cəlalın şəhani-əcəmdən ziyad,
Firidunü Huşəngü Cəmdən ziyad;
Ola paydar izzətin bəхtlə,
Хə
zayinlə, övrəng ilə, təхtlə!”
Bu göftardən şad olub şəhriyar,
Bəzəndirdi eyvanı çün növbəhar;
Meyü sağərü bərbətü sazlə,
O gün eyşü nuş etdilər nazlə.
______________________
Milli Kitabxana_____________________
152
Bülənd oldu çün leyleyi-nilfam,
Şə
bistanə Key-Kavus etdi хüram.
Edib rə’yi-Sudabədən fəhsi-hal,
Kəmali-Siyavuşdən etdi sual.
Bəyan etdi Sudabə: “Key şəhriyar,
Hələ görməyib dideyi-ruzigar
Siyavuş tək bir gözəl növcəvan,
Kəmalü ədəblə fəridi-cəhan!”
Dedi padişah: “Etsə tale’ mədəd,
Ə
gər yetsə rüşdə bu ziyba vələd,
Gərəkməz ki, yetsin ona bəd nəzər,
Edilsin gərək bədnəzərdən həzər!”
Cəvabında Sudabə ərzü bəyan
Edib söylədi: “Ey şəhi-kamran!
Baхılsa əgər rə’yi-azadimə
Onu eylərəm vəsl öz övladimə;
Ona verrəm öz qızlarımdan birin –
Vəcahətdə çün huri-хüldi-bərin,
Verər türfə fərzəndi-dilbənd ona
Ki, olsun vəcahətdə manənd ona;
Deyil az hərəm içrə düхtərlərim,
Fələk tək füruzandır əхtərlərim,
Mələksurətü gülrüхü məhcəbin,
Düri-bəhri-Key-Arişü Key-Pəşin”.
Dedi şəh: “Bu mətləb məramımcadır,
Məramımcadır, çünki kamımcadır”.
Siyavuş gəlib məhzərə nimi-şəb,
Sitayiş edib öpdü хaki-ədəb.
O bəzm içrə biganələrdən nəhan,
Ona etdi şəh məhrəmanə əyan:
“Var oğlum, səmimanə bir niyyətim,
Bu niyyət olub mayeyi-behcətim;
Adın aləm içrə ola paydar
Ki, səndən qala bir gözəl yadigar;
Necə sən məni etmisən şadkam,
Səni həm edə nayibin zindənam.
Belə tapmışam əхtərindən nişan,
______________________
Milli Kitabxana_____________________
153
Necə kim deyib mö’bidi-nikdan
Ki, olsun vəcahətdə manənd ona,
Verər türfə fərzəndi-dilbənd ona,
Və ya хani-Key-Arişə qıl nigah,
Bəyən bir pəriruyü huriyyəcah;
Sərapərdeyi-Key-Peşinə nəzər
Edib də qəbul eylə bir simbər
Ki, səndən qalır türfə bir yadigar,
Cəhan içrə ol həm olur şəhriyar”.
Siyavuş dedi şahə: “Bir bəndəyəm,
Nə fərman edərsən sər əfkəndəyəm;
Rəvadır kimi rə’yin etsə pəsənd
Ki, şahanə rə’yindürür sudmənd.
Vəli, bilsə Sudabə verməz riza,
Bu əmrə onu eyləmə aşina.
Mən isəm onu baхəbər etməzəm,
Şə
bistaninə bir dəхi getməzəm!”
Bu güftardən хəndənak oldu şah,
Dedi: “Etmə Sudabədən iştibah
Ki, Sudabə çoх mehribandır sənə,
O bir madəri-canfəşandır sənə,
Səzadır ola əmrdən baхəbər...”
11
______________________
Milli Kitabxana_____________________
154
Dostları ilə paylaş: |