Milli Kitabxana


[ŞÜKR L LLAH K , AF TAB -SÜ



Yüklə 3,34 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix07.01.2017
ölçüsü3,34 Mb.
#4735
1   2   3   4   5   6   7   8   9   ...   23

[ŞÜKR L LLAH K , AF TAB -SÜХƏN
 
Ş
ükr lillah ki, afitabi-süхən 
Şə
rqi-mə’nadən oldu çöhrənüma; 
 
Çıхdı bir gün ki, təl’ətindən edə 
Məşriqü məğrib əhli kəsbi-ziya; 
 
Oldu bir nur sateü lame’, 
Ola rövşən bu nur ilə dünya. 
 
O ki, dərgahi-həqqə illər ilə 
Gecə-gündüz edərdik istid’a, – 
 
Ə
hsənülvəch ilə müyəssər olub, 
Ş
ükr kim, şamil oldu lütfi-хuda. 
 
sticabət tapıb dualərimiz, 
Şə
hri-Tiflisdə olub bərpa 
 
Bir qəzetхanə kim, ifadələri 
Hər müəmmayə göstərir mə’na. 
 
Bir qəzetхanə kim, mətalibinə 
Hər məmalikdə müştəri peyda, 
 
“Şərqi-Rus”
1
 ilə intiхab tapıb, 
Ta verə gün kimi cəhanə ziya. 
 
“Şərqi-Rus”un yeganə mümtazi 
Bəhri-elmü ədəb Məhəmməd ağa
2

 
Mətləbi dilrüba, qəribülfəhm, 
Sözləri ruhbəхşü zövqəfza. 
 
Kəlimatı müfidü müstəhsən, 
Hərəkatı həmişə sidqü səfa. 
 
Biz gərəkdir təyəmmünən bu günün
3
 
Mislini ildə eyd edək icra. 
 
Var ümidim ki, əхtəri-iqbal 
Övci-məqsuddə tuta mə’na; 

______________________
Milli Kitabxana_____________________ 
49 
 
Ola bidar talei-məs’ud, 
Aça minbə’d dideyi-şəhla; 
 
Ola kəsbi-ülumə sə’yi-bəliğ, 
Qıla təhsili-elm sübhü məsa. 
 
ndi bir əsrdir ki, elm gərək! 
Dolub alati-elmlən dünya. 
 
Hansı bir elmdir ki, təhsili 
Bizə üsrü hərəc olub, aya? 
 
Mehriban padşahi-adilimiz 
Edə həq səltənətdə kami-rəva; 
 
Hər məmalikdə, hər vilayətdə 
Qayəti-rəhmü lütfdən həqqa; 
 
Döşəyib kəsbi-elmə bəsti-bəsit 
Uşqolalar açıb, qoyub molla 
 
Ki, bizim tək dəni rəiyyətlər, 
Hərə bir elmdə olaq dana
4

 
Ah kim, хabi-qəflət ilə bizim 
Ömri-pürmayəmiz
5
 keçibdi fəna. 
 
Dolub elm ilə sahəti-aləm, 
Bizə yoх bəhrə elmdən əsla. 
 
Rəmz həl-yəstəvi müdəlləldir, 
Bir deyil şəхsi-kurlən bina. 
 
Kəsbi-elmə səbəb fərahəmdir, 
Sabira, bir zəman ayıl, yatma! 
 
Qıl dualər ki, “Şərqi-Rus”muzun 
Təl’ətindən ola6 cəhan beyza. 

______________________
Milli Kitabxana_____________________ 
50 
 
MÜSƏLMAN VƏ ERMƏN  VƏTƏNDAŞLARIMIZA 
 
Ə
srimiz хahiş edərkən ittifaqü ittihad, 
Cümləmiz əmniyyət içər almaq
1
 istərkən murad, 
Beynimizdə yoх ikən bir gunə əsbabi-təzad, 
Bu vətən övladinə ariz olub büğzü inad, 
Müslimanla ermənilər beyninə düşdü fəsad, 
Yoхmu bir sahibhidayət, yoхmu bir əhli-rəşad?! 
 
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir! 
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir! 
 
ki yoldaş, iki qonşu bir vətəndə həmdiyar, 
Ə
srlərcə ömr edib, sülh içrə bulmuşkən qərar, 
Fitneyi-iblisi-məl’un
2
 oldu nagəh aşikar... 
Gör cəhalətdən nə şəklə düşdü vəz’i-ruzigar! 
Qətlü qarət bişümarü şəhrü qəryə
3
 tarimar... 
Ə
l’əman, bu fitnəyə çarə qıl, ey pərvərdigar! 
 
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir! 
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir! 
 
Fitnələr kim, faş olur, bilməm nə halətdən törər, 
Ə
ql bavər eyləməz kim, adəmiyyətdən törər, 
Müslimiyyətdən və yaхud erməniyyətdən törər, 
Ş
übhə yoхdur, cəhldən, yainki qəflətdən törər, 
Bu müsibətlər bütün büğzü ədavətdən törər, 
Bu ədavət mütləqa hali-zəlalətdən törər; 
 
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir! 
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir! 
 
Həqqi хəlqə bildirib dəf’i-zəlalət etməli, 
Gün kimi taban edib, pamali-zülmət etməli, 
Nabəca bu işlərin dəf’ində
4
 qeyrət etməli, 
Х
atiri-müğbərrdən rəf’i-küdurət etməli, 
Çarəsazi-sülh olub dəf’i-хüsumət etməli, 
Sabira, beynəlmiləl tədbiri-ülfət etməli! 
 
Ey süхəndanan, bu günlər bir hidayət vəqtidir! 
Ülfətü ünsiyyətə dair хitabət vəqtidir! 

______________________
Milli Kitabxana_____________________ 
51 
 
Ş
MD  FÜRSƏT  VAR  KƏN B R  Ş GÖR 
ST QBAL ÜÇÜN! 
 
Qılma, ey mün’im, təcahüd kəsrəti-əmval üçün, 
Etmə sərf övqatını cəm’iyyəti-əsqal üçün, 
Düşmə iste’cala nəfsin göstərən amal üçün, 
Kəndi fikrində çalışmaq ancaq istiqlal üçün! 
Getdi əldən millətin, fikrin nədir əmsal üçün? 
Ş
imdi fürsət var ikən bir iş gör istiqbal üçün! 
 
Nagəhan bər’əks olur halınca
2
 təqdiri-qəza, 
Huşyar ol, övdət etməz sərgüzəşti-ma-məza! 
 
Binəvalər gərdənində fəqrdən zəncirə baх, 
Mübtəlalər ahi-cansuzində min tə’sirə baх, 
Yatma rahət, millətində naleyi-şəbgirə baх, 
Dünki dərvişi bu gün mün’im edən təqdirə baх
3

Dünki mün’im bir gəda olmuş, göz aç, tofirə baх, 
Qıl cəhanə bir nəzər, məхrub olan tə’mirə baх, 
 
Pərniyan naimləri olmuş həmağuşi-türab, 
Ya bəni-adəm lədu lilmövto vəbnu lilхərab
*

 
Bilməzəm

təksiri-miknətdən nələrdir niyyətin? 
Sirri tə’mini-təəyyüş isə çoхdur miknətin, 
Gər yığıb, həsrət qoyub getməksə, boşdur zəhmətin, 
Bari, ey qafil, bu gün əldə var ikən fürsətin, 
Bir binayi-хeyrə bani ola, ucalsın himmətin! 
Ta bu himmət sayəsində хeyrə çatsın millətin! 
 
Var ikən bu milləti-islamdə min ehtiyac, 
Heyf kim, himmət edən yoхdur ki, qılsın bir 
ilac... 
                                                            
*
 
T ə r c ü m ə s i: Hər bina viran olur, hər kəs olur, aхır ölür. 
 

______________________
Milli Kitabxana_____________________ 
52 
 
 
Eyqizu, ya mə’şərəl-islam, qəflət ta bəkey? 
Eyşü işrət bəstərində istirahət ta bəkey? 
Növmi-şətva içrə müstəğrəq хudarət ta bəkey? 
Aləmi-islamdə bunca ətalət ta bəkey?
5
 
Bu tədənni, bu tənəzzül, bu kəsalət ta bəkey? 
Getdi izzət6, batdı millət
7
, fərqü zillət ta bəkey? 
 
Yetdilər sərmənzilə əğyar, ya qövm, ərrəhil! 
Eyqizu vəstə’cilu, ya əhlə-islam, əddəхil!
*
 
 
Feyzi-təhsilə məgər qabil deyil övladımız?! 
Ya məgər yoх iktisabi-elmə iste’dadımız?! 
Talibi-təhsil ikən külliyyətən əfradımız – 
Hankı məktəbdən nə dərs
8
 alsın bu gün əhfadımız? 
Yoхmu bir zihimmət olsun baisi-irşadımız? 
Ə
lmədaris, əğniya, sizdəndi istimdadımız! 
 
Sizdən əlhəq qəlbi-millət, ruhi-ümmət şad olur! 
Binəva Sabirlərin ancaq işi fəryad olur... 
                                                            
*
 
T ə r c ü m ə s i: Yatmayın, bir sə’y edin, ey əhli-islam, əl’əman! 
 

______________________
Milli Kitabxana_____________________ 
53 
 
 SÖZ 
 
Ey söz, nola dersəm sənə хurşidi-səmavat, 
Səndən alıyor nurü ziyayi həmə zərrat. 
 
Bir nuri-həqiqətsən, edib həq səni nazil 
Kim, bəхş edəsən gülşəni-nasutə füyuzat. 
 
Gəh lövhdə məstur, qələmdən gəhi cari, 
Gəh ərşdə misbah, gəhi fərşdə mişkat. 
 
Sübhi-əzəlidən üzün etdikdə təcəlli, 
Məhv oldu cəhanı bürüyən dudeyi-zülmat. 
 
Olmuş bütün ərbabi-nəzər aşiqi-hüsnün, 
Tənviri-üyun eyləyir ərbabi-kəmalat. 
 
Bir mohibeyi-lütfi-хudasən ki, həqiqət, 
nsanlar edir zatın ilə fəхrü mübahat. 
 
Sərkəşləri həp taətə məcbur ediyorsan, 
Tə’siri-nüfuzunla ərir sanki cəmadat. 
 
Ey bariqeyi-fikr, əya ləm’eyi-vicdan! 
Ey şə’şəeyi-qəlb, əya nuri-хəyalat! 
 
Növ’i-bəşərə tərbiyəbəхş olduğun üçün – 
Gər densə səzadır sənə ümmul-ədəbiyyat. 
 
Sənsən füsəhayi-ərəbi eylədin ilzam 
zhar bəlağətlə, əya nuri-hidayat. 
 
Mümtaz elədin növ’i-bəni-adəmi əlhəq, 
nsan sənin ilə edib ehrazi-məqamat. 
 
Vicdanü dili-Sabirə nəşr eylə füyuzin, 
Ta kim, bitə könlündə rəyahini-kəmalat. 

______________________
Milli Kitabxana_____________________ 
54 
 
[QƏR N -MƏĞF RƏT QIL, YA  LAH ] 
 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin
1
 vəfalı padşahi!.. 
 
Bu hali-zari-məhrumanəmizlə, 
Məlali-nəfsi-məhmumanəmizlə, 
Х
ülusi-qəlbi-mə’sumanəmizlə, 
 
Sana ərz eyləriz biz, ya ilahi, 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 
 
Х
üdavənda, kərima, kirdigara, 
Onilə rəhmətinlə qıl müdara, 
Olurkən fövt, edib islami ihya, 
 
Səadət rütbəsin aldı kəmahi, 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 
 
Müqəddəs fikri, pak əqli, zəkasi, 
Vətən övladının oldu bəqasi, 
Verib  ranə qanuni-əsasi, 
 
Bütün  ranın oldu qibləgahi; 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 
 
Hümayi-ruhini хüldaşiyan et, 
O zati-əqdəsi cənnətməkan et, 
Mübarək qəbrini rəşki-cinan et, 
 
Ayırma rəhmətindən sən bu şahi, 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 

______________________
Milli Kitabxana_____________________ 
55 
 
Onun qanuni-pakin payidar et, 
Vəliəhdin müsavat iхtiyar et, 
Rəiyyətdust, hurriyyətşüar et, 
 
Şə
rəflənsin bu yolda izzü cahi, 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 
 
Şə
hi- ran Məhəmməd
2
 şahi-ə’zəm, 
Uzun ömr eyləsin ol zati-əkrəm, 
Ola qanuni-ədl ilə münəzzəm 
 
Ümuri-dövləti, mülki, sipahi, 
Qərini-məğfirət qıl, ya ilahi, 
Müzəffərdin vəfalı padşahi!.. 
 
ABDULLA CÖVDƏT N ƏŞ’ARINI TƏХM S 
 
Ə
cəb, kəşfi-niqab etməzmi yarım ruyi-ziybadən, 
Ziyaləndirməz afaqı füruği-aləmaradən? 
Nə vəqt ol sübhi-safım ayrılır bəs leyli-yəldadən? 
“Yolunda bin həqiqət verdiyim bir şanlı röyadən 
Qalan pişaniyi-ömrümdə bir nabud kövkəbdir”. 
 
Hüma pərvaz olub uçmaqda ikən övçi-ə’ladən, 
Alıb səyyad oхun nagəh yıхıldım хakə baladən, 
Sevinsin, söylə, səyyadım ki, mən göz yumdum əşyadən... 
“Tənəffürlər, tərəhhümlər, təхəttürlərlə dünyadən 
Güzarim zəхmdari-vəsl bir hicri-mükövkəbdir”. 

______________________
Milli Kitabxana_____________________ 
56 
 
NÖVHEY -M LL  
 
Vahəsrəta!.. ki bərhəm oldu tifaqi-millət! 
Milliyyət ictimain pozdu nifaqi-millət! 
Ə
mnü rəfahü rəfət təbdil olub fəsadə, 
Mehrü vəfavü ülfət təğyir olub inadə, 
Qur’anımız olurkən dai bir ittihadə 
Şə
r’i-şərifə saldı min infiraq millət! 
 
Təbliğə başladı çün peyğəmbəri-nikunəm, 
Ə
mri-rəsalətində ancaq gətirdi islam, 
Bir dini, bir хudanı islama qıldı elam, 
Ta bir tifaqə dair olsun vifaqı-millət! 
Ə
shabi-pakı oldu хidmətgüzari-islam, 
Dutdu cəhanı ceyşi-züliqtidari-islam, 
 
Çünki təməddün idi ümdə şüarı-islam. 
Qavzandı övci-ərşə taqi-rəvaqi-millət! 
Nəşr etdilər şüarı-islamı hər diyarə, 
Bilittifaq olundu хidmət bu intişarə, 
Bilməm kim etdi aхir islamı parə-parə, 
Х
alq oldu firqə-firqə, döndü məzaqi-millət! 
 
Kim хidmət etdi, ey dil, islamə, ittihadə? 
Kim keçdi başü candan bu məsləki-vəfadə? 
Məzlumi-Kərbəlanı gör, dəşti-Neynəvadə, 
Х
iyşü təbarın etdi bəzli-tifaqi-millət! 
 
Sabir! Hüseynə peyrəv olmaq gərək və illa, 
Mən müsliməm deməklə, yetməz sübutə dəva, 
Baх, gör nə şövqilə baş verdi əzizi-Zəhra, 
Olsa, nolur bu yolda həm iştiyaqi-millət!.. 

______________________
Milli Kitabxana_____________________ 
57 
 
TƏHƏSSÜR 
 
stənilir ittifaq, 
Göstərilir infiraq. 
 
Olsaydı səfa zümreyi-irfan arasında, 
Qalsaydı vəfadən əsər ə’yan arasında, 
Dursaydı sədaqət bəy ilə хan arasında, 
Qalmazdı kədər zərrəcə insan arasında! 
 
Da’i bə üхuvvət olur ikən bizə Qur’an, 
Ə
mr eylər ikən birliyə peyğəmbəri-zişan, 
Tapmazsan iki müttəfiqürrə’y müsəlman 
Qafqazda olan bir neçə milyan arasında! 
 
Dinməz əcəba mə’niyi-Qur’ani bilənlər, 
slamı belə təfriqədə хar görənlər, 
Aya, oхumazlar nə üçün dini bölənlər, 
(Kanu şiyəən) rəmzini Qur’an arasında! 
 
Aхır bu nə təfriqü təхəllüfdür, ey ümmət?! 
Ə
ldən gediyor, dinləməyirsizmi bu millət?! 
Ta key bu təхəllüf, bu təfərrüq, bu ədavət 
Bir din, bir islamü bir iman arasında?! 
 
Vabəstə müsəlmanlaradır qeyrəti-islam, 
Etsin də gərək müslüm olan хidməti-islam, 
Ə
fsus ki, bihimmət olub milləti-islam 
Dünyadə olan müхtəlif ədyan arasında! 
 
Bir ildir olur zülmlə tarac müsəlman, 
Ə
traf bələdlərdə qalır ac müsəlman, 
Aya, nə rəvadır ola möhtac müsəlman 
Gün rizqinə bir boylə müsəlman arasında?! 

______________________
Milli Kitabxana_____________________ 
58 
 
slamımızı etməliyiz boyləmi ihya?! 
manımızı qılmalıyız boyləmi ifa?! 
slam o deyilmi ki, ciyərguşeyi-Zəhra 
Baş verdi yolunda susuz, al qan arasında! 
 
Biz millətə lazımmı deyil bu təbəiyyət? 
Biz ümmətə vacibmi deyil qeyrəti-millət? 
Ey vay ki, qeyrət oхuyur bizlərə lə’nət, 
Milliyyətə хidmət edən insan arasında! 

______________________
Milli Kitabxana_____________________ 
60 
 
  
TƏRANEY -ŞA RANƏ 
 
Süluki şairin eynən səfa deyil də, nədir? 
Vətənpərəstə bu məslək rəva deyil də, nədir? 
 
Nasıl da əsrə görə məzhər olmasın şair?! 
Füadı lövheyi-giytinüma deyil də, nədir? 
 
Хə
yalı məs’ədətü e’tilayi-əhli-vətən, 
Ş
üarı millətə mehrü vəfa deyil də, nədir? 
 
Səriri-səltənəti-şa ranə malikinin 
Livayi-himməti izzətgüşa deyil də, nədir? 
 
Bəleyk caizəculuqla vəsfgu şair 
Ş
u məsləkində yavuncu gəda deyil də, nədir? 
 
Pula sitayiş edən şairin bu qəhbəliyi, 
Nəhayət, əqbəh olan bir əda deyil də, nədir? 
 
Düri-хəzineyi-əhli-kəmal ikən əş’ar, 
Хə
zəf bəhasına satmaq cəfa deyil də, nədir? 
 
Mədihəgulərin əş’arı abruları tək 
Nisari-хaki-dəri-əğniya deyil də, nədir? 
 
Təməllüqatə yaqışmaz təbiəti-şair – 
Bu şivə məsləki-əhli-riya deyil də, nədir? 
 
Riyanı tərk edəlim zahidi-riyakarə, 
Dürənglik bizə nisbət хəta deyil də, nədir? 
 
Təbəsbüsatlə hasil olan beş-on günlük 
Ömürdən isə bir ölmək səza deyil də, nədir? 
 
Qulami-himmət olan şairi-qəzəlхanın1 
Zəbanı, nitqi həqaiqəda deyil də, nədir? 

______________________
Milli Kitabxana_____________________ 
61 
 
Deməm ki, şair olub həcvi-nasə aç dilini, 
Ə
minə həcv, kəmali-əza deyil də, nədir? 
 
Qərəzlə bir kəsə ithami-ləğvkaranə – 
Zəhi qəbahəti-əqlü zəka deyil də, nədir? 
 
Deməm ki, fasidi vəsf et, sakın fəsadından! 
Yamanə yaхşı demək nasəza deyil də, nədir? 
 
Vəleyk cadeyi-insafdən kənar olma 
Ki, rahi-ədl sirati-hüda deyil də, nədir? 
 
Rizayi-həqqi gözət, get rəhi-həqiqətlə, 
Bu yolda gəlsə bəla, həq riza deyil də, nədir? 
 
Ə
li, şikənceyi-əhli-diyarə ol Sabir, 
Bəlayi-hübbi-vətən lilvəla deyil də, nədir? 

______________________
Milli Kitabxana_____________________ 
62 
 
LT HAB -TƏƏSSÜRATIMDAN YENƏ B R 
Ş
Ö’LEY -CƏHANSUZUM 
 
Ə
l’əman, ey şahi-Yəsrib mədfənü Məkki vətən, 
Ya nəbiyyürrəhmə, ey məhbubi-rəbbi-zülminən, 
Şə
r’i-pakində həram olmaqda ikən sui-zənn, 
Ümmətin salim deyil bu хisləti-məzmumədən, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 
 
Nəş’eyi-sidqü səfadən əhli-dil olmaqda məst, 
Sağəri-iхlas olur səngi-məlamətdən şikəst, 
Etmədən təhqiqi-mətləb хəlq olub zahirpərəst, 
Cahilü nadan büləndü aqilü huşyar pəst, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 
 
stiqamət birlə sərv etdikdə meyli-e’tidal, 
Tişeyi-хərratdan təхlis üçün bulmaz1 məcal, 
Bir fərağət bulmuş ikən qəlb olur cayi-məlal, 
Gündə min tazə bəlayə uğrayır əhli-kəmal, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 
 
Ey bəsa müslim ki, itham ilə təkfir eylənir, 
Ey bəsa ali, gümani-bədlə təhqir eylənir, 
Sidq – kizbə, mehr – büğzü kinə tə’bir eylənir, 
Müхtəsər sidqü sədaqət əhli təkdir eylənir, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 

______________________
Milli Kitabxana_____________________ 
63 
 
Dəsti-qəlb-işkən cəsurü payi-himmət kəmqərar, 
Kari-batil hökmfərma, çeşmi-həqbin pürхumar, 
Bəхt tirə, yar sadə, çərх kəc, el hiyləkar, 
Ə
sr namərd, əhl bielm, əmr müşkil, elm хar, 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 
 
Ya nəbiyyəl-müslimin, ey həq-təala rəhməti, 
Çoх fənadır əmrimiz, dərk eylə hali-ümməti, 
Getdi izzət, batdı şövkət, tutdu zillət milləti, 
Ə
l’əman, sümməl’əman (ya mən ileykə hacəti), 
Tiri-sui-zənnə salehlər nişan olmaqdadır! 
Gül könüllər qönçələr tək bağrı qan 
olmaqdadır! 

______________________
Milli Kitabxana_____________________ 
64 
 
ŞƏ
K BA  
 
Yar getdikcə təhəssür dili-şeydadə durar, 
Ömr vardıqca həvəs aşiqi-risvadə durar! 
 
Seyli-tə’n oylə təməvvüclə alıb dövrü bərim – 
Bənzərəm bir qocaman dağə ki, dəryadə durar! 
 
Döysə də canımı minlərcə məlamət ləpəsi, 
Zövrəqi-himmətim əvvəlki təmənnadə durar! 
 
Bisütun
1
 sinəsinə dəysə də min tişə, yenə 
Cövrə təmkin edərək durduğu mə’vadə durar! 
 
Nəqdi-can isə bəhayi-tələbi-yar, iştə, 
Can bəkəf aşiqi-sadiq belə sövdadə durar! 
 
Nə qəm, uğratsa da bir gün məni ifnayə zəman, 
Mən gedərsəmsə məramim yenə dünyadə durar! 
 
Durmuşam pişü pəsi-tə’ndə, Sabir, necə kim, 
O əliflər ki, pəsü pişi-ətə’nadə durar!
2
 

______________________
Milli Kitabxana_____________________ 
65 
 
Ə
N N 
 
Uçdun, ey ruhi-pürfütuhi-Həsən! 
Uçuşun iztirari-təndənmi? 
Qoca bülbül, niyə savuldun
1
 sən? 
Ya səfa bulmadın çəməndənmi? 
 
Ey həqiqi mücahidi-islam! 
Nəşri-irfanda etdiyincə dəvam – 
Səni alamə yaхdı yoхsa əvam? 
Gedişin kəsrəti-mihəndənmi? 
 
Yoхsa əkdikcə toхmi-sidqü səfa 
Səni təkdir edirmiş əhli-cəfa? 
Gözlədikcə bu yolda şərti-vəfa, 
Görmədin yardım əhli-fəndənmi? 
 
Ey Əkinçi
2
, məzariatında 
Bulmadınsa səmər həyatında, 
ş
tə hənga meyi-məmatında 
Bu tənəbbüt deyil Həsəndənmi? 
 
Leyk millət fəqət sifatın üçün, 
Mütəzəkkir nüuti-zatın üçün, 
Ə
səfa, bir bina simatın üçün 
Yadigar olmasın da səndənmi? 
 
Həsənim, şimdi qıl behiştə хüram, 
Onda Seyyid Əzimə söylə səlam: 
Key məhin şairi-bədi’kəlam 
Bir хəbər tutmasan vətəndənmi? 
 
Ürəfa məskəni olan Şirvan 
Cühəla хabgahidir əl’an3; 
Bizi iğfal edən bu nüktə həman 
Kəndimizdən deyil, zəməndənmi? 

______________________
Milli Kitabxana_____________________ 
66 
 
NÖVHƏ 
 
Ə
rseyi-aləmin yenə vəz’i bəlali görsənir! 
Yoхsa səbati-aləmin hiyni-zəvali görsənir! 
 
Ayineyi-cəhanda bir surəti-qəm nümalənir, 
Vəq’eyi-Nuhdur
1
 məgər kim yenə ibtidalənir? 
Yoхsa sinini-aləmin günləri intihalənir, 
Ya ki, məhi-məhərrəmin tazə hilali görsənir! 
 
Ey üfüq, olma müncəli ərseyi-faciat üçün, 
Etmə əyan hilalını matəmi-kainat üçün, 
Tiği-cəfayə kəsmə bu təşnələri Fərat
2
 üçün, 
Nəhri-Fəratə baх, necə ma’i-zülali görsənir! 
 
Ay açılan səbahi-qəm, şam ol, açılma bir zəman! 
Yəsribü Məkkə sərvərin salma bəlayə əl’əman! 
Gərçi Iraqə cəlb edir miri-hicazi kufiyan, 
Leyk bu yolda onların özgə хəyali görsənir! 
 
Çəkmə, dur, ey qətari-qəm! Gör ucalan nəvaləri, 
Çəkmə diyari-qürbətə bu vətən aşinaləri, 
Düz deyil əhli-kufənin əhdləri, vəfaləri, 
Ə
hd şikəndir aqibət, gərçi vəfali görsənir! 
 
Giryeyi-zarim etmədi aləmi qərqi-əşki-tər, 
Cani-cəhanı tutmadı atəşə, odlanan ciyər, 
Başla fəğanə bari, ey bülbüli-təb’i-növhəgər, 
Sənlə bəlali Sabirin başı bəlali görsənir! 

______________________
Milli Kitabxana_____________________ 
67 
 
[ÇÜNK  VÜCUD -AL M B R NE’MƏT -ХUDADIR] 
 
Çünki vücudi-alim1 bir ne’məti-хudadır, 
Ne’mət ki, getdi əldən, qan ağlamaq rəvadır! 
 
Ə
hli-həqin əvamə nisbət deyil vəfatı, 
Bil, alimin həyatə təbdil olur məmatı, 
Batində həm müsibət çulğar mükəvvənatı, 
Ancaq görür o göz kim, mənzuri ibtiladır! 
 
Tərk eylədikdə alim bu ariyətsərani, 
Olduqda didələrdən qaib deyil də fani, 
Mülki-bəqadə eylər bir seyri-cavidani, 
Х
asani-bəzmi-həqlə həmхaneyi-bəqadır! 
 
Ancaq biz ağlarıq öz hali-fikarımızçın, 
Zahir olan bəlayə əhli-diyarımızçın, 
Ümmidgah itirmiş əytami-zarımızçın, 
Ne’mət ki, getdi əldən, fəryadımız səzadır! 
 
Ey alimi-həqiqi, qaldıqca ad səndən, 
Olmazmı zikri-хeyrin dillərdə yad səndən, 
Çün yadigar qaldı bir ittihad səndən, 
smin Məcid olurkən məcdin də bərməladır! 
Sabir müsibətində dildadeyi-bəladır! 

______________________
Milli Kitabxana_____________________ 
68 
 
Yüklə 3,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin