Ramin DEKO
"Bizim milli bloqlarımız"
Pulsuz yaradılan saytlardan kim necə və nə cür istifadə edir
Kimi intellektuala, kimi erotikaya, kimi də şou-biznesə üstünlük verir - lider erotikadır
Google.com, blogspot.com, tk və bir neçə gəliri milyon dollarla, hətta milyardla ölçülən saytlar var ki, onların
nəzdində pulsuz saytlar və yükləmələr var. Kompüterdən başı çıxan hər bir kəs bu saytlarda özlərinə veb səhifə
aça bilər. Bütün bunlar rus, ingilis və başqa dillərdə olduğundan bəzi (demək olar ki, hamısı) vətəndaşlar burada
özlərinə sayt aça bilmirlər (insafən bloq açmaq çox çətindir). Nəhayət, Azərbaycan dilində də azeriblog.com
adlı pulsuz domion-veb saytı Azəri ziyarətçilərinin ixtiyarına verilib. Indi hər kəs çox sadə, tez bir zamanda
özünə sayt yarada bilər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
108
1473 saytın ―fatihəsi‖ verildi
Təxminən yarım ildir azeriblog.com pulsuz dominion fəaliyyətə başlamasına baxmayaraq (bloqların cəmi 995,
fəal bloqçular 743) minlərlə bloqçu qeydiyyatdan keçərək azeribloq ailəsinin bir üzvü olublar. Amma tez bir
zaman kəsiyində belə bir mini saytın yaranması reallıqda bəzi bloqçuların ürəyincədir. Hal-hazırda bloqda
özünə sayt açmaq çox çətin məsələyə çevrilib. Bu çətinlik bloq rəhbərliyi ilə bağlı deyil. Sadəcə olaraq, loru
dillə desək, hər yerindən duranın özünə bir yox, bir neçə sayt açması yeni, işlək bloqların yaranmasına mane
olur. Bunun üçün kiçicik bir araşdırma apardıq. Belə ki, media, reportyor, ekonal, meyxana deyişmələri və
onlarla sayt bir neçə aydır yaransa da, hələ də işlək vəziyyətdə deyillər. Təsadüfi deyil ki, azeribloq rəhbərliyi
son üç ayda bloquna heç bir məlumat yerləşdirilməyən saytlara ―yaxşı yol‖ dedi. Beləcə, iki-üç gün bundan
öncə 1473 saytın ―fatihəsi oxundu‖.
Ən çox oxunan bloqların iş ―prinsipi‖
Deyirlər, ucuz ətin şorbası olmaz. Azeribloqun ―şorbası‖ ucuz olmasa da, bloqçuların bloqlarının ―şorbası‖
ucuzdur. Bütün bu dediklərimizi aydınlaşdırmaq amacıyla azeribloqun istifadəçiləri və ziyarətçiləri haqqında
araşdırma apardıq.
Ən çox oxunan bloq - http://monster.azeriblog.com-dur. Ziyarətçilərinin sayı 103335 nəfərdir. Bu qədər
ziyarətçisi olan bloqun işləmə mexanizmi proqramlar, lətifələr, oyun yükləmələr, hollivud ulduzlarının
şəkillərindən ibarətdir.
Ikinci yerdə dayanan - http://podium.azeriblog.com bloqudur. Ziyarətçisi 102697 nəfərdir. Bir müddət bloqda
hollivud ulduzlarının erotik şəkilləri yer alsa da, indi öz şou biznesmizin ulduzlarını reklam etməklə
ziyarətçilərini salamlayacaq.
http://some.azeriblog.com-un ziyarətçisi 71010 nəfərlə ölçülür. Bloqa yazı qoyularkən hiss olunur ki, bloqçu
şriftdə dəyişilik etdiyindən yazıları oxumaq olmur. Dizayn bərbaddır, səhifədə şou-biznes nümayəndələri,
tanınmışların karikaturaları olsa da, ―bloq haqqında‖ bölməsində Ramil Səfərovun şəklinin qoyulması saytın
www.kitabxana.net
– Milli Virtual Kitabxana
109
qeyri-ciddiliyini göstərir. Yəni bu vətənpərvər oğlanın şəklinə baxıban girdiyin bloqun şou-biznesə aid olmasını
görəndə hər şey üzə çıxır.
Ziyarətçilərinin sayı 72593 ölçülən - islam.azeriblog.com bloqa daxil olanları bu cür salamlayır: Burada Allahın
izni ilə Allah xatirinə yazdığım islama aid məqalələrlə tanış olacaqsınız. Həmçinin inşallah bundan sonra
çalışacağam ki, bu fani dünyada yaşadığım müddətcə daima yeni məlumatları, maraqlı məqalələri və digər
faydalı materialları sizlərə çatdırım. Buna görə də istərdim ki, siz də bu xeyir işdə mənə dəstək olasınız".
Informasiya baxımından o qədər də kasad olmayan bloq yuxarıdakı prinspləri ilə fəaliyyətini davam etdirir.
http:// ferhad.azeriblog.com bloqu şəxsi bloq olsa da proqramlar, ―bilirsinizmi‖ tipli yazılar və dizaynın
bərbadlığı ilə ziyarətçilərini salamlayır. 62291 ziyarətçisi var.
http:// deniz.azeriblog.com ilk onluqda duran yeganə bloqdur ki, bir prinsiplə işləyir. Bəzi bloq sahibləri dostlar
bölməsində bunu xeyirxah bloq da adlandırırlar. Bloqun əsas məqsədi nəinki bloqların, həm də saytlara dizaynla
bağlı kömək edir... Xeyirxah bloq həm də öz dizaynı ilə diqqəti cəlb edir. Təsadüfi deyil ki, çox sadə üsulla
qurulan bloqda ziyarətçilərin sayı 36983-dür.
http:// islam.azeriblog.com-un bloqçusu http:// qubadli.azeriblog.com-un da rəhbəridir. Ziyarətçilərinin sayı
32416 nəfərdir. Adından göründüyü kimi Qarabağ bölgəsinə aid informasiyalar yerləşdirilir. Dizaynı
qənaətbəxş saymaq olar.
http://menimblog.azeriblog.com bloqunda proqramlara, oyunlara, şou-biznes xəbərlərinə rast gəlmək olar. Bu
günə kimi 27924 ziyarətçisi olub.
Təxminən 65000-dən bir qədər çox ziyarətçisi olan http://xariciedebiyyat.azeriblog.com dizayn bərbaddır. Bloq
dünya ədəbiyyatı kimi yaradılsa da, burada çox yersiz yazılara rast gəlmək olur. Məsələn bloqda Azərbaycan
ədəbiyyatının nümayəndələrinə yer vermək xarici ədəbiyyat sayılmır (o başqa söhbətin mövzusudur ki,
Azərbaycan yazıçıları dünya ədəbiyyatçıları ilə üzə gələ bilər, ya yox).
Ana səhifədə yazıların çox olması ziyarətçiləri yorur. Lüğət, dünya klassiklərinin hekayələrinin elektron variantı
və bu kimi digər maraqlı informasiyalar sadələşdirilmiş axtırış bloqunun müsbət keyfiyyətidir.
Erotik bloqların ziyarətçiləri çoxluq təşkil edir
www.kitabxana.net
– Milli Virtual Kitabxana
110
Azeribloqda bloqların mövzu dairəsi aşağıdakı kimidir: Kompyüter və Internet (91), Cəmiyyət (82), Sevgi (62),
Din (55), Foto bloq (55), Musiqi (47), Siyasət (46), Biznes və Iqtisadiyyat (44), Idman (42), Mədəniyyət və
Incəsənət (29), Elm və Maarif (28), KIV və Xəbərlər (23), Gülməli (17), Oyun (14), Səhiyyə və Sağlamlıq (9),
Kino-TV (8), Qadın (4).
Göründüyü kimi gənclər (bloqçuların əksəriyyəti gənclərdir) əsasən kompyüter, şou tipli bloqlar yaradırlar.
Düzdür informasiyalı, maarifləndirici bloqlar olsa da, bunlar azlıq təşkil edir. Elə cəmiyyət, elm və maarif kimi
bloqlarda erotika, ulduzların şəkilləri, proqramlar, oyunlar mövcuddur. Bu, bir daha göstərir ki, Azərbaycan
gənci intellektuala deyil, pornoqrafiyaya qaçır. Apardığımız araşdırmamızda bir daha bunun şahidi olduq.
Məsələn on ən çox oxunan sayta nəzər salaq. Orada deniz.azeriblog.com, xariciedebiyyat.azeriblog.com,
islam.azeriblog.com, qubadli.azeriblog.com-u çıxmaq şərti ilə demək olar ki, hamısı ziyarətçilərinin sayını
erotik şəkillərlə, proqramlarla artırırlar.
Olmazmı ki, ziyarətçilərinin sayı 60000 və 100000 arasında olan bloqçular öz bloqlarında intellektual,
informasiyalı yazılar dərc etsinlər. Bu sualla onların e-maillərinə müraciət etsək də yazı çapa gedənə kimi cavab
gəlmədi. Amma bu e-maillərə başqa bir qız niki ilə müraciət etdik. O dəqiqə cavab verdilər: ―sizlə tanış olmaq
olar?‖ Harada və necə görüşək? Digər http:// chat1.azeriblog.com çatında ―salam, necəsiniz, tanış olmaq olar?‖
tipli mesajlar yer alır. Bax, budur Azərbaycan gəncliyinin günü-rüzgarı...
Şərhlər bölümünə şərh yerinə
Bildiyimiz kimi bloqlarda şərhlər bölməsi var. Amma ziyarətçilər demək olar ki, şərh bölməsinə heç nə
yazmırlar. Yazılan ―şərh‖lərin əksəriyyəti də demək olar ki, öz bloquna dəvət mesajından, bəzən adi bir
salamdan, bəzən onun bloquna öz bloqunda keçid vermək xahişindən, bəzən isə yazıya dəxli olmayan şərhdən
ibarət olur. Elə bil bloqçular şərh verməyə ərinir və ya öz şərhlərinə inanmsızlıq sərgiləyirlər. Sanki hansısa
utancaqlıq kompleksi bəri başdan bloqçuların əl-qolunu bağlayır. Nəticədə aktivlik bloqu ziyarət eləməkdən o
yana keçmir. Erotik bloqlarda isə bir qayda olaraq fəallıq hiss olunur. Məsələn, Cenifer Lopezin şəklinin
altındakı şərhlərin sayı nə az, nə çox - düz 103-dür! Intellektual bloqlarda isə bu rəqəm ən çoxu 10-15-dir.
Intellektual saytlara maraq yoxdur
www.kitabxana.net
– Milli Virtual Kitabxana
111
Bütün bunlarla yanaşı intellektual, informasiyalı saytlar da var. Amma... amma ki, bu bloqların ziyarətçiləri çox
azdır. Məsələn http://ichiche.azeriblog.com bloqu. Ziyarətçilərinin sayı 4386-dır. Dizaynı qənaətbəxş saymaq
olar. Bloq gündəlik yenilənməsi, maraqlı yazıları ilə diqqəti çəkir. http://artyazar.azeriblog.com,
http://qeshemnecefzade.azeriblog.com, http://eloglu.azeriblog.com bu kimi digər bloqları misal göstərmək
olar.
Bir-birini təkzib edən bloqlar
http://divane.azeriblog.com bloqu dizayn baxmından korluq çəkir. Bloqun rəhbəri ―saytınızı dizayn edin‖
http://deniz.azeriblog.com-in bloqunun rəhbəridir. Saytları dizayn etmək üçün yaradılan bir bloq sahibinin
özünün başqa bir bloqunda dizayn yox dərəcəsindədir. Ümumiyyətlə, bloqçunun bir neçə saytı varsa, onlar
demək olar ki, eyni dizayndadır. Divanənin, yazıçı kulturoloq Aydın Xanın xariciedebiyyat, artyazar, islam və
qubadlı saytları eyni dizayna mailkdir.
Yazıya söz ardı
Son söz olaraq onu demək olar ki, bloqların yaranması təqdirəlayiq olsa da, pornoqrafik, şou-biznes şəkillərdən
ibarət bloqların həddən çox olması ürək bulandırıcıdır. Aydın Xan deyir ki, onun intellektual bloquna daxil olan
ziyarətçilərinin cəmi 13 faizi Azərbaycandan, 87 faizi isə xaricdəndir.
Məsələn, Ermənistanda google.com saytında yaradılan bloqların əksəriyyəti sosial mövzudadır. Intellektual,
informasiyalı saytların bolluğu belə bloqlarda özünü biruzə verir. O, erməni gəncliyidir...
E-mənbə: http://www.xariciedebiyyat.azeriblog.com/2008/01/13/ramin-deko-bizim-milli-bloqlarimiz
www.kitabxana.net
– Milli Virtual Kitabxana
112
Ġnternet radio və televizya Azərbaycanda və dünyada
İnternet jurnalistikanın ən aparıcı növlərindən olan İnternet radio və İternet televiziya gün keçdikcə daha da
populyarlaşır, öz janr və növlərini yaradır. Müasir dovrdə radio və televiziyalardan çox onların İnternet
versiyalarına maraq artır.
İnternet radio yarandıgı andan populyarlaşmağa başladı. İnternet radiosu və ya şəbəkə radiosu – İnternet
vasitəsilə ötürülən səs verliş xidmətidir. İnternet radiosu simsiz rabitədən geniş ötürüldüyünə görə webcasting
adlanır.
İnternet radio fasiləsiz audio-səs axını vasitəsilə dinləyicilərə çatdırılır. İnternet radio iki növ ola bilər. Birincisi
hər hansı tezlikdə yayımlanan fm radio dalğasının İnternet versiyası və sırf İnternet radiolar – yəni yayımını
təkcə İnternet üzərindən yayımlayan radiolar.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
113
İnternet radioların üstün cəhəti onun məkan genişliyidir. İnternet radionun konkret hər hansı bir ölkədə
yayımlanmaq kimi məhdudlaşdırıcı xüsusiyyəti yoxdur.
İnternet radionun texnologiyasında əsasən qaçan səs formatlarından və bu formatları dəstəkləyən proqramlardan
(―Oggi Vobis‖, ―Windows Media player‖, ―Real Audio‖) istifadə olunur. İnternet radioları populyarlaşdıran
onların əhatə dairəsinin, auditoriya şəbəkəsinin ənənəvi radiolara nisbətən daha geniş, coğrafi miqyasına görə
sərhədsiz olmasıdır.
Azərbaycanda da internet son dövrlərdə KİV-lərə sürətlə nüfuz edir. Artıq Azərbaycanda az sayda olsa da
İnternet üzərindən yayımlanan ənənəvi radioların internet versiyalarına rast gəlmək mümkündür.
Azərbaycanda ilk öncələr xarici İnternet radilar fəaliyyətə başlasa da sonralar milli radiolar da yayımlarını
İnternet üzərindən yayımlamağa başlamışlar. Hazırda
http://www.azadliqradiosu.az
http://www.burc.fm
http://www.antenn.fm
http://www.media.fm
http://www.itv.az/radio
http://www.day.az
-və s veb resurslarda canlı yayım vasitəsilə radioya qulaq asmaq mümkündür. Milli Teleradio Şurasının 30
oktyabr tarixli qərarı ilə Azərbaycan ərazisində xarici dilli radioların yayımının dayandırılması həmin radioların
internet üzərindən yayımına marağı artırdı.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
114
Belə ki, Azadlıq radiosu, BBC Azərbaycan, Avropa + Bakı və Amerikanın səsi radiolarını öz yayımlarını hal
hazırda internet üzərindən davam etdirir.
İnternet radiolarda da ənənəvi radiolarda olduğu kimi adətən gündəlik ictimai-siyasi xəbərlər, əyləncə və şou
xarakterli proqramlar, tok-şoular, müəllif proqramları üstünlük təşkil edir.
İnternet radiolar artıq günü -gündən populyarlaşır və öz xələflərinin reklam bazarıda əməlli başlı sıxışdırır.
Amerikanın ―Bridge Ratings & Research‖ fondunun 2007-ci il üçün verdiyi açıqlamada qey olunmuşdur ki,
İnternet radioların reklam qazancları onların əhatə dairəsindən asılı olaraq 49-500 milyon ABŞ dolları təşkil
edir.
Təkcə bu rəqəmlər İnternet radionun ənənəvi radiolardan daha ucuz, qazanclı və XI əsr üçün daha perspektivli
bir KİV olduğunu sübut eləməyə kifayətdir.
İnternet radiolarla yanaşı İnternet televiziyalar da günü -gündən populyarlaşmaqdadır. İnternet televiziya
televiziya verilişləri, görüntü və səs axımının İnternet üzərindən müəyyən protokollar vastəsilə ötürülməsi yolu
ilə öz yayımını qurur.
Əsasən XI əsrin birinci onilliyində İnternet televiziya layihələri üzərində işlərə başlanmışdır. İnternet
televiziyanın yayımına iki yolla – canlı yayın və görüntünün əvvəlcədən kompüterə yuklənməsi yolu ilə baxmaq
mümkündür. Bu yayım standartı P2PTV adlanır və bu standartla fəaliyyət göstərən İnternet televiziyaya TV
Catchup deyilir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
115
İnternet televiziyanın digər bir adı İPTV yəni İP televiziyadır ki, burda verilənlər İnternet üzərindən İnternet
protokol vasitəsilə ötürülür. Azərbaycanda hal- hazırda İnternet televiziya yoxdur. Azərbaycan İnternet
istifadəçiləri yalnız http://www.aztv.az, http://www.itv.az, http://www.lidertv.az saytlarından adı çəkilən
kanalların canlı yayımlarına ―canlı yayım‖ bölməsindən baxa bilərlər.
Lakin daim yenilənən İnternet xidmətləri və yenilikləri nəinki dünyada həmçinin Azərbaycanda da İnternet
televiziyaların yaranıb ənənəvi televiziyaları üstələyəcəyini deməyə imkan verir. /xeberler.az/
http://deyerler.org/print:page,1,32689-dnternet-radio-vjj-televizya-azjjrbaycanda-vjj.html
Virtual Jurnalistika - Ənənəvi Jurnalistikanın yeni qolu
Ənənəvi medianı üstələyən, bir çox hallarda çap mətbuatının tirajının kəskin aşağı düşməsınə təsir edən
elektron şəbəkə öz diktəsini etməkdədir. Dünyada olduğu kimi, Azərbaycanda da internet jurnalistikası geniş
yayılmaqdadır. Mütəxəssislərin qənaətincə, internet informasiya yayımının bütün formaları üzrə gələcəyin
jurnalistikasıdır. İnternet jurnalistikasında, jurnalist özünü daha sərbəst hiss edir. Müstəqil jurnalistikanın
inkişafında da internet müstəsna rol oynayır. Bir sıra ölkələrdə ―internet jurnalistlərin» hazırlığı ilə bağlı
müəyyən kurslar təşkil edilir. Qlobal şəbəkə ilə işləmək bacarığının aşılanması, informasiya bolluğu içərisində
lazımi informasiyanın axtarılmasının öyrədilməsi, həmçinin informasiya azadlığı sahəsində beynəlxalq
qanunvericiliyin öyrədilməsi ölkə jurnalistləri üçün də olduqca səmərəli olardı.
Nəzərə alsaq ki, Azərbaycanda internet qəzetlər məhkəməyə verilmir, qapadılmır, belə qəzet və ya saytın
əməkdaşları təzyiqlə üzləşmir, onda ölkəmizdə ―İnternet Jurnalistika‖ tam formalaşmalı idi.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
116
Azərbaycan İnternet Forumun prezidenti Osman Gündüzün fikrincə, internet qəzetlərin azlığı siyasi senzura ilə
yox, maliyyə problemləri ilə bağlıdır. Onun qənaətincə, məhz maddi problem internet qəzetlərinin uzunömürlü
olmasına imkan vermir. Bir tərəfdən də, şirkətlər, qurumlar internetdə reklam verməkdə maraqlı deyil. Amma
hazırda bu sahədən də mənfəət əldə edənlər az deyil.
Sadəcə bu imkandan hər bir kəs öz istəyi çərçivəsində düzgün istifadə edir. Amma nəzərə almaq lazımdır ki,
yazılı medianın inkişaf etdirilməsi üçün internet xəbər saytlarının eləcə də, ―bloq‖ların yaradılması jurnalistlər
üçün dünyaya açılan yeni pəncərədir. Bundan əlavə, ölkənin İnternet seqmentində də bunun üçün münbit şərait
mövcuddur.
Hazırda ölkədə jurnalistlər daha çox bloqların yaradılmasına üstünlük verirlər.
Mütəxəssislərin sözlərinə görə, jurnalistlər bloqlar vasitəsi ilə, yazılarını istədikləri kimi, istədiyi dizaynda
yerləşdirə bilərlər.
Bloqların müxtəlif növləri var. Bunlar əsasən yazı, foto, audio, mobil və internetin sürətinin artması ilə məşhur
olan video bloqlara bölünür. Yazı bloqlarının da özünün müxtəlif növləri var. Bloq növləri arasında siyasət,
dəb, kompyuter, texnologiya və s. bloqlar da mövcuddur.
Ekspertlər bildirir ki, son beş ildə İnternetin sürətinin əvvəlki illərə nisbətən daha çox artması hətta bloqçulara
çəkdikləri videoları öz səhifələrinə yerləşdirməyə də imkan verir. Çəkilən hər hansı bir videonun istənilən
bloqçu tərəfindən internetə yerləşdirilməsi üçün artıq imkanlar genişdir.
Dünyada bloq xidməti verən meşhur saytlar arasında WordPress, Blogger, Tyrerad ən tanınmış bloqlardır. Bu
saytlarda siz öz bloqunuzu aça və dizaynını dəyişdirə bilərsiniz. Dizayn dəyişdirmək üçün orada hazır variantda
olan dizaynlar var ki, siz onlardan da seçə bilərsiniz. Daha ətraflı dəyişdirmə işini aparmaq üçün sizin HTML və
CSS kodlama sistemini bilməniz vacibdir.
Bloq açmaq niyə lazımdır?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
117
İlk öncə siz bloqunuzu özünüzü ifadə etmək və özünüz haqqında informasiya vermək üçün aça bilərsiniz.
Bununla belə, başqa insanlara kömək etmək üçün hər hansı bir sahədə ekspert olduğunuzu göstərmək məqsədilə
hansısa bir məhsul və ya mal haqqında reklam məqsədli bloq qura bilərsiniz. Bu da istənilən halda ilk növbədə
məlumatlı olduğunuz sahə haqqında özünüzü inkişaf etdirməyə imkan yaradacaq. Çünki siz bloqunuzu
açdıqdan sonra bu sahə haqqında olan ən son xəbərləri və inkişafları yazıb bloqunuza yerləşdirirsiniz. Bu yolla
da siz həm özünüzü inkişaf etdirmiş, həm də sizin bloqunuzu oxuyanları məlumatlandırmış olursunuz.
Araşdırmalar göstərir ki, insanlar hətta pul qazanmaq üçün də bloqlardan istifadə edə bilərlər. Belə ki, bloqa
qoyulan reklamlar maddi gəlir də gətirə bilər. Dostlarınızı bloqunuza baxmağa dəvət etməklə siz bloqunuza
girən istifadəçilərin sayını artırmış olarsınız. Azərbaycanda tanınan bloq xidmətlərinə misal olaraq bir neçə ildir
ki, fəaliyyət göstərən azeroo.com saytının bloq xidmətini göstərmək olar. Dünyadakı bloq xidmətlərinin əksinə
azeroo.com-da bloq xidmətindən istifadə etmək və dizayn deyişdirmək üçün HTML və CSS kodlama sistemini
bilməyə ehtiyac yoxdur. Belə ki, bu bloq xidməti özündə War xidmətini də birləşdirir ki, bu da digər mövcud
olan analoqlardan xeyli fərqlidir. Azərbaycanda WAP istifadəçilərinin sayı dial-ur istifadəçilərindən daha
çoxdur və bu da bloq xidmətindən daha səmərəli istifadə etməyə imkan yaradır.
Yaxşı bloqçu olmağın da öz sirrləri
Yaxşı bloqçu olmağın da öz sirrləri var. İlk öncə bloqunuzda yazdığınız yazılar çox uzun olmamalıdır, çünki
internet istifadəçiləri yorucu olduğu üçün uzun olan yazıları oxumağı xoşlamırlar. Bundan başqa, yazıya uyğun
mütləq fotoşəkil əlavə etmək məsləhətdir. Çünki bu, yazını daha cəlbedici edəcək. Bloqunuza dost linklər əlavə
edin, misal olaraq bunun üçün dostlarınızın açdıqları bloqların linklərini öz siyahınıza əlavə edə bilərsiniz.
Bloqunuzu google, yahoo, msn kimi axtarış sistemlərinə qeyd edin, bununla da özünüz və ya digərləri
tərəfindən axtarışa verilən zaman hər hansı bir mövzu haqqında yazdığınız yazılar daha rahat axtarılacaq.
Məlumat üçün bildirək ki, hər gün dünyada bir milyona yaxın bloq açılır ki, bu bloqlara da nəzarət etmək çox
çətin məsələdir. Məsələn, Delta Hava Yollarında işləyən bir qadın öz bloqunda şirkətdə baş verən gülməli
hadisələri yazıb və bura şəkillər yerləşdirib. Şirkətin müdiriyyəti də belə bir vəziyyətin şirkətə maddi və mənəvi
zərər verəcəyini iddia edərək həmin qadını işdən çıxarıb. Mütəxəssislər, bloq açarkən daha diqqətli olun və
mütləq bununla bağlı mövcud olan qanunlara riayət etməyə çalışın. Bundan əlavə, bloqunuza girən
istifadəçilərin şərh yazması üçün imkan yaradın. Onlar sizin bloqunuz haqqında başqalarına deyə bilər və
www.kitabxana.net
– Milli Virtual Kitabxana
118
beləliklə də, sizin bloqunuza girən istifadəçilərin sayı artmış olar. Bloq xidmətlərini qeyd edən və onların
arasında axtarış xidməti verən saytlar da var. Bu saytlar bloqlara əlavə edilmiş yazıları, səsləri, yaxud da mp3-
ləri öz sistemlərinə inteqrasiya etdirir və bunların arasında axtarış verməyə imkan yaradır. Bununla yanaşı, siz
bloqunuzu google.com, yahoo.com və msn.com kimi saytların axtarış sistemlərinə də qeyd edə bilərsiniz.
Siz bloq vasitəsi ilə, həm də məhşur ola bilərsiniz.
Zamirə İlqarə. Rabitə Dünyası.-2009.- 6 mar.- S.11.
http://www.anl.az/down/meqale/rabitadunyasi/rabitadunyasi_mart2009/71967.htm
Aynur BƏġĠRLĠ
Nədən baĢlanır MƏKTƏB?
SÖHBƏT JURNALĠSTĠKA MƏKTƏBĠNDƏN GEDĠR...
Avropa Şurasının Bakı Slavyan Universitetində həyata keçirdiyi ―Azərbaycanda jurnalistika tədrisinin
inkişafına dəstək‖ layihəsinin ilkin nəticələri
Aynur BƏşirli siyasət elmləri namizədi, jurnalistika təhsili və media proqramlar üzrə ekspertdir. Bakı Dövlət
Universitetinin jurnalistika fakültəsini bitirib.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
119
1992-1999-cu illərdə ―Dalğa‖, ―Günay‖, ―Yeni Azərbaycan‖ qəzetlərində müxbir, Prezident Aparatı üzrə xüsusi
müxbir, baş redaktorun müavini vəzifələrində çalışıb.
1996-cı ildən pedaqoji, 2002-ci ildən elmi faəliyyətlə məşguldur. ABŞ-ın İndiana Universitetində üzünmüddətli
elmi məzuniyyətdə (2002, 2005) olub, media-siyasət əlaqələrini araşdırıb.
―Prezident. Xronika. 1993-97‖kitabının tərtibçisi, ―Azad mətbuatın çərçivəsində. Nyu York Tayms
Azərbaycandan. Nə? Nə zaman? Necə?‖ monoqrafiyasının, ―Xəbərçilik. Xəbərin toplanması və yazılması‖
dərsliyinin, ―Qızıl kitab‖dan etüdlər‖ kitabının müəllifidir.
Azərbaycan Jurnalistlər Birliyinin Həsən bəy Zərdabi (1995), Qadın Jurnalistlər Assosiasiyasının Media Ulduzu
(2009) mükafatlarına layiq görülüb.
2009-cü ildən AŞ-nin BSU-da həyata keçirdiyi ―Azərbaycanda jurnalistika tədrisinin inkifaşına dəstək‖
layihəsinin meneceridir.
Bu yazı bir aydır ki, beynimdə dolansa da, hər dəfə onu qələmə almaq məqamı gələndə bir qədər gözləməyə
qərar vermişəm. Fikirləşmişəm ki, bəlkə, layihənin bəzi vacib işlərini də başa vurandan sonra Milli Mətbuat
günü üçün yazsam, daha çox yerinə düşər. Amma bir neçə gün əvvəl Azərbaycan Respublikası Prezidenti
yanında Təhsil üzrə Komissiyanın müşavirəsindən ―AzərTAc‖ın verdiyi xəbəri oxuyanda düşüncələrimi
bölüşmək üçün vaxtın yetişdiyini duydum. Komissiyanın sədri, Azərbaycan Respublikası Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin fikir və iradlarının bir qismi ali məktəblərdəki
nöqsanlarla bağlı idi – Bolonya prosesinin işdə yox, sözdə həyata keçməsi, qocalmaqda olan kadr korpusu,
Avropa standartlarını bərqərar edə biləcək gənc kadrların qıtlığı, köhnə proqramlar, ingilis dilində və
informatika sahəsində beynəlxalq test sistemlərinin tələblərinə cavab verə bilməyən məzunlar, ictimai elmlərin
tədrisində dönüşün olmaması...
Bu yazı sadalan problemlərə, onların mümkün həlli yollarına Avropa Şurasının BBC Dünya Xidməti Trustla
(İnam) birlikdə Bakı Slavyan Universitetində həyata keçirdiyi ―Azərbaycanda Jurnalistika Tədrisinin İnkişafına
Dəstək‖ layihəsinin prizmasından baxmaq cəhdidir.
Nədən başlamalı?
Bu sualı ötən ilin yazında layihəyə başlayacağımız ərəfədə biz özümüzə tez-tez verirdik. Biz, yəni tərəfdaşlar –
BBC Dünya Xidməti Trust (BBC DXT) və Bakı Slavyan Universiteti (BSU). Layihənin müəllifi, həm də
icraçısı BBC DXT bənzər layihələri artıq Ukraynada və Bolqarıstanda gerçəkləşdirmişdi. MDB və Şərqi
Avropa təcrübəsi BBC DXT-yə bu məkanda işə başlamazdan əvvəl tərəfdaş axtarışında bir qədər ehtiyatlı
www.kitabxana.net
– Milli Virtual Kitabxana
120
olmağı öyrətdiyindən təşkilat layihənin benefisiarını özü seçməyə qərar vermişdi. O zaman – 2008-ci ildə BSU
jurnalistika ixtisası üzrə ilk məzunlarını buraxmağa hazırlaşırdı, hələ müstəqil jurnalistika kafedrası belə yox
idi. Amma BBC DXT seçim edərkən başqa amillərə üstünlük vermişdi: universitetin yeniliklərə açıqlığı, təhsil
siyasətində çevikliyi və layihə iştirakçılarının təkmilləşmək, öyrənmək və öyrətmək istəyi. BBC DXT-nin
istəkləri öz yerində. BSU-nun rektoru professor Kamal Abdullayevin layihədən öz gözləntiləri vardı: ―Biz BSU-
da model jurnalistika məktəbi qurmaq istəyirik. Təkcə ölkə üçün deyil, həm də region üçün model olası bir
məktəb. Bizim siyasi-intellektual hədəfimiz budur‖.
Layihə bu arzuya cavab olaraq onun gerçəkləşməsi üçün ən vacib komponentləri, başqa sözlə desək, istənilən
məktəbin təməli ola biləcək, onu ayaqda saxlayacaq dörd elementi irəli sürürdü: kurikulumu (tədris planını)
təkmilləşdirmək; yeni modullar (tədris proqramları) yazmaq, müəllimlərin peşə vərdişlərini yüksəltmək və
xəbər otağı qurmaq.
BSU-da layihənin rəsmi icrasına 2009-cu ilin sentyabrında başlanıldı – BBC DXT-nin baş direktoru Keralayn
Nörsey ilə BSU-nun rektoru Kamal Abdullayev arasında anlaşma memorandumu imzalandıqdan sonra.
Memorandumun ilkin mətnindən fərqli olaraq, son variantda BSU-nun təklifləri də əks olunurdu.
Layihə çərçivəsində müəllim və tələbələr arasında keçirilən sorğunun nəticələrinə əsasən, ilk növbədə,
təkmilləşməyə ehtiyac duyulan beş sahə müəyyənləşdi – TV jurnalistika, radio jurnalistika, jurnalistikada etika
və standartlar, fotojurnalistika və yeni media. Hər bir istiqamət üzrə üç nəfərlik komandalar yaradıldı. Hər bir
komanda ilə işləyəcək bir ya iki beynəlxalq məsləhətçi seçildi. Beləcə 25 nəfərlik bir heyət yığıldı...
Bu yerdə vurğulamaq istədiyim mühüm bir məqam var – motivasiya. 25 nəfərlik heyətdə yalnız beynəlxalq
mütəxəssislər gördükləri iş üçün pul alırlar. Yerli müəllimlər layihənin benefisiarları olduqları üçün pulsuz
işləyirlər. Onların bu işdə heç bir maddi motivasiyası yoxdur. BSU-nun layihənin sifarişçisi – Avropa Şurası ilə
apardığı danışıqlar AŞ-nin qaydalarına dirəndi – benefisiara pul vermək qadağandır, biz donorlara – Norveç və
Türkiyə hökumətlərinə bunu izah edə bilmərik. Belədə layihəni elə həyata keçirmək tələb olunurdu ki, onun
mənəvi marağı maddi maraqları üstələsin. Bu isə o demək idi ki, hər bir addım, hər seminar öz-özlüyündə
balaca bir yenilik, başqa sözlə, təzə xəbər olmalı idi. Jurnalist üçün bundan maraqlı nə ola bilər? Bunu jurnalist
kimi öz təcrübəmdən bilirəm.
... Bir neçə il əvvəl Bolonya prosesinə həsr olunmuş iclaslardan birində yeni qaydalar, onlara keçid müzakirə
olunurdu. İclas iştirakçılarının özüm qarışıq, demək olar ki, hamısının yeni terminlərdən, dəyişikliklərin
mahiyyətindən baş çıxara bilmədiyini görəndə təklif etdim ki, Bolonya prosesini anlamaq üçün bu işi bilən
mütəxəssislər bizə seminar keçsinlər. Bu yerdə professorlardan biri təklifə münasibətini bildirdi: ―Seminara nə
ehtiyac. Bizə nə Bolonya? Qərb Qərbdir, Şərq də Şərq. Onsuz da biz öz yolumuzla gedəcəyik‖...
www.kitabxana.net
– Milli Virtual Kitabxana
121
Həmin vaxtdan 3 il keçir, indinin özündə də Bolonya prosesi deyəndə bu, böyük bir müəllim ordusu üçün il
boyu imtahanlarda koordinatorluq (yəni nəzarətçilik), mühazirələri diktə etmək, mühazirə dəftərlərinə qiymət
vermək, bütün imtahanları yazılı götürmək (hətta xüsusi qabiliyyət tələb edən fənləri belə), son zamanlar isə
gözlənilmədən sınaq üsulu ilə imtahanlara keçmək deməkdir... Belə Bolonyanı nə anlamaq olur, nə qəbul
etmək, nə də sevmək...
Slavyan Universitetində layihəyə start verməzdən əvvəl biz öncə Bolonya prosesini anlamağa, öyrənməyə
obyektiv qərar verdik. Bu isə o demək idi ki, layihədə adı çəkilən, təklif olunan istənilən addım izahsız, layihə
iştirakçılarının bu məsələ ilə bağlı ümumi, ortaq və bölüşmüş təsəvvürləri bərqərar olmadan həyata
keçirilməyəcəkdi.
Suallar çox idi. Bolonya nədir? Kurikulum nədir? Kurikulum dizaynı nə deməkdir? Modul nədir? Və bütün
bunların Azərbaycan variantı, qarşılığı necə səslənir?
Beləcə ―Nədən başlamalı?‖ sualına cavab tapıldı. Biz komanda kimi işləmək istəyiriksə, ilk növbədə, ortaq
biliklərə və təsəvvürlərə sahib olmalıyıq, eyni dildə danışmalıyıq. Daha dəqiq desək, məsələnin fəlsəfəsinə
varmalıyıq.
Bizə hansı Bolonya
lazımdır?
Məhz hansı Bolonya? Bu sual layihə çərçivəsində Dublin Texnologiya İnstitutunun Jurnalistika fakültəsinin
dekanı professor Maykl Foley ilə BBC-nin məsləhətçisi Marek Berekmanın apardığı seminarın sonunda təbii
olaraq doğdu. Uzun müddət ABŞ-da bu ölkənin təhsil sistemini araşdırmış, daha sonra Dublində Bolonyaya
keçidin müəlliflərindən biri olan professor Foley ilə Marekin Bolonya barədə fikirləri heç də eyni deyildi.
Onlardan biri bu prosesi alqışlayır, o biri isə tənqid edirdi. Bu iki ekspert, əslində, Avropanın Bolonya prosesinə
münasibətinin simvolları idilər. Demək, ali məqsədi Amerika təhsilinə rəqabətə duruş gətirə biləcək, hədəfi isə
Avropa Vahid Təhsil Məkanı yaratmaq olan Bolonya prosesi heç də bütün Avropada eyni istiliklə qarşılanmır.
Ali təhsil ocaqlarının böyük əksəriyyəti Bolonyanın qaydalarına texniki cəhətdən əvvəldən-axıra kimi əməl
etmir. Hər bir universitetin öz prioriteti var. Amma prioritetlər nə qədər fərqli olsa da, məsələnin fəlsəfəsini
hamı qəbul edir, hətta mühafizəkar ingilislər belə. Onun fəlsəfəsində isə tələbələrin mobilliyini təmin edən,
onları əmək bazarında rəqabətə davamlı hazırlayan Avropa Vahid Təhsil Məkanını yaratmaq durur. ―Bizə hansı
Bolonya lazımdır?‖ sualının cavabı da buradadır. Bizi bu məkana qovuşduracaq, onun bərabərhüquqlu üzvü
edəcək Bolonya.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
122
Bəs bu Bolonyaya yol haradan keçir? Təhsildən. Təhsil nəyin üzərində qurulmalıdır? Tədris planının. O tədris
planı ki, ona Avropada ―kurikulum‖ deyirlər. Amma burada da dəqiqləşməyə ehtiyac duyulur. Niyə layihələrdə
bu termin tədris planı kimi tərcümə olunmur, məhz ingilis versiyasındakı kimi ―kurikulum dizayn‖ olaraq
saxlanılır? Bunun məsələnin mahiyyətinə dəxli varmı?
Kurikulum dizaynı –
təhsilin arxitekturası
Bizim keçirdiyimiz seminarlardan gəldiyimiz qənaət belədir: kurikulum elə tədris planıdır. Sadəcə, bizim ona
verdiyimiz tələblər, ən azından bu planı qurarkən tətbiq etdiyimiz yanaşma fərqli olduğundan son nəticə də
fərqlidir. Son nəticə, yəni məzmun.
Tədris planı bizim ölkəmizdə Təhsil Nazirliyinin qəbul etdiyi dövlət standartı əsasında qurulur. Bu standart
bütün jurnalistika fakültələri üçün eyni çərçivələr müəyyənləşdirsə də, eyni zamanda müəyyən sərbəstliklər də
verir. Bax belədə ―dizayn‖ sözü yerinə düşür. Yəni sən məqsədinə uyğun olaraq bu çərçivəyə istənilən dizaynı
verə bilərsən. Onu rəngi, ölçüsü, hücrələri sənin əlindədir. Təhsil Nazirliyinin bizə verdiyi yalnız tikinti
materialıdır. Amma onun əsasında tikiləcək binanın memarı hər bir məktəb özü olmalıdır. Biz tikinti
materialının – dövlət standartının keyfiyyətinə irad tuta bilərik. Amma layihənin kurikulum komponentinə
başlayanda dövlət sənədini incələməməyə üstünlük verdik. İlk hədəfimiz mövcud gerçəkliklər çərçivəsində nəyi
necə dəyişə bilməyin, bu kərpiclərdən daha funksional bina tikməyin reallığını araşdırmaq oldu.
Bu sualı cavablandırmaq üçün daha vacib bir məsələyə aydınlıq gətirmək, onun mahiyyətinə varmaq lazım idi.
Bizim bakalavr pilləsinə verdiyimiz tələblər hansılardır? Bizim bakalavr universiteti bitirərkən hansı biliklərə
sahib olmalıdır? Nə bacarmalıdır? Bir sözlə, yalnız bakalavr pilləsinin məzmununu aydınlaşdırdıqdan sonra
kurikulumun məzmunundan danışmaq olardı.
Jurnalistikada bakalavr
pilləsi. Kimi hazırlayırıq?
Jurnalistikada bakalavr pilləsini bitirən tələbə hansı vərdişlərə sahib olmalıdır? Bu pillədə nəzəriyyə və
praktikanın nisbəti necə olmalıdır? Tələbəni hara üçün hazırlayırıq? Magistratura pilləsini bakalavriatdan
fərqləndirməlidir? Onların hazırda bir sıra universitetdə olduğu kimi bir-birini dublikasiya etməyi nə dərəcədə
düzdür?
Bu sualları London Kommunikasiya Kollecinin (LKK) kurikulum məsələləri üzrə eksperti Gəri Neylorla
araşdırırdıq. Komandanın bakalavra verdiyi tələblərdə fikir ayrılığı yox idi. Biz bir ortaq fikirdən çıxış edirdik:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
123
jurnalistika elm deyil, o, peşədir. Demək, tələbə ilk növbədə, peşə vərdişlərinə yiyələnməlidir. Bu isə o
deməkdir ki, bakalavr pilləsində praktika ilə nəzəriyyənin nisbəti birincinin xeyrinə həll olunmalıdır. Amma
burada da ikinci bir sual meydana çıxırdı. Hansı vərdişlər? Bu yerdə LKK-nin təcrübəsi karımıza gəldi. LKK
atrıq bir neçə ildir ki, jurnalistikanın bakalavr pilləsində transfer edilən bacarıqlar tədris edir. Tranfer edilən
bacarıqlar o deməkdir ki, kollec ixtisasca jurnalist hazırlasa da, əslində, tələbəyə elə vərdişlər verir ki,
universiteti bitirdikdən sonra o, rahatlıqla kommunikasiyanın bütün sahələrində özünə yer tapa bilir. LKK-də
buna həm də çoxvərdişlik deyirlər. Hətta sonuncu ildə eyniadlı (―Multiskills‖) kurs da tədris olunur. Bir sözlə,
çox vərdişliyə yiyələnəcək tələbə müasir media mühitində jurnalistdən tələb olunan bütün vərdişlərə sahib
olmalıdır.
Ənənəvi yazı yazmaq, onu redaktə etmək bacarığı ilə yanaşı, eyni zamanda fotokamera, telekamera və
diktafonla işləyə bilmək, öz çəkdikərini və yazdıqlarını montaj etmək tələb olunur. BSU bu məsələdə bir qədər
də irəli gedərək, kurikulumun əsas istiqamətini müəyyən etdi. Bu kurikulum yeni mediaya hesablanmalıdr. Yeni
media, yəni ənənəvi jurnalist materialının yeni, rəqəmsal texnologiyalara əsaslanan metodlar vasitəsilə
istifadəçiyə çatdırılması.
Yeni kurikulum, əslində, bizə hələ layihənin əvvəlində keçirdiyimiz sorğu zamanı müəyyən etdiyimiz iki ən
vacib sahəni kurikuluma salmağa imkan verirdi. Bunlardan biri tədris planlarında mövcud olmayan, amma
tələbələrin dərin maraq göstərdikləri fotojurnalistika, digəri isə yeni media idi. Qeyd edək ki, dövlət
standartında bu fənn ―İnternet jurnalistika‖ və ―Yeni dünya jurnalistikası‖ adı altında gedir. Bizim ―Yeni
media‖ kimi təqdim etdiyimiz fənn isə bir qədər fərqli yanaşmanın məhsuludur. Bu yanaşmada yeni medianın
artmaqda olan təsir sahəsi, ənənəvi jurnalistikanın bütün sahələrinə nüfuzu əsas götürülür, yəni İKT deyil,
media komponentinə üstünlük verilir. Təklif olunan kurikulumun yeni media yönümlü olması həm də o
deməkdir ki, bütün tələbələr yeni media vərdişlərinə yiyələnməlidirlər. Onların bu vərdişlərə nə dərəcə də
yiyələnib-yiyələnməmisi isə diplom işi ilə müəyyənləşdiriləcək. Bunun üçün bütün tələbələr diplom işlərini iki
formatda təqdim etməlidirlər – həm seçdikləri ənənəvi media formatında, həm də yeni media formatında.
Bizim kurikulumda vacib komponentlərdən biri də seçmə fənlərdir. Jurnalistikada seçmə fənlər hansılar
olmalıdır? Bu məsələdə də fikir ayrılığı yox idi, ümumi nəticə belə idi: seçmə fənlər tələbələrə sahələr üzrə
ixtisaslaşmaq imkanı verməlidir. Beləcə, kurrikuluma daxil olacaq seçmə fənlərin siyahısı müəyyən edildi –
idman, biznes, konflikt, elm və tibb, siyasi, incəsənət və əyləncə jurnalistikası.
Kurikuluma daxil olacaq fənlər və əsas istiqamət müəyyən olunduqdan sonra növbəti mərhələyə keçmək olardı.
Bu kurikulumun düzümü, yəni, fənlərin ardıcıllığıdır. Burada dilemma ilə üzləşirdik. ABŞ, yoxsa Avropa
təcrübəsi? ABŞ təcrübəsi fənlərin ardıcıllığını müəyyən etməyi çox dərəcədə tələbənin ixtiyarına buraxır. Bizim
www.kitabxana.net
– Milli Virtual Kitabxana
124
avropalı tərəfdaşımız Dublin Texnologiya İnstitutu isə fərqli yanaşma tətbiq edir. Professor Foley sabit bir
düzümün tərəfdarıdır. Onun fikrincə, biz tələbəyə məqsədə çatmaq üçün optimal bir yol göstərməliyik.
Professor fikrini əsaslandırmaq üçün təcrübəsindən maraqlı bir misal gətirdi. Onun tələbələrindən biri ilk ali
təhsilini ABŞ-da öz vətənində alsa da, ikinci təhsilini Dublində almalı olmuşdu. Səbəb amerikalının vətənində
öz istəyi ilə fənlər seçməsi idi. Belə bir seçimin sonunda cavan oğlan dünya görüşünü xeyli genişləndirsə də,
son nəticədə heç bir peşəyə əməlli-başlı yiyələnə bilməmişdi. Onun anası oğlunun ixtisasının zarafatla ―məclis
adamı‖ olduğunu deyirdi, yəni nədən istəyirsən danışır, məclisi ələ alır, vəssəlam... Sonralar bu oğlan DİT-ni
bəlli bir kurikulum üzrə bitirərək ixtisas qazana bildi...
Biz ikinci versiyaya üstünlük verdik. Tələbəyə bələdçilik edərək məqsədə doğru addım-addım irəliləməyə
kömək edəcək kurrikulum düzümünə. Bu məqama qədər dövlət standartının çərçivəsi bizə istədiyimiz dizaynı
seçməyə kifayət edirdi. Biz fənləri bloklar şəklində keçməyi təklif edirdik. Bu bloklarda bir fənn o birini
tamamlayırdı. Məsələn, tələbə çap jurnalistikasını öyrənəndə eyni zamanda çap texnikasını, qəzet tərtibatı
proqramlarını da paralel keçirdi. TV jurnalistika teletexnika və montaj, radio jurnalistika isə radio texnika və
montaj proqramları ilə qoşa keçilirdi.
Amma dövlət standartının çərçivəsi seçmə fənlərə çatanda daraldı. Məlum oldu ki, bizim böyük ümid və
həvəslə tədris planına daxil etdiyimiz 6 seçmə fənnin heç də hamısı tədris oluna bilməz. Belədə maraqlı bir sual
doğurdu: Seçmə, doğrudandamı, seçmədirmi?
Seçmə seçmədirmi?
Bəlkə, heç seçməyək...
Biz seçmə fənlərin böyük bir qismini sonuncu ilə saxlamışdıq. Bu bloka 6 ixtisas fənni daxildir. Bu isə o
deməkdir ki, tələbə 3 il ərzində qəzet, fotojurnalistika, radio və telejurnalistikaya yiyələndikdən sonra sahələr
üzrə ixtisaslaşmaya başlayacaq. Ixtisaslaşma bitdikdən sonra o, diplom işinə buraxılır. Diplom işi eyni zamanda
üç istiqaməti əks etdirməlidir – tələbənin seçdiyi ənənəvi media qolunu, ixtisaslaşdığı sahəni və yeni medianı.
Bir misalla dediklərimizi incələyək. Tələbə TV jurnalist olmaq, idman sahəsində ixtisaslaşmaq istəyirsə, o
diplom işi kimi televiziya üçün idman mövzusunda bir material hazırlayır, eyni zamanda bu materialı yeni
media formatında təqdim edir. İlk baxışda sadə və ağlabatan. Çünki jurnalistlərin qeyri-peşəkarlığına
ünvanlanan bütün iradlar adətən ixtisaslaşmanın olmaması ilə əlaqələndirilir. Biz BSU-da özlüyümüzdə ideal
bir variant seçmişdik. 20 tələbəni (bu bir qrupdakı tələbələrin sayıdır) 6 ixtisas üzrə bölürdük. Hər qrupda orta
hesabla 3-4 tələbə. Amma məlum oldu ki, sonuncu ildə eyni zamanda nəinki 6, heç iki ixtisas üzrə real seçmə
aparmaq olmaz. Çünki seçmə fənlərin sayından asılı olmayaraq tələbələr yalnız onlardan birini seçə bilərlər.
Nonsensdir. Amma reallıqdır. Səbəb büdcədir. Dövlət ancaq 12 nəfərlik qrup üçün müəllimə pul verir. BSU-da
www.kitabxana.net
– Milli Virtual Kitabxana
125
isə jurnalistika ixtisasında bir qrupda 20 tələbə var. Onu iki yerə böləndə 10 edir, 12 yox. Demək, 20 tələbədən
çoxluq nəyi seçirsə, yerdə qalanlar da onlara qoşulmaq zorundadırlar. Seçim seçim deyil. Qısası, biz 6 secim
təklif etsək də, onlardan yalnız biri keçiləcək. Belə olan halda real ixtisaslaşmadan söhbət gedə bilərmi? Biz
özümüz-özümüzü aldatmırıqmı?
Bəs məsələdən çıxış yolu varmı? Çıxış yolunu elə Bolonyanın özü təklif edir. Bolonya ali təhsil müəssisələri
arasında tələbə mübadiləsinə əsaslanan bir sistemdir. Bu isə o deməkdir ki, tələbə bəzi kursları müxtəlif
universitetlərdə keçə bilər. Əgər bu mümkündürsə, onda Azərbaycanın 10 universitetində jurnalistika ixtisasının
tədris olunduğunu nəzərə alsaq, belədə ixtisasları universitetlər üzrə paylaşdırmaq olar. Məsələn, BSU elm və
tibb jurnalistikasını, BDU biznes jurnalistikasını, Qərb Universiteti konflikt jurnalistikasını, Xəzər Universiteti
incəsənət və əyləncə jurnalistikasını, İctimai Siyasi Universitet siyasi, Azərbaycan Universiteti isə idman
jurnalistikasını seçmə fənn kimi təklif edir...
Məsələdən ikinci çıxış yolu isə dövlət standartına bir daha nəzər salmaqdır. Mart ayında ATƏT-in Bakı ofisinin
rəhbəri Bilge Cankorelin təhsil naziri Misir Mərdanovla görüşu zamanı məhz jurnalistika sahəsində dövlət
standartının təkmilləşdirilməsi məsələsi müzakirə olunmuşdu. Nazir bu sahədə problemlərin olduğunu qeyd
edərək ATƏT-in təşəbbüsünü alqışladığını, təşkilatın bu istiqamətdə həyata keçirəcəyi layihələrə dəstək
verdiyini bildirmişdi. Misir müəllimin mövqeyi bizi sevindirməyə bilməz. Biz bunu da yaxşı bilirik ki,
standartlar və seçmə fənlərlə bağlı mövqeyimizi müdafiə etmək üçün böyük bir iş görülməlidir – təklif olunan
bütün yeni fənlərin proqramları və dərslikləri yazılmalıdır. Çünki nə qədər peşəkarcasına tərtib olunsa da,
kurikulum modulsuz və dərsliksiz hələ heç nədir.
Modul nədir?
Modul kurikulumun kərpicidir. Kurikulum binadırsa, o, kərpiclərsiz – modulsuz tikilə bilərmi? Məsələn, biz
fotojurnalistikanı keçmək istəyirik. Bunun üçün bizə fotojurnalistika modulu lazımdır. Bu, bizim başa
düşdüyümüz tədris proqramına yaxın bir anlayışdır. Amma ondan bir qədər fərqlidir. Bir fənnin bir və ya bir
neçə modulu ola bilər. Məsələn, TV jurnalistika bir fəndir. Amma o, bizim kurikulumda 4 modulda tədris
olunur: TV xəbərçilik, TV xəbər proqramlarının hazırlanması, TV xəbərlərdə etika, TV texnika. Biz dövlət
standartında təklif olunan KİV-in texnikası və texnologiyası fənnini də 4 modula bölürük.
Modulun dəqiq strukturu var, o bəlli komponentlər üzərində qurulur və onların tələblərinə cavab verir. Modulun
üstünlüyü nədir? Modul standartdır. O eyni fənnin fərqli standartlardan keçilməsinin qarşısını alır. Bu yerdə
jurnalistlər arasında çox yayılmış bir deyimi xatırlamaq yerinə düşər: ―Azərbaycan jurnalistikasında neçə
müəllim varsa, bir o qədər də jurnalistika standartı var‖. Jurnalistikada baş verən standartsızlıq elə buradan
qaynaqlanmırmı? Modullu təhsil həm də modulları vaxtaşırı yenidən nəzərdən keçirməyə, onu yeniləməyə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
126
kömək edir. Belə bir tədris zamanı müəllim iş yerini dəyişərsə, böyük boşluq yaranmır. Yəni müəllimin
gedərsə, heç də hər şeyi özü ilə aparmır, əksinə, onun təcrübəsi qalır. İkinci bir məsələ isə modullar arasında
əlaqədir. Bu əlaqə prerekvizit və korekvizit modul anlayışı ilə tənzimlənir. Prerekvizit modul hər hansı bir
modulun keçilməsi üçün onda əvvəl tələbənin bitirməli olduğu moduldur. Misal üçün, tələbə telejurnalistikanı
keçmək üçün mütləq foto və radio jurnalistika modullarını bitirməlidir. Korekvizit modul isə hər hansı modulla
paralel keçilməsi vacib olan moduldur. Məsələn, TV jurnalistika modulu TV texnika ilə paralel keçilməlidir.
Layihə çərçivəsində indi 10 modul hazırlanıb. Fotojurnalistika modulu isə amerikalı, britaniyalı, norveçli və
yerli mütəxəssislərin iştirakı ilə sınaqdan keçib. Amma biz bilirik ki, modul özü də hələ hər şey demək deyil.
Modulların tədrisi üç komponentin üstündə qurulur – müəllim, dərslik və avadanlıq. Başqa sözlə desək...
Kim? Harada? Necə?
İcazənizlə sonuncu sualdan başlayaq...
Necə? 2008-ci ilin sorğusu gostərdi ki, tələbələr dərslik ehtiyacındadırlar. Dərsliklərin tələblərə cavab
verməməsinin səbəbini bir daha açıqlamağa ehtiyac yoxdur. Dərslik tədris prosesinin məntiqi bir həlqəsidir.
Əgər bu proses pozulubsa, demək, standartlara cavab verəcək dərslikdən danışmaq hələ tezdir...
Harada? Jurnalistikanın tədrisi bu gün, ilk növbədə, canlı jurnalistika mühitində keçməldir. Tələbə üçün bu
mühit fakültədən başlamalıdır. Müasir Xəbər otağı belə bir mühitin nüvəsi ola bilər. Multimedia mühitinin
hökm sürdüyü, həm qəzet, həm foto, həm radio, həm də telejurnalistlərin bir studiyada cəmləşdiyi, materialların
onlayn rejimdə hazırlandığı bir otaq. Belə bir studiya indi bir çox ali məktəb üçün utopik görünsə də, o, bizim
layihənin ən yaxın hədəflərindəndir. Payız semestri üçün BSU-nun jurnalistika fakültəsinin öz Xəbər otağı da
olacaq...
Kim? Bu yazının əvvəlində lap nağılvari bir təhkiyə üsulu ilə 25 nəfərlik layihə heyətinin – komandanın
yığıldığını yazmışdım. Amma, əslində, burada nağıllıq heç nə yox idi, layihənin ən çətin hissəsi elə komandanın
yığılması idi. Biz beş istiqamət üzrə mütəxəssis axtarırdıq. Onlardan biri – fotojurnalistika, ümumiyyətlə, tədris
olunmurdu, digəri – yeni media isə tamamilə yeni yanaşma tələb edirdi. Hər komanda 3 nəfərdən ibarət olmalı
idi: lider, müavin və köməkçi. Bununla biz hər bir modulun yazılmasında müxtəlif fikirlərin dartışmasına rəvac
verməklə yanaşı, həm də dayanıqlığa çalışırdıq. Kimsə komandanı tərk edərsə, o birisi işi yetirə bilməli idi.
Başqa bir məsələ isə köməkçini müəllim kimi yetişdirmək idi. Müəllim tapmaq çətindir. Xüsusilə jurnalistika
sahəsində. Müəllimlik etmək üçün magistratura pilləsini bitirmək zəruridir. Təəssüflə qeyd etməliyik ki,
Azərbaycanda magistr pilləsini bitirən tələbələrin hazırlığı xaricdə, hətta qonşu Gürcüstanda İctimai Əlaqələr
İnstitutunun nəzdində Qafqaz Jurnalistika və Media Menecerliyi Məktəbini bitirənlərdən zəifdir. Uzaq xaricdə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
127
magistratura təhsili alanları isə təhsilə cəlb etmək çox çətindir. Onlar üçün bu işdə maddi motivasiya yoxdur.
Yeni təşəbbüslərsə heç də bütün universitetlərdə Slavyan Universitetində olduğu kimi alqışlanmır. Digər bir
məsələ isə xaricdə təhsil alan mütəxəssislərin məlumat bankının olmamasıdır. Bizim resurslar haqqında ətraflı
məlumatımız yoxdur...
Bu işdə məsələyə müsbət umpuls verə biləcək tədbirlərdən biri təhsil yarmarkalarının keçirilməsi ola bilər.
Abituriyentlər bu yarmarkalarda ən azından hansı universitetin onlara nə təklif etdiyini öyrənə, ixtisaslar
haqqında daha geniş məlumat əldə edə bilərlər. Bu tip yarmarkalar həm də universitetlər arasında sağlam
rəqabəti artırar. Belədə biz qəbul imtahanlarından uğurla keçdikdən sonra universitet seçimində çətinlik
çəkməyəcəyik. Ən azından jurnalistika ixtisasını seçərkən, kimin nə təklif etdiyini diqqətlə öyrənəcəyik.
Biləcəyik ki, dövlət standartı eyni olsa da, kurikulumlar, modullar müxtəlif ola bilər. Biləcəyik ki, jurnalistika
ixtisası 10 universitetdə tədris olunsa da, onlar fərqli-fərqlidirlər. Çünki jurnalistika məktəbləri, dəsti-xəttlər
fərqlidir...
Belədə biz ən vacib həqiqəti biləcəyik: institutlar da, universitetlər də, akademiyalar da məktəblərin üzərində
qurulur.
P.S. Bu yazını burada bitirmək olardı. Amma o bitmir, çünki layihə hələ davam edir. Hətta bu layihə bir gün
bitsə belə, o geniş mənada davam edəcək. Çünki onun fəlsəfəsini bölüşən insanlar var. Bu fəlsəfə isə istənilən
xarici təcrübəni təcrübə naminə təkrarlamağa deyil, onun mahiyyətini anlayaraq yenidən qurmağa, yaşatmağa
hesablanıb. Metronun ―İçərişəhər‖ stansiyasının yeni binası kimi...
Siz bu bina haqqında nə düşünürsünüz? Bu müasir tikili xoşunuza gəlirmi? Şəxsən, mən Paris Luvrunun Bakı
versiyasını xoşlayıram. Niyə? Çünki bu, sadəcə, təkrar deyil, tikili həm də memarın fəlsəfəsinin tərcümanıdır:
müasirlik bizə keçmişi görməyə, duymağa və sevməyə mane olmamalıdır. O elə buna görə də şəffafdır...
Bu yazını bizimlə eyni fəlsəfəni bölüşən insanlar – adlarını çəkmədiyim komanda üzvləri davam etdirəcəklər.
http://525.az/view.php?lang=az&menu=7&id=18229
www.kitabxana.net
– Milli Virtual Kitabxana
128
Dostları ilə paylaş: |