Azərbaycanda Ġnternet jurnalistikasının inkiĢafı və bloqlar mədəniyyəti
Müasir dövrdə yüksək peşəkarlıqla informasiya toplamaq və yaymaq istəyən jurnalistin qarşısında xeyli
problemlər dayanır. Təbii ki, bu sistem onunla yeni tanış olan insan üçün çox çətin, həlli olmayan məsələ kimi
görünə bilər. Məhz elə bir anda jurnalistin köməyinə müasir informasiya texnologiyaları və xüsusilə də ―
İnternet‖ gəlir.
―İnternet‖in yaranması bir çox sahələrə olduğu kimi, jurnalistikaya da təsirsiz ötüşmədi. Bunun nəticəsində KİV
sahəsində özünə möhkəm yer tutmuş ―şəbəkə jurnalistikası‖ – ―İnternet jurnalistikası‖ yarandı. Artıq
jurnalistikanın bu sahəsinin də nəzəri məsələləri yaranmağa başlayıb. ―Şəbəkə jurnalistikası‖ nəzəriyyəsinə
baxış keçirsək, görərik ki, burada da informasiyanın qarşı tərəfə ötürülmə prinsipləri əsas götürülür. Həmin
prinsiplər isə İnternetin bir neçə mühüm xüsusiyyətlərinə hesablanır. Bura`‖multimedialılıq‖, ―interaktivlik‖,
―anilik‖, ―sərhədsizlik‖ və digər xüsusiyyətlər daxildir. Adı çəkilən xüsusiyyətlərin hər biri özünəməxsus
keyfiyyətlərə malikdir. Lakin bunlar arasında bir xüsusiyyət var ki, o, digərlərindən bir qədər irəlidə dayanır, bir
qədər fərqlənir. Bu ―sərhədsizlik‖ xüsusiyyətidir.―İnternet jurnalistikası‖nda ―sərhədsizlik‖ xüsusiyyəti bu peşə
sahiblərinə geniş imkanlar bəxş edir. Eyni vaxtda istər ölkəmizdə, istər xarici ölkələrdə müxtəlif mətbuat
orqanlarla əməkdaşlıq edə bilmək şəraiti yaradır. Jurnalist virtual məkanın yaratdığı imkanlar hesabına yerindən
asılı olmayaraq, məlumatı qısa vaxt ərzində lazımı mətbu orqana çatdırmaqla operativlik amilinin öhdəsindən
yetərincə gəlmiş olur.İnternetin verdiyi imkanlardan yararlanmaqla mətbuat sahəsində də yeniliklər əldə etmək
mümkün oldu. Elektron qəzetlərin yaranması jurnalistlərin dünyaya çıxışlarını xeyli genişləndirdi. ―Online
qəzet‖lərin yaranması və oxucular tərəfindən maraqla qarşılanması yeni sosialyönümlü resursların meydana
gəlməsinə zəmin yaratdı. Beləcə, ―İnternet jurnalistikası‖nda yeni bir sahə - ― şəbəkə gündəliyi‖ – bloglar
yarandı. Azərbaycan internet məkanında blogların jurnalistlərə verdiyi imkanlar günbəgün artmaqdadır.
Bloglardan istifadə imkanı yaradılana kimi dərc olunma problemi ilə qarşılaşan jurnalistlər artıq bu maneələri
çoxdan geridə qoyublar. Onların materialları heç bir problem yaşanmadan bloglarda yerləşdirilərək oxucuların
ixtiyarına buraxılır. Blogların müxtəlif mövzular üzrə ixtisaslaşması isə ( siyasi, iqtisadi, cəmiyyət, tarix, din,
təbabət və s. ) jurnalistlərə özlərinə yaxın mövzular əsasında fəaliyyət göstərməyə şərait yaradır. Belə ki,
müəyyən sahə üzrə jurnalist blogların verdiyi imkanlardan yararlanaraq, peşə fəaliyyətində yeni – yeni uğurlara
www.kitabxana.net
– Milli Virtual Kitabxana
64
nail olur, mütəxxəsisə çevrilir. Blogların üstün cəhətləri ilə yanaşı bəzi çatışmamazlıqları da var. Məsələn,
blogda yazı yerləşdirən jurnalist mövzusuna uyğun şəkil seçərkən mütləq ölçü amilini nəzərə almalıdır. Çünki
170 kb – dan artıq olan şəkilləri blogda yerləşdirmək mümkün deyil. Bu da təbii olaraq şəkilin keyfiyyətinə təsir
edən amillərdən biridir. Digər bir məsələ isə bloglarda şrift problemidir. Bəzi şriftlər var ki, onlardan istifadə
zamanı Azərbaycan dilində olan hərflər elektron səhifədə səliqəsiz dərc olunur. Bu da oxucuda jurnalist
haqqında zövqsüzlük təəssüratı yaradır. Azərbaycan internet məkanında bugünə kimi yalnız ―azeriblog.com‖
bizlərə blog yaratmaq üçün şərait yaradırdısa, artıq bu sıraya ―azersayt.com‖ - u da əlavə edə bilərik. Bu ondan
xəbər verir ki, inkişafda olan müasir texnologiya bizlərə gələcəkdə daha çox informasiya əldə etmək və ötürmək
imkanı yaradacaq.
Ürfan MƏMMƏDLİ
Elmi rəhbər: f. e. n. Əliyev Rövşən Ramiz oğlu
http://media-info.azeriblog.com/2009/04/17/azerbaycanda-internet-jurnalistikasinin-inkishafi-ve-bloglar-
medeniyyeti
www.kitabxana.net
– Milli Virtual Kitabxana
65
Ġnternet jurnalistikası, oxucu problemi, professor Meyer və Məmməd kiĢi
Ötən gün elektron poçtuma daxil olan bir xəbər məni heyrətə salmasa da düşündürdü. Gələn məktubda
Amerikanın ―Christian Science Monitor‖ adlı qəzetində yer alan bir xəbərdən söhbət gedirdi. Ərinmədim,
açdım qəzetin internet versiyasını… Çünki, məktubda yazılan reklam xarakterli cümlələr ilk anda diqqətimi
çəkmişdi:
―1964-cü ildə yeniyətmələrin 81 faizi qəzet oxuyurdusa, 2004-cü ildə bu rəqəm 52 faizə qədər azalıb. Belə
davam etsə, bir neçə on ildə qəzet oxuyan heç kim qalmayacaq‖
Bu sətirləri oxuyub daha əvvəl yazdığım məqalələrdən birini xatırladım. O yazıda da Azərbaycanda qəzetlərin
oxucu tapmaqdakı çətinliklərinə ötəri də olsa nəzər salmağa çalışmışdım. Ötəri bir gülümsəməylə Amerikanın
da artıq Azərbaycana oxşamağa başladığını düşünməyə başlayırdım ki, həmin xəbərin tam mətnini oxuduqdan
sonra vəziyyətin tamam fərqli olduğunu başa düşdüm.
―Christian Science Monitor‖ qəzetində yer alan ―Newspapers struggle to avoid their own obit‖ başlıqlı xəbərdə
amerikalı jurnalistika professoru Philip Meyer dəyir ki, artıq xüsusilə gənclər internet qəzetlərini oxumağa
meyllidir. Bunun nəticəsində də çap qəzetlərini oxuyanların sayı gündən-günə azalır. Oxucu dairəsi daralan çap
qəzetlərinə bir gün rastlaşmama ehtimalını qorxaraq və qorxudaraq vurğulayan professor Meyerin bu fikrinə
qarşı çıxmaq üçün olduqca samballı arqumentlər gətirmək olar. Amma mövzunu ―internet çap mətbuatını
www.kitabxana.net
– Milli Virtual Kitabxana
66
öldürəcəkmi?‖ sualına cavablarla məhdudlaşdırmaq istəməzdim. Əksinə, istərdim ki, ənənəvi qəzetlərə təhlükə
olaraq görülən və çoxlarının həyəcan təbilini çalmağa başladığı bir vaxtda ölkəmizdə internet mediasının hansı
vəziyyətdə olduğuna baxaq və beləcə internetin gətirdiyi fürsətlərdən nə dərəcədə faydalanıb, təhlükələrindən
də nə dərəcədə yayına bildiyimizi görək.
Ölkə mətbuatının internetlə gəc tanış olması bilinən bir həqiqətdir. Dünyada gedən təxnoloji inkişaf prosəsindən
hələ da dalda qaldığımız da heç kimə sirr deyil. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bəzi aparıcı
qəzetlərimiz artıq internet vasitəsilə də fəaliyyət göstərir. Başqa sözlə çap mətbuatı onlayn variantlarını
yaradaraq elektronik məkanda da öz oxucusunu itirməmə mübarizəsi vərir. Amma…
Amma bütün məsələ çap mətbuatının internet variantlarının nə qədər təsirli olub –olmamasından ibarət deyil.
Tam əksinə əsl məsələ internet qəzetlərinin və internet jurnalistikasının Azərbaycanda inkişafıdır. Bu inkişaf
jurnalistikamız üçün əhəmiyyət kəsb edən bir mövzudur, çünkü milli mətbuatımızın hələ də sadiq oxucuya
çevirə bilmədiyi müəyyən təbəqə alternativ mətbuat axtarışındadır. Heç şübhəsiz bu axtarışın cərəyan etdiyi
məkanlardan biri də internet olmaqdadır. Elə bu baxımdan da, alternativ axtarışlara vərə biləcəyimiz alternativ
cavablarımız məhdud olduğu üçün çox geridə olduğumuzu söyləmək mümkündür.
Xatırlayırsınızsa, Bill Klintonun kreslosunu silkələyən Monika skandalı məhz bir internet saytı vasitəsilə ortaya
çıxmışdı. 2003-cü il prezidənt səçkilərində Azərbaycan müxalif mətbuatının ən çox müraciət etdiyi xəbər
mənbələrindən biri də Türkiyədə yaradılmış bir internet qəzetiydi.
Sırf bu iki örnək internet mediasının hansı potensiala malik olduğunu göstərir. Bəs Azərbaycanda…
Səhv etmirəmsə bizim ilk internet qəzetimiz Xəbər.net olmuşdu. Amma bu saytın bəlkə də ən mənfi cəhəti çap
mətbuatında yer alan informasiyanı olduğu kimi elektronik məkana köçürməsiydi. Elə ―xəbər.net‖in ardından
yaradılan bir nəçə layihə də eyni yola davam ədib, çap mətbuatının yığma elektronik variantından irəli gedə
bilmədi. Daha sonra internet gəzintisi zamanı rastladığım başqa-başqa saytlar da internet qəzeti adını ala
bilmədilər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
67
İndi problemin adını qoya bilərik. Yuxarıda fikirlərinə yer verdiyim professor Meyerin toxunduğu problem
fərqli olsa da, (hətta problemin səbəbləri haqqında da bambaşqa bir mövzuya toxunsa da), Azərbaycan internet
məkanında yaşadığımız problemin mahiyyəti tamam başqadır. Bizdə çatışmayan internet jurnalistikasıdır. Yəni,
jurnalistika praktikasının bütün mərhələlərindən keçib yalnız oxucuyla görüş məkanı baxımından fərqlənən bir
janrın yoxluğunu aşıq-aşkar hiss edirik. Söz yox, son vaxtlarda bu bədbinliyi ortadan qaldıran təşəbbüsləri də
qeyd etmək lazımdır. Rus dilində ―Day.az‖ və Azərbaycan türkcəsində ―Media Forum‖ saytları internet
jurnalistikası baxımından ilk örnəkləri təşkil edir. Xüsusilə ―Media Forum‖ saytının artıq özünəxas bir üslub və
araşdırma xəttinə sadiq qalması, bundan əlavə digərlərindən fərqli olaraq çap mətbuatına istinad etməkdənsə
artıq çap mətbuatına mənbə olmasını Azərbaycan internet jurnalistikası baxımından sevindirici bir işarət
saymaq olar. Amma təbii ki, problemlər də olduqca çoxdur və indilik biz bu problemlərin tədricən həll
olunacağını ümid edə bilərik. Çünki, problem internet jurnalistikası ilə məşğul olacaq professionalların varlıği
və onların bu işin öhdəsindən gəlib-gəlməmə bacarığı ilə məhdud deyil. Kaş belə olsa… Başqa sözlə, professor
Meyerin fikirlərinə qayıdıb internetin Azərbaycan jurnalsitikası və mətbuatı üçün oxucu problemi yaradıb
yaratmadığına baxsaq, onda görərik ki, əcnəbini çap mətbuatından uzaqlaşıran səbəblə Məmməd kişini çap
mətbuatına yaxın qoymayan səbəblər bambaşqadır. Daha Məmməd kişinin komputəri olub-olmadığını
dəmirəm…
Rizvan Qənbərli
http://www.jurnalistler.com/meyer/
www.kitabxana.net
– Milli Virtual Kitabxana
68
Könül ġAMĠLQIZI
"ĠNTERNET MEDĠASININ TƏNZĠMLƏNMƏSĠ: HÖRÜMÇƏYĠ TORA SALMAQ OLARMI?"
Tənzim etmək, nizama salmaq, qaydaya salmaq – Azərbaycan dilinin izahlı lüğətində ―tənzimləmək‖ sözünün
izahı belədi. Bu izahdan yola çıxsaq, deyə bilərik ki, Azərbaycanın televiziya və radio məkanını nizamlamaq
səlahiyyətinə malik olan Milli Televiziya və Radio Şurası (MTRŞ) internet mediasını da qaydaya salmaq
istəyir. Şuranın sədri Nuşirəvan Məhərrəmli hesab edir ki, internet mətbuatı mənəvi və əxlaqi sahəyə neqativ
təsir göstərir, bu səbəbdən onu tənzimləmək lazımdır. Sədrin indiyə qədər verdiyi açıqlamalardan və MTRŞ-nin
iyunun 4-də Avropa Şurasının Bakı ofisi ilə birlikdə təşkil etdiyi ―Azərbaycanda internet mediasının
tənzimlənməsi‖ konfransındakı çıxışından hasil olan ümumi qənaət budur ki, virtual medianın nizama salınması
üçün qanunvericiliyə əlavə və dəyişikliklər edilməli, mexanizmlər müəyyənləşdirilməli, hansısa quruma bunun
üçün səlahiyyətlər verilməlidi.
Təşəbbüs MTRŞ-dən gəlmiş kimi görünsə də, mövzunun müzakirəsinə qoşulanların bir çoxu tənzimləmə
ideyasının siyasi hakimiyyətin internet mediasına nəzarət etmək niyyətindən qaynaqlandığını düşünür.
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov konfransdakı çıxışında ―Biz kiçik
dövlətik, baxaq görək Avropa dövlətləri nə qəbul edəcək? Onlara baxıb biz də Avropa Şurasının standartlarına
uyğun addımlar düşünəcəyik‖ deməklə hələlik hakimiyyətin bu sahə ilə xüsusi ―ilgilənmədiyi‖ görüntüsünü
yaratmağa çalışıb. Amma hakimiyyət rəsmisi internet mediasına nəzarət təşəbbüsünə bəraət qazandıran
cümlələr də qurub: ―İnternet mediası ciddi daxili və xarici siyasət resursudur, cəmiyyətə təsir edir. Bir saytda
verilən dezinformasiya az qala Azərbaycan və Türkiyəni bir-birinə düşmən etmişdi‖.
Azərbaycan hakimiyyətindən fərqli olaraq avropalı ekspertlər məzmunla bağlı məhdudlaşdırmalara isti
baxmırlar. Konfransda iştirak edən rumıniyalı və hollandiyalı ekspertlər, eləcə də Avropa Şurasının təmsilçisi
Veronika Kotek internet mediasına dövlət nəzarətinin yolverilməz olduğunu deyiblər. Media hüququ üzrə
www.kitabxana.net
– Milli Virtual Kitabxana
69
ekspertlər mövcud qanunvericiliyin internet mediasındakı məzmunla bağlı problemləri həll etmək üçün yetərli
olduğunu və əlavə cəza mexanizmlərinin bu sektorun inkişafının qarşısını almağa yönələcəyini düşünürlər.
Onların fikrincə, dövlət hansı sahəni tənzimləməyə cəhd göstərirsə, o sahə geriləyir.
İnternet mediasının təmsilçiləri də ―tənzimləmə‖yə xeyli ehtiyat və şübhəylə yanaşır. Çünki lüğətimizin də
xəsisliklə izah etdiyi bu söz Azərbaycanın indiki durumunda nizama salmadan çox nəzarət altına alma
assosiasiyasını verir. MTRŞ internet mediasını çərçivəyə salmaq istəyir
Əslində, bunu MTRŞ də inkar etmir. Qurumun hüquqşünası Tohid Əliyev ―Media forum‖a açıqlamasında deyir
ki, söhbət internet mediasına dövlət nəzarətindən gedir: ―Bu nəzarəti həyata keçirmək üçün bir qurum olmalıdır.
Şərt deyil ki, MTRŞ olsun, başqa qurum da ola bilər. Amma mütləq hansısa çərçivə, tənzimləmə mexanizmi
olmalıdır ki, hər kəs ağzına gələni yazmasın‖.
T.Əliyev onu da əlavə edir ki, əsas məsələ internet mediasının məzmununa nəzarətdir: ―Texniki nəzarəti Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi həyata keçirir. Hər hansı hadisə baş verəndə Milli Təhlükəsizlik,
Daxili İşlər nazirlikləri müdaxilə edə bilir. Amma internetdə gedən məlumatlara nəzarət edən qurum, bu işi
tənzimləyən mexanizm yoxdur. Televiziya, radio, qəzetlərlə bağlı hansısa qaydalar var və qanun pozuntusu
olanda da həmin qaydalar əsasında tədbir görülür. İnternetlə bağlı da belə olmalıdır. Məsələn, saytlar hardansa
icazə almalıdırlar, yaxud onlar qayda pozuntusuna yol verəndə onlara qarşı hansısa konkret tədbirlər
görülməlidir‖.
Oxşar fikirləri N.Məhərrəmli ―Azərbaycanda internet mediasının tənzimlənməsi‖ konfransında da səsləndirirb:
―Media qanunlarında internetlə bağlı müddəalar, hüquq varsa, bu, Milli Teleradio Şurasına aiddir. Amma
məsələ burasındadır ki, televiziya və radionu izləmə mexanizmi var, internetin izlənməsi mexanizmi yoxdur.
Televiziyada və radioda qanun pozulursa, izlənir, tədbir görülür, internetdə isə bu, mümkün deyil. Ona görə də
internet mediası tənzimlənməlidir‖.
Amma necə? Bu sualın cavabını MTRŞ-də bilmirlər. T.Əliyev MTRŞ-nin konkret layihə və təkliflərinin
olmadığını bildirir. Beynəlxalq təcrübəni araşdıran ekspert nə deyir
Azərbaycan rəsmiləri beynəlxalq təcrübəyə istinad edəcəklərini deyirlər. Amma məsələ ondadır ki, bu sahədə
beynəlxalq təcrübə də köməyə gəlmir. Çünki internet mediasını tənzimləmə metodları ayrı-ayrı ölkələrin söz və
mətbuat azadlığına, informasiya əldə etmək azadlığına, insan haqlarına münasibətinə, hətta mentalitetinə görə
dəyişir - bir neçə ildir Britaniyanın Lids Universitetində internet hüququndan dərs deyən və bu sahədə elmlər
namizədi olan türkiyəli ekspert Yaman Akdəniz belə deyir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
70
İnternet və insan haqları mövzusundakı araşdırmalarını rəhbərlik etdiyi ―Cyber-Rights & Cyber-Liberties‖ adlı
qeyri-hökumət təşkilatı çərçivəsində davam etdirən Y.Akdəniz Avropa Birliyi və BMT-nin bu sahədəki
toplantılarının əksəriyyətində ekspert qismində çıxış edib və internet hüququ sahəsində ən yaxşı
mütəxəssislərdən biri sayılır. Bu sahədə bir neçə kitab və araşdırmanın da müəllifi olan Y.Akdəniz ―Media
forum‖a açıqlamasında internet mediasının qanun və cəza mexanizmləri ilə tənzimlənməsinin mümkün
olmadığını söyləyib: ―Çünki internetdə risklər var və onların tamam ortadan qaldırılması mümkün deyil.
Kompüterimizdə gördüyümüz saytlar əksər halda bizim yaşadığımız ölkədə fəaliyyət göstərmir. Bu səbbədən
onları öz ölkənizin qanunları ilə tənzimləyə bilməzsiniz. Amma bu o demək deyil ki, qanunlar qəbul olunmur və
ya olunmamalıdır. Qərbi Avropa ölkələrinin əksəriyyətində məzmun tənzimləmələri var. Amma vahid standart
yoxdur. Çünki hər ölkənin həssas olduğu məsələlər var. Mənim uzun illər yaşadığım İngiltərədə ən çox
həssaslıq uşaq pornoqlrafiyası ilə bağlıdır. Almaniyada, Fransada irqçi saytlara münasibətdə çox həssasdırlar –
belə saytlara yasaq var. Türkiyənin durumu daha fərqlidir – qəbul edilən qanunda bir sıra cinayətlər sadalanıb
və o cinayətlərin hər hansı birinin müşahidə olunduğu saytlara senzura tətbiq edilir. Məsələn, 13 aydır
―Youtube‖ saytına giriş məhkəmə qərarı ilə yasaqlanıb. Səbəb bu saytda Atatürkü təhqir edən materialın
yayımlanmasıdır. Türkiyə qanunvericiliyinə görə, internet səhifəsində ―Atatürk əleyhinə həyata keçirilən
cinayətlər haqqında qanun‖da yer alan hallara rast gəlinərsə, bu, həmin resursun cəzalandırılması üçün əsasdır‖.
Amma ekspert bildirir ki, belə senzura heç bir ölkədə işə yaramır: ―Bir neçə ildir Avropa ölkələri mövcud
qanunvericiliklə kifayətlənməyib internetlə bağlı yeni siyasət yürüdür. Saytları bağlaya bilmirlər, texniki
imkanlardan istifadə edib sayta girişi yasaqlayırlar. Yəni bir az Türkiyənin etdiyi kimi edirlər. Amma təbii ki,
bu da yetmir. Bu gün Türkiyədə kimdən soruşsanız, ―youtube.com‖ saytına necə girmək lazım olduğunu sizə
deyər. Bunun qarşısını almaq mümkün deyil‖.
Y.Akdəniz qeyd edir ki, internetlə internet mediası arasındakı sərhədi müəyyənləşdirmək də xeyli çətindir: ―Bu
yaxınlarda İslandiyada Avropa Şurasının yeni media ilə bağlı konfransı keçirildi. Tədbirdə Azərbaycan
təmsilçisi də iştirak edirdi. Orada da bu suala cavab tapmağa çalışdıq - internet mediası nədir? Ortaya konkret
nəticə çıxmadı. Bütün ölkələrdə radio, televiziya və yazılı mətbuatla bağlı ayrıca qanunlar var. Amma internet
bütün hüquqi yanaşmaları qarışdırır. Məsələn, bloqçular jurnalistdir, yoxsa yox; saytı olan bir nəfər media
qanununa tabe olmalıdır, yoxsa yox – belə qəliz suallar ortaya çıxır. Onların cavabını tapmaq isə o qədər asan
deyil‖. Dünya təcrübəsi: İnterneti kim necə tənzimləyir?
ABŞ
www.kitabxana.net
– Milli Virtual Kitabxana
71
İnternet mediasının texniki baxımından tənzimlənməsi məsələsində heç bir problem yoxdur, məzmun
baxımından tənzimləmə isə söz azadlığı kontekstində həyata keçirilir. 1996-cı ildə hökumət ―Kommunikasiyada
əxlaq‖ qanunu qəbul edərək internetə müdaxiləyə çalışıb. Lakin qanun ifadə azadlığı baxımdan konstitusiyaya
zidd sayılıb və ləğv olunub. Məhkəmə qərarında internetin düşüncələrin sərbəst dolaşdığı məkan olduğu, ona
televiziya kimi baxmağın və dövlət tərəfindən müdaxilənin yolverilməzliyi vurğulanıb.
2001-ci ilin sentyabrın 11-də Nyu-Yorkda baş verən terrordan sonra ABŞ-da internetlə bağlı sərt təhlükəsizlik
tədbirləri gündəmə gəlib. Həmin ildən ―Vətənpərvərlik qanunu‖ ilə internetdəki məlumatların izlənməsi
qanuniləşdirilib. Almaniya
İnternet mediası ilə bağlı ayrıca qanun yoxdur və geniş yayılmış fikir bundan ibarətdir ki, mövcud qanunlar bu
sahəni tənzimləmək üçün kifayətdir. Amma 1997-ci ildə Almaniyada 16 əyalətin iştirakı ilə media xidmətləri
haqqında rəsmi müqavilə (MDStV) imzalanıb və bu müqavilə internet mediasının da fəaliyyətini tənzimləyir.
Həmin müqaviləyə görə, əyalətlərin mətbuat qanunlarında yazılı mətbuat üçün qoyulan ―impressium‖ şərti
internet mediası üçün də keçərlidir – yəni hər bir sayt sahibi yayıma məsul olan ən azı bir nəfərin adını, soyadını
və ünvanını göstərməlidir. Həmin şəxs saytdakı bütün məlumatlara görə məsuliyyət daşıyır.
Eyni zamanda, sənədə görə, bütün hüquqi və fiziki şəxslər internet mediasında haqlarında yer alan məlumatlara
cavab vermək və ya onları düzəltmək haqqına malikdir. Almaniyada internet qəzetinin tərifi də məlumdur.
2001-ci ildə Köln Əyalət Məhkəməsinin qəbul etdiyi qərara əsasən, internetdə davamlı olaraq yerləşdirilən
məhsulları qərar çıxarmaq səlahiyyəti olan redaksiya heyəti hazırlayırsa, bu resurs internet qəzeti sayıla bilər.
Avstraliya
İnternetin tənzimlənməsi həm federal səviyyədə, həm də əyalətlər səviyyəsində qanunlara əsaslanır. Şikayətlərə
baxan federal subyekt mövcuddur və bu subyekt yalnız hostinq və server xidmətlərini təmin edənlər üçün
keçərlidir, saytın məzmununa cavabdeh olanlara aid deyil. Ölkədə internet mediasına nəzarəti Kommunikasiya
və Media Şurası (Teleradio Şurası və Telekommunikasiya İdarəsinin birləşməsi nəticəsində yaradılan qurum)
həyata keçirir. Saytlarda gedən hər hansı məlumatın hüquqa uyğun olub-olmadığını qanunvericilik əsasında
Kommunikasiya və Media Şurası müəyyənləşdirir. Əgər hər hansı saytda hüquqa zidd məlumat yerləşdirilibsə
və ya hər hansı saytın fəaliyyəti bütövlükdə qanuna uyğun deyilsə, bu zaman Kommunikasiya və Media Şurası
www.kitabxana.net
– Milli Virtual Kitabxana
72
hostinq xidməti göstərən quruma xəbərdarlıq məktubu göndərir. Xəbərdarlıqdan sonra hostinq xidməti
Avstraliya daxilində qeydiyyatdan keçən saytın yayımını dayandırmaq məcburiyyətindədir.
Qanuna görə, provayderlər hər hansı xarici sayta çıxışı bağlamağa borclu deyil. Amma Kommunikasiya və
Media Şurası filtrləmə-bloklama, başqa sözlə, süzgəc proqramlarını hazırlayanlara arzuolunmaz xarici saytlar
haqqında məlumat göndərir ki, onlar həmin saytları ―qara siyahı‖larına salsınlar. Avstraliyada internet
səhifələrində yol verilən qanun pozuntuları ilə əlaqədar ayrıca qanun yoxdur, bu pozuntulara da cinayət
hüququna dair ümumi qanunlar tətbiq edilir. Böyük Britaniya
İnternetlə bağlı ayrıca qanun mövcud deyil. 1996-cı ildə internetdə qanuna uyğun olmayan məzmunla mübarizə
məqsədilə İnternet Müşahidə İdarəsi (Internet Watch Foundation) adlı qeyri-hökumət təşkilatı yaradılıb.
Təşkilatın internetdə gedən materiallardan vətəndaşların fərdi şəkildə şikayət edə bilməsi üçün yardım-məsləhət
xətti (hotline) var. Həmin xətlə təşkilata daxil olan məlumat, onun qanuna uyğun olub-olmadığı araşdırılır, daha
sonra materialın çıxış nöqtəsi müəyyənləşdirilir və İngiltərə polisinə bildiriş göndərilir. Britaniyada dövlət sirri
haqqında qanunlar internetə də tətbiq olunur. Təhqirə qarşı da qanun var (Diffamasiya Aktı – 1996 ) - bir nəfər
internet vasitəsilə başqasını təhqir edirsə, burada serverin məsuliyyəti yoxdur. Amma serverə cavabdeh adamlar
bu təhqirdən xəbər tutanda səhifəyə girişi dayandırmırsa, məsuliyyət daşıyır. Britaniyada həm yerli, həm də
beynəlxalq saytları izləyən kiberpolislər fəaliyyət göstərir.Sinqapur
Media İnkişaf Şurası (radio və televiziyaların fəaliyyətini tənzimləyən qurum) həm də internet yayımçılığına
nəzarət edir. 1996-cı ildən internet mediası ayrıca subyekt kimi qəbul edilib. Hansı məzmunda məlumatın
qadağan olunmasına dair xüsusi qaydalar mövcuddur. Şura bu qaydaları pozan sayt sahiblərinə cəza vermək
səlahiyyətinə malikdir, amma öncədən sayta girişi əngəlləyə bilməz, o, daha çox pornoqrafiya, irqçilik və dini
nifrət yayan materiallara nəzarət edir. Malayziya
İnternet mediasını tənzimləməni Kommunikasiya və Multimedia Komissiyası həyata keçirir. Bu qurum həm
internet saytlarının məzmununa nəzarət edir, həm də ictimaiyyəti məlumatlandırır.
Çin
www.kitabxana.net
– Milli Virtual Kitabxana
73
Tənzimləmə əsil senzura xarakteri daşıyır. Saytlar süzgəcdən keçirilir. Sərt süzgəc sistemi 1996-cı ildən tətbiq
edilir. Qərb saytlarına, Tayvandan yazan və hökumətə müxalif olan portallara güzəşt yoxdur – belələrini dərhal
bağlayırlar.
Səudiyyə Ərəbistanıİnternet mediası üzərində senzura hökm sürür. 1999-cu ildən internetə çıxış bir mərkəzdən
həyata keçirilir. Dövlət siyasi və ya dini səbəbdən uyğun hesab etmədiyi saytlara çıxışı bu mərkəz vasitəsilə
bağlayır.
Vyetnam
Hakimiyyəti tənqid edən xəbər saytlarına, mühacirətdə olan müxalifət partiyalarının və beynəlxalq hüquq
müdafiəsi təşkilatlarının saytlarına giriş qadağandır. Bundan başqa, internetdə ifadə azadlığını müdafiə edənləri
həbs gözləyir.
İran
Dövləti tənqid edən, qadın haqlarını dəstəkləyən saytlara, bloqlara qadağalar var. ―Youtube.com‖a giriş
yasaqdır. Müstəqil media, vətəndaş cəmiyyəti və insan haqları ilə bağlı saytlar süzgəcdən keçirilir. İran bloq
yazarlarının ən çox həbs olunduğu ölkələr sırasındadır.
Kuba
İnternetə giriş dövlət nəzarətində olan bir xətdən keçir. İstifadəçi girişini ləğv etməkdən tutmuş saytı tam
bağlamağa qədər bütün ―təmzimləmə‖ metodlarından istifadə olunur.
Suriya, Şimali Koreya da interneti bu şəkildə ―tənzimləyir‖.
Kanada, Danimarka, Norveç kimi ölkələrdə internetin məzmunu heç bir şəkildə tənzimlənmir.
Türkiyədə internet mediasi necə tənzimlənir?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
74
Bir çox məsələlərdə təcrübəsinə istinad etdiyimiz Türkiyədə internet mediasının texniki tənzimlənməsində ciddi
problem mövcud deyil. Bu ölkədə kommunikasiyanın digər sahələri kimi internet sektoru da sürətlə inkişaf edir.
Amma internet məzmunu baxımından xeyli problem var. Beynəlxalq internet hüququ üzrə ekspert olan
müsahibimiz Yaman Akdəniz Türkiyənin internet baxımından inkişaf etməkdə olan ölkə sayıldığını, amma
məzmuna müdaxilə məsələsində ciddi problemlərin olduğunu deyir. Onun sözlərinə görə, Türkiyədə internetdə
dövlət məmurları və siyasətçilərə dair məlumatların, dövlətçilik dəyərlərini aşağılayan ifadələrin yayılmasına,
irqçilik və terror təbliğatının aparılmasına yönəlik fəaliyyət göstərən saytlara əngəlləmə və süzgəc tətbiq edilir.
Türkiyədə internet 1996-97-ci illərdə yayılmağa başlayıb. 1997-ci ilin sonlarına doğru xəbər portalları və
tematik saytların sayı artmağa başlayıb. 2000-ci ildə yaşanan iqtisadi böhran nəticəsində işsiz qalan professional
jurnalistlərin də alternativ media adlanan internet sektoruna transferi ilə bu sahədə xüsusi canlanma yaranıb.
Mediada söz sahibi olan Doğan, Uzan, Qaramehmet qrupları da internet mediasına yatırım qoymağa
başlayıblar. Bir tərəfdən xəbər portalları yaradan bu qruplar eyni zamanda sektorun texniki inkişafı
istiqamətində də rəqabətə başlayıblar.
İnternet hüququ və interneti tənzimləmə mövzusu isə 2001-ci ildən sonra aktuallaşmağa başlayıb. Həmin ildə
―Superonline‖ internet şirkətinindən açdığı müxtəlif internet forumlarına rəhbərlik edən jurnalist Coşqun Ak
məhkəməyə verilib. Buna kimliyi bəlli olmayan bir istifadəçinin foruma Türkiyədə insan haqlarının
pozulmasına dair mesaj yollaması səbəb olub. Başqa bir istifadəçi Coşqun Akdan cinayət tərkibi olan bu mesajı
forumdan silməyi tələb edib. Jurnalist tələbə əməl etmədiyindən istifadəçi onu məhkəməyə verib.
Məhkəmə internetin qanunla tənzimlənmədiyini, amma Coşqun Akın vəzifəsinin bir qəzetin redaksiya heyətinin
işinə bənzədiyini əsas gətirərək onun barəsində 40 ay həbs hökmü çıxarıb. Jurnalistin vəkili ―qanunsuz cinayət
və cəza olmaz‖ prinsipindən çıxış edərək müştərisinin bəraətini istəyib. Amma onun tələbi rədd edilib. Coşqun
Ak Türkiyənin hərbi və polis güclərini təhqir etmək ittihamı ilə 40 ay həbsə məhkum edilib, daha sonra isə
həbs pul cəzası ilə əvəzlənib.
Bu hadisədən sonra hökumət internet mediasının tənzimlənməsi ilə bağlı qanun qəbul etməyə çalışıb. Lakin
internet mediasında çalışan jurnalistlərin və vətəndaş cəmiyyəti institutlarının etirazları nəticəsində söz
azadlığının məhdudlaşdırılmasına yönələn bu qanun qəbul edilməyib.
Ölkədə internetlə əlaqədar şikayətlərin artması nəcticəsində 2007-ci ilin mart ayında ―İnternet yayımının
tənzimlənməsi və internet vasitəsilə həyata keçirilən cinayətlərə qarşı mübarizə‖ qanun (5651 saylı qanun)
qəbul edilib. Bu sahədə tənzimləmə funksiyasını Telekommunikasiya İdarəsi həyata keçirir.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
75
5651 saylı qanuna görə, internet səhifəsində onun sahibi, eləcə də saytı hostinq və domenlə təmin edən hüquqi
və ya fiziki şəxslərlə bağlı məlumatlar göstərilməlidir. Telekommunikasiya İdarəsi bu tələbə əməl etməyənlərə
2000 lirədən 10000 lirəyədək cəza verə bilər. Saytda yer alan məlumatlara görə onun sahibi məsuliyyət daşıyır.
Ancaq o, səhifəsində yer verdiyi başqasına aid məlumata məsul deyil. Sadəcə, həmin bağlantını açıq şəkildə
oxucusuna çatdırmaq istəyi aşkarlanar və təqdimat formasında bu hədəf açıq görünərsə, məsuliyyət daşıyır.
Səhifəni yerlə təmin edən şəxs onun məzmununa görə məsuliyyət daşımır. Amma qanuna görə, saytın
bütünlükdə fəaliyyətini dayandırmaq və ya hər hansı materialı çıxarmaqla bağlı rəsmi xəbərdarlıq edildiyi və
texniki imkanlar olduğu halda hostinq sahibi buna əməl etmirsə, cəzalandırıla bilər.
Qanun serverə istifadəçinin yayımladığı hüquqazidd məlumatla bağlı xəbərdar edildiyi təqdirdə bağlantını
əngəlləmək hüququ verir. Amma serverin verdiyi bağlantı vasitəsilə yayılan məlumatların hüquqa zidd olub-
olmadığını və ya sayt sahibinin qanuna uyğun məlumatlar yayıb-yaymadığını araşdırmaq məsuliyyəti yoxdur.
5651 saylı qanun internetdə yol verilməsi cinayət sayılan əməlləri kataloq şəklində müəyyən edir. Bu kataloqa
görə, internet səhifəsində intihara, uşaqların cinsi istismarına, narkotik maddələrin istifadəsini asanlaşdırmağa,
sağlamlıq üçün təhlükəli maddə təmin etməyə, fahişəliyə, qumara təşviq edən və imkan yaradan məlumatlar,
eləcə də ―Atatürk əleyhinə həyata keçirilən cinayətlər haqqında qanun‖da göstərilən hüquq pozuntuları yer
alarsa, onun yayımı dayandırılır. Qapadılma qərarını məhkəmə verir. Məhkəmə uzun sürdüyü təqdirdə prokuror
da internet saytının dayandırılmasına qərar verə bilir. Amma bu qərarı məhkəmə 24 saat içərisində
təsdiqləməlidir, təsdiqləməzsə, qərar qüvvədən düşmüş sayılır.
Qanun hər kəsə özünə yönələn ittihamları internet səhifəsində cavablandırma haqqı tanıyır. Bu qanunla əlaqədar
olaraq internet server və provayderlərinə, eləcə də internet kafelərinin fəaliyyətinə dair ayrıca normativ aktlar
qəbul edilib.
2008-ci ilin sonuna qədər Türkiyədə bu qanunun müddəaları əsasında 1115 sayta giriş yasaqlanıb. Bu saytların
252-ni məhkəmə, 863-nü isə qanunun icrasına nəzarət funksiyası daşıyan Telekommunikasiya İdarəsi
Başqanlığı qapadıb. Ən çox səs gətirən isə ―Youtube‖ saytının bağlanması ilə bağlı qərarlar olub. 2008-ci ildə
bu saytda Atatürkü və türk bayrağını təhqir edən video yerləşdirilib, İstanbul I Sülh Cəza Məhkəməsi sayta
girişi yasaqlayıb. Bundan sonra ―Youtube‖ həmin videonu çıxarıb və məhkəmənin qərarı ləğv olunub. Lakin 3
gün sonra həmin video başqa saytlarda və təkrar ―youtube.com‖da yayımlanıb. Bu səbəbdən Anraka 5-ci Sülh
Cəza Məhkəməzi ―Youtube.com‖ və ondan alınan videonu yerləşdirən digər saytlara girişi yasaqlayan qərar
çıxarıb. Hazırda Türkiyədən ―youtube.com‖a giriş yasaqdır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
76
Bir sıra ekspertlər bu qadağaya hökumətin də əl altından dəstək verdiyini və ya göz yumduğunu iddia edərək
―youtube.com‖ saytına girişin yasaqlanmasını tənqid edirlər. Y.Akdənizin fikrincə, dövlət saytda yer alan
qanunazidd məzmunun yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görə bilər, bütövlükdə sayta
girişin yasaqlanması isə demokratik prinsiplərə uyğun deyil: ―Çünki ―youtube.com‖ eyni zamanda bir çox
insanın informasiya əldə etdiyi şəbəkədir. Ona girişi yasaqlamaqla dövlət insanların informasiya əldə etmək
hüququnu pozur‖.
Bu baxımdan Y.Akdəniz hesab edir ki, internetdə yol verilən cinayətlərlə bağlı dövlətin inzibati metodları işə
yaramır və Türkiyədəki 5651 saylı qanun da effektiv deyil: ―Əgər internetdə cinayət baş veribsə, bunun üçün
əlavə qanun qəbul etməyə ehtiyac yoxdur, mövcud qanunvericilik də həmin cinayətlə bağlı cəza tədbirlərinin
görülməsinə imkan verir.
Nə fərqi var ki, siz məni qəzetdə təhqir etmisiniz, yaxud internetdə? Sadəcə, internetdə problem odur ki, bəzən
cinayəti törədən şəxs ölkə daxilində olmur, yaxud həmin sayt xaricdən idarə olunur. Amma bu halda da xüsusi
qanun işə yaramır. Mən ona görə deyirəm ki, qanun qəbul etməklə internet mediasındakı məzmun problemlərini
həll etmək mümkün deyil. Təcrübə də göstərir ki, heç bir dövlət bunu həll edə bilmir. Çünki əngəlləmələr yeni
problemlər yaradır‖.
Tənzimləmək üçün nə etməli?
―Media forum‖a açıqlama verən Türkiyənin ―gerçekgundem.com‖ saytının sahibi və redaktoru Barış Yarkadaş
da eyni düşüncədədir. O da hesab edir ki, saytların qapadılması, məhdudiyyətlərin gətirilməsi problemləri həll
etmədiyi kimi, internet mediasının inkişafına da zərbə vurur.
B.Yarkadaş Türkiyədə internetdəki məzmun problemləri ilə bağlə mübarizə metodunun düz olmadığını
düşünür: ―Məsələn, Türkiyə Atatürkü təhqir edən videolar yayılmladığı üçün ―youtube.com‖ saytına girişi
qadağan edib. Halbuki inkişaf etmiş ölkələrdə belə məsələlər olduğu zaman məhkəmə o videonun
qaldırılmasına qərar verir və yazılar, videogörüntülər, şərhlər silinir. Kimsənin də o bilgilərə çıxışına icazə
verilmir. Amma Türkiyə problemi kökündən həll etdi – saytı qapatdı. Bu, fikir, düşüncəni ifadə etmə azadlığı və
informasiya əldə etmək hüququ baxımından yanlışdır‖.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
77
Bununla belə, B.Yarkadaş hesab edir ki, dövlət internet mediasını qaydaya salmalıdır, sadəcə, bu tənzimləmə
məhdudiyyət və nəzarət şəklində olmalı deyil, əksinə, internet mediasını təmsil edənlərin hüquqlarının
qorunması istiqamətinə yönəlməlidir: ―Türkiyədə internet hüququna dair qanun yoxdur. İnternetdə bir problem
olduğu zaman o, mətbuat haqqında qanuna istinad edilməklə həll olunur. Bu isə çox zaman yanlış qərarlara,
yanlış nəticələrə gətirib çıxarır. Ona görə də biz hesab edirik ki, internet mediası digər media növlərindən
ayrılmalıdır.
Toplumun önəmli kəsimləri, eləcə də internet mediasının təmsilçiləri ilə müzakirələrdən sonra internet qəzet,
televiziya, radioları əhatə edən qanun qəbul olunmalıdır. Mən çox qanun tərəfdarı olan birisi deyiləm və hesab
edirəm ki, internet mediasında çalışanlar normal jurnalist etikasına, qəzetçilik fəlsəfəsinə əməl etsələr, ciddi
problemlər də olmaz. Amma təəssüf ki, bütün dünyada olduğu kimi Türkiyədə də internet mediasında
məzmunla bağlı problemlər var. Bu problemlərin həll olunması üçün internet mediası subyekt olaraq qəbul
olunmalıdır. Qarşı tərəfin haqlarını qoruması üçün qarşısında subyekt olmalıdır. Qanunlar düzənlənərsə,
insanlar haqlarını və məsuliyyətlərini bilərsə, problemlər daha asan şəkildə həll olunar. Əlbəttə, istərdik
məhkəmələr olmasın, amma bu, mümkün deyil. Ona görə də məhdudiyyət gətirməyən, hər kəsin haqlarını
təminat altına qalan qanunlar qəbul olunmalıdır‖.
B.Yarkadaş 5651 saylı qanunun internet hüququnu tənzimləmədiyini deyir: ―Bu yalnız internet cinayətlərinə
qarşı mübarizə məqsədilə qəbul edilən qanundur, bizim hüquqlarımızı isə təmin etmir. Məsələn, biz keçən ay
Türkiyənin ən böyük qəzeti ―Hürriyet‖lə məhkəməlik olduq. Səbəb bu idi ki, biz ―Hürriyet‖in məlumatlarını
səhifəmizdə yerləşdiririk. Baxmayaraq ki, xəbərlərin ―Hürriyet‖ə aid olduğunu qeyd edirik, amma qəzet iddia
edir ki, siz hətta istinadla da bizim xəbərlərimizi yaya bilməzsiniz. Buna görə bizi məhkəməyə verdilər.
Doğrudur, sonra biz anlaşdıq və iddia geri çəkildi, amma məsələ burasındadır ki, məhkəməyə getsək, qanun
baxımından problemlə üzləşəcəkdik. Halbuki normal internet qanunu olsaydı, məhkəmə qərar verəcəkdi ki, siz
―Hürriyet‖ qəzetinin məzmununu tamamilə köçürə bilməzsinisz, amma onun xəbərini alıb, altına link verərək
istifadə edə bilərsiniz.
Biz bu səbəbdən internet mediasının etik anlayışını da ehtiva edən qanun qəbul olunmasını istəyirik. Yaxud
reklam vergilərimizin böyük qəzetlərin reklam vergilərindən fərqlənməməsi məsələsini götürək. Düşünün,
milyonlarla dollar gəliri olan media holdinqləri də 18 faiz ƏDV ödəyir, onun mində biri qədər oxucusu olan
internet saytı da. Halbuki normalda internet saytının vergisi daha az olmalıdır, çünki gəliri daha azdır. Bu
istiqamətdə də tənzimləməyə ehtiyac var‖.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
78
―Gerçekgundem.com‖un redaktoru deyir ki, 2007-ci ildə ölkədə internet hüququna dair qanun layihəsi
hazırlansa da, komissiyalarda qalıb. Bunun səbəbi həmin qanunda mürtəce maddələrin yer almasıdır: ―Həmin
qanun internet mediasının inkişafına xidmət etmirdi. Orada saytın yayımına son verilməsindən, hostinqinin
qapadılmasından tutmuş hostinq şirkətinin məzmuna görə məsuliyyət daşımasına qədər bir çox bəndlər vardı.
Bu təxminən ona bənzəyir ki, qəzetdə gedən yazıya görə mətbəə məsuliyyət daşısın. Digər tərəfdən, həmin
layihədə şərt qoyulurdu ki, bir saytın açıla bilməsi üçün orada jurnalist vəsiqəsi olan ən azı 3 nəfər işlə təmin
olunmalı, ofisi, ünvanı olamlıdır.
Bunlara görə biz həmin layihəyə qarşı çıxdıq. Çünki internetin məntiqi az insanla çox iş görə bilməkdir. Mən
evimdə də internet saytı yarada, idarə edə bilərəm. Burada yalnız reklam məsələsi var ki, Maliyyə Nazirliyində
qeydiyyata alındıqdan, vergi ödəyicisi olduqdan sonra bu problem də aradan qalxır. Ona görə də biz təqdim
olunan bu layihəyə qarşı çıxdıq. İnternet mediasının təmsilçiləri millət vəkilləri ilə görüşdülər, müzakirələr
apardılar və layihə komissiyadan keçmədi. Hazırda da bu barədə danışan yoxdur, çünki bir layihənin qəbul
olunması üçün onun ictimai dəstəyi olmalıdır‖.
B.Yarkadaşın dediklərindən belə məlum olur ki, Türkiyədə internet mediasının təmsilçiləri bu sektorun ənənəvi
mediadan ayrılmasını və xüsusi qanuna tabe olmasını istəyirlər. Y.Akdəniz isə bunun çox çətin oldğunu
düşünür: ―Bilirsiniz ki, Türkiyədə jurnalistlərin sarı vəsiqələri var və bu vəsiqəyə sahib olan jurnalsitlərə bir sıra
əlavə hüquqlar, güzəştlər verilir. İnternet mediasında çalışanlar da belə vəsiqələrinin olmasını və onlara da əlavə
hüquqlar tanınmasını istəyirlər. Amma bu, çox çətindir. Çünki bu gün bloqları olan şəxslər də jurnalist olmaq
istəyirlər. Dünyada və Türkiyədə elə bloqçular var ki, köşə yazarlarından çox oxunur. Ona görə də bu tarazlığı
qorumaq çox çətindir. İnternet radio, televiziya və qəzet kimi birmənalı deyil‖.
Türkiyə təcrübəsindən, eləcə də ötən yazımızda qeyd etdiyimiz misallardan da göründüyü kimi, interneti və
bunun da içərisində internet mediasını tənzimləmək o qədər də asan deyil. Amma ortaya çıxan bir nəticə var ki,
bütün ölkələrdə internet mediasına münasibət demokratiyaya, söz və fikir azadlığına, informasiya əldə etmək
hüququna münasibətə paraleldir.
Müsahibimiz Yaman Akdəniz deyir ki, hökumətlər özlərinin tarixi, mədəni, siyasi, dini, əxlaqi və inzibati
dəyərləri ilə bağlı ənənəvi məhdudlaşdırmalarını internetə də tətbiq etməyə çalışırlar: ―İnternet hər ölkədə ayrı
təsirə malik olduğu kimi, onun inkişafına və tənzimlənməsinə yanaşmalar da dövlətlərə görə dəyişir.
Dövlətlərin internet mediasına yanaşmasında demokratik dəyərlərə, hüquqa sayğısı, nə dərəcədə informasiya
cəmiyyəti olmaq istəyi, digər dövlətlərlə münasibəti və texnologiyanı mənimsəmə səviyyəsi mütləq rol
oynayır‖.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
79
Ekspert bu baxımdan da Avropada internetin məzmunu ilə bağlı tənzimləmələrə isti yanalışmadığını bildirir.
Onun sözlərinə görə, xüsusilə Avropa Birliyinin bu məsələyə münasibəti daha qətidir – internet məzmununun
əngələnməsi yolverilməzdir, tətbiq olunan cəzalar isə demokratik cəmiyyət dəyərləri ilə ziddiyyət təşkil
etməməlidir.
Avropa Birliyinin mövqeyi
Avropa Birliyinin qəbul etdiyi sənədlər göstərir ki, bu qurum da internet mediasının və ümumiyyətlə internetin
tənzimlənməsi ilə bağlı vahid standart müəyyənləşdirməkdə çətinlik çəkir. Bu çətinlik Avropa Komissiyasının
1996-cı ildə qəbul etdiyi ―İnternetdə hüquqa zidd və zərərli məzmun‖ aktında belə ifadə olunur: ―Ayrı-ayrı
məzmun kateqoriyalarının səbəb olduğu mental problemlər bir-birilərindən köklü şəkildə fərqlənir. Bunlara çox
fərqli hüquqi və texnoloji cavablar tapılması lazımdır. Məsələn, uşaqların böyüklər üçün olan pornoqrafik
məzmuna çıxışı ilə böyüklərin uşaqlar haqqındakı pornoqrafiyaya çıxışı kimi ayrı-ayrı mövzuları bir-birinə
qarışdırmaq təhlükəli olar‖.
1997-ci ildə Avropa Komissiyası internetin tənzimlənməsi məqsədilə plan hazırlayıb və bu planda da ―zərərli və
hüquqa zidd məzmunlara müdaxilə fərqli olmalıdır‖ yanaşması şərti əksini tapıb. Düzdür, nə həmin planda, nə
də digər qurumların qərarlarında zərərli məzmunla hüquqa zidd məzmunun bir-birindən necə ayrılacağı
göstərilib. Amma istər həmin planda, istərsə də digər normativ aktlarda AB-nin yanaşması açıq şəkildə əksini
tapıb. Məsələn, haqqında danışdığımız zərərli internet məzmunu ilə bağlı plan saytların qapadılmasını deyil,
internet istifadəçiləri üçün özütənzimləyici, məzmun izləyici, beynəlxalq standartlara uyğun dərəcələndirmə və
filtrləmə proqramlarının inkişaf etidirilməsini nəzərdə tutur.
AB-nin internet cinayətlərinə qarşı həyata keçirdiyi tədbirlərdən biri də xəbərdarlığa əsaslanan məsuliyyət
sistemidir. Bu sistem elektron ticarət aktında əksini tapıb. Akta görə, AB üzvü olan dövlətlərdə serverlər sayt
sahibinin qanunsuz fəaliyyətlə məşğul olduğuna dair məlumata malik deyillərsə, məsuliyyət daşımamalıdırlar.
Bununla yanaşı, sənəddə qeyd edilir ki, dövlətlər serverlər üzərinə qanunsuz fəaliyyətlər və məlumatlarla bağlı
dərhal xəbərdarlıq etmək məsuliyyətini qoya bilərlər.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
80
AB-nin 2006-cı ildə qəbul etdiyi Terrorizmə Qarşı Tədbirlər Planında isə internetdən terrorçuların istifadəsinin
qarşısını almaq məqsədilə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, radikal qrupların internetdən pis
məqsədlərlə istifadəsinin təsbit edilməsi, bu yöndə tədbirlər görülməsi kimi maddələr yer alıb. Bundan əlavə,
AB-yə üzv dövlətlərdə iqrçilik və əcnəbi düşmənçiliyi ilə mübarizə məqsədilə çərçivə qərarının hazırlanmasına
başlayıb. Qərar layihəsi nifrətə və şiddətə təşviq, soyqırım, müharibə və bəşəriyyətə qarşı cinayətləri
dəstəkləmə, inkar etmə və ya ciddi şəkildə aşağılama kimi halları əhatə edir. Bu layihə qəbul edildikdən sonra
internetə də tətbiq olunacaq.
Amma nə qəbul edilən qərarlarda, nə də layihələrdə internetin məzmununa yönəlik məhdudlaşdırıcı, əngəlləyici
inzibati tədbirlər nəzərdə tutulur. Avropa Komissiyasının interneti əngəlləmə siyasətini tövsiyə etməməsinin
arqumenti budur ki, bağlanan saytlar sürətlə yenidən ortaya çıxır. Digər tərəfdən, mövcud filtrləmə sistemlərini
yox etmək mümkündür və bir çox saytlar bunu edirlər, yəni süzgəc sistemi yetərli deyil.
Ona görə də komissiya hesab edir ki, istintaq aparıb bu saytlara məsul olanları müəyyənləşdirmədən və
mühakimə etmədən məzmunu serverlər vasitəsilə yox etmək və ya ona çıxışı əngəlləmək çözüm deyil. AB-nin
rəyinə görə, əngəlləmələr mümkündür, amma bunlar ifadə azadlığı başda olmaqla insan haqlarını
məhdudlaşdırmamalıdır. Məhdudlaşdırma demokratik cəmiyyət üçün lazımlılıq və qanuni məqsədlərə uyğunluq
prinsipləri ilə ziddiyyət təşkil etməməlidir.
Avropa Şurası nə deyir?
Avropa Şurası təşkilat səviyyəsində internetlə 1997-ci ildən ilgilənməyə başlayıb. Xüsusilə internet
cinayətlərinin artması müzakirələrin başlamasına səbəb olub və 1997-ci ildə Avropa Şurasının nəzdində
kibercinayətkarlığa qarşı mübarizə məqsədilə ekspertlərdən ibarət komissiya yaradılıb. Komissiyanın ekspertləri
2001-ci ilin iyul ayında Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyansının son variantını hazırlayıblar.
Konvensiyanı ilk olaraq Xorvatiya, Estoniya, Macarıstan, Litva və Albaniya rafitikasiya ediblər. Sənəd bu
ölkələrdə 2004-cü ildən qüvvədədir. Hazırda Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyası Avropa Şurasına
üzv olan 25 ölkədə ratifikasiya olunub və qüvvəyə minib. AŞ-yə üzv olmayan ölkələrdən yalnız ABŞ
konvensiyanı ratifikasiya edib, Kanada, Yaponiya və Cənubi Afrika da konvensiyaya qoşulublar, amma hələlik
onu ratifikasiya etməyiblər.
Azərbaycan Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyasını 2008-ci il iyunun 30-da imzalayıb, lakin hələ bu
sənəd Milli Məclisdə ratifikasiya olunmadığından qüvvədə deyil. Azərbaycanla yanaşı Avstriya, Belçika,
www.kitabxana.net
– Milli Virtual Kitabxana
81
Çexiya, Gürcüstan, Yunanıstan, İrlandiya, Lixtenşteyn, Lüksemburq, Malta, Çernoqoriya, Polşa, Portuqaliya,
İspaniya, İsveç, İsveçrə və Böyük Britaniya da Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyasını ratifikasiya
etməyiblər.
Türkiyə, Rusiya, Monako, San-Marino və Andorra isə konvensiyaya qoşulmayıblar.
Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyası internetdə bilgisayar sistemləri, şəbəkələr və ya məlumatlar
əleyhinə həyata keçirilən əməllərə, eləcə də məzmunla bağlı problemlərə cinayət və üsul hüququ baxımından
yanaşan ilk beynəlxalq müqavilədir. Konvensiyanın məqsədi bu sahədəki milli qanunvericiliklərin
uyğunlaşdırılması və onu imzalayan dövlətlərin müvafiq qurumları arasında əməkdaşlıq imkanının
yaradılmasıdır.
2005-ci ildə Avropa Şurası bu konvensiyaya əlavə olaraq ―Bilgisayar sistemləri vasitəsilə həyata keçirilən
irqçilik və əcnəbi düşmənçiliyi xarakteri daşıyan əməllərin cəzalandırılmasına dair‖ protokolu müzakirəyə
çıxarıb. Quruma üzv olan ölkələrdən yalnız 13-ü - Albaniya, Bosniya və Hersoqovina, Xorvatiya, Cənubi Kipr,
Danimarka, Estoniya, Finlandiya, Fransa, Latviya, Litva, Norveç, Sloveniya, Ukrayna, Makedoniya əlavə
protokolu imzalayıb. 2006-cı ildən protokol qüvvəyə minib. Protokola görə, onu imzalayan dövlətlər internetdə
irqçiliyə və əcnəbi düşmənçiliyinə yönəlmiş məlumatları cinayət saymalıdırlar. 1940-45-ci illər arasında həyata
keçirilən soyqırım və bəşəriyyət əleyhinə cinayətlərin inkarı, aşağılanması, onların legitim sayılması da bu
cinayətlər sırasına daxildir.
2007-ci ilin iyun ayında qüvvəyə minən Terrorizmin Qarşısının Alınmasına dair Avropa Konvensiyası isə
internetdən xalqı terrora təşviq, terror məqsədilə iştirakçı toplama, terror təlimi üçün vasitə kimi istifadə
olunmasına qarşı mübarizənin hüquqi çərçivəsini təmin edir. Bu konvensiyanı imzalayıb, ratifikasiya edərək
milli qanunvericiliyinə salan hər bir dövlətdə belə məzmunlu internet məlumatları cinayət hesab olunur.
Kibercinayətkarlığa Qarşı Avropa Konvensiyası və əlavə protokol məzmun cinayətləri ilə bağlı hər hansı sayt
qapatma və ya girişi yasaqlama tədbiri nəzərdə tutmur. Terrorizmin Qarşısının Alınmasına dair Konvensiyada
da saytların bağlanması tədbiri əksini tapmayıb. Avropa Şurasının bütün sənədlərində bağlantı və host təmin
edənlərin hüquqları qorunur. Avropa qanunvericiliyinə görə, bağlantını təmin edən tərəf cinayət xarakterli
məlumatlara yer verən internet səhifəsinə yer ayırdığına və ya onu bağlantı ilə təmin etdiyinə görə yalnız bir
halda suçlu sayıla bilər - əgər bunda bir qəsdi, məqsədi olarsa.
Avropa Şurasının Kibercinayətkarlığa Qarşı Konvensiya Komitəsi hüquqazidd məzmun daşıyan saytları
əngəlləmə təşəbbüslərinin hüquqi məsuliyyət yaratdığını düşünür. AŞ Nazirlər Komitəsinin 16 noyabr 2007-ci
www.kitabxana.net
– Milli Virtual Kitabxana
82
il tarixli tövsiyə qərarında isə üzv dövlətlər internetdəki məhdudiyyətsiz yaradıcılığı və xəbərləşmə azadlığını
təşviq etməyə çağırılıb. Qərarda qeyd olunub ki, internet səhifəsinə sahib olmaq istəyən şəxslər qarşısında hər
hansı icazə və ya buna bənzər məhdudiyyət şərtləri qoyulmamalıdır.
Sənəddə rəsmi qurumların internetə nəzarət, məhdudiyyət və süzgəc tətbiq etməməsinin önəmi vurğulanıb.
Həmçinin o da qeyd edilib ki, internetə məzmunla bağlı qoyulan çərçivələr digər kommunikasiya vasitələrinə
tətbiq olunan məhdudiyyətlərdən çox olmamalıdır.
Nazirlər Komitəsinin 6 mart 2008-ci il tarixli qərarında da İnternetdə Xəbərləşmə Azadlığına dair 28 may 2003-
cü il tarixli deklarasiyaya istinad edilərək qeyd olunub ki, dövlət qurumları ümumi nəzarət, əngəlləmə və süzgəc
tətbiqi vasitəsilə dövlət məlumatlarına çıxışı, eləcə də internetdə sərhəd tanımayan digər əlaqələri
kəsməməlidir: ―Bir sıra üzv ölkələrdə xalqın bir sıra yerli və xarici saytlara çıxışının siyasi arqumentlərlə
əngəllənməsi meylləri var. Dövlətin nəzarətinə əsaslanan bu və ya başqa cəhdlər qəti şəkildə qınanmalıdır‖.
Qərarda üzv dövlətlərdə internet məzmununa çıxışı qadağan edən hər hansı müdaxilənin ifadə azadlığını pozma
və virtual məkanda informasiyaya çıxışı yasaqlama mənasına gələ biləcəyi vurğulanıb. Nazirlər Komitəsi qeyd
edib ki, internetə bu cür məhdudiyyətlər Avropa İnsan Haqları Konvensiyasının 10.2-ci maddəsinin tələblərinə
uyğun olmalıdır. Sənədə görə, yalnız internet istifadəçiləri könüllü olaraq və məsuliyyətini hiss edərək süzgəc
tətbiq etməsi bu sistemdən istifadəni haqlı çıxara bilər. Əks halda filtrləmə sistemi Avropa İnsan Haqları
Konvensiyasının 10-cu maddəsi ilə müdafiə olunan söz azadlığı və informasiya əldə etmək hüququna ziddir.
Qərarda deyilir ki, internet istifadəçilərinin məzmunun filtrlənməsi və əngəllənməsi qərarlarına etiraz və izahat
istəmək hüququ olmalıdır.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
83
Dostları ilə paylaş: |