Milli Ədəbiyyat və mədəniyyət portal və saytları
www.kitabxana.net
– Milli Virtual Kitabxana
24
Azərbaycan Yazıçılar Birliyinin Ģəbəkə resursları:
http://www.azyb.net/
http://mediateka.musigi-dunya.az/
http://www.kitabxana.net
– Milli Virtual Kitabxana
http://www.edebiyyatqazeti.com/az/index.shtml
- Ədəbiyyat qəzeti
http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?s=16
- Mir Literaturı
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=1
- Azərbaycan
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=2
- Ulduz
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=4
- Qobustan
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=3
- Literaturni Azərbaycan
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=5
- Körpü
http://www.azyb.net/cgi-bin/jurn/main.cgi?s=7
- Dünya ədəbiyyatı
Əsas elektron Kitabxanalar
http://preslib.az/ebooks.html
- Prezident Kitabxanasının e-kitabxanası
http://anl.az/
- M.F.Axundov adına Milli Kitabxana
http://www.csl-az.com/
- AMEA Mərkəzi Kitabxanası
http://www.kitabxana.net
– Milli Virtual Kitabxana
www.kitabxana.net
– Milli Virtual Kitabxana
25
http://www.azab.az/
- Aşıqlar Birliyi
http://www.folklorinstitutu.com/azerb_folkloru_antologiyasi.htm
http://www.balalar-az.com
- Uşaq ədəbiyyatı saytı
http://azeri.org/
- Betti Bleyer ABŞ
http://azeribook.com/
- rusca milli ədəbiyyatımız
http://www.azadliq.org/section/virtual_library/1000.html
http://misra.az
http://luget.azeri.net/
http://musigi-dunya.az
http://yazarklub.com/
Yazıçılarımızın saytları
http://nizami.az/
http://cavid.gen.az/
http://www.resulzade.org/
http://uzeyir.musigi-dunya.az/
http://ordubadi.az
- Muzeyin saytı, amma e-kitablar yoxdur?
http://abdullashaig.com/
http://cafarcabbarli.org
www.kitabxana.net
– Milli Virtual Kitabxana
26
http://samedvurgun.com
www.sehriyar.sevgisi.com
http://rasulrza.musigi-dunya.az
http://www.anar.az
http://vahabzade.net/
www.xelilrza.com
www.cabir-novruz.az
http://fikretqoca.az
http://maksudibragimbekov.com
http://www.memmedaraz.az
http://www.firuza.nеt
http://www.kamalabdulla.az
http://xeyreddinqoca.tr.gg
http://www.zalimxanyaqub.com
http://afagmasud.blogspot.com/
http://www.hisaxanli.org/az/
http://azizajafarzade.com/
http://www.ejderol.net
www.asifata.com
http://h-miralamov.com
http://www.qeshemnecefzade.net
http://www.mahiraabdulla.net
www.kitabxana.net
– Milli Virtual Kitabxana
27
http://nuranenur.net
http://www.nisebeyim.com/
http://www.hafizmirza.com/
www.firuza.az
www.fikretsadiq.az
www.simuzer.az
www.mahiraabdulla.
com
Ədəbiyyatla bağlı baĢqa resurslar:
http://www.525.az
http://www.kaspi.az/edebiyyat
http://dgtyb.org
http://www.bizimyazi.com
http://kultaz.com/
http://adyazar.az/
http://doqquziklim.net/
http://kulis.az/
http://ann.az/az/index.php?option=com_k2&view=itemlist&layout=category&task=category&id=342&Itemid=
575
http://www.azadliq.org/section/virtual_library/1000.html
http://www.azadliq.org/content/article/2287275.html
www.kitabxana.net
– Milli Virtual Kitabxana
28
Sosial-media və Ģəbəkə - vətəndaĢ jurnalistikası
(Ġnternet jurnalistikası)
Kurs Proqramı
Hazırlayanı:
ARGT Milli ġurasının Məclis üzvü,
Yeni Yazarlar və Sənətçilər Qurumunun sədi,
Xəzər Universitəsinin müəllimi,
www.kitabxana.net portalının rəhbıri,
yazıçı-kulturoloq Aydın Xan (Əbilov)
Ümumi məqsəd: Sosial-media və şəbəkə - vətəndaş jurnalistikası -
“Ġnternet jurnalistikası” xüsusi kurs dinləyicilərə milli və dünya İnternet mediası, şəbəkə jurnalistikasının
əsasları, tarixi, mövcud nəzəriyyələri haqqında bilgilər vermək, onun forma və istiqamətləri – İnternet səhifələr,
bloqlar, saytlar və portallar, eləcə də elektron KİV – şəbəkə qəzet, dərgi, mədəniyyət, ədəbiyyat portalları,
İnternet televiziyası, İnternet radio, həmçinin ənənəvi KİV-in elektron formaları barədə geniş məlumatlar
vermək, sosial şəbəkələr, qlobal və lokal şəbəkələşmə, innovativ məlumatlandırma formaları barədə
informasiyalarla təmin etmək, ümumdünya informatik-texnoloji düşüncənin keçdiyi yolu öyrətmək, onun
incəliklərini tanıtmaq, yeni nəsil veb – İnternet jurnalistikada çalışacaq peşəkar kreativ-intellektualların
yetişməsinə çalışmaq. İnternet jurnalistikası kimi yeni innovativ sahəni inkişaf etdirmək, fərdi olaraq
intellektuaı-publisistik yaradıcılığa maraq oyatmaq və b.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
29
Kursun mərkəzində İnternet media, sosial media və şəbəkə jurnalistikasının açıq innovativ və qlobal fəlsəfəsini,
praktik əhəmiyyətini öyrətmək, eləcə də Azərbaycandilli elektron resurslarda çalışacaq peşəkar şəbəkə
jurnalistlərin indidən real olaraq fəaliyyətini dəstəkləməkdir.
Kursun sonunda dinləyicilər intellektual-texnologi, şəbəkə-innovativ yaradıcılıq bilgiləri ilə tanış olmalıdırlar;
- İnternet jurnalistikasının keçdiyi tariхi inkişaf mərhələlərini bilməli, onu dünya qlobal informativ-ideoloji
prosesləri ilə müqayisə etməyi bacarmalıdırlar.
- Azərbaycan və dünya Qlobal İnformasiya Şəbəkəsinin – İnternetin əsas cəhətlərini öyrənməlidirlər;
- Azərbaycan İnternet resurslarının əsas tərəflərini bilməli, tanınmış İnternet yazarların yaradıcılıq nümunələrini
oxumalı, şəbəkə nəzəriyyəsinə aid ədəbiyyatlarla tanış olmalı, müqayisəli-tarixi təhlilə cəlb etməlidirlər.
1
XXI əsrin jurnalistikası və KİV-i. Ənənəvi media, yazılı və elektron KİV. İnternet –
qlobal və lokal şəbəkələr barədə məlumatlar.
2
Mini sayt, elektron gündəlik, virtual konfranslar, elektron və İnternet səhifələr, bloqlar,
saytlar və portallar, sosial şəbəkələr.
İnformasiya cəmiyyəti, elektron hökumət, virtual dünya. İnternetin yaranma tarixi,
inkişafı, çağdaş dövrü. Azərbaycandilli elektron resurslar və şəbəkələr.
3
İnformasiya cəmiyyətində yeni media və şəbəkə jurnalistikası. Elektron resursların
zənginləşməsində ənənəvi jurnalistikanın rolu. Peşəkar və vətəndaş şəbəkə
jurnalistikası.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
30
İnternet Açıq Ensiklopediyası – Vikipediya,
http://wikipedia.org
, onun Azərbaycan,
türk rus, ingilis dilindəki variantları, milli dildə olan resurslarının inkişaf etdiriləsiylə
bağlı imkanların təhlili və real işlər.
Yeni mütaliə və yazı mədəniyyəti, elektron ədəbiyyat, e-kitab və e-yazı, SMS – MMS,
elektron məktub, e-mail, virtual forumlar, çat yazışmaları, veb-media – müasir
elektron-virtual ünsiyyət, informasiya paylaşması predmetləri kimi.
5
İnternet jurnalistikası: şəbəkə qəzet, dərgi, İnternet TV və radio kimi virtual KİV-də
jurnalistika imkanları, yeni media məkanlarında mətn, görüntü, səs və başqa formatların
sintezi.
Xəbər və informasiya portalları, analitik saytlar, ədəbiyyat resursları, ənənəvi qəzet,
jurnal, TV və radioların saytları, dövlət, özəl və ictimai qurumların saytları, təhsillə
bağlı resursları. İnternetdə yeni media orqanları, şəbəkə qəzet, TV və radiolar.
Hipertekstuallıq, şəbəkə dili, İnternet jurnalistikasında üslublar və fərdi yanaşmalar,
milli resurslarda Azərbaycan dilinin işlənməsi, link – keçidlərdən bəhrələnmək,
Vikipediya – açıq İnternet ensiklopediyasında işləmək, yazıları yerləşdirmək və redaktə
etmək imkanları.
6
İnnovativ məlumatlandırma formaları barədə bilgilər, cəmiyyətin ayrı-ayrı təbəqələrini
informasiyalarla təmin etmək, ümumdünya informatik-texnoloji düşüncənin keçdiyi
yolu nəzərə almaqla, onun incəliklərini öyrənmək, yeni nəsil veb – İnternet
jurnalistikada fəaliyyət göstərəcək peşəkar yaradıcı-intellektual mütəxəssis kimi
formalaşmaqda internet jurnalistikasının rolu.
Bloq və elektron gündəliklər, sosial şəbəkələrdə fərdi vətəndaş jurnalistikanın inkişafı,
İnternet auditoriya ilə işləmək, şəbəkə istifadəçilərini toplamaq, virtual forumlarda
fəallıq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, elektron hücumlar.
Ənənəvi qəzet, dərgi, TV, radio kimi KİV-lərin İnternet variantlarında, saytlarında
şəbəkə - İnternet ədəbi publisistika, tənqid, müxtəlif internet-forumlarda ictimai-mədəni
müzakirələrin tənqidi mahiyyəti.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
31
7
Müxtəlif PR aksiyaları və koporativ maraqlar sahəsində İnternet jurnalistikasının rolu.
Müxtəlif qurumların İnternet mütəxəssisi. Veb-yazarlar və İnternet resurslarının
redaktorlarının peşə bilgiləri. Portal - şəbəkə redaktorluğu. Şəbəkə etika və estetikası,
İnternetin açıq fəlsəfəsi.
Yazılı və elektron KİV, onların şəbəkə formaları, İnternet TV və radiolarda veb-
jurnalistika. Alternativ KİV-lərin şəbəkə formatlarında millilik və bəşərilik. Kulturoloji-
estetik məsələlərin İnternetdə əksi.
ƏDƏBĠYYAT siyahısı
I.
Nəzəri ədəbiyyat
1) Zaur Babayev. "Kompyuternaya jurnalistika". B., 1994. (rusca)
2) Zaur Babayev. "Azərbaycanda İnternet jurnalistikası: tarixi perspektivləri". Dərs vəsaiti, B., 2007
3) İ. Mazanlı. Jurnalistika və müasir dövrün qlobal problemləri. B., 2008
4) İ. Mazanlı. Xarici ölkələrin müasir KİV sistemi. B., 2008
5) H. Vəliyev. Yeni dünya jurnalistikası. B., 2009
6) H. Vəliyev. Xarici ölkələrin jurnalistika tarixi. B., 2009
7) Rizvan Qəmbərli. Jurnalistin əl kitabı. 2005-ci il, Bakı ş.
8) Mark Briqs. "Jurnalistika 2.0". Bakı, 2010 (Tərcümə: Azər Həsrət)
9) A.A. Kalmıkov, L.A.Koxanova. "İnternet-jurnalistika". Moskva, ―UNİTY‖ nəş. 2005 (rusca)
10) Rasim Əliquliyev, Cəsarət Valehov, Rasim Mahmudov. ―İnternet-jurnalistikanın formalaşmasının bəzi
aspektləri‖. Bakı, 2008.
Ġngilis və rusca mənbə və vəsaitlər:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
32
1)
Skott E. ―Kompyuternaya texnoloqiya v jurnalistike‖. – Moskva, 1999
2)
―Ot kiniq do İnterneta. Jurnalistika i literatura na rubeje novoqo tısyaçeletiya.‖. – Moskva 2000
3)
E.Reddik, E.Kinq. ―Jurnalistika v stile onlayn‖. M., 1999
4)
Rakitov A.İ. ―Filosofiya kompyuternaya revalyuçii‖. – M., 1999
Elektron mənbələr:
1)
Onlayn jurnalistlər üçün vəsait:
http://mediamerkez.az/az/images/stories/docs/Jurnalistler_ucun_Online_Vesait.pdf
2)
İnternet dərsliyi:
http://www.ilkaddimlar.com/internet/index.html
3)
İnternet Açıq Ensiklopediyası – Vikipediya, onun Azərbaycan, türk rus, ingilis dilindəki variantları:
http://wikipedia.org
Ġntellektual-ədəbi Ġnternet saytları:
1)
www.xariciedebiyyat.azeriblog.com
2)
www.lit.az
3)
www.kultaz.com
4)
www.medeniyyet.net
www.kitabxana.net
– Milli Virtual Kitabxana
33
5)
www.kitab.az
6)
www.artyazar.azeriblog.com
7)
www.azyb.net
8)
www.tenqid.net
9)
www.adyazar.az
10)
www.lib.ru
11)
www.kitabxana.net
12)
http://mediamerkez.az
13)
http://mediamerkez.az/az/index.php?option=com_content&view=article&id=130&Itemid=133
Jurnalislərin istifadəsi üçün Ġnternet resurslar
Google video
http://video.google.com/
Elan portalı
http://www.mono.az
Navigator.az - məlumat və axtarış sistemi Şirkətlər, mallar və xidmətlər milli universal kataloqu.
http://www.navigator.az
Qovluq Pulsuz fayl yükləmə sistemi.
http://www.qovluq.com/
Provayderlərin siyahısı:
•1. Azeurotel (
http://www.azeurotel.com
)
•2. Azerin (
http://www.azerin.com
)
•3. Adanet (
http://www.adanet.az
)
www.kitabxana.net
– Milli Virtual Kitabxana
34
•4. Artel (
http://www.artel.net.az
)
•5. AzCom (
http://www.azcom.az
)
•6. AzerSat (
http://www.azersat.net
)
•7. Aztelekom (
http://www.aztelekom.net
)
•8. Azeronline (
http://www.azeronline.com
)
•9. AzStarNet (
http://www.simsiz.net
)
•10. BakInternet (
http://www.bakinternet.net
)
•11. QalaNet (
http://www.sinam.net
)
•12. Catel (
http://www.catel-az.com
)
•13. Karvan (
http://www.karvan.net
)
•14. Bakitelecom (
http://www.lidercart.com
)
•15. Azintex (
http://www.azintex.com
)
•16. Kosmos-s (
http://www.oxygen.az
)
•17. Aznetkard (
http://www.aznetkard.com
)
•18. Uninet (
http://www.azuni.net
)
•19. Ultra (
http://www.ultra.com.az
)
•20. Nakhchyvan.az (
http://www.nakhchyvan.az
)
•21. AzinternetSevis (
http://www.azeri.com
)
•22. AzNet (
http://www.aznet.org
)
Ġnternet jurnalistika ilə bağlı baĢlıca resurslar
www.kitabxana.net
– Milli Virtual Kitabxana
35
Televiziya və radio kanalların saytları:
•AzTv:
http://www.aztv.az
•Lider TV:
http://www.lidertv.com
•ANS:
http://www.ans.az
•İTV:
www.itv.az
•Space TV:
http://www.space-az.com
•Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası:
http://www.ntrc.gov.az
•107 Fm:
http://www.lider.fm
•Anten 101 Fm:
http://www.antenn.az
•Burc Fm:
http://www.burc.fm
•Azadliq Radiosu: http://www.azadses.org,
http://www.azadliq.org
•Odlar Yurdu Radiosu:
http://www.radioodlaryurdu.com
•ATV:
http://www.azadazerbaijan.com
Qəzet və jurnal və xəbər saytları:
•«Yeni Azerbaycan»
http://www.yeniazerbaycan.com
•«Respublika»
http://www.respublica.news.az
•«525»
http://www.525ci.com
•«Bizim Esr»
http://www.bizimasr.media-az.com
•«Adalet»
http://www.adalet-az.com
www.kitabxana.net
– Milli Virtual Kitabxana
36
•«Azerbaycan»
http://www.azerbaijan.news.az
•«Ayna»
http://www.ayna.az
•«Exo»
http://www.echo-az.com
•«Kaspi»
http://www.kaspi.az
•«Zaman»
http://www.zaman.com.az
•«Cempion»
http://www.champion.com.az
•«Oxu meni»
http://www.oxumeni.com
•«Бакинский рабочий»
http://www.br.az
•«Зеркало»
http://www.zerkalo.az
•«Наш Век»
http://www.nashvek.media-az.com
•«Вышка»
http://www.vyshka.com
•«Неделя»
http://www.nedelya.az
•«Xeber.net»
http://www.xeber.net
•«BakuTODAY.net»
http://www.bakutoday.net
•«Kiv.az»
http://www.kiv.az
•«Times.az»
http://www.times.az
•«Day.az»
http://www.day.az
•«Intellektual Mulkiyyet»
http://www.intellect.musigi-dunya.az
•«Azerbaycan- IRS»
http://www.azerbaijan-irs.com
•«Ekspert»
http://www.ekspert.az
•«Dalga»
http://www.hem.passagen.se/dalga
•«Oner»
http://www.onerjurnali.narod.ru
www.kitabxana.net
– Milli Virtual Kitabxana
37
•«Qanun»
http://www.qanun-az.com
•«Перекресток»
http://www.perekrestok.az
•«Evropa+»
http://www.europaplus.az
http://www.milli.az
http://www.mediaforum.az
Ġnformasiya agentlikləri
•AzerTac:
http://www.azertag.com
•Turan:
http://www.turaninfo.com
•Azad Inform:
http://www.azadinform.baku-az.com
•Trend:
http://www.trend-az.com
AxtarıĢ sistemləri. Kataloqlar:
•AzərWeb:
http://www.azerweb.com
•Azer.Net:
http://www.azer.net
•Azeroo web:
http://www.azeroo.com
•AzTOP:
http://www.azeroo.com
•İlk10.com:
http://www.ilk10.com
•SazNet:
http://www.saznet.org
www.kitabxana.net
– Milli Virtual Kitabxana
38
•Google.az:
http://www.google.com
•Azlink.info:
http://www.azlink.info
•Bakililar:
http://www.bakililar.com
E-mail xidmətləri:
•Box.az:
http://www.box.az
•Mail.az:
http://www.mail.az
•BakuMail:
http://www.bakumail.com
•Diaspora:
http://www.diaspora.az
•AzeriFun:
http://www.azerifun.com
•Avrasiya:
http://www.avrasiya.net
www.kitabxana.net
– Milli Virtual Kitabxana
39
Vüqar Haqverdiyev
"Elektron Azərbaycan": vətəndaĢ hüquqlarını reallaĢdıran virtual məkan
İKT-dən istifadə etməklə dövlətin texnoloji sisteminin dəyişdirilməsi və onun müasir tələblərə uyğun
formalaşdırılması zamanın tələbidir. Artıq bu gün bizim gözlərimiz qarşısında bütün dünyanı əhatə edən, qlobal
informasiya-telekommunikasiya şəbəkələrinin yaradılması və inkişafı ilə əlaqədar yeni növbəti informasiya
inqilabı baş verir. Bu yeni sosial-texniki inqilab bəzən elektron inqilab da adlandırılır. Bununla əlaqədar
məqalədə elektron inqilabın hansı zərurətdən doğulduğu, informasiya cəmiyyəti quruculuğu ilə əlaqədar
keçirilən beynəlxalq tədbirlər, inkişaf edən ölkələrin nə üçün bu yolu seçdiyi, Azərbaycanda elektron hökumətin
yaradılması ilə bağlı görülən işlər, e-hökumətin üstünlükləri, bu sahədə olan problemlər və onların həlli yolları
barədə oxuculara ətraflı məlumat verilir.
"Elektron Azərbaycan": vətəndaş hüquqlarını reallaşdıran virtual məkan
XX əsrin sonunda bir çox ölkələr müasir dövrün çağırışına adekvat olmayan klassik dövlət idarəçiliyinin qayda
və modellərinə yenidən baxmaq zərurəti ilə qarşılaşdılar. Hətta inkişaf etmiş ölkələrin rəhbərləri də dövlət
idarəçiliyində bürokratiyanın rolunun aradan qaldırmaq mümkün olmadığını görərək onun qarşısının alınması
üçün yeni nəzarət formalarını axtarmağa başladılar. İnformasiya kommunikasiya texnologiyalarının (İKT)
sürətlə inkişaf etdiyi və internetin geniş yayılmağa başladığı bir dövrdə bu problemin həlli üçün əsas
addımlardan biri İKT-dən istifadə etməklə dövlətin texnoloji sisteminin dəyişdirilməsi və onun müasir tələblərə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
40
uyğun formalaşdırılması oldu. Texnoloji sistemin radikal dəyişiklikləri isə ictimai fəaliyyətin bütün sahələrinə
mədəniyyətə, siyasətə, sənayeyə, kənd təsərrüfatına və s. əhəmiyyətli təsir göstərir. Belə təsirlər tarixin bəzi
mərhələlərində elə güclü olub ki, onları texnoloji inqilab kimi qiymətləndirirlər. Hər texnoloji inqilabın
kökündə isə Rusiya alimi A.İ.Rakitova fikrincə, bir informasiya inqilabı durur ki, o da öz növbəsində,
cəmiyyətin keyfiyyətcə yeni texnoloji inkişaf səviyyəsinə keçməsinə zəruri şərait yaradır. Ona görə də
sivilizasiyalı inkişafın bu və ya digər mərhələsinin əsas fərqləndirici əlaməti dövlət quruluşunun növü ilə deyil,
məhz dövlətin texnoloji sistemi ilə müəyyənləşdirilir.
Artıq bu gün bizim gözlərimiz qarşısında bütün dünyanı əhatə edən, qlobal informasiya-telekommunikasiya
şəbəkələrinin yaradılması və inkişafı ilə əlaqədar yeni növbəti informasiya inqilabı baş verir. Bu yeni sosial-
texniki inqilab bəzən elektron inqilab da adlandırılır. Əvvəlki bütün elmi-texniki inqilablar kimi, cəmiyyətin
həyatında köklü dəyişiklər edən bu inqilaba ilk yaxın olan ölkələr, o vaxtlar əhalisinin 30-50%-i internet
istifadəçisi olan ABŞ, Fransa, İngiltərə, İtaliya, Sinqapur, Avstraliya, Almaniya və digər inkişaf etmiş ölkələr
oldular. Onlar vətəndaşların marağını nəzərə alaraq dövlət idarəçiliyi sistemində və hökumət orqanlarında
islahatlara başladılar. İslahatların əsasını mərkəzi orqanların bəzi vəzifələrinin yerli orqanlara verilməsi, dövlət
məsuliyyətinin artırılması, vəsaitlərin idarə edilməsinin təkmilləşdirilməsi, bazar münasibəti elementlərinin
tətbiqi təşkil edirdi. Bu tədbirlərlə yanaşı dövlət idarəetmə sisteminin elektron infrastrukturunun inkişaf
etdirilməsi, inzibati idarə etmə fəaliyyətinin bir hissəsinin avtomatlaşdırılması, yəni onun "kağız dünyasından"
rəqəmsal məkana keçirilməsi də həyata keçirilirdi. "Elektron hökumət (e-hökumət)" və ya "elektron idarəetmə"
adlanan bu mərhələni, sadə şəkildə, yeni informasiya texnologiyalarından istifadə etməklə dövlət təşkilatları və
vətəndaşların qarşılıqlı əlaqəsini təmin edən müəyyən kommunikasiya infrastrukturunu yaratmaq kimi izah
etmək olar.
Bunların nəticəsi olaraq 1993-cü ildə ABŞ hökuməti milli informasiya infrastrukturunun inkişaf etdirilməsi
planı ilə bağlı məruzə hazırladı. (Agenda for Action) və bu məsələ ilə əlaqədar problemləri öyrənmək üçün
İnformasiya İnfrastrukturu üzrə İşçi Qrupu (İnformation İnfrastructure Task Force) yaradıldı. 1995-ci ildə ABŞ-
da "Kağız sənəd dövriyyəsinin azaldılması haqqında" qanun qüvvəyə mindi. 1996-cı ildə isə "İnformasiya
azadlığı haqqında" qanuna əhəmiyyətli dəyişikliklər edildi. 1994-cü ildə Avropa Cəmiyyəti Komissiyası
"İnformasiya cəmiyyətinə Avropa yolu" iş planı, 2000-ci ildə isə yeni "Elektron Avropa" 10 illik Proqramı
qəbul etdi. 1995-ci ildə Finlandiyada "İnformasiya cəmiyyətinə Finlandiya yolu", 1996-cı ildə isə Almaniyada
"İnformasiya cəmiyyətinə Almaniya yolu" hökumət Proqramları hazırlandı. 1999-cu illərdə Böyük Britaniya
hökuməti tərəfindən ölkənin beş milyon dövlət qulluqçusunu əhatə edən "Dövlət hakimiyyətinin
modernləşdirilməsi"strateji proqramı qəbul edildi və elə həmin il Sinqapurda böyük hökumət portalı eCitizen
Centre (www.ecitizen.gov.sg) yaradıldı. Sinqapur eCitizen Centre portalı elektron hökumətlə bağlı faktiki
www.kitabxana.net
– Milli Virtual Kitabxana
41
dünyada həyata keçirilən ilk böyük layihələrdən biri oldu. 2000-ci ilin iyul ayında Okinavada keçirilən "Böyük
səkkizlik" (İngiltərə, Almaniya, İtaliya, Kanada, Rusiya, ABŞ, Fransa, Yaponiya) ölkələrinin sammitində
"Qlobal İnformasiya Cəmiyyətinin Xartiyası" (Okinawa Charter on Global Information Society) qəbul edildi.
Xartiyada belə bir fikir təsbit olundu ki, informasiya cəmiyyəti istiqamətində atılan addımlar insan
sivilizasiyasının gələcəyinə aparır. Sammitdə "Böyük səkkizliyə" daxil olan dövlət rəhbərləri öz ölkələrində
informasiya cəmiyyətinin inkişafına və informasiya bərabərsizliyinin aradan qaldırılmasına yönəlmiş
proqramların həyata keçirilməsinə hazır olduqlarını ifadə etmişdilər.
Analoji fəaliyyətlər digər beynəlxalq birliklər tərəfindən də aparılırdı. BMT-nin himayəsi altında 2003-cü ilin
dekabrında İsveçrənin Cenevrə şəhərində, 2005-ci ilin noyabrında isə Tunisdə İnformasiya Cəmiyyəti üzrə
Ümumdünya Sammitləri keçirildi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev İsveçrə Sammitinə xüsusi olaraq
dəvət olunmuş və dövlət başçısı Sammitin açılışında çıxış edərək informasiya cəmiyyəti ideyasını
dəstəklədiyini, Azərbaycanın elmi potensialının, əldə etdiyi texnoloji nailiyyətlərin biliklərə əsaslanan
cəmiyyətin bərqərar edilməsi üçün tam kifayət etdiyini, informasiya, bilik bazarının formalaşdırılmasına, onun
inkişaf etdirilməsinə, cəmiyyətin informasiya-kommunikasiya infrastrukturunun yaradılmasına, informasiya-
kommunikasiya xidmətlərinin genişləndirilməsinə Azərbaycanda böyük diqqət yetirildiyini xüsusi qeyd edərək,
hazırda elektron hökumətdən elektron iqtisadiyyata qədər çox sayda konkret layihələri əhatə edən "Elektron
Azərbaycan" dövlət proqramı üzərində iş getdiyini bildirmişdir.
Dövlət başçısının Cenevrə Sammitində söylədiyi fikirlər bu gün artıq reallığa çevrilmişdir. İnformasiya
cəmiyyətinin qurulması dövlət siyasətinin prioritetlərindən biri kimi qəbul olunub, Azərbaycanın inkişafı
naminə 2003-2012-ci illər üçün informasiya və kommunikasiya texnologiyaları üzrə qəbul olunmuş Milli
Strategiya uğurla həyata keçirilir və bu Strategiyanın davamı olaraq dövlət başçısının sərəncamları ilə 2004-cü
ildə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmış, 2005-2007-ci
illər üçün ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, 2005-2008-ci
illər üçün rabitə və informasiya texnologiyalarının ("Elektron Azərbaycan") inkişafı və 2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramları təsdiq
edilmişdir. "Elektron imza və elektron sənəd haqqında", "Telekommunikasiya haqqında", "İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Dövlət sirri haqqında" və "İnformasiya əldə
etmək haqqında" Azərbaycan Respublikasının Qanunları qüvvəyə minmiş, "Vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatı", "Elektron kargüzarlıq", "Azərbaycan dilinin informasiya məkanında işlədilməsi", "Milli
informasiya resurslarının yaradılması", "İKT sahəsində kadr hazırlığı", "Rəqəmli bərabərsizliyin ləğvi" kimi
www.kitabxana.net
– Milli Virtual Kitabxana
42
müxtəlif layihələr yerinə yetirilmiş, "Elektron elm", "Elektron kitabxana", Elektron ticarət", "Milli elektron
sağlamlıq kartı sistemi" və digər layihələrin həyata keçirilməsi üzrə işlər isə bu gün uğurla davam etdirilir.
BMT Baş Assambleyasının 2006-cı ildən etibarən 17 may tarixini Beynəlxalq Telekommunikasiya və
İnformasiya Cəmiyyəti Günü elan etməsi ilə əlaqədar artıq 3-cü ildir ki, bu əlamətdar gün ölkəmizdə yüksək
səviyyədə qeyd olunur. İnformasiya Cəmiyyəti Gününün keçən ilki mövzusu əlil insanların informasiya və
kommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması olmuşdur. Tədbirdə respublikamızın alim
və mütəxəssisləri bir araya gələrək xalqımızın inkişafına xidmət edəcək informasiya cəmiyyətinin qurulması
prosesində əlil insanların iştirakının, məhdud imkanlı vətəndaşlarımızın informasiya texnologiyalarının
imkanlarından yararlanmasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparmış, "Təhsildə
qiymətləndirmə işinin avtomatlaşdırılmasının proqram təminatı"nın və "On-layn ödəmə sistemi"nin təqdimatları
keçirilmişdir.
Ümumiyyətlə, "e-hökumət" layihəsi ölkəmizdə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində həyata
keçirilir. Bu işdə ümumdünya internet şəbəkəsinin imkanlarından uğurla istifadə edilir. İnternet vasitəsi ilə
abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, dövlət qurumlarının saytlarının
yaradılması, orda bu təşkilatlar barədə ətraflı məlumatın, onların əsasnamələrinin və strukturlarının
yerləşdirilməsi, hazırlanan qanunların, sənədlərin həyata keçirilməsi nəzərdə tutulan tədbirlər planın
layihələrinin xalqın müzakirəsinə çıxarılması, internet vasitəsi ilə vətəndaşların suallarına cavab verilməsi,
şikayət və ərizələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi, bəzi kommunal borcların online rejimində
öyrənilməsi, elektron seçkilərin keçirilməsi və s. misal ola bilər. Bunlardan əlavə virtual kitabxanaların
yaradılması, qəzet və jurnalların elektron variantlarının internetdə verilməsi oxucuları evdən çölə çıxmadan
kitabxana xidmətindən yararlanmağa, gündəlik xəbərlərlə, ölkədə baş verən hadisələrlə tanış olmağa imkan
verir.
Beynəlxalq standartlara görə elektron hökumətin əsas funksiyaları hökumətin biznes (G2B "government-to-
business"), hökumət orqanları (G2G "government-to- government") və vətəndaşlar (G2C "government-to-
citizen") ilə qarşılıqlı əlaqəsini təmin etməkdir. Bu funksiyalar əsasən ölkə daxilindəki tələbatları ödəməyə
yönəlmişdir. Lakin Azərbaycanın sürətli iqtisadi inkişaf yolunda olduğunu, beynəlxalq aləmdə nüfuzunun
durmadan artdığını, regionda xarici şirkətlər və investorlar üçün əməkdaşlıq baxımından mühüm əhəmiyyət
kəsb etdiyini və internetin geniş imkanlarını nəzərə alsaq, onda aydın olar ki, ölkəmizə gəlmək istəyən,
müştərək iş birliyi yaratmaq və yaxud, sadəcə respublikamızla maraqlanan xarici ölkə təşkilatları və
vətəndaşları da elektron hökumətin xidmətlərinə müraciət edə bilər. Bu proses dövlət başçısının 4 mart 2009-cu
il tarixində imzaladığı "Miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqi haqqında"
fərmanından sonra daha da sürətlənəcəyini nəzərə alsaq e-hökumət funksiyalarına hökumət və əcnəbilər (G2F
www.kitabxana.net
– Milli Virtual Kitabxana
43
"government-to-foreigner") da əlavə olunması məqsədəuyğun olar. Bu problemin həllinə isə hökumət internet
saytlarında məlumat və xəbərlərin ana dilimizdən əlavə rus və ingilis dilində verilməsi kömək edə bilər.
Düzdür, bu məsələ dövlət qurumlarının saytları yaradılarkən nəzərdə tutulur, ancaq sonradan onun həlli
istiqamətində işlər ya zəifləyir, ya da tamam unudulur. Bir çox saytların ingilis dili bölməsinə daxil olduqda,
"Qurulmaqdadır (Under construction)" ifadəsi ilə rastlaşırıq.
Məlumdur ki, hər yeni keyfiyyətə keçid bir sıra problemlər və çətinliklərlə üzləşir, bəzən isə ciddi krizislərlə
müşayiət olunur. Çətinliklərə və mənfi fəsadlara rast gəlməmək üçün dövlətdən yeni mərhələyə keçid yollarını
müəyyənləşdirən strategiyalar, proqramlar və onların uğurla həyata keçirilməsi üçün dəqiq tədbirlər planı
hazırlamaq tələb olunur. E-hökumət dövlət idarəçiliyinin keyfiyyətcə yeni mərhələsi olduğu üçün onun
qurulması da problemsiz ola bilməz. Belə problemlərdən biri e-hökumət sisteminin qurulmasının və
saxlanılmasının çox baha başa gəlməsidir. Çünki müasir İKT vasitələrinin qiyməti çox yüksəkdir, köhnələrin isə
almağa dəyməz. Həm də burda söhbət təkcə İKT avadanlığının alınmasından getmir. Bu avadanlığın
quraşdırılmasına, şəbəkədə əlaqənin yaradılmasına, onlara xidmət və nəzarət edən işçi qrupuna əmək haqqı
verilməsinə xeyli maliyyə vəsaiti tələb olunur. Bu vəsaitlərin də demək olar ki, hamısının dövlət büdcəsindən
ödəniləcəyini nəzərə alsaq, onda bütün dünyanı bürüyən iqtisadi böhran şəraitində bunun nə qədər çətin
olduğunu başa düşmək olar. Ona görə də dövlət büdcəsinin səmərəli sərf olunması və çəkilən xərclərin özünü
tam doğrultması üçün atılacaq addımlar qabaqcadan planlaşdırılmalı və iqtisadi cəhətdən əsaslandırılmalıdır. E-
hökumətin mahiyyətini, dövlət, vətəndaş, biznes münasibətlərində əldə olunacaq nailiyyətləri nəzərə alsaq,
onun qurulmasına çəkilən xərclərin özünü tam doğrultacağına inam yaranır. Çünki səlahiyyətli orqanlarla
ünsiyyətdə, sənədləşdirmə, qeydiyyata alma, arayış vermə və digər proseslərdə maneçilik olmayanda, şəffaflıq
və rahatçılıq olanda, biznesin, vətəndaşın işinin keyfiyyəti, gəliri və onlara müvafiq olaraq dövlət büdcəsinə
daxil olan vergilərin həcmi də artır. Bundan əlavə, e-hökumətin bəzi xidmətlərini pullu etmək olar. Məsələn,
müəlliflərlə şərtləri razılaşdırılmış şəkildə, intellektual mülkiyyət məhsulları olan elektron kitablar, proqramlar,
audio, video fayllar və digər materiallardan ibarət iri verilənlər bazası yaradıla bilər və vətəndaş müəyyən
məbləğdə pul ödəməklə istədiyi materialı elektron formada öz kompyuterinə yükləyə bilər.
İkinci problem kadrlarla bağlıdır.
İKT vasitələrinin hər hansı bir sahəyə tətbiqi həm də bu vasitələrdən düzgün istifadə etməyi bacaran
mütəxəssislər tələb edir. E-hökumət özü bir texnoloji sistem olduğu üçün və onun mühafizəsini, etibarlığını,
dayanıqlığını və vaxtaşırı təkmilləşdirilməsini təmin edən yüksəkixtisaslı kadrların yetişdirilməsi əsas
məsələlərdən biridir. Bu məsələlərin həllinə orta məktəblərdə informatika fənnindən keçirilən dərslərin sayının
və keyfiyyətinin artırılması, ali təhsil məktəblərində güclü proqramçıların hazırlanması üçün İKT-nin həm
texniki, həm də nəzəri problemlərini öyrədən əlavə fənlərin daxil edilməsi, xarici ölkələrin İKT ilə bağlı elmi və
www.kitabxana.net
– Milli Virtual Kitabxana
44
istehsalat müəssisələrində təhsil və staj keçmə kurslarının təşkili köməklik edə bilər. Azərbaycan
Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) məlumatına görə ABŞ, İsveç və
digər ölkələrin informasiya texnologiyaları üzrə tanınmış müəssisələri ilə əldə edilmiş razılaşmaya əsasən,
hazırda həmin təşkilatlarda azərbaycanlı gənclər təhsil alır və mütəxəssislər üçün vaxtaşırı ixtisasartırma
kursları keçirilir.
Üçüncü problem bürokratizmin müqavimətidir. Bu problemin həlli üçün, bəzi dövlət təşkilatlarının idarəyə
yönlü fəaliyyətindən vətəndaşların ehtiyac və problemlərinin həllinə yönəlmiş fəaliyyətə keçidi zəruridir. Yəni
dövlət məmurları öz fəaliyyətlərində yalnız öz daxili idarə maraqlarını deyil, həm də vətəndaşların və biznesin
maraqlarını nəzərə almalı, onlara hökumət xidmətlərinin istifadəçisi kimi baxmalı, özlərinə sərf etməyən hər işə
maneçilik törətməməli, zəruri olmayan iş və arayış üçün onları get-gələ salmamalı, aylarla gözlətməməlidirlər.
Ümumiyyətlə, bəzən idarəçiliyinin problemi ayrı-ayrı adamlarda (bürokratlarda) deyil, bürokratik sistemin
özündə olur. Hamıya məlumdur ki, bəzi arayış və ya sənədləri almaq necə müşkül məsələyə çevrilir. Gərək bir
ay qabaqcadan növbəyə yazılasan, növbə vaxtı çatandan sonra isə təzədən bir ay da alacağın sənədi gözləyəsən.
İnformasiya əsri olan XXI əsrdə bir günlük iş üçün iki-üç ay gözləmək dövrlə heç cür uzlaşmır. Bu müddət
ərzində həm vətəndaşın işi, həm də əsəbləri pozula bilər. Belə vəziyyət həm də korrupsiyaya, rüşvətxorluğa
əlverişli şərait yaradır. Ona görə də Azərbaycan Prezidenti cənab İlham Əliyevin «Sahibkarlıq fəaliyyəti
subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» 25
oktyabr 2007-ci il tarixli sərəncamına əsasən respublikamızda biznesmenlər, sahibkarlar, vergi ödəyiciləri üçün
tətbiq edilən "vahid pəncərə" sistemi bürokratiyaya qarşı mübarizədə nümunəvi misal ola bilər. Əsas
məlumatları bir mərkəzdə cəmləşdirən, qeydiyyat üçün lazım olan proseduraların sayını azaldan və lisenziyaları
mərkəzləşdirilmiş qaydada verən bu sistem vətəndaşların məmurlardan asılılığını minimuma yendirməyə,
sahibkarların işini xeyli yüngülləşdirməyə, onların vaxtına və puluna qənaət etməyə xidmət edir. Bundan əlavə
dövlət başçısının tapşırığına əsasən ölkədə korrupsiyaya qarşı aparılan mübarizə, nazirliklərdə aparılan
islahatlar, icra hakimiyyəti orqanlarının Mərkəzləşdirilmiş İnformasiya Təminatı Sisteminin yaradılması
bürokratiyanın aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir.
Dördüncü problem dövlət qulluqçularının İKT ilə işləməyə sosial-psixoloji və professional cəhətdən
adaptasiyasındadır. E-hökumətdə sənəd və məlumatların kompyuterdə hazırlanması, təşkilatlar arasında
əlaqələrin, yazışmaların əksəriyyətinin internet vasitəsilə həyata keçirilməsi ilə bağlı olduğu üçün məmurların
informasiya texnikaları ilə işləmək bacarıqlarının olması olduqca vacib şərtdir. Artıq heç kimə sirr deyil ki,
kompyuter savadı olmayan və internetdə işləməyi bacarmayan şəxsin yaxşı vəzifə tapmaq şansı sıfıra
bərabərdir. Hətta Rusiyada dövlət başçısı tərəfindən kompyuterdə işləməyi bacarmayan vəzifəli şəxslərin işdən
azad edilməsi barədə təklif irəli sürülmüşdür. Çünki, informasiya texnikasından istifadə edə bilməyən,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
45
informasiyalaşdırma proseslərinin mahiyyətini baş düşməyən məmur, bu proseslərdə öz rolunu da çətin ki, başa
düşə bilər. Belə məmurlar ya innovasiyanı qəbul edib, onların aktiv tətbiqinə çalışmalı, ya da ki, öz yerlərini
innovativ ideyaları dərk edən daha perspektivli kadrlara verməlidirlər.
Beşinci problem vətəndaş iştirakının zəif olmasıdır. Hər bir vətəndaş imkan dərəcəsində yaşadığı ölkənin
həyatında aktivlik göstərməlidir. Dövlət hiss etməlidir ki, vətəndaşlar hökumətin fəaliyyətini izləyir, onunla
maraqlanır, dövlətə inanır və ona böyük ümidlər bağlayır. E-hökumət özü vətəndaşların marağına, onların
həyatının yaxşılaşdırılmasına hesablanmış, eyni zamanda hələ tam sınaqdan çıxmamış bir qədər yeni
mexanizmdir. Hər yeni sistemin, mexanizmin, proqramın mənfi və müsbət cəhətləri isə onlardan istifadə
prosesində daha aydın üzə çıxır. Çünki, ən mükəmməl hesab edilən sistem istifadə zamanı gözlənilməz çatlar
verə bilər. Bir çox müəlliflər öz məhsulları barədə, onlardan istifadə edənlərdən öz rəy və təkliflərini verməyi
xahiş edirlər və onların əsasında həmin məhsulları daha da təkmilləşdirirlər. Əgər vətəndaşlar aktivlik göstərib
dövlət qurumlarının e-hökumət xidmətlərindən daima istifadə etsələr, öz rəy və təkliflərini həmin təşkilatlara
bildirsələr, əlbəttə ki, bu qeydlər nəzərə alınar, onların əsasında e-hökumət sistemində təkmilləşdirilmə işləri
daha səmərəli aparılar. Yox əgər vətəndaşlar e-hökumətə biganəlik göstərsə, onun xidmətlərindən istifadə
etməsə, onda bu sistem öz əhəmiyyətini itirər və iflasa uğrayar. Bu problemin həlli üçün hökumət öz
növbəsində vətəndaş iştirakının stimullaşdırılmasına səy göstərməli, informasiya cəmiyyətinin üstünlüklərini
əhaliyə çatdıran tədbirlər həyata keçirməli və müxtəlif layihələr hazırlananda vətəndaşların mənafeyini nəzərə
almalıdır. RİTN, Azərbaycan İnternet Forumu, HP və ULTRA şirkətlərinin respublika səviyyəsində birgə
keçirdikləri "İnformasiya cəmiyyətinin jurnalisti" müsabiqəsi, İctimai TV-də hər həftə yayımlanan, RİTN-nin
dəstəyi ilə keçirilən "Virtual rinq" intellektual oyunu, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya
Texnologiyaları İnstitutunun təşkil etdiyi "İnformasiya cəmiyyəti" televiziya proqramı kimi digər tədbirlərin
həyata keçirilməsi informasiya cəmiyyəti inkişafının stimullaşdırılmasında, əhalinin, xüsusən gənclərin
maarifləndirilməsində, onların İKT ilə bağlı biliklərinin artırılmasında, vətəndaşların e-hökumət quruculuğunda
iştirakının aktivləşdirilməsində mühüm rol oynaya bilər.
Altıncı problem dövriyyədə və arxivdə olan sənədlərin kağız üzərindən elektron şəklinə salınması, onlara
hüquqi statusun verilməsi, verilənlər bazasının yaradılması, hər təşkilatın özünün "elektron imzasının" təsdiq
edilməsi və tanınmasıdır. Baxmayaraq ki, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minib, Elektron imza üçün sertifikat verən və imzaların istifadəsi üzrə
xidmətlər göstərən mərkəzin (sertifikat xidmətləri mərkəzinin) qeydiyyatı və akkreditə edilməsi qaydaları təsdiq
edilib və bir sıra digər tədbirlər həyata keçirilib, hələ ki, bu mexanizm tam qüvvəsi ilə işə düşməyib. Bunlardan
əlavə ümumi, məxfi, idarələrarası, mütəxəssislər, məhkəmə və hüquq orqanları üçün nəzərdə tutulmuş sənədlər
müəyyənləşdirilməli, onların istifadəyə verilmə qaydaları dəqiqləşdirilməlidir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
46
Bununla da vətəndaşlar üçün ən böyük problemlərdən biri olan dövlət idarələrindən sənəd alınması prosesini
xeyli yüngülləşdirmək olar.
Yeddinci problem informasiya təhlükəsizliyinin təmin edilməsidir. Respublikamızda dövlət qurumlarının
informasiya sistemləri formalaşdıqca, verilənlər bazası yaradıldıqca onların təhlükəsizliyini təmin etmək,
hakerlərdən qorumaq müasir dövrdə ölkənin sosial təhlükəsizliyinin əsas şərtlərindən biridir. Dövlət
informasiyasının təhlükəsizliyi və məxfiliyi fiziki, texniki, təşkilati, struktur, həmçinin heyəti seçimlə və digər
təhlükəsizlik tədbirləri ilə təmin edilməlidir. Xüsusi informasiyalar müvafiq olaraq iş ehtiyacı, qanunverici və
siyasi tələbatlarla əlaqədar yalnız qeydiyyata alınmış təşkilatlar və istifadəçilər üçün açıq olmalıdır. Xüsusi
informasiyalara giriş şərtləri müəyyənləşdirilməli və onlara icazə yalnız bu şərtlərə uyğunluq yoxlanıldıqdan
sonra müstəqil komissiya tərəfindən verilməlidir. Hər elektron mübadilə olunan xüsusi informasiyanın sonradan
qanunsuz istifadə olunduğu halda onun kim tərəfindən və nə vaxt alındığını müəyyənləşdirmək üçün onların
mütləq qeydiyyatı aparılmalıdır. Bunlardan əlavə dövlət əhəmiyyətli məlumatların şəbəkə vasitəsilə düşmən
qüvvələrin əlinə düşməsi ölkənin gələcəyi üçün böyük təhlükələr yarada bilər. Belə mənfi fəsadların baş
verməməsi və qarşısının vaxtında alınması üçün internetə nəzarət dövlət səviyyəsində olmalı, şəbəkədə müasir
tipli müdafiə sistemləri quraşdırılmalı, internet saytları xüsusi filtrlərdən keçirilməli, xalqımızın milli və mənəvi
dəyərlərinə zidd saytlar bloklanmalıdır. Belə təhlükələrin qarşısının alınması beynəlxalq səviyyədə də birgə
tədbirlərin görülməsini tələb edir. Avropa Şurasının 2001-ci ildə qəbul etdiyi "Kibercinayətkarlıq haqqında
Konvensiya", 2003-cü ildə isə kompyuter informasiyaları sahəsində cinayətkarlıq barədə Konvensiyaya əlavə
olunan protokol məhz dövlətlərin informasiya təhlükəsizliyi təmin etmək məqsədini daşıyır. Artıq Azərbaycan
da 2008-ci il həmin Konvensiyaya qoşulmağa dair sənəd imzalamışdır.
Səkkizinci problem informasiya bərabərsizliyidir. İnternet şəbəkəsinin regionlar üzrə bərabər yayılmaması,
rayonlarda, ucqar kəndlərdə internet şəbəkəsinin iri şəhərlərə nisbətən zəif inkişaf etdirilməsi, orda yaşayan
əhalinin qlobal şəbəkənin geniş imkanlarından tam yaralanmağa imkan vermir. Elektron hökumətin əsas
prinsiplərindən biri vətəndaşlara ölkənin hər nöqtəsindən internetə girişi təmin etməkdir. Ona görə də bütün
respublika ərazisinin informasiya infrastrukturunun inkişaf etdirilməsi, internet provayderlərə, serverlərə hər
bölgədə xidmət göstərməyə əlverişli şəraitin yaradılması informasiya bərabərsizliyini aradan qaldırılmasında
əsas rol oynaya bilər. Qeyd edək ki, informasiya bərabərsizliyi problemi o qədər ciddidir ki, BMT onu
yoxsulluqla mübarizə kontekstində həll edir. Çünki, yoxsul adamın pulu yalnız yemək içməyinə güclə çatdığı
üçün, onun istədiyi digər şeyləri, o cümlədən İKT vasitələri almağa və internetdən istifadə etməyə imkanı
olmur. Ona görə də yoxsulluğun azaldılması elə rəqəmli bərabərsizliyin də aradan götürülməsinə səbəb ola
bilər. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən qəbul edilmiş respublikamızda yoxsulluğun azaldılması,
əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı və yuxarıda adı çəkilən təhsil sisteminin informasiyalaşdırılması
www.kitabxana.net
– Milli Virtual Kitabxana
47
üzrə Dövlət Proqramları ölkəmizdə informasiya bərabərsizliyinin aradan qaldırılmasında çox mühüm
əhəmiyyətə malikdir. Bu işdə internetdən istifadə qiymətlərinin aşağı salınması və İnformasiya Texnologiyaları
Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə tutulan "Xalq kompyuter" layihəsi də mühüm rol oynaya bilər.
Respublika ərazisinin hər yerində informasiya bərabərsizliyinin aradan götürülməsi həm də kəndlərdən şəhərə
kompyuter biliyi tələb edən işlər axtarmaq məqsədilə gələn insan axınının qarşısını müəyyən mənada ala bilər.
Yuxarıda göstərilənlərdən əlavə, onlardan da daha böyük bir problem olan ermənilərin torpaqlarımıza təcavüz
etməsi, bir milyondan çox azərbaycanlının qaçqın və köçkün düşməsi, ölkəmizin bir hissəsinin işğal altında
olması e-hökumət şəbəkəsinin bütün respublika ərazisinə tam tətbiq etməyə imkan vermir. Göründüyü kimi
problemlər az deyil, ancaq bu problemlərin hamısını birdən həll etmək də qeyri-mümkündür. Bütün bu
çətinliklərə baxmayaraq Azərbaycanda e-hökumət sistemi işə salınıb, hazırda əsas məsələ odur ki, o daha da
inkişaf etdirilsin, yuxarıda qeyd olunan və digər mümkün problemlər isə dövlətimizin siyasi-iqtisadi gücü və
beynəlxalq aləmdə qazandığı böyük nüfuzun hesabına tədricən öz müsbət həllini tapacaq.
Dünya təcrübəsi göstərir ki, hansı ölkələr ki, informasiya texnologiyalarının inkişafı, tətbiqi və istifadəsi
sahəsində irəlidə gedir, həmin ölkələrdə iqtisadi artım, əhalinin əmək məhsuldarlığı, həyat və yaşayış səviyyəsi
də yüksəkdir. Ona görə də respublikamızda bütün fəaliyyət sahələrində İKT-nin geniş tətbiqi dövlət
orqanlarında işin keyfiyyətinin və şəffaflığının artırılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına,
vətəndaşların keyfiyyətli təhsil, tibbi xidmət və sosial təminatlar alması üçün əlverişli şəraitin yaradılmasına
xidmət etməklə bərabər, həm də ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyasına,
respublikamızın siyasi, hüquqi, iqtisadi, sosial və digər sahələrdə beynəlxalq əlaqələrinin genişləndirilməsinə,
qloballaşan dünyada etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsinə şərait yaradacaq və Azərbaycan
bütün dünyana qarşısında həqiqətən vətəndaşların konstitusiya hüquqlarını gerçəkləşdirən demokratik bir
məkan olduğunu bir daha sübut edəcək.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
48
Dostları ilə paylaş: |