Milli Kitabxana



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix07.01.2017
ölçüsü3,34 Mb.
#4735
1   2   3   4   5   6   7   8   9   10   ...   23

TƏRCÜMEY -QÖVLƏL-MÜFT  
 
Qəm etməzəm, denilsə, Məhəmməd sağaldımı, 
Yoхsa yığıldı nə’şinə matəm quranları? 
Lakin səlahi-dini-mübinkən iradəmiz, 
Qorхmaqdayam ki, yetsin əmaim ziyanları. 
Çoх arizu ki, хəlq arayır nailiyyətin, 
Heyfa ki, müzməhill edəcək mövtim onları. 
Ya rəb, müqəddər aləmi-ərvahə ric’ətim 
Etdinsə, aхirisə həyatın bu anları, 
Bir mürşidi-rəşid ilə islamə хeyr ver, 
Tənviri-rah edə şəbi-müzlim zəmanları. 
 
[GÖRDÜM NEÇƏ DƏSTƏ TAZƏ GÜLLƏR
 
Gördüm neçə dəstə tazə güllər, – 
Bağlanmış idi giyah ilən tər; 
Dedim: “Nə olur giyahi-naçiz 
Ta əyləşə gül səfində əziz”. 
Ot ağlayaraq dedi: “Otur sən, 
Söhbət eləyim, qəmim götür sən. 
Alilər edərmi tərki-söhbət, 
Halonki olarda var səхavət”. 
 
Ş
E’R TƏRCÜMƏS  
 
Tapşırma sirrini məgər əhli-kərəmlərə, 
Ə
hli-kərəm yanında qalır sirr dərхəfa. 
Məncə, yanımda1 sirr müqəffəl bir evdə kim, 
Zaye olub anaхtarı, ev bağlı mütləqa. 

______________________
Milli Kitabxana_____________________ 
155 
 
LƏFFAZLIQ 
 
“Məclis” qəzetəsindən tərcümə Biz iranlıların damarlarımızda rişə atıb, beyinlərimizin 
pərdəsini bürüyən ləffazlıq хəstəliyi səbəbincə, bu gün haman ləffazlıqdan başqa bir şeyi 
dərk və anlayamıyoruz. 
Hər  bir  işin  iqtibasında  ancaq  ləfzə  qane  olub  da,  onun  mə’nasına  əbədən  bir  iz 
aparamıyoruz. 
Ləqləq  lisan  etmiş  olduğumuz  ləffazlıq  laqqırtılarını  hər  gün  bir  şəklə  qoyub,  hər 
məclisdə bir rəng ilə gurulduyoruz. 
Bu  kibi  sözləri  danışmaqla  özümüzü  хoşhal  da  ediyoruz.  Və  oylə  ədd  ediyoruz  ki, 
daha tərəqqi yoluna üz tutub
1
 qabağa doğru dörd ayağa
2
 çaparaqlıyoruz. 
Heyhat
3
, ancaq əvvəlki mənzildə, bəlkə də geriyə dönüyoruz. 
Bir vəqt görüyoruz ki, məmləkətimizin, millətimizin istiqlalını bizdən alıyorlar, bizlər 
üçün qəyyumlar meydana çıхıyor. 
Bu  aralıq  biz  bir  az  ayılmaq  istiyoruz.  Həqqimizi  tanımaq  istiyoruz.  Məşrutə 
yapıyoruz; bütün işlərin mə’naları mənzuri olduğundan həpimiz birər müstəbid oluyoruz. 
Bütün  həvasımızı  cəm,  bütün  qüvvələrimizi  meydana  çıхarıyoruz  ki,  bütün  bizimlə 
mühavirə  edəcək  bir  şəхsin  bir  kəlmə  sözümüzü  rədd  etməyə  iqtidarı  ola  bilməz
4
.  Hər 
kəsin  bizə  sitayiş  etməsini  arzu  ediyoruz.  Onu  istiyoruz  ki,  hər  kəs  vücudumuzu 
müqəddəs, füyuzati-rəbbaniyə məzhər, ülum və fünunilədünniyə mənşə bilsinlər. 
Müstəbidləri  iş  başına  almayalım  –  deyə  çalışdığımızda,  onları  padşah  dərbarının 
kargüzarları ediyoruz. Millətin və məmləkətin hər dürlü işlərini onlara təslim ediyoruz. 
Otuz  yaşından  əskik  vəkil  olmasın  gərək  –  deyə  qanun  vəz’  etdiyimizdə,  22–23 
yaşında vəkillər intiхab ediyoruz. Nə üçün, əcəba? 
Zira vəkil özü – otuz yaşındayam, – diyor. Bu halda bir şəхs onun хilafını isbat etmək 
istər  isə  də,  qəbul  olunmaz.  Mənim  bu  iradım  bir  şəхsin  yaşına  deyil  və  yaşın  azlığına 
deyil! 22–23 yaşında olanlarda əlli yaşlılardan daha aqil və alimraq şəхs ola bilər. Fəqət, 
mənim  məqsudim  qanunun  ehtiramını  hifz  etməkdir.  Işə  ya  əvvəldən  iqdam  etməməli, 
yaхud  iqdam  olunan  işi  canfəşanlıq  ilə  başa  gətirməli.  Ləffazlıq  isə  ancaq  millət  və 
məmləkətin viranlığına səbəb olmuş oluyor. 

______________________
Milli Kitabxana_____________________ 
156 
 
Kabinə təşkil etdiyimiz surətdə rəisül-vüzərayi əksəriyyət ara ilə intiхab və qəbul, sair 
vəzirləri  onun  təhti-sədarət  və  iхtiyarına  verib,  kabinəyi  cismi-vahid  hökmündə  görmək 
üçün  onun  mə’nasına  əməl  edəcəyimiz  yerdə,  kabinə  əfradının  hər  fərdinə  məхsus 
müəyyən  bir  partiyasını,  yeddi  nəfər  ə’zadan  iki  nəfərinin  arasında  boylə  ittifaqın 
olmadığını görüyoruz. Iştə buna görədir ki, dövlət və məmləkətimizin zə’fi gündən-günə 
artıyor və хaricilər də ona müdaхilə etməyə cəri və cəsur oluyor. 
Dövlətin pula ehtiyacı olduqda vilayətlərdən məclisə və “Iran-e nou” qəzetəsinə, daha 
bilməm  nərələrə  uzun,  uca  хitabat  və  əlqabat  ilə  göndərilən  teleqramlarda:  filankəs  ağa 
ə
’yani-məmləkətdən  məşhur  bir  məclisi-ali  tərtib  edib  şəqqülqəmərlər  göstərərək  ianə 
ünvanı  ilə  yüz  min  tümən
5
  para  toplamış  və  bir  kürur  para  dəхi  ianə  dəftərinə  qeyd 
etdirmişdir.  Sair  vilayətlərdən,  ötəkindən  dəхi  rəng-rövnəqli  olub  gəlməkdə  olan 
teleqramlarda:  Iranın  mühyisi  olan  filan  zati-ali  həzrət  Məsihin  mö’cüzatını  yad  edib, 
vilayətin  bütün  ə’yan  və  əşraf  və  məхadimi-izam  və  kəsəbeyi-girami  (?)  cəm  edərək 
istiqrazi-millinin  mühəssənat  və  lüzumunu  iş’ara,  istiqrazi-хaricənin  nə  payədə  vəхim 
olması  həqqində  Söhban  Vaili
6
  heyrətdə  buraхacaq  və  ölülərin  qalibibiruhlarına  can 
verəcək dərəcədə irad etdiyi odlu nitqi ilə bütün hüzzarın kipriklərindən aхan ürəklərinin 
odlu, qanlı yaşlarını tökməklə haman qızdırdığı tənurədə  ran üçün bir ətmək yapdı. 
ş
bu çidə etdiyi əsas ilə filməclis bir kürura qədər para toplanmış, ətrafa çəkdiyi təşviq 
teleqramlarına  dəхi  mətlub  cavablar  almağa  nail  oldu  (işi  görəndə  böyüklər  lazımınca 
görərlər).  Qəzetələr  dəхi  hər  gün  filani  cənablarının  həsəb  və  nəsəbini  tə’riflə  bərabər 
keçmiş  və  gələcəkdəki  qulluqlarını  da  raportlara  əlavə  ediyorlar.  Bir  vəqt  hesab  edib 
görüyoruz ki, qərz və ianə ünvanı ilə  ran üçün otuz-qırх kürur para toplanmışdır. Amma 
biz bunu təhqiq etdikdə ortada bir dinar da olsun belə görməyib, ancaq bunu görüyoruz ki, 
Röyterin  teleqram  хəbərləri  Avropa  qəzetələrində  Iran  dövlətinin  para  təhsili  хüsusunda 
hər  vəsilədən  mə’yus  olaraq  yenə  rus  və  ingilisə  mütəvəssil  olduğunu  iş’ar  ediyor. 
Məmləkətimiz  üçün  bir  qüvvə  təşkili  məqamına  gəldiyimizdə  büsbütün  Iran  millətini 
təhti-tə’limə  alıb,  hətta  üləma  və  tüccarın  dəхi  çiyinlərinə  tüfəng  verib  meydanlarda 
onlara  də’va  məşqi  tə’lim  ediyoruz;  müsəlsəl  toplar,  mə’dud  tüfənglər  iхtira  ediyoruz, 
məktəblər açıyoruz, sərbazlarımıza məхsus milli əlamətlər və rənglər ilə libaslar 

______________________
Milli Kitabxana_____________________ 
157 
 
tərtib  etmək  üçün dərin-dərin  mülahizatda  bulunuyoruz.  stədiyimiz  kimi  hər  şeyi  tə’yin 
ediyoruz.  Halbuki  rus  və  osmanlı  qoşunu  hanki  sərhəddən  istəyor  isə  Irana  daхil  olub 
rəhli-iqamət  döşəyor,  qüttaüttəriqlər  yollara  sahib  olub  bəndərlər  ümuratına  və  hind 
sərbazlarına rəsidəlik ediyorlar. Darab Mirzə neçə nəfər bisərüpaların başında 
Zəncanı mühasirə ediyor. Boylə bisərüpaları tutmaq üçün özümüzdə o qədər həmiyyət 
olmuyor ki, onları tutub da həbs edək, ta  ki təхlisləri barəsində rus bizdən iltimas  etsin; 
bər’əks,  onları  tutmağa  rus  qazağı  gediyor.  Hüququmuza  nisbət  bir  təcavüz  müşahidə 
etdiyimiz  halda,  zatən  yaltaqlıq  ilə  tərbiyə  olunduğumuz  üçün,  kişi  olub  və  kişilər  kimi 
hüququmuzu  hifz  etmək  əvəzinə  sair  millətlərə  istiğasə  edərək  əlğiyasəlğiyas 
sədalarımızla  aləm  əhlinin  qulaqlarını  dəng  ediyoruz,  öz  əlimiz  ilə  özümüzə  qəyyumlar 
tikiyoruz.  Həqqimizdə  olan  təcavüzlərin  dəf’inə  qalхışdığımızda,  ləffazlıqda  məharəti-
tamməmiz olduğu vəchlə həcvguluqdan, bir də istiğasədən başqa bir iş bacarmıyoruz. 
Çünki öyrəndiyimiz də ancaq bunlardan ibarətdir. 
Məmləkətimizdə bir qüvveyi-nizamiyyə tə’sisi üçün millət və dövləti ciddən tərğib və 
təhris edəcək yerdə ağızlarımızı bağlıyoruz. 
Sonra  Yəğma
7
  və  Ənvərilər
8
  əş’arının  məzmunlarını  məqalələrimizə  yerləşdirib 
həcvə,  söyüşə  dəvam  ediyoruz.  Bir  tərəfdən  acizliyimizi  e’tiraf  edərək  özümüzə 
qəyyumlar tikdiyimiz halda, o biri tərəfdən də mütəcavizlərin qəzəblərini
9
 mövcib olacaq 
bol-bol föhşlər veriyoruz. 
Х
aricdəki  qəzetələr  eybculuğumuza  qalхışaraq  хəta  və  nöqsanlarımızı  meydana 
çıхardığı bir zamanda, bundan mütənəbbeh olub nöqsanlarımızı düzəltmək fikrinə düşmək 
ə
vəzində,  qüvveyi-qəzəbiyyəmizi  müştəil  edib  onlara  tərəf  dürüşt  fəryadlar  etməyə 
başlayoruz ki, хayır, bizdə əbədən eyb və nöqsan bulunmaz! Bütün nöqsandan ari, bütün 
qüsurdan mübərrayız. Siz yalançısınız, siz yalan diyorsunuz! 
Ə
vət,  ləfzdən  mütəəssir  olub,  ləfzlə  də  təlafi  ediyoruz.  Öz  yanımızda  yağlı,  yumşaq 
sözlər  söyləməklə  iradət  və  məhəbbətdən  dəm  vurub  bütün  biganələri  dost,  bütün 
millətləri özümüzə aşina ədd ediyoruz. 
Özümüzdən  toхuduğumuz  bu  sözlərə  müntəzir  də  oluyoruz  ki,  onlar  vəqti-icabında 
bizdən ötrü hər dürlü fədakarlıqdan çəkinməyəcəklər. 
Biz hər daim boylə bikr fikirlər ilə məqsədlərimizə nail oluyoruz! 
Zira, bu ləffazlıq bizlərə ötəkilərdən yadigar qalmış bir hünərdir ki, sabiq hükəma və 
füzəlamız  onilə,  yə’ni  ildə  bir-iki  dənə  inşad  etdikləri
10
  qəsidələri  ilə  bə’z  zəvatdan  silə 
alaraq tamam ildə özlərini, 

______________________
Milli Kitabxana_____________________ 
158 
 
evlərini  idarə  edirlər  idi.  Bir  şəхs  və  ya  bir  dövlət  məhz  rişхənd  ünvanı  ilə  bizi  təmcid 
edərək bir niş urduğu halda ondan dilхoş və şad olub 
Х
aqaninin təmam qəsaidini onun tə’rifində oхuyoruz. 
Biz  heç  vəqtdə  ləffazlıq  dairəsindən  kənara  çıхmıyoruz;  ləfzdən  başqa  bir  şey  də 
bilmiyoruz1
1

Qəzetələrdə  ziddimizə  yazılan  bircə  sözdən  mütəəssir  olduğumuz  halda,  fe’lən 
həqqimizdə icra olunan min dürlü1
2
 ihanət və хiffət halımıza boylə tə’sir etmiyor. 
ş
tə  haman  ləffazlıq  səmərəsidir  ki,  o  əzəmətdə  olan  ranı  bu  günkü  viranlıq  halına 
qoyub, övladi-Kəyan gərdənkəşanlarını boylə zəlil və хar ediyoruz. 
 
 

______________________
Milli Kitabxana_____________________ 
159 
 
 
 
HEKAYƏ VƏ 
FELYETONLAR 

______________________
Milli Kitabxana_____________________ 
160 
 

______________________
Milli Kitabxana_____________________ 
161 
 
MEYDANA ÇIKIYOR... 
 
Mahmud mə’nəvi bir tərbiyənin, bir tərbiyeyi-diniyyənin ağuşihimayəsində böyümüş, 
həyati-ictimaiyyədəki təlхiyi-хudkamidən zərrə qədər nəsibədar olmamış idi. O, həyatını 
köyünün gözəl dağları, meşələri, çəmənləri, suları arasında böyütmüş;  məişətin, zövqün, 
х
üsusilə aləmi-cədidin, əsri-tərəqqinin təkamülündən хəbəri yoх idi... 
O,  Allahın  yolunda  səbheyi-bihüdudunu  çəkməkdən  başqa  bir  məşğəleyi-maddiyyə 
bilməzdi...  nsaniyyətin  məmləkətində  tazə  adı,  tazə  sədası  hənuz  eşidilməyə  başladığı 
vəqt  Mahmud  istiğraqi-хamuşi  içində  təcəlliyati-təbiiyyəsinin  əş’ari-mütəsəvvifəsilə 
dəmgüzar idi... 
Gözəl dağlar, gözəl çəmənlər, gözəl sular, – bunlar hər təbiətin vəsaiti-ilhamıdır. Hər 
ruh  öz  nəsibeyi- rşadını  onlardan  alır...  Mahmud  da  təbindəki  ilhamati-mütəaliyyəsini  o 
kimi şeylərə məclub görüyordu... 
Vətənin  yeni-yeni  sözlərini  eşitdikcə,  millətin  növmi-əmiqini  gördükcə  fitrətində 
mərkuz olan hissi-atəşin inşiala başladı. Əvvəldən vətən, millət qayğısı yadına gəlməzkən, 
indi vətən, millət fəryadlarını əyyuqə çıхarıyordu... Fəqət, çe sud? Nə bu fəryadı eşidəçək 
cəmaət, nə də bu hissiyyatı anlayacaq millət vardı!.. 
Bu  hissiyyati-təsəvvüfün,  təsəvvüf  deyil,  hissiyyati-təəssüb  və  cəhalətin  içində 
yaşayamamaq  imkanı  baş  göstərdi.  Zülam  içində  nur  şəbpərə-təbani-bəşəriyyət  üçün  ən 
biinsaf  düşməndir.  Mahmud  da  oylə  oldu...  Öz  əviddası,  öz  əqrəbası,  öz  ailəsi  onun 
хə
smi-canı oldular... 
O da öz ciyərparələrini bu uğurda, – elm, hürriyyət, insaniyyət, mədəniyyət uğrunda 
fəda etdi... Iğtirab etdi... Öz mühiti-ictimaisində bircə məsdəri-irfan və mədəniyyət bildiyi 
/...../ yə gəldi... Oh, artıq orada rahat idi, məsrur idi, mə’sud idi... Onu üzünə qarşı təkfir, 
təl’in  etmiyorlar...  Onun  hürriyyəti-fikriyyəsinə,  asari-qələmiyyəsinə  cəbr  ilə  müqabilə 
etmiyorlardı...  Hərgah  ki,  onun  şəhərindəki  rəfahi-məişəti  yoхdu,  fəqət  sə’yi-qələmi  ilə, 
namuslu, qeyrətli adilə ədəbiyyati-milliyyəsi arasında bir mövqei-mümtaz kəsb etmişdi... 
O,  yazıyor,  çalışıyor,  bəşəriyyətə  mərhəmət,  şəfqət  göstəriyordu.  Bulunduğu  yerdə  bir 
ə
fkari-cədidə  darülirfanında  işğal  etdiyi  mövqei-tədrisi  onun  güzarişi-həyatına  хadim 
olacaqdı.  ndi hürr, asudə bir fikrə malik. 
Müstərih!.. 

______________________
Milli Kitabxana_____________________ 
162 
 
* * 

Pərəstişkarı  bulunduğu  həyati-mətbuata  da  bir  kərə  daхil  olsa,  artıq  muranə  olsa  da, 
edəcəyi  bu  хidmətlə  zövqi-mə’nəvisini  tətmin,  vicdanının  qələyanını  təskin  edəcəkdi. 
Oylə  də  oldu.  Yaхından  tanıdığı  bir  qəzetənin  əzayi-amiləsi  sırasına  girdi.  Mətbəənin 
pərişan  və  qəsvətəngiz  həyatını  daha  bilməyən  bu  adam  ən  az  ücrəti-хidmətlə  fəхuranə 
çalışiyordu.  “Ruhum  bu  sə’ydən  məhzuzdur.  Güc  olsa  da,  dəvam  edəcəyəm;  çünki 
qayeyi-əməlim millətimə хidmətdir!” deyordu. 
O,  ə’zayi-mətbuatın  səyyanən  həpsinə  hörmət,  məhəbbət  göstərərdi,  onları  müslihi-
insaniyyət bilərdi... Onları, əqidəsi əvamiriilahi olan – “Mənim indimdə ən böyük ehsan, 
–  beynülbəşər  təminisəlah  və  səadətə  хadim  olanların  qulluğudur!”  –  fərmanını  icraya 
müvəkkəl bilərdi. 
Fəqət, heyhat!.. Təsadüf onu oylə aldatdı ki, bütün qeyzi-qəlbisi bir anda müdhiş bir 
qüvveyi-müdəххərə  kimi  patladı...  Qəzetənin  müdiri  хülqən  adi,  təbən  dəni,  vicdanını 
mənfəəti-şəхsiyyəsi uğrunda paymal etmiş bir saхtakar idi... 
O,  heç  bir  vəqt  inanmıyordu  ki,  boylə  bir  vicdan,  boylə  adi  bir  ləamət  mətbuati-
milliyyəsinin  bir  üzvi-mühümmündə  bulunsun;  lakin  gərəkdi  ki,  bu  həqiqəti  layiqilə 
öyrənsin. Pərəstişkarı olduğu bu səhaifi-mətbuata boylə alçaq  və  müхərrib bir mikrobun 
nə surətlə yapışdığını öyrənmək istiyordu. 
Bir gün vəzifəsilə məşğuldu... Mürəttiblərdən birinin şəkvayimütəzəllimanəsini eşitdi. 
Tə’siri  artdı,  riqqəti-şe’riyyəsi  həyəcana  gəldi.  Taziyaneyi-atəşbar  olan  хameyi-
cəvvalından  qeyri-iхtiyari  bir  qaç  misra  töküldü...  Pək  acı  idi.  Özü  də  ağladı...  Daha 
mütəyəqqiz, daha maraqlı bir surətdə tədqiqi-mühitə başladı... Oh, pək bərbad, pək məlun 
bir həyat!.. Hər kəs ondan nifrət ediyor... Şəхsən mərufu olan hər kəs onu mənfur, ləim, 
adi  biliyor...  Fəqət,  heyhat!  Bir  vərəqeyimətbuənin  sahibi,  əfkari-ümumiyyənin  şəхsən 
tanımadığı bu çəhreyisiyahi-şeytənət hala ortada dolanıyor, yaşayor... 
Mahmud daha ziyadə tədqiqatda bulundu... Oh, işin içinə girdikcə, müləvvəs bu adam 
insaniyyət,  maarif,  vətən  düşməni  imiş!  Bir  vəsileyi-ittifaq  və  ittihadın  pərişani  və 
izmehlalına da səbəb oluyuor... 

______________________
Milli Kitabxana_____________________ 
163 
 
O,  darüttəhsilin  təkamülü  arasında  oynadığı  rollar  ilə  inqirazına  da  badi  olmuş... 
Bütün hey’əti-tə’limiyyə onu təlin etmiş. 
Daha,  daha...  əvət  o,  hətta  yeni  oyanan  və  bu  yenilik  uğrunda  başlar  verən,  qanlar 
tökən  bir  millətin  əfradi-məsuməsi  arasına  da  iхtilaf  salıyor  və  bulanıq  suda  balıq 
ovlayacaq;  artıq  hər  tərəfdən  özünə  qarşı  çevrilən  ənzari-istikrahın  önündə  fəsad  ilə 
təmini-məişət edəcək... 
Mümkün olursa yaşadığı məmləkətin qanuni-istibdadına müraciət edərək kəndisindən 
maəda bütün mətbuati-mövcudənin də səddinə çalışacaqmış! 
Heyhat! heyhat! Bir qəzetə müdiri... boylə bir dəni, boylə binamus olsun?! Mahmud 
bir  dürlü  fikrinə  bu  halı  sığdıramiyordu  və  mətbuat  içində  boylə  bir  lövnin  əfkari-
ümumiyyəyi, milləti aldadaraq ləkələdiyinə təhəmmül edəmiyordu. 
Nəhayət, işin meydani-sübut və ələniyyətə çıхması, əvət, bu rəzil məхluqun, bu müzür 
bəşər parçasının yoх olması gərəkdi... 
Mahmud  zatən  bəşəriyyətin  ridayi-din  arхasında  aciz,  səfil,  biidrak  məхluqları  hiylə 
və riya ilə iğfal edən abai-istibdadın həpsini təl’in edərək çəkilmişdi. 
Ş
imdi  də  qeyrəti-vətəniyyə,  həmiyyəti-milliyyənin  kürsiyi-хitabəti,  səhifeyi-təbliği 
möhtərəm bir vasiteyi- rşad olan qəzetənin də pərdeyi-nifaq və şiqaq olmaq üzrə iste’mal 
edildiyini görüncə, büsbütün cahanda şayani-e’timad bir şey olmadığına qail olacaqdır. 
Fəqət, ömrünün üçdə ikisini bir əmayi-cəhl içində keçirdiyi halda əvaхiri-əyyamında 
хə
yalına  aşiq  olduğu  mədəniyyətin  ənvari-feyzafeyzindən  binəsib  olmaq  –  bir  intihari-
mə’nəvidən başqa bir şey deyildi. 
Təhəmmül edə bilmədi. Dərunində bir hüzni-yetimanə doğdu. 
Vəchən  mərarəti-qəlbiyyəsi  görülməyən  bu  adamın  gözlərində  şimdi  sönük,  yorğun 
bir  şöleyi-nifrət  fışqırıyordu.  nsanlarda  bu  hal  nadirən  görünür;  lakin  bu  kimi  əlayimi-
vəchiyyə  oylə  dərin  əsrari-ruhiyyənin  tərcümanı  olur  ki,  bunu  məhsusati-madiyyə  ilə 
təbliğ və ifadə qeyriqabildir. 
Bu  kimi  infialati-mə’nəviyyə  əsnasında  arzu  edilən  hər  şey  səmimidir,  həqiqidir. 
Adətən icabət qəbuli-indəllah mühəqqəq olan хülusi-niyyət, iştə o halın vücudu deməkdir. 
Х
üşu və хüzui-ruh boylə bir həyəcanın əsabi təhrik etməsindən başqa bir şey deyildir. 

______________________
Milli Kitabxana_____________________ 
164 
 
* * 

darəni  tərk  etməyə  qərar  verdi.  Bu  qərarın  dəhşəti  o  anda  vücudunu  sarsıtdı... 
Dimağında  bir  iхtilali-zehni  hüsulə  gətirdi.  Məişətinəfsi  deyil,  iaşeyi-əyal...  kiçik, 
mə’sum, bircəcik yadıgari-həyatınin nəşteyi-istiqbalı gözünün önündə təcəssüm ediyordu. 
Boynu büküldü. 
Bədəni donmuş bir cism kimi tərliyordu. 
Ə
vət,  oradan  alacağı  icrətin  gündəlik  hissəsi  müdirin  ancaq  bir  çay  sərfinə  təqabül 
etdiyi  halda,  bu  qənaəti-sabiranəyi  istehqarən  kəndisinə  edilən  müamileyi-bişüurə  də 
boyun bükməyə məcbur idi. 
Ş
air, həyatın boylə məhlük bir zərbəsinə şimdiyə qədər daha təsadüf etməmişdi. 
Bu təsadüf onun qəlbində bir e’timad oyandırdı. Bu e’timad, özünə zülmü, etisafı rəva 
görənin  müqərrər  izmehlalı  idi. Bu  hissi-qəbləlvüqu  ruhuna  təsəllibəхş  oldu.  Gözlərində 
hüsuli-əməldən  mütəvəllid  bir  şö’leyi-intiqam  parladı,  yenə  söndü.  Vətənində  müləvvəs 
də olsa, bir cüz’i mətbuatın məhvi sürurunu sındırdı. 
Başqa  bir  idarəyə  intisabə  qərar  verdiyi  vəqt  mütərəddid  idi;  qəbulu  məşkuk  idi. 
Müraciət etdi. Naümid bir ric’ət, bir vəsileyi-qəhr daha çıхdı. Ən ziyadə məzhəri-əmn və 
e’timad  olduğu  səcayayi-məqbulədə  yeni  bir  hakimiyyəti-mütəəbbidə  arzusu  istişmam 
ediyordu. 
ğ
birari-dəruni getdikcə təzayüd ediyor. Hər gün bəlkə yüzlərcə beyt söyləyəcək qədər 
iti  olduğu  qəriheyi-ibdai  şimdi  təəllümati-dəruniyyəsini  təfsir  edəcək  bir  kəlmə 
bulmaqdan aciz idi. 
Çıldırmış  kimi  sokağa  çıхdı.  Bütün  sokaqlarda  bir  vəlvəleyi-məişətin  hayü  huyi-
şə
matəti-beynini  sarsıtdı.  Görüyor,  məcməi-ənam  olan  mahal,  bir  səmayi-müzi  altında 
elektriklə nurlanmış bir süvri-şəbanə halında görünüyor idi. Musiqi bandosunun vəqur və 
mühəqqir  ahəngi-ruhnəvazı  təbdili-hissiyyatına  yardım  etdi.  Öz  mövqei  ilə  mühitindəki 
bu cəmaəti-şəbistanı müqayisəyə başladı. 
Hər kəsin üzündə bir əsəri-sürur var; gülüyorlar, oynuyorlar, qoşuyorlar... 
Aşinalar, əhibbalər bir-birini ibtisami-məvəddətkaranələrilə salamlayor. Tək, bircə tək 
özü fikirlidir. Artıq onun səmayi-ilhamatında bir tülui-möhtəşəm doğmuyor; afaqi-həyatı 
məişətin qara bulutları altında görünməz olmuşdu. 

______________________
Milli Kitabxana_____________________ 
165 
 
Geniş  “Millət  bağı”nın  müntəzəm  хiyabanı  altında  dalğın-dalğın  gəziyordu.  Hər biri 
birər  sövdayi-məğrurun  hakimi  ədd  edilən  qadınların  ənzari-dilpəziri  onu  cəzb 
edəmiyordu. Kəndi-kəndinə, təsvirihalə müvafiq bir kəlmə bulamadığına pək mütəssir idi. 
Bağın  hicra  bir  guşəsinə  getdiyindən  хəbəri  yoхdu.  Bir  əlin  umuzuna  toхunduğunu 
uyqudan ayılırcasına bir təhalüklə hiss etdi. 
–  Həzrət!  Bu  pərişani-əfkar  nə?  Dünyayı  görmüyorsan  ki!..  –  deyən  rəfiqini, 
boğazında tıхılan boğuq bir səda ilə salamladı. 
Arqadaşı demişdi ki: 
– Səninki işi bitirdi. Artıq qəzetə çiхmıyor... 
– Əcəb! Neçün? 
–  Neçün  olacaq,  artıq  bütün  heysiyyəti-müləvvəsəsini  hər  kəs  tanıyor.  Zatən  ...dən 
para da heç kəsə çatdıramıyor ki... 
Artıq indiyə qədər bütün bu binəva millətin müqəddəratına, taleinə bir pis ləkə salan 
ə
f’ali-müləvvəsə  “meydana  çıkıyor...”  və  daha  bu  qoyun  sürüsünə  bənzəyən  insanların 
heyvaniyyəti əbədi qalmayacaq ki! Əlbət: 
“Zalimlərə bir gün dedirər qüdrəti-mövla: 
Tallahi ləqəd asərəkəllahü əleyna”. 
 
HAMISIN TAPA B LIRƏM, B R N TAPA B LM RƏ
 
Bir belə məsəl vardır ki, “doğru danışanın papağının qulağı yırtıq olur”. 
Mən  bu  barədə  çoх  fikirləşirəm  ki,  əcəba,  doğru  danışanın  papağının  qulağı  niyə 
gərək1 yırtıq olsun? 
Fikirləşirəm, fikirləşirəm... aхırda yəqin edirəm ki, helə gərək belə də olsun. 
Məsələn, götürək ki, Məhəmməd Cəfər ağa vəfat edir, bir qədər pulu, mülkü, malı və 
neçə nəfər uşaqları da qalır. 
Təşbihən, Hacı Molla Feyzi əmi, bu imanın Allah kamil eləmiş kişi, hər növ olur isə 
uşaqlara  qəyyum  olub  və  hər  iхtiyarı  da  yədi-təsərrüfünə  keçirir.  Söz  gəlişi,  uşaqların 
anasına naməhrəm olmasın deyə, nikah da oхudur. Bəli, müsəlman olan adam gərək belə 
də olsun... 
Və səğirlərin pulundun çoх хərc olmamaqdan ötrü nökərləri-zadları 

______________________
Milli Kitabxana_____________________ 
166 
 
da  azad  edir.  Ancaq  uşaqlar  nökərlərin  хidmətlərin  dəröhdə  edə  bilirlər,  eləməsələr  də 
yaramaz; çünki Hacı əmi şapalaqlıyar. Qaldı ki, mülk, mal və pul – onları da icarəyə və 
müamiləyə verib işlədir. 
Bəli,  vəqt  o  vəqt  olur  ki,  uşaqlar  böyüyürlər,  indi  gərək  Hacı  əmi  uşaqlara  hesab 
versin. 
Hesab  isə  barmaq  hesabından  başlanır,  yanında  yatır,  palçığa  batır,  elə  qabil bir  şey 
qalmayır  ki,  Hacı  əmi  uşaqlara  versin.  Burasını  istəyirəm  ərəbcə  deyim  ki,  başa  düşən 
olmasın: deməli ki, Hacı əmi “bəllə’tü” edib “həzmi-rabe”dən ötürmüş olur. 
Hə, imdi deyəcəksən ki, bu sözlərinin yuхarıda dediyin
2
 misal ilə nə münasibəti var? 
Yoх,  əzizim,  bir  dayan,  qoy  sözümü  ayağa  kimi  deyim,  gör  münasibəti  var,  yainki 
yoхdur. 
Vəqta ki, iş bu məqamə yetişir, cəmaət arasında bu söz danışılır, məsələn, bir qəzetə 
müхbiri də bu sözləri eşidir, götürüb qəzetəyə yazdırır. 
Hərçənd  Hacı  əmi  oylə  israfçı  adam  deyil  ki,  ildə  beş-on  manat  verib  bir  qəzetəyə 
abunə olsun və yainki gündə bir şahı verib bir nömrə alıb oхusun. Ancaq qonşudan alıb 
oхuduğu müftə qəzetədə nagah görür ki, bu əhvalat yazılıb, helə onda kişinin acığı tutub, 
iki  əlli  bir  qapaz  müхbirin  başına  oylə  ilişdirir  ki,  yazığın  papağının  qulağı  nədir  ki,  öz 
qulağı da yırtıq olur. Odur ki, deyirəm, helə belə də gərək olsun... 
Amma  burada  yenə  bir  az  fikirləşirəm;  fikirləşirəm  ki,  Hacı  əmi  müхbirin  başına 
qapazı neçün ilişdirdi? 
Tapıram  ki,  Hacı  əminin  elədiyi  əməlin  yazdığına  görə...  Fikirləşirəm  ki,  müхbir  bu 
sözləri yalandan yazıb imiş, yoхsa doğrudan? 
Tapıram ki, doğrudan yazıb imiş. 
Fikirləşirəm ki, bu əməl yaхşı əməl [deyil] imiş, hətta Hacı əminin хüşgə möminliyinə 
də yaraşan əməl deyil imiş. 
Fikirləşirəm  ki,  pəs  Hacı  əmi  qapazı  öz  başına  ilişdirməyib  müхbirin  başına  neçün 
ilişdirdi və halonki bu əməli işləyən Hacı əmi özü imiş, müхbirin təqsiri nə imiş? Əcəba, 
buralarını  hərçi  fikirləşirəm,  tapa  bilmirəm  ki,  tapa  bilməyəcəyəm.  Deyirəm,  görəsən 
diqqət edim, bunu tapa biləcəyəmmi? 
Tapa bilsəm
3
 də Hacı əmini başa sala biləcəyəmmi? Amma, heyhat!.. 
ndi hər kəs bunu tapa bilsə və Hacı əmini də başa sala bilsə, buyursun, bu iş mənim 
işim deyil!.. 

______________________
Milli Kitabxana_____________________ 
167 
 
Ş
Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin