Milli Virtual Kitabxana



Yüklə 4,94 Kb.
Pdf görüntüsü
səhifə4/16
tarix07.04.2017
ölçüsü4,94 Kb.
#13622
1   2   3   4   5   6   7   8   9   ...   16

 
Vüqar Haqverdiyev 
 
Virtual məkanda niklər aləmi... 
 (Nikləri ləqəblərin - təxəllüslərin müasir forması hesab etmək olarmı?!) 
 
Bu gün internetdə saysız-hesabsız nikneymlərə ("nickname" ingilis dilində ləqəb, təxəllüs deməkdir), qısa 
desək, niklərə rast gəlmək olar. Müxtəlif insanlara məxsus olan bu niklərin başlıca vəzifəsi virtual aləmdə öz 
sahibini anonim saxlamaq və onu uydurma ad altında gizlətməkdir. Bu baxımdan nikləri təxəllüslərin müasir 
forması hesab etmək olar. Çünki, təxəllüslər də ilk dəfə yarananda məhz müəlliflərini anonim saxlamaq 
funksiyası daşımışdır. Demək olar ki, bütün xalqların ədəbiyyatında əsl adını gizlədən ədiblər olmuşlar. Onları 
belə addım atmağa müxtəlif səbəblər məcbur etmişdir. Bir çox müəlliflər təqibdən qorunmaq üçün, digərləri 
adlarının yaxşı səslənmədiyinə görə və ya eyni adlı başqa yazanla səhv düşməmək üçün təxəllüslərdən istifadə 
etmişlər. İctimai vəziyyətləri açıq ədəbiyyat sahəsində fəaliyyət göstərməyə icazə verməyən insanlar da 
müxtəlif gizli adlar altında fəaliyyət göstərmişlər. Təzə yazmağa başlayanlar isə tənqiddən uzaq olmaq 
məqsədilə uydurma ad altında gizlənirdilər. Dəbə görə və ya oxucuları intizarda saxlamaq üçün təxəllüs 
götürənlər də olmuşdur. Bəzən isə təxəllüs götürməklə, müəllif öz adını gizlətmək yox, əksinə öz peşəsini, 
millətini, doğulduğu yeri, sosial vəziyyətini, yaradıcılıq istiqamətini və ya xarakterinin əsas cizgisini xüsusi 
qeyd etmək məqsədini güdmüşdür. Təxəllüslərə aid bütün bu xüsusiyyətləri, niklərə də şamil etmək olar. Yəni, 
insan həyatda öz adı ilə deyə bilmədiyini internetdə çox asanlıqla nik vasitəsilə söyləyə bilər və eyni zamanda 
da anonim qalar.  
Ümumiyyətlə, niklərdən, əsasən, internet forumlarda, çatlarda, virtual tanışlıqda  istifadə olunur. Bunun üçün 
isə həmin xidmətlərdə qeydiyyata düşmək lazımdır.  Registrasiya zamanı hər istifadəçiyə özü haqqında minimal 
məlumat vermək üçün anket açılır və xidmətə giriş üçün iştirakçı özünə nik və parol seçir. Administrator isə 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
49 
 
həmin nikləri digər iştirakçılarla müqayisə edir, eynilik olanda yeni iştirakçıdan başqa ad seçməyi tələb edir. 
Nik təsdiq olunduqdan sonra müəllif özünə şəxsi ikona da seçə bilər. Avatara adlanan belə ikonalar hərəkət 
edən .gif uzantılı və ya hərəkətsiz .jpg sonluqlu şəkil fayllarından ibarət olur və nikin yanında yerləşdirilir. 
Qeyd etmək lazımdır ki, nikləri hər hansı bir saytda qeydiyyata düşəndə və ya elektron poçta açanda istifadə 
edilən loginlərlə (ing. Log in - qeydiyyata alma) qatışdırmaq olmaz. Loginlər internetdə sistemə və ya 
istifadəçinin konfindensial  informasiyalarına giriş üçündür. Ona görə də onlar digər istifadəçilər üçün əlçatmaz 
və görünməz olur. 
Bu gün virtual məkanda niklər aləmi çox zəngin və rəngarəngdir. Burda cansız əşyaların adından tutmuş canlı 
varlıqların isimlərini əks etdirən istənilən nikə təsadüf etmək olar. Onların arasında elmə məlum olan və 
olmayan, gülməli və kədərli, mənalı və ya ilk baxışdan mənasız görsənən niklər kifayət qədərdir. Uğurlu 
seçilmiş, yaxşı nik internetdə istifadəçilərin diqqətini tez cəlb etməklə onları maraqlanmağa və həmin nikin 
sahibi barədə düşünməyə məcbur edir. Psixoloqlar qeyd edirlər ki, nicklər, bir növ, insanın xarakterini əks 
etdirir. Onlar sahibinin özünü necə görməsi və ya görmək istəməsi amilindən yaranır. Virtual reallıq da elə 
yerdir ki, orda insan özünü istədiyi ampulada göstərməklə müxtəlif rollara girə bilər. Klassiklər demişkən 
"Yalnız bir rol oynayan həyatını uduzar". Şəbəkədə istifadəçilər ayrı-ayrı rollara elə məhz müxtəlif  niklər 
vasitəsilə girirlər.  
Niklərin köməyi ilə insan əsil simasını gizlədərək özünü istədiyi adam kimi qələmə verməklə virtual şəxsiyyətə 
çevrilir. Virtual şəxsiyyət isə insanın daxili "Mən"inin real həyatda gerçəkləşdirə bilmədiyi bəzi aspektlərini 
özündə cəmləşdirir. İnternetdə münasibətlərin kompyuterlə əlaqələndirilməsi və söhbətlərin mətn yığımı ilə baş 
verməsi istifadəçilərə ünsiyyət zamanı öz duyğularını istədiyi kimi ifadə etməyə imkan verir. Yəni, insan öz 
həqiqi hisslərini həm ifadə, həm gizlədə, həm də onun yerinə tamamilə süni hisslər qələmə verə bilər. Çatlarda 
və ya forumlarda nik sahibinin gözəlliyi və ya çirkinliyi onun ünsiyyətinə mane olmur. Bir sözlə şəbəkədə 
insanın cinsi, yaşı, sosial vəziyyəti, görkəmi  qarşılıqlı münasibətdə çox az əhəmiyyət daşıyır. Bəzən məlum 
olur ki, həmsöhbətini aldatmaq məqsədilə çatda oğlan qızlara məxsus, qız isə oğlanlara aid niklərlə  iştirak 
edirlər. Məhz belə imkanlardan istifadə edərək elə adam var ki, internet məkanında öz adına iyirmidən çox nik 
yaradıb. Belə niklərin hərəsinin öz təyinatı olur. İştirakçı hər tema üzrə uyğun niklərdən istifadə edə bilər. 
Məsələn, avtomobil mövzusunda "Avtoş", "Tormoz", idman söhbətində "Çempion", "Boksyor", məhəbbətə aid 
temalarda "Tənha", "Aşiq" və s. kimi niklər daha cəlbedici görsənə bilər.  
Dünyanın nüfuzlu nəşrlərindən biri, Fransanın "Rsychologies" (Psixologiya) jurnalının Rusiya variantının 34-cü 
nömrəsində gedən "Öz nickini mənə de, mən deyim sən kimsən" başlıqlı məqalədə çox maraqlı bir statistika var 
ki, internet istifadəçilərinin  36,5%-i nikləri öz şəxsi həyatları ilə əlaqədar, 28%-i mədəniyyət sahəsi ilə bağlı, 
20,2%-i isə öz ad və familiyaları ilə əlaqədar seçirlər. Şəxsi həyatla bağlı olan niklərin 23,6%-i ailə vəziyyəti və 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
50 
 
ya yaxın adamlarla münasibətdən doğur, 8,6%-i ətrafdakıların adlandırdıqları ləqəblərlə bağlı olur, 4,3%-i isə 
öz sahibinin xarakterinin cizgilərindən birini əks etdirir. Mədəniyyət sahəsindən gələn niklərin 9%-i  teatr 
pyeslərində və ya kinofilmlərdə olan adlardan düzəldilir, 8%-i nağıllardan, teleseriallardan, kompyuter 
oyunlarından və musiqi qruplarının adlarından, 5%-i komik qəhrəmanların şərəfinə düzəldilir, 4,3%-i 
mifologiyadan, 1%-i isə din sahəsindən əmələ gəlir. Adlar və familiyalar ilə bağlı olan niklərin 16%-i 
istifadəçilərin özlərinin əsl adları ilə, 4,2%-i isə onların etnik mənsubiyyəti və ya yaşadığı yerlə bağlı olur. 
Ümumiyyətlə, məntiqi düşüncəsi olan insanlar, adətən, funksional nicklər seçirlər, bəzən belə nuklərdən 
sahibinin peşəsini, hətta əsl adını da müəyyənləşdirmək olur. İnternet forumlarda və çatlarda təcrübəli 
iştirakçılar nikdən, onun avatarasından və forumdakı çıxışlarından nik sahibi haqqında müəyyən təsəvvürə 
gəlirlər. Psixoloq Aleksandr Batxen qeyd edir ki, bəzən niklər bizim kimə oxşamaq arzumuzu, hansı obrazın 
bizi cəlb etdiyini ifadə edir. Biz özümüzü bu obraza proyeksiya edirik və bir müddət keçdikdən sonra isə 
yenidən əvvəlki əslimizə qayıda bilərik. Həqiqi, yaxşı nik zaman keçdikcə öz sahibinə daha möhkəm qovuşur 
və nəticədə əks asılılıq əmələ gəlir. İnsan sadəlövhcəsinə hesab edir ki, o, nikin sahibidir, ancaq məlum olur ki
hər şey əksinədir.  Hələ üstəlik niki imicə uyğunlaşdırmaq əvəzinə, çox vaxt imici nikə uyğun qururlar.  
Niklərlə bağlı bir ciddi məsələ də var ki, uşaq və yeniyetmələr böyüklərdən fərqli olaraq, internetdə kiminlə 
ünsiyyətdə olduqlarını yaxşı dərk edə bilmirlər. Onlara elə gəlir ki, virtual məkanda söhbət etdikləri adamlar 
onların həmyaşıdları və onlarla həqiqətən dost olmaq istəyənlərdir. Müəyyən problemi olan uşaqlar müxtəlif 
forumlarda, çatlarda öz dərdlərini açıqlayır və kömək umurlar. Belə situasiyadan istifadə edən pis niyyətli 
insanlar müxtəlif cəlbedici niklərindən istifadə edərək forumlarda və çatlarda fəallıq göstərir, özlərini qayğıkeş, 
diqqətli insan kimi qələmə verərək uşaqların problemləri ilə maraqlanır, onlara canıyananlıq edirlər. Uşaq 
əyləncələri, musiqi yenilikləri, estrada ulduzları barədə yaxşı məlumatı olan bədəməllər uşaqların etimadını 
qazanaraq söhbət əsnasında tədricən söhbəti öz istədikləri istiqamətə yönəldərək onları yoldan çıxartmağa 
çalışırlar. Belə söhbətlərin sonu isə dünya mətbuatından göründüyü kimi çox faciəvi qurtara bilər. Ona görə də 
valideynlər və müəllimlər bu barədə uşaqları məlumatlandırmalı, onları şübhəli  söhbətlərə girişməməyi və 
özləri haqqında məlumatları tanımadıqları nik sahiblərinə verməməyi məsləhət görməlidirlər.  
Nicklərin dəyişdirilməsi isə çox vaxt insanın uzun müddət ünsiyyətdə olduğu dairədən çıxmaq, xoş olmayan, 
təngə gətirən kontaktlardan uzaqlaşmaq arzusu ilə, bəzən isə istifadəçinin şəbəkədə ifşa olunması ilə əlaqədar 
olur. Yeni seçilən niklər isə, yeni rollar, yeni əlaqələr gətirir.  
Niklər barədə bir şeyi də qeyd etmək lazımdır ki, artıq bu gün internetdə icazəsiz olaraq yaxşı nickləri 
mənimsəmək kimi ənənələr də yaranmışdır. Bu da əsl nick sahiblərinin haqlı narazılığına səbəb olur və onlar 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
51 
 
bunu müəllif hüquqlarının pozulması kimi qiymətləndirirlər. Başqasına  mənsub niki götürmək, bu addımı atan 
adamın şüursuz olaraq daxilən həmin nikə uyğun gəlməyindən də xəbər verə bilər.  
Beləliklə, biz görürük ki, niklər barədə maraqlı faktlar çoxdur və onların hamısını eyni vaxtda sadalamaq çətin 
olar, lakin sonda bir şeyə ümid edək ki, niklər vasitəsilə özlərini virtual məkanın gizli sakinləri  hesab edənlər, 
yəqin ki, bu söhbətdən sonra özlərinə yeni nik seçəndə hər şeyi ölçüb-biçəcək və niklərin də bizim haqqımızda 
müəyyən informasiyalar verdiyini nəzərə alacaqlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
52 
 
 
 
 
Vüqar Haqverdiyev 
 
Azərbaycanda internet və onun sosial-psixoloji aspektləri 
 
İnternetin yaranmasında əsas rolu ötən əsrin 60-cı illərində ABŞ-ın Müdafiə Nazirliyinin hərbi məqsədlər üçün 
etibarlı rabitə sistemi yaratmaq qərarı oynamışdır. Nazirlik bu qərarın ıcrasını tabeliyində olan Perspektiv 
Tədqiqat Layihələri Agentliyinə (ARPA - Advanced Research  Projects Agency) həvalə etdikdən sonra 1969-cu 
ildə ARPA alimlərinin hazırladığı yeni texnologiya əsasında ABŞ-ın Yura Universiteti, SRİ (Stanford Research 
İnstitute – Stanford Elmi-Tədqiqat İnstitut), Los-Anceles və Santa-Barbarada yerləşən Kaliforniya 
Universitetləri arasında ARPANET adlanan kompyuter şəbəkəsi quruldu. ARPANET həmin dövrdə mövcud 
olan digər şəbəkələrdən fərqli olaraq rabitə xəttində hər hansı bir kompyuter sıradan çıxdıqda və ya digər 
problemlər yarandıqda öz fəaliyyətini nəinki dayandırmır, əksinə şəbəkənin qalan hissələri arasında on-line 
(qaynar xətlə) rejimində əlaqəni tam təmin edirdi. ARPANET-in bu üstünlüyünə görə artıq 1971-ci ildə ona 
qoşulan elmi-tədqiqat müəssisələrinin sayı 15-ə çatmışdı.  
İstifadəçilərinin sayı artdıqca ARPA öz tabeliyində olan digər PRNET (Packet Radio Net) və SATNET 
(Satellite Network) kompyuter şəbəkələrini ARPANET-ə qoşur və bununla da bugünkü internetin əsası olan -  
―şəbəkələr şəbəkəsi‖ əmələ gəlir. 1990-cı ildə Amerika hökuməti texniki cəhətdən köhnəlmiş ARPANET-i 
istismardan çıxardaraq interneti Milli Elm Fondunun (NSF) tabeçiliyinə verir. Bundan sonra internetin 
özəlləşdirilməsi və dinc məqsədlər üçün istifadəsi prosesinə başlanılır. Özəl sahədə şəbəkələrin sayı artdıqca 
proqramçılardan internetdən istifadə qaydalarını  maksimum sadələşdirən proqramlar yazmaq tələb olunurdu. 
Çünki həmin dövrlər internet səhifələri yalnız mətndən ibarət idi və şəbəkə xidmətlərindən istifadə edən  
istifadəçi bir neçə çətin proqram bilməklə yanaşı hər dəfə kompyuterin klaviaturasında xüsusi komandalar 
yığmağa məcbur olurdu. Bu problem 1990-cı illərdə İsveçrənin Avropa Nüvə Tədqiqatlar Mərkəzində (CERN) 
işləyən İngiltərəli fizik Tim Berners-Linin ideyası əsasında yaradılan World Wide Web (Ümumdünya Şəbəkə 
Toru) və ya qısaca WWW. internetin yeni informasiya xidməti ilə həll olundu. İnternet səhifələrə mətnlərdən 
əlavə qrafik, səs, multimedia, video elementləri və bir toxunuşla digər səhifələrə keçmək üçün hiperistinadlar 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
53 
 
(hyperlinks) daxil edildi. World Wide Web özünün sadəliyi və güclü imkanları ilə interneti dünya əhalisi 
arasında son dərəcə populyar etdi və bunun nəticəsində internet istifadəçilərinin sayı ilbəil yüksək sürətlə 
artmağa başladı.  
Dünya Əhalisi və İnternet İstifadəçiləri Statistikasının (World Internet Users www.internetworldstats.com) 
məlumatına görə dünyada internet istifadəçilərinin ümumi sayı 2009-cu ilin ortalarında təxminən 1milyard 668 
min (2007-ci ilin sonunda 1 milyard 407 milyon nəfər) nəfər olmuşdur.   
Bu gün dünyanın milyonlarla kompyuterini birləşdirən qlobal internet şəbəkə özünün forma və tərkibi 
baxımından cürbəcür, miqdarca sərhədsiz olan şəbəkə resursları ilə cəmiyyətin sosial təşkilinin ayrılmaz 
hissəsinə çevrilmişdir. Bu şəbəkə genişləndikcə internetin imkanları da artırılmış, yeni internet xidmət növləri 
yaradılmışdır. İnternet vasitəsi ilə dünyanın istənilən nöqtəsində olan insanlarla virtual ünsiyyət qurmaq, 
məktublaşmaq, on-line rejimində keçirilən müxtəlif forumlarda iştirak etmək, kitab, jurnal və qəzetlərin 
elektron versiyalarını oxumaq, dükanlardan alış-veriş etmək, radioya qulaq asmaq, televizor verilişlərinə 
baxmaq,  gündəlik hadisələr haqqında  operativ məlumatlar almaq olar. İnternetin nəhəng məlumat bazası 
demək olar ki, hər saniyə yeni xəbərlərlə zənginləşir. 
Azərbaycanda internetin inkişafı keçən əsrin 95-ci illərindən başlayıb. Ötən müddət ərzində qlobal şəbəkə öz 
ətrafına yüzminlərlə Azərbaycan vətəndaşını toplayıb. 2009-cu ilin ortalarına olan məlumata görə ölkəmizdə 
təxminən 1 milyon 500 min internet istifadəçisi vardır. Bu 2007-ci illə müqayisədə 50% çoxdur. 
Respublikamızın əhalisinin hər 100 nəfərinə 18 internet istifadəçi düşür. Bu gün respublikamızda fəaliyyət 
göstərən internet provayderlərin, ana dilimizdə olan saytların, milli vec-poçtlarımızın,  əhaliyə xidmət göstərən 
internet klubların sayı artmaqda davam edir. İnternetin yeni yaradılan xidmət növləri ölkəmizdə uğurla həyata 
keçirilir. Belə xidmətlərə internet vasitəsi ilə abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, 
ixtisas seçməsi, dövlət qurumlarının saytlarının yaradılması, orda bu təşkilatlar barədə ətraflı məlumatın 
yerləşdirilməsi, internet vasitəsi ilə vətəndaşların suallarına cavab verilməsi, şikayət və ərizələrinə baxılması, iş 
yerlərinə müsabiqə elan edilməsi və s. misal ola bilər.  
Son 5 ildə respublikamızda dövlət səviyyəsində informasiya-kommunikasiya texnologiyalarının inkişafı və 
informasiya cəmiyyətinin qurulması  istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Belə ki, qısa müddət 
ərzində Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycanın inkişafı naminə 2003-2012-ci illər 
üçün informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya müəyyənləşdirilmiş və bu 
Strategiyanın davamı olaraq 2004-cü ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları 
Nazirliyi yaradılmış, 2005-2007-ci illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya 
texnologiyaları ilə təminatı, 2005-2008-ci illər üçün rabitə və informasiya texnologiyalarının (―Elektron 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
54 
 
Azərbaycan‖) inkişafı və 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin 
informasiyalaşdırılması üzrə Dövlət Proqramları təsdiq edilmişdir. 
Qəbul olunmuş Milli Strategiya və Dövlət Proqramlarında elektron informasiya məkanında Azərbaycan 
seqmentinin genişləndirilməsi, Azərbaycan dilinin geniş istifadəsinin təmin olunması, ana dilimizdə proqram 
təminatının və milli internet informasiya resursları kataloqunun yaradılması, milli axtarış saytlarının inkişaf 
etdirilməsi, elm və təhsil sahəsində informasiya və biliklərin mübadiləsini təmin edən kompyuter şəbəkələrinin 
inkişaf etdirilməsi, ölkəmizdə bütün ümumtəhsil məktəblərinin internetə qoşulması, vahid milli elektron 
informasiya məkanının formalaşdırılması, milli informasiya resurslarının ümumdünya elektron informasiya 
məkanına inteqrasiyası və onların beynəlxalq aləmə çatdırılması, Azərbaycan diasporuna elektron informasiya 
dəstəyinin təmin olunması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur.  
Ümumdünya şəbəkənin imkanlarından istifadə etməklə həyata keçiriləcək tədbirlər respublikamızda dövlət 
orqanlarında işin keyfiyyətinin artırılmasına, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılmasına 
və bürokratik əngəllərin aradan qaldırılmasına, effektiv, şəffaf və nəzarət oluna bilən dövlət idarəçiliyinə, 
vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılmasına 
xidmət etməklə bərabər, həm də ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyasına, 
Azərbaycanın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişlənməsinə, 
qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə şərait yaradır.  
 Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyasının icrası ilə əlaqədar artıq 
"Elektron imza və elektron sənəd haqqında‖, ―Telekommunikasiya haqqında‖, ―İnformasiya, 
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında‖ və ―İnformasiya əldə etmək haqqında‖ 
Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmiş, ―Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı‖, 
―Elektron kargüzarlıq‖, ―Azərbaycan dilinin informasiya məkanında işlədilməsi‖, ―Milli informasiya 
resurslarının yaradılması‖, ―İKT sahəsində kadr hazırlığı‖, ―Rəqəmli bərabərsizliyin ləğvi‖, habelə təhsil 
sahəsində MDB məkanında və bir çox Avropa ölkələrində analoqu olmayan ―Mənim məktəbim‖, ―On-line 
rejimində hazırlıq kursları‖, ―Poliqlot‖ elektron lüğətlər sistemi və digər layihələr həyata keçirilmişdir.  
BMT Baş Assambleyasının 2006-cı ildən etibarən 17 may tarixini Beynəlxalq Telekommunikasiya və 
İnformasiya Cəmiyyəti Günü elan etməsi ilə əlaqədar artıq 3-cü ildir ki, bu əlamətdar gün ölkəmizdə yüksək 
səviyyədə qeyd olunur. İnformasiya Cəmiyyəti Gününün 2008-ci ildə mövzusu əlil insanların informasiya və 
kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması, 2009-cu ildə isə uşaqların kiberməkanda 
mühafizə olunması olmuşdur.  

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
55 
 
2008-ci il iyunun 23-də İnternetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyasının (İCANN) təşkilatçılığı 
ilə Parisdə keçirilən İnternet üzrə tənzimləyici qurumların iclasında gələn ildən Azərbaycan hərfləri və 
sözlərindən ibarət domenlərdən (internet şəbəkəsində saytın ünvanı) istifadəyə rəsmən icazə verilib.  
Artıq heç kimə sirr deyil ki, kompyuter savadı olmayan və internetdə işləməyi bacarmayan şəxsin yaxşı vəzifə 
tapmaq şansı sıfra bərabərdir. Bu da bütün dövlət orqanlarında sənəd və məlumatların kompyuterdə 
hazırlanması, təşkilatlar arasında əlaqələrin, yazışmaların əksəriyyətinin internet vasitəsilə həyata keçirilməsi ilə 
bağlıdır. Hətta Rusiyada dövlət başçısı tərəfindən kompyuterdə işləməyi bacarmayan vəzifəli şəxslərin işdən 
azad edilməsi barədə təklif irəli sürülmüşdür.  
Bütün bunlar internetin özünün faydalı resursları ilə həyatımızda necə əhəmiyyətli rol oynadığını və insan 
fəaliyyətinin bütün dairələrində geniş perspektivlər açdığını göstərir. İnsanların internetdən öz ixtisasları, 
peşələri və yaradıcılıqları üzrə istifadə etməsi ümumilikdə cəmiyyətin inkişafına və intellektual səviyyənin 
yüksəlməsinə gətirib çıxardır.  
Lakin psixoloqların fikrincə internet müəyyən məsələləri həll etməklə yanaşı, həm də əvvəllər məlum olmayan 
yeni problemlər yaratmaqla cəmiyyət üçün potensial təhlükə mənbəyinə çevrilir. Belə problemlərdən biri 
internetdə informasiyanın hədsiz dərəcədə olmasıdır. Belə ki, əvvəllər informasiya qıtlığı var idi, indi isə əksinə 
məlumat bolluğundan baş çıxarmaq müşkül məsələyə çevrilib. Nəhəng informasiya axınına məruz qalmış insan 
beyni o qədər informasiyanı emal edə bilmək iqtidarında olmadığı üçün onları necə var elə qəbul edir. Belə 
haldan istifadə edən  informasiyanı yayan mənbə müəyyən maraqlar güdərək çox vaxt şəbəkədə qərəzli və 
təsdiq olunmamış faktları həqiqət kimi qələmə verməyə çalışır. İnternetdən hazır məlumatlar almağa öyrəşən və 
belə məlumatları doğru sayan istifadəçilər öz fəaliyyətlərində onlara istinad etdikdə hadisə və faktlara 
münasibətdə obyektivlik itir. Ona görə də internetdəki məlumatların məzmununa ehtiyatla yanaşmalı və  onların 
həqiqət olub-olmadığını yoxlamaq lazımdır. 
Digər bir təhlükə bəzi insanların özlərindən asılı olmayaraq işləri ilə əlaqədar, bəzilərinin isə sadəcə əylənmək 
məqsədilə internetdən çox istifadə etməsi və bununla əlaqədar vaxtlarının böyük hissəsini kompyuter qarşısında 
keçirməsidir. Belə vəziyyət onları sağlamlığında, ailəsində, məktəbində və ya işində problemlər əmələ gətirir. 
Xüsusən, yeniyetmə və gənc nəslin nümayəndələri arasında müşahidə olunan belə mənfi cəhətlər internetdən 
düzgün istifadə olunmamasının nəticəsidir. 
İnternetdə əlaqələr kompyuter vasitəsi ilə qurulduğu üçün internet istifadəçisi ilk növbədə kompyuterdən 
düzgün istifadə etməyi bacarmalıdır Bu çox vacib məsələdir, çünki kompyuter biliklərinin səviyyəsinin aşağı 
olması çoxlarını, əsasan uşaqları kompyuterdən yalnız oyun və internetdə əylənmək məqsədilə istifadə etməyə 
məcbur edir. Hazırda orta məktəblərdə kompyuter dərslərinin keçirilməsi nəzərdə tutulsa da, bu sahədə ixtisaslı 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
56 
 
mütəxəssislərin çatışmamağı səbəbindən məktəblərdə informatika dərsləri ancaq şagirdlərin kompyuterdə oyun 
oynamaları ilə keçir. Kompyuterin yalnız oyun vasitəsi kimi qəbul edən şagird onun müsbət tərəflərini təbii ki, 
heç vaxt görə bilməz. 
Həkim-psixatorların fikrincə kompyuterdən, internetdən düzgün istifadə olunmaması bir çox nevroz, psixi və 
yuxu pozuntularının meydana çıxmasına səbəb olur. Belə əlamətlər nevroloji aspektləri olan uşaqlarda daha çox 
büruzə verir. Uşaqlarının kompyuterdən necə istifadə etdiyinə nəzarət etməyən ailələrdə uşaqlar saatlarla, bəzən 
hətta səhərə qədər kompyuterin qarşısında oturur. Bu da sonda yuxu pozuntularına, aqressiyaya və digər mənfi 
əlamətlərə gətirib çıxarır. 
Ümumiyyətlə psixoloqlar bu gün internet-asılılığı və ya internet-addiksiya adlanan bir xəstəliyin mövcud 
olduğunu qəbul edirlər. Artiq ABŞ-da, Kanadada, Rusiyada, Çində, Cənubi Koreyada və bir sıra digər ölkələrdə 
internet-asılılığı bir xəstəlik kimi tanınır və tibb müəssisələrində onun müalicəsi aparırlar. İnternet-asılılığı 
problemi hələ ötən əsrin 95-ci illərində meydana çıxmış və onunla ilk dəfə İvan Qoldberq, Kimberli Yanq, 
Maressa Orzak, Cerald Blok və digər amerikalı psixoloqlar məşğul olmuşlar. Alimlərin fikrincə internet-asılılığı 
olan insanlar o qədər virtual həyata daxil olurlar ki, öz real həyatlarından tədricən uzaqlaşırlar və günün çox 
hissəsini virtual fəzada keçirirlər. Onlar problemlərin həllini ondan qaçmaqda, ya da onun mövcudluğunu inkar 
etməkdə, saatlarla internetdə əylənməkdə görürlər.  
İ.Qoldberqə görə rəfedilməz internet həvəsinin və əsası olmadan  şəbəkədə uzun müddət qalmağın əsasında 
insanın real həyatdan uzaqlaşmaq cəhdi durur ki, bu da alkoqolizmdə, narkomanlıqda və qumar oyunlarında 
olan patoloji meyllə müqayisə edilə bilər və belə vəziyyət məişət, təhsil, sosial, iş, ailə, maliyyə və ya psixoloji 
mühitə olduqca böyük zərər vurur. 
K.Yanq internet-asılılığın  elektron poçtu əl çəkmədən yoxlamaq, internetə növbəti çıxışı daima intizarla 
gözləmək, ətrafdakıların şəxsdən internetdə çox vaxt və pul sərf etdiyinə görə şikayət etməsi kimi əlamətlərini 
göstərmişdir. O, bu sahədə ən məşhur ekspertlərdən biri olmaqla bərabər, özünün məşhur ―Şəbəkə əsirləri‖ 
(―Caught in the Net‖) kitabını yazmış və www.netaddiction.com saytında internet-asılılığından əziyyət 
çəkənlərə internet vasitəsi ilə psixoloji yardım mərkəzi (Center for On-Line Addiction) təşkil etmişdir. İstənilən 
şəxs bu saytda testdən keçməklə özündə internet-asılılığının olub-olmamasını müəyyənləşdirə bilər.  
Həkim Maressa Orzak (www.computeraddiction.com) internet-addiksiyanın psixoloji əlamətlərindən başqa ona 
düçar olmuş şəxslərdə kompyuter arxasında özünü yüksək əhval-ruhiyyədə hiss etmək və fəaliyyətini dayandıra 
bilməmək, kompyuterə getdikcə daha çox vaxt sərf etmək, ailəyə və dostlara etinasızlıq, kompyuterdə 
olmayanda özünü boş, depressiyyada və əsəbi hiss etmək, işdə, evdə fəaliyyəti barədə yalan danışmaq kimi 
pataloji əlamətlərinin olduğunu, bunlardan başqa internet-asılılığında əzələlərin uzun müddət həddindən artıq 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
57 
 
gərginliyi ilə əlaqədar əlin əsəb gövdələrinin zədələnməsi, gözlərdə quruluq, miqren tipli baş ağrıları, beldə 
ağrılar, qeyri-müntəzəm qidalanma, qida qəbulunun buraxılması, şəxsi gigiyenaya etinasızlıq, yuxunun 
pozulması, yuxu rejiminin dəyişməsi kimi fiziki əlamətlərin də  olduğunu qeyd edir. 
Oreqon Sağlamlıq və Elm Universitetinin əməkdaşı amerikalı psixoloq Cerald Bloka görə internet-asılılığı  olan 
insanlarda internetə qoşulmaq üçün qarşısıalınmaz və mütəmadi istək yaranır. Onlar daim yeni və daha 
mükəmməl avadanlığa sahib olmağa, daha çox "on-line" əlaqə yaratmağa can atırlar. İnternet-addiksiyaya düçar 
olan şəxslər zaman anlayışını itirir, fizioloji tələbatlarına etinasızlıq edir, yuxudan və qidadan imtina etməklə 
internetdə daha çox qalmağa çalışırlar. Bu da mübahisə etmək, yalan danışmaq, səmərəli fəaliyyətin aşağı 
düşməsi, sosial tədric və yorğunluq kimi pis nəticələrə gətirib çıxarda bilər.   
C.Blokun araşdırmasına görə internetdən istifadədə dünyada lider olan Cənubi Koreyada  internet-addiksiya 
daha çox yayılmışdır. Bu ölkədə internet-kafedə çox oturmaq nəticəsində əmələ gəlmiş  trombdan 10 nəfər 
dünyasını dəyişmiş, bir nəfər isə oyun üstündə öldürülmüşdür. Hazırda Cənubi Koreyada internet-asılılığı 
cəmiyyətin sağlamlığı üçün ən böyük təhlükələrdən biri hesab olunur. Orda  210 min uşaq bu xəstəlikdən 
əziyyət çəkir və onların  ciddi müalicəyə ehtiyacı vardır. Ola bilsin ki, onların 80%-inin beyin fəaliyyətini 
yaxşılaşdıran dərmanlara, 20%-dən 24%-inin isə hospitala yerləşdirilməsinə ehtiyacı vardırdır.  
Psixoloqların fikrincə internetdən asılılığın əsas səbəblərindən biri şəbəkədə münasibətlərin kompyuterlə 
əlaqələndirildiyi üçün istifadəçilərin anonimlik statusuna malik olmasıdır.  İstifadəçi bu anonimlikdən istifadə 
edərək özünü istədiyi şəxs kimi qələmə verməklə əsil simasını gizlədərək virtual şəxsiyyət yarada bilər. Virtual 
reallıq ətraf aləmin interaktiv, qrafik təsəvvürüdür. Şəbəkə kommunikasiyası belə qrafik təsəvvür olsa da, qəbul 
olunmuş adi ünsiyyət vasitələrindən bir çox üstünlükləri ilə seçilir. Virtual şəxsiyyətə çox vaxt şərti olaraq özgə 
ad və ya təxəllüs qoyulur. Təxəllüs ―nick‖ (―nickname‖ ingilis dilində təxəllüs deməkdir) adlanır. Virtual 
şəxsiyyət bir növ insanın daxili ―Mən‖inin real həyatda reallaşdıra bilmədiyi bəzi aspektlərini  özündə 
cəmləşdirir. İnternetdə əlaqə mətn yığımı ilə baş verdiyi üçün insanlar ünsiyyət zamanı öz hisslərini həm ifadə, 
həm gizlədə, həm də onun yerinə tamamilə süni hisslər qələmə verə bilər. Ona görə şəbəkədə ciddi söhbətlər 
aparmaq asan olur, burda nədənsə, kimdənsə incimək mənasızdır, çünki səni heç kim görmür. İnternetdə insanın 
çirkinliyi onun ünsiyyətinə mane olmur. Bir sözlə şəbəkədə insanın cinsi, yaşı, sosial vəziyyəti, görkəmi  
qarşılıqlı münasibətdə çox az rol oynayır. 
İnternetdə hansı mövzuya daha çox maraq göstərilməsi nəticəsində də insan psixikasında problem yarana bilər. 
Uşaq və yeniyetmələr böyüklərdən fərqli olaraq internetdə ünsiyyətdə öz yaşıdları ilə əlaqə saxladıqlarına 
inanırlar. Onlar müxtəlif forumlarda, konfranslarda öz problemlərini açıqlayır və kömək umurlar. Əslində isə  
onların həmsöhbətləri çox vaxt cinsi orentasiyası düzgün olmayan yaşlı adamlar olur. Belə adamlar şəbəkədə 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
58 
 
özlərini qayğıkeş, diqqətli insan kimi göstərməklə uşaqların problemlərinə qulaq asır, onlara canıyananlıq 
edirlər. Uşaq əyləncələri, musiqi yenilikləri, estrada ulduzları barədə yaxşı məlumatı olan bədəməllər uşaqların 
etimadını qazanaraq söhbət əsnasında tədricən söhbəti seksual mövzuya döndərərək şəbəkədə açıq erotik 
tərkibli materiallar nümayiş etdirirlər. Cinsi həyata hələ daxil olmayanlar bu mövzuya istər-istəməz maraq 
göstərir. Belə hallar bəzi uşaq və ya yeniyetmələrin normal inkişafına mane olmaqla bərabər onların əxlaqının 
pozulmasına, hətta impotensiyaya və homoseksuallığa da gətirib çıxara bilər. Ona görə də internet xəstələri 
arasında ailə qurmağa meyllilərin sayı son dərəcə aşağıdır.  
İnternetdə virtual şəbəkə və kompyuter oyunları da uşaqlar üçün çox cəlbedici və şirnikdirici olur.  Uşaq həmişə 
özünü döyüş filmlərinin baş qəhrəmanlarına bənzətmək istəyir və onun malik olduğu fiziki-psixoloji fəndləri 
mənimsəmək həvəsində olur. Bu həvəsi təmin etməyin asan yollarından biri kompyuterdə savaş səhnələrini əks 
etdirən oyunları oynamaqdır. Bu oyunlarda  uşaq müxtəlif "qəhrəmanlıqlar" edə bilir. O, oyunda virtual 
səviyyədə savaşçılardan biri ola bilir. Bununla içindəki istəyi reallaşdırmış olur. Savaşda qalib gəlir, məğlub 
olur. Ancaq zaman-zaman bu, insan üçün tərgidə bilmədiyi vərdişə çevrilir. O, real dünyada əldə edə 
bilmədiyini, göstərə bilmədiyini kompyuterin ekranında həyata keçirməyə öyrəşir.  
Bütün bunların nəticəsi olaraq insan özü hiss etmədən şəbəkənin təsiri altına düşür və demək olar ki, internet 
əsirinə çevrilir. Uzun müddət virtual ünsiyyətə aludə olan şəxs canlı ünsiyyətin nə olduğunu yaddan çıxarır və 
belə adamlar canlı söhbətdə aqressiv, kobud və bəzi hallarda cinayət meylli olurlar. Bu cür aqressivliyi 
respublikamızda da bəzi yeniyetmə və gənclər arasında müşahidə etmək olar. Bakının Xətai rayonu ərazisində 
internet klubda iki yeniyetmənin çatda etdiyi mübahisə üstündə bıçaqlanması ilə həyatını dəyişməsi, müxtəlif 
vaxtlarda eyni səbəbdən bir neçə analoji hadisənin baş verməsi internet-asılılığın cəmiyyətimiz üçün nə qədər 
təhlükəli olduğunu göstərir. 
Ona görə də uşaqlarına kompyuter alan valideynlər gələcəkdə xoşagəlməz halların baş verməməyi üçün 
kompyuter dəstini uşağın yataq otağında deyil ümumi otaqda yerləşdirməli, uşaqlarının hansı saytlara girməsinə 
ciddi nəzarət etməli, lazım olsa kompyuterdə valideyn-nəzarət rejimini tətbiq etməklə zərərli saytların qarşısını 
almalıdır. Valideyn uşaqlarının yaşından asılı olaraq onların gündə nə qədər kompyuterlə məşğul olmasına və 
hətta kompyuterdən nə qədər məsafədə əyləşməsinə fikir verməlidir. Çünki, ətraf mühit inkişafda olan 
yeniyetmə orqanizminə asanlıqla təsir göstərir. Kompyuter qarşısında işləyəndə uşaqlar daimi olaraq statik 
gərginlik keçirir. Bundan başqa, hərəkətsiz iş vəziyyəti, yorğunluğa, əl, boyun, kürək və çiyin əzələlərinin 
ağrılarına, dayaq-hərəkət aparatının hərəkətinin pozulmasına, gətirib çıxarır. Bütün bunların baş verməməyi 
üçün, ekran uşaqların gözündən 55-65 sm aralı, göz həddindən 5-10 dərəcə aşağı olmalıdır. Bu normalara əməl 
etmədikdə, uşaqlar emosional gərginlik keçirir, görmə qabiliyyəti zəifləyir, ümumi süstlük yaranır. Bundan 
başqa, uşaqların uzun müddət belə şəraitdə qalması istilik mübadiləsinə mənfi təsir edir, müdafiə sistemi 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
59 
 
zəifləyir, patologiya və yoluxucu xəstəliklərə qarşı mübarizə çətinləşir. Müşahidələr göstərir ki, əslində çox 
yüklənmənin qabağını adi normativlərə əməl etməklə almaq mümkündür. Belə ki, ekrandan istifadə edən hər bir 
kəs hər 15-25 dəqiqədən bir, 8-10 dəqiqə istirahət etməlidir. Bəzən elə hal olur ki, həkimlər uşağa qəti şəkildə 
kompyuterə yaxın getməyi qadağan edirlər.  
İnternetin mənfi cəhətləri yalnız psixoloji fəsadlarla kifayətlənmir. Son zamanlar müasir kriminal aləmdə yeni 
informasiya-kommunikasiya vasitələrindən, o cümlədən internetdən geniş istifadə edilməsi cinayətkarların da 
―peşəkarlığının‖ artmasına, onların virtual aləmə çıxmasına gətirib çıxarmışdır. Cinayətkar qurumlar internetdə 
özlərinə tərəfdar toplamağa çalışırlar. Onların ideologiyasını qəbul edən, müxtəlif ölkələrdən olan adamlar 
həmin təşkilatlara üzv olur və beləliklə cinayətkarlığın beynəlxalq səviyyəyə qalxmasına şərait yaranır. 
Beynəlxalq axtarış strukturu olan İnterpolun yaradılmasında əsas məqsədlərdən biri da məhz belə hallarla 
mübarizə aparmaqdır.  
Hazırda şəbəkədə çoxlu hakerlər fəaliyyət göstərir. Haker olmaq yüksək professional hazırlıq tələb edir. Onlar 
kompyuter sənətinin əsl ustaları, yaradıcıları, ideya verənləri və bu ideyaları proqramlaşdırıb həyata 
keçirənlərdir. Ancaq bir qisim hakerlər müəllif hüquqlarını pozaraq öz  kompyuter biliklərini internetdə 
vətəndaşların intellektual mülkiyyətlərinə təcavüz etməyə, onların proqramlarının, kitablarının və digər elektron 
məhsullarının kodlarını açmağa və bu məhsulları şəbəkədə pulsuz yaymağa sərf edirlər.  
Hakerlərin bir qismi isə internet saytlarını dağıtmaqla, serverləri iflic vəziyyətinə salmaqla, məxfi məlumatların 
oğurlanması və başqalarının hesablarına girməklə məşğul olurlar. Onların fəaliyyətinə qarşı şəbəkədə müdafiə 
sistemləri yaradılsa da bu, hələ kifayət eləmir. Çünki hakerlər də daima ―axtarışda‖ olur və şəbəkədə yeni-yeni 
ziyanverici proqramlar yayırlar. İnformasiya sistemlərinə, kompyuterlərə, şəbəkələrə daxil olan bu proqramlar 
istifadəçinin xəbəri olmadan onun kompyuterində olan şəxsi məlumat bazasına yol tapır və  onları qabaqcadan 
müəyyən olunmuş mənbəyə ötürür. Kibercinayətkarlıq adlanan belə əməlləri hakerlər bəzən pul yox sadəcə 
əylənmək xətrinə edirlər. 
Qeyd etmək lazımdır ki, hakerlərin qanunsuz hərəkətləri bəzən yaxşı nəticələr də verir. Belə ki, keçən əsrin 70-
ci illərində ARPA şəbəkəsinə qoşulan kompyuterlərin sayı artdıqca Rey Tomnilson adlı hakerin ağlına 
kompyuterlər arasında göndərilən fayllara əlavə özünün şəxsi verilənlərini qoşmaq ideyası gəlir. O, istifadəçini 
şəbəkədə kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır və bu zaman önlük işarəsi at (yanında, da, də 
şəkilçisi) üçün bu gün hamının yaxşı tanıdığı ―@‖ işarəsini seçir. Sonradan bu metod əsasında bütün dünyanı 
dəyişən elektron poçtu yarandı ki, bu da haker fəaliyyətinin ən böyük nailiyyətlərindəndir.  
Statistikaya görə internetdə virus yayan zərərli proqramların sayı, qabaqcıl şirkətlərin, bankların, təşkilatların, 
qurumların kommersiya sirlərinin oğurlanması, vətəndaşların bank hesablarına girilməsi faktı durmadan 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
60 
 
artmaqda davam edir. Fırıldaqçıların əsas hədəfi olan belə cəhdlər ABŞ və Böyük Britaniyada 532,2 milyon 
funt-sterlinqin oğurlanması ilə nəticələnib ki, bu da 2006-cı illə müqayisədə 25 faiz çoxdur. İstifadəçilərin 
ünvanlarına yönələn spamların sayı da artmaqda davam edir. Əgər belə davam edərsə bir neçə ildən sonra 
internet məhv ola bilər. Ona görə də internetdə antivirusların, təhlükəsizlik qaydalarının tətbiqinin səmərəliliyi 
artırılmalı və bu istiqamətdə daha radikal addımlar atılmalıdır. 
Respublikamızda dövlət qurumlarının informasiya sistemləri formalaşdıqca onların təhlükəsizliyini təmin 
etmək, hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyin əsas şərtlərindən biridir. Çünki dövlət 
əhəmiyyətli məlumatların düşmən qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada 
bilər. Belə təhlükələrin qarşısının alınması dövlətlərdən birgə tədbirlərin görülməsini tələb edir. Avropa 
Şurasının  2001-ci ildə qəbul etdiyi ―Kibercinayətkarlıq haqqında Konvensiya‖, 2003-cü ildə isə kompyuter 
informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə olunan protokol məhz dövlətlərin 
informasiya təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan da 2008-ci ildən həmin 
Konvensiyaya qoşulmağa dair sənəd imzalamışdır. Konvensiyaya qoşulmazdan əvvəl də Azərbaycan 
Respublikasının Cinayət Məcəlləsində ―Kompüter informasiyası sahəsində cinayətlər‖ 30-cu fəslində 271, 272, 
273 kimi xüsusi maddələr var. Bu, artıq əsas verir ki, bu sahədə ciddi mübarizə tədbirləri görülsün. Ona görə də 
bu sahədə siyasəti müəyyənləşdirən dövlət və hüquq-mühafizə orqanları, telekommunikasiya xidməti göstərən 
operatorlar bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Bundan əlavə, hər bir ölkə gördüyü tədbirlərin effektiv olması 
üçün Avropa Şurası kimi kompyuter təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik olan beynəlxalq 
qurumlardan da bəhrələnməlidir. [8] 
Qeyd etmək lazımdır ki, Azərbaycan da hakerlərin, xüsusən erməni hakerlərinin təcavüzünə ən çox məruz qalan 
ölkələrdəndir. Belə ki, 22 iyul 2006-cı il tarixdə erməni hakerləri Azərbaycan Milli Elmlər Akademiyasının 
www.science.az ünvanında yerləşən rəsmi portalına hücum edərək onu məhv etmişlər. Bu təcavüz Ermənistan 
Respublikası ərazisində yerləşən Xalt llc AUA Center adlı İnternet xidmətləri provayderi tərəfindən edilmişdir. 
Erməni cinayətkarların qanunsuz hərəkətləri nəticəsində Azərbaycan ziyalılarını və ümumiyyətlə Azərbaycan 
elmini təmsil edən bu resursa böyük həcmdə maddi və mənəvi ziyan vurulmuşdur. 
Bədnam qonşularımız yalnız şəbəkədə hakerlik fəaliyyətləri ilə kifayətlənmirlər. Onlar internetin imkanlarından 
―geniş istifadə‖ edərək ölkəmizə qarşı soyuq müharibə aparırlar. Ermənilər virtual məkanda respublikamızın 
ərazi bütövlüyünü şübhə altına alan yalançı məlumatlar yaymaqla Dağlıq Qarabağın ―erməni torpağı‖ olduğunu 
sübut etməyə çalışırlar. Virtual dünyanın ən böyük açıq ensiklopediyası, dünyanın ən populyar 10 saytından biri 
olan Wikipediyada erməni və ermənipərəst qüvvələr tərəfindən Azərbaycan həqiqətləri təhrif edilir, Azərbaycan 
əleyhinə məlumat və dezinformasiyalar yerləşdirilir. Rus, ingilis, fransız, eləcə də müxtəlif dillərdə fəaliyyət 
göstərən Wikipediya ilə yanaşı, hətta milli Wikipediyada da (az.wikipedia.org) ermənilər Azərbaycan dilində 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
61 
 
saxta materiallar yayırlar. Ermənilər hətta Azərbaycan domenlərindən, yəni internet saytlarının adlarından da 
istifadə edirlər. Nəzərə alsaq ki, bu gün faktiki olaraq bütün məlumatlar internetlə əldə olunur, demək 
düşmənlərimiz informasiya müharibəsində hələlik bizi üstələyirlər. Saxta erməni uydurmalarının effektivliyini 
azaltmaq üçün dünya ictimaiyyəti qarşısında ermənilərin böhtan və yalanları ifşa edilməli, onların regionda 
hansı fəsadlar törətdikləri göstərilməli, eyni zamanda Dağlıq Qarabağ tarixi haqqında maddi sübutlar və faktlar 
haqqında əsl həqiqətlər məşhur internet saytlarında yerləşdirilməlidir.  
Bunlardan əlavə zərərli dini təriqətlər internetdə özlərinin saytlarını yaradaraq İslam dinin sosial-əxlaqi 
dəyərlərini təhrif edirlər. Onlar hər vəchlə yeniyetmə və gəncləri öz qurumlarına cəlb etməyə, onlara şirnikdirici 
vədlər verməklə öz çirkin əməlləri üçün istifadə etməyə çalışırlar. Belə qurumlar gənclərin psixikasında 
təhlükəli meyllərin baş qaldırmasına, onların səhv yola düşməsinə, mövhumata qapanmasına da şərait 
yaradırlar. Bu gün qloballaşma prosesinin getdiyi şəraitdə biz dünya xalqlarının müsbət cəhətlərindən 
bəhrələnməklə yanaşı, öz mənəvi dəyərlərimizi də qoruyub saxlamalı və gəncləri bu ruhda tərbiyə etməliyik. 
Çünki mənəvi və dini dəyərlərimiz xalqımızı digər xalqlardan fərqləndirən, onun mənliyini təmin edən mühüm 
amildir.  
Sonda qeyd etmək lazımdır ki, informasiya cəmiyyətinin qurulmasında internetdən istifadənin genişləndirilməsi 
zamanın tələbidir. Ona görə də günü-gündən sürətlə inkişaf edən Azərbaycan bu prosesdə geri qalmamalı, 
əksinə internetin ümumdünya resurslarından geniş istifadə etməklə bərabər, yeni milli internet xidmət növləri də 
yaradılmalıdır. Bu zaman respublikamızda internetin mənfi fəsadlarının baş verməməyi və qarşısının vaxtında 
alınması üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir tipli müdafiə sistemləri 
quraşdırılmalı, internet saytları xüsusi filtrlərdən keçirilməli, xalqımızın milli və mənəvi dəyərlərinə zidd saytlar 
bloklanmalı, virtual məkanda Azərbaycan haqqında materiallar və məqalələrin sayı artırılmalıdır. Bunlardan 
əlavə hər bir ailədə, orta və ali təhsil müəssisələrində yeniyetmə və gənclər maarifləndirilməli, onları internetin 
xeyirli imkanlarından bəhrələnməyə, internetdə olan xeyli sayda informasiya, elm, təhsil xarakterli saytlardan, 
elektron kitabxanalardan, interaktiv xarici dil kurslarından və digər faydalı resurslardan istifadə etməyə 
həvəsləndirmək vacibdir. Bunun nəticəsində biz respublikamızın işıqlı gələcəyi üçün sağlam və bilikli nəsil 
yetişdirə bilərik. 
 
1. 
Мануель Кастельс. Галактика Интернет. Екатеренбург: «У-Фактория», 2004 – 328с.  23-26 с. 
2. 
Христоф Хафкемейер. Internet. Путешествие по всемирной компьютерной сети.  Книга из серии 
«Что есть что». Специальный выпуск. Москва: «Слово/Slovo». 1998 - 64с. 39-40 с. 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
62 
 
3. 
Уорли Бекки, Интернет: реальные и мнимые угрозы. Moskva: М:КУДИЦ-ОБРАЗ 2004, 320с., 18с. 
4. 
Саймон Джонсон. Как защитить детей от опасности Интернета. Москва: НТ-Пресс, 2006, 304с. 
70-71 с. 
5. 
Cəfərli Rəşad. İnformasiya-kommunikasiya texnologiyaları və gənclik. // ―Azərbaycan‖ qəzeti, 30 
sentyabr 2007 
6. 
―Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli 
Strategiya (2003—2012-ci illər)‖ Azərbaycan Respublikası Prezidentinin 17 fevral 2003-cü il tarixli 1146 
nömrəli Sərəncamı ilə təsdiq olunmuşdur. // http://www.informasiya.org/docs/aze/law07.doc 
7. 
Ermənilərdən növbəti informasiya savaşı // http://news.qaynar.info/index.php?mod=view&id=10996  
8. 
Azərbaycanın Avropa Şurasının ―Kibercinayət haqqında‖Konvensiyasına qoşulmasına dair sənəd 
imzalanıb. //  ―Rabitə Dünyası‖ qəzet, 03 Iyul 2008-ci il il 
9. 
Yeniyetmələr internetdən hansı məqsədlə istifadə edirlər? // ―Rabitə Dünyası‖ qəzet, 28 Fevral 2008-ci il  
10. 
Issues for DSM-V: Internet AddictionJerald J. Block, M.D. // 
http://ajp.psychiatryonline.org/cgi/content/full/165/3/306   
 
http://kitabxana.net/?oper=readBook&id=638
 
 
 
 
 
 
 
 
 

www.kitabxana.net
  –  Milli Virtual Kitabxana
 
63 
 
 
 
 
Yüklə 4,94 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin