Xanəndə muğama «əyaq» verib sədəfli qavalını dizləri üstə qoydu: «Sağ ol, yaĢa!»
sədaları bağda əks-səda verdi. Təhmasib Ģah ortada gəzən fərraĢı yanına çağırıb
sazandalara bir kisə əĢrəfi göndərdi…
Amma bu toy-büsatın sədası yaddaĢlarda sönməmiĢ Ġsmayıl mirzə yolunu azdı.
Halbuki, Ģah onu Herata hakim göndərmiĢdi. Ona daha nə lazımdı? Görünür, ona
böyük bir məmləkətin Ģahı olmaq çox asan gəlir. Ancaq adamları öldürməklə,
gözlərə mil çəkməklə, zindana atmaqla, axtalamaqla, mıxa keçirtməklə ölkəni
idarə etmək olmaz! ġah hansısa kitabdan oxumuĢdu ki, Ġsgəndər Zülqərneyin atası
Filipp quluna icazə veribmiĢ ki, onun yanınca gəzsin və tez-tez qulağına pıçıldasın:
«Sən Allah deyilsən! Sən Allah deyilsən! Sən Allah deyilsən!»
Atası, mürĢidi-kamili ġah Ġsmayıl Xətai də vəsiyyət etmiĢdi ki:
Sufi isən, alıb-satma,
Halalına haram qatma,
Yolun əyrisinə getmə,
Doğru yolu nəzər eylə.
Köks ötürdü. «Bəlli, Ģah Allah deyildir, onun yerdəki kölgəsidir. Amma bu kölgə
heç vaxt həddini aĢmamalıdır, - deyə düĢündü. - Mən də qan tökmüĢəm, hətta öz
əlimlə adam da öldürmüĢəm, amma tək olan Allah Ģahiddi ki, bu iĢləri səbəbsiz
etməmiĢəm».
www.kitabxana.net
– Milli Virtual Kitabxana
42
Kartli çarı Simayun (əslində Simon) farağat oturmurdu, tez-tez ġəkiyə, ġirvana
hücum eləyirdi. Buna görə dörd dəfə Cürcüstana hücum edib onları yerində
oturtmuĢdu. Sonuncu dəfə qaynı ġamxal sultan Çərkəz Kartili çarını əsir götürüb
Qəzvinə - onun hüzuruna göndərmiĢdi. ġah onun qarĢısında dayanmıĢ əsiri
Simayunun bütün günahlarından keçib Ġslamı qəbul etməsini təklif etdi. O isə
dinindən dönmədi. Simayunun taleyi onun əlindəydi, amma ona heç bir cəza
vermədi. Bir müddət dövlətxanada saxladı. Ġslamı qəbul etmədiyinə görə yox,
dəfələrlə məmləkətin sərhədini keçib əlsiz-ayaqsızların qanını tökdüyünə görə onu
Ələmut qalasına saldırdı. Axı, hər kəs tutduğu əmələ görə öz mükafatını almalıdır.
* * *
Gecə Ģahı öz düĢüncələri, ağrı-acıları ilə baĢ-baĢa qoyub hamı öz odasına
çəkilmiĢdi. ġah düĢündü ki, canda olan ağrı-acıya, üstünə qoĢun çəkən fikir-zikirə
hətta ən doğma, canı canından, qanı-qanından olanlar da Ģərik ola bilmir. Dərdini
bölüĢməyə sirdaĢ taparsan, amma canındakı ağrıya yox. Təbib də dərman verib,
tövsiyəsini edib səni tək qoyacaq. Bəli, Tanrının sənə rəva gördüyünü özün tək
yaĢamalısan.
Baharın gül nəfəsi pəncərələrdən içəri süzülüb Təhmasib Ģahın ruhunu oxĢayırdı.
Səssizlik idi. Hətta ağacda quĢlar belə uyumuĢdu. Bir xeyli sükuta qulaq asdı. O
qədər sakitlik idi, ürəyinin döyüntüsünü eĢidirdi.
Birdən hiss elədi ki, qapı astaca açıldı. Kimsə ayaqlarının ucunda içəri girdi.
Qapını ustufca, səs salmadan örtdü. «Bu kim ola?! Yoxsa keĢikçiləri yuxu tutub?
Axı kimin nə cəsarəti var gecənin bu vaxtında onun otağına girsin». Ehtiyat üçün
yastığının altında gizlətdiyi qızıl dəstəkli xəncərinə əl atdı. Amma ətir qoxusu hiss
edib susdu. Gələnin qadın xeylağı olduğunu duydu. «Yəqin xanımlardandı». Ġki
aydı hərəm dairəsinə keçmirdi. Canından az qala unutduğu bir istilik keçdi. ġah
nəfəsini çəkmədən içəri girənin hərəkətlərinə fikir verdi. ÇağırılmamıĢ mələyin
kimliyini hələ də anıĢdıra bilməmiĢdi. Fikrindən keçdi: «Olmaya gələn
Sultanımdı?»
Gələn kim idisə, otağın küncünə, üstünə Ģamdan qoyulmuĢ dolaba tərəf getdi. ġah,
«ġamdanın yerini bilirsə, deməli, məhrəm adamdı» - deyə düĢündü. YaddaĢında
bir mahnının musiqisi canlandı. Lələ Təbrizi oxuyurdu: «Bu gələn yara bınzər…»
www.kitabxana.net
– Milli Virtual Kitabxana
43
Qadın sakitcə üç Ģam yandırdı. «Ancaq evin xanımı komasından iĢıq gəlməsini
istər». Otaq tam olmasa da, yarısı iĢıqlandı. Qadın çarĢabını, rübəndini tələsmədən
açıb pəncərənin ağzına qoydu. ġah gözləyirdi. Qadın üst paltarını da soyunub Ģahın
yatağı tərəfə çöndü. ġam iĢığında onun gözəl çöhrəsini aydınca gördü. Gör neçə
ildi ayrı düĢmüĢdülər. ġah - Sultanım! deməkdən özünü güclə saxladı. Sultanım
bəyim ona yaxınlaĢdı. Təhmasib Ģah xoĢ ətir qoxusunu ciyərlərinə çəkə-çəkə:
- Sultanım, sənsən?
- Mənəm, Ģahım!
- Nə zaman gəldin?
Sultanım Ģahın sol tərəfində dizi üstə oturub əlini onun alnına qoydu:
- EĢitdim xəstələnmisən, Qumda qərar tuta bilmədim. Neçə gündü yol gəlirəm.
AxĢam atdan düĢmüĢəm.
ġah qayğılandı:
- Gərək dincələydin.
- Yuyunub özümə gəlmiĢəm, - dedi və əyilib Ģahın geniĢ alnından öpdü. ġahın əli
Sultanımın sifətində, sonra çılpaq dizində gəzdi.
- Nə yaxĢı gəldin, Sultanım, nə yaxĢı, - səsi titrədi. - Səndən ötrü çox darıxmıĢdım.
Rəhmətlik atam yaxĢı deyib:
Neylərəm ol cənnəti, içində dildar olmasa?
Qoy anı viranə qalsın - bağçada bar olmasa.
- Elədi. Mən də darıxmıĢdım, hökmdarım.
- Sultanım, sən niyə məni adımla çağırmırsan?
Sultanım bəyim nazlandı:
- Sən təkcə məmləkətin deyil, həm də mənim qəlbimin hökmdarısan axı.
- Atamın bir Ģeiri də var, yəqin anam Taclı xanıma yazıb. Ġndi mən də o Ģeiri sənə
xitabən deyəcəm. Ġndiki halımı bu Ģeir qədər izhar eləyən heç nə yoxdur.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
44
Üzün gördüm sənin, ey yarı-məhru,
Könüllər afəti, ya yüzümdür bu?
Dodağın həsrətindən xəstə haləm,
Axıtdı gözlərim yaĢı bəhər su.
HəbəĢdir kim, müsafir Rumə düĢmüĢ
Üzün səfihindəki ol xali-hindu.
Gözündən ahu tək dağlara düĢdüm,
Nə sehr etdi mənə ol iki cadu?
Xətai dər yürün xurĢidə nisbət,
Sözü rövĢən dedim yüzünə qarĢu.
Sultanım bəyim xəfif gülüĢlə:
- Hökmdarım, ürəyin doluymuĢ ki…
- Səni baĢa düĢməyən bir həmdəmin olmayanda, min nəfərin içində olsan belə,
təksən. Sənsiz mən tək idim, Sultanım, yaxĢı ki gəldin.
- Gəlməyə bilərdimmi, hökmdarım?
- Sən Quma gedəndə elə zənn etdim ki, bir daha səni görməyəcəyəm.
- Mən də elə düĢünürdüm. Amma Qumda keçən hər günümdə qəlbimdəydin. Hər
an səni anırdım, hökmdarım.
Təhmasib Ģah bir az kənara çəkilib yorğanı qaldırdı:
- Gəl bura, baharın soyuğudur, sənə soyuq olar.
Sultanım bəyim Ģahın əli ilə qaldırdığı yorğanın altına girdi. Əlləri xəstə Ģahın
tüklü sinəsində gəzdi. ġah bu təmasdan dirçəldi, sevimli arvadını qolları arasına
alıb sinəsinə sıxdı. Sultanımın nəfəsindən elə bil alov qalxırdı. Getdikcə bu alov
Ģahın boyun-boğazını qarsdı. Bir an ona elə gəldi ki, xəstə-zad deyil. Damarlarında
qanı qaynayırdı. ġah Sultanımı gənclik ehtirası ilə öpməyə baĢladı. Get-gedə hər
Ģeyi unudurdu. «Qadın nə böyük qüvvəymiĢ», deyə düĢündü.
www.kitabxana.net
– Milli Virtual Kitabxana
45
Səhərə yaxın, hava hələ iĢıqlanmamıĢ Sultanım bəyim yataqdan qalxıb gəldiyi kimi
də səssizcə otaqdan çıxdı.
* * *
Səhəri gün çeĢtə çıxanda həkim Əbu Nəsir qaranəfəs özünü saraya çatdırdı. ġah
sarıdan gecəni narahat yatmıĢdı. Əbu Nəsir keĢikçilərə salam verib Ģahın otağına
girdi. O, Ģahı üzügülər, əhvalını yaxĢı görəndə mat qaldı. ġahın hüzurunda ikiqat
əyilib ədəblə salam verdi:
- Tanrıya çox Ģükür, Ģahım, ovqatınız bu gün yaxĢıdı. Yəqin Ġbn Sinadan
bəhrələnib hazırladığım həblərin xeyri olub.
ġah mənalı-mənalı baĢını tərpətdi:
- Ola bilər, - dedi. - «Sənin verdiyin dərmandan çox, Sultanımın Ģəfqəti məni
sağaltdı, həkimbaĢı» demək istədi, amma deyəcəklərini dilinin ucundan qaytardı.
Əbu Nəsir qayğılandı:
- ġah sağ olsun, amma ehtiyatlı olmaq vacibdi. Xəstəlikdən təzə durmusunuz,
özünüzü soyuqdan qoruyun. Qibleyi-aləm, pəhrizkarlıq da ən böyük dərmandı, -
dedi.
ġah gülümsədi:
- Sufilərin həyatı elə pəhrizlə keçir.
- Elədir, qibleyi-aləm, sufilər heç zaman nəfsinin qulu olmayıblar. Həyatın bir çox
zövq-səfasından uzaq durmaq, pəhriz saxlamaq, doğrusu, böyük fədakarlıqdı.
- Bəli, həkimbaĢı, sufilərin dünya malında gözü olmaz. Onlar bir tikə çörəyə də
qail olarlar. Zahirlərinə yox, batinlərinə fikir verərlər. Bildiyin kimi, əyinlərində də
qaba yun parçadan ya paltar, ya da xirqə olar.
ġah bu sözlərlə demək istəyirdi ki, Ģah olsam da, sufiməzhəbəm, dünyanın hər cür
zövq-səfasından olmasa da, haram Ģeylərdən əl çəkmiĢəm.
- HəkimbaĢı, - dedi, - bizim nəsil Ģəcərəmizi böyük alimlər araĢdırıb, təzkirələrdə
yazılıb, mən də oxumuĢam, dilavər qocalardan eĢitmiĢəm, bu qənaətə gəlmiĢəm ki,
sufilik bizim zatımızda olub. Mənim iyirmi altıncı babam Əbülqasim Həmzənin
www.kitabxana.net
– Milli Virtual Kitabxana
46
məzarı Ərdəbil yaxınlığındakı ġeyx Kəhzəlan qəbiristanlığındadır. Ziyarətgahdır.
Babam ġeyx Səfiəddin Ġsaq Ərdəbilinin ismi-Ģərifi isə bütün məmləkətə bəllidir.
- Doğru buyurursunuz, qibleyi-aləm. El-oba ancaq sevdiklərinin adını, qəbrini min
illər boyu qoruyub saxlayır.
ġah baĢını tərpətdi və bayaqdan ayaq üstə dayanmıĢ həkimə yer göstərdi:
- ƏyləĢin.
Həkim Əbu Nəsir ədəblə baĢ əyib Ģahın iĢarə etdiyi yerdə oturdu. Hiss etdi ki, Ģah
ürəyini boĢaltmaq istəyir.
- HəkimbaĢı, bizim nəslimiz öz nəfsinin qulu olmaqla Ģahlıq mərtəbəsinə yüksəlib.
Mənim ulu babam Xoca Əli üç dəfə Əmir Teymurla görüĢüb. Əmir Teymur
Xorasana yürüĢü zamanı Ceyhun çayını keçirmiĢ, necə olursa, qamçısı suya düĢür.
Bu vaxt dərviĢ paltarında, yoxsul görkəmdə bir kiĢi əyilib qamçını götürür, verir
Əmir Teymura. Fateh ondan soruĢur:
- Kimsən, hardansan?
Babam cavab verir:
- Adım Xoca Əlidi, yurdum Ərdəbil. Ey böyük hökmdar, biz yenə görüĢəcəyik.
Doğrudan da, Əmir Teymur Bağdaddan Ġranın Xuzistan vilayətinə qoĢun çəkəndə
Dizful çayı üstündə çiyninə qara xirqə salmıĢ babam Xoca Əlini görür. Babam
deyir:
- Hökmdar, mən Ceyhun çayının kənarında sənin əlinə qamçı vermiĢ dərviĢəm. Biz
bir də Ərdəbildə görüĢəcəyik, hökmdar.
Doğrudan da, Əmir Teymur Osmanlı Sultanı Ġldırım Bəyazidi məğlub edir, xeyli
əsir götürüb Ərdəbilə gəlir. Ərdəbildə o, ulu babamız ġeyx Səfinin məqbərəsini
ziyarət etməyə gedir. Ġçəri girəndə vaxtilə əlinə qamçı vermiĢ babam Xoca Əlini
səcdədə görür. Müridlərdən biri yaxınlaĢıb babama dünyanın hökmdarı Əmir
Teymurun gəldiyini söyləyir. Babam Xoca Əli heç halını da pozmur, əli ilə
hökmdara oturmaq üçün yer göstərir. Babam səcdədən ayrılıb hökmdarla üzbəüz
oturanda Əmir Teymur ondan nəyə ehtiyacı olduğunu soruĢur. Babam dünya
malında gözü olmadığını söyləyir. Əmir Teymur heyrət edir. Təkidlə babama
deyir:
- O zaman sən məndən dünya malı olmayan bir Ģey istə!
www.kitabxana.net
– Milli Virtual Kitabxana
47
Babam Xoca Əli deyir:
- Hökmdar, Allah rizası üçün Osmanlı əsirlərini azad edin, Sizdən baĢqa bir
təmənnam yoxdur.
Əmir Teymur əsirləri azad edir. Əsl sufilər Allahdan baĢqa kimsəyə itaət etməzlər,
həkimbaĢı. Bax, bu inam, əqidə bizi ucaldıbdır.
- Elədir, Ģahım, - həkim əlini sinəsinə qoyub təzim etdi. - Dünyanı sizin kimi
müdrik Ģahlar idarə etməsə, vəhĢilik baĢ alıb gedər.
- Müdrük olmaq üçün çox Ģeydən keçib kamilliyə can atmaq gərəkdir. Kamil
insandan kimsəyə xəta gəlməz, həkimbaĢı, cahildən isə hər sifəti gözlə. Ad -
sufilərin əlaməti, Allaha görə elm - onların sifəti, ibadət - onların bəzəyi,
mömünlük - onların Ģüarı, haqqın həqiqətləri - onların sirləridir. Sufi yolunu tutan
kəs son məqsədinə çatmaq üçün Ģəriət, təriqət, həqiqət, mərifət deyilən
mərhələlərdən keçməlidir. Atam ġah Ġsmayıl cənnətməkan bu xüsusda belə
buyurub:
Keçmək gərək dörd qapıdan,
Qurtulasan mürəbbidən,
Mürəbbidən, müsahibdən
Ələ gərək yol Əlinin.
- Allah atanıza rəhmət eləsin, düz buyurub.
FərraĢlardan biri qapını açıb içəri girdi:
- Qibleyi-aləm, Sultanım bəyim yanınıza gəlmək üçün izn istəyir.
- Gəlsin!
Həkim Əbu Nəsir dərhal ayağa qalxdı:
- Qibleyi-aləm, Allah yastığınızı yüngül, taxtınızı uca eləsin. Ġcazənizlə mən
gedim.
- Buyurun, həkimbaĢı.
Həkim çıxdı. Bir qədər keçmiĢ Sultanım bəyim içəri keçdi:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
48
- Mənim qəlbimin sultanı özünü necə hiss eləyir?
- YaxĢıyam, Sultanım, gərək çoxdan gələydin, ayağın mənə düĢdü.
Sultanım bəyim nazlandı:
- Hər gün bayram olmur, hökmdar.
- Sənin hər gəliĢin mənə bayramdı, Sultanım, sən mənə gəncliyimi, çılğın
çağlarımı xatırladırsan.
- Qayğısız günlərimizi.
- Yox, mənim qayğısız günüm olmayıb, Sultanım. Bu boyda məmləkətin qayğısı
mənim çiyinlərimdədi. Ġki aydı xəstəyəm, ətrafımda dolaĢanlar nə fikirlərə
düĢməyiblər?! Mənim öləcəyimi zənn ediblər, Ģahlıq, taxt-tac eĢiqinə düĢüblər.
Allah, Allah… - ġah köksünü ötürdü.
- Allah eləməsin, hökmdar, səni istəməyənlər ölsün.
- Allah yox, bəndələr bu fikrə düĢüblər, Sultanım. Hökmümüz altında olanlar iki
dəstəyə bölünüblər. Hələ mən həyatda ola-ola bu oyunları törədirlər, gör
olmayanda nə fəlakətlər olacaq.
- Allah səni qorusun, hökmdarım. Sənə sayğısızlıq göstərənlər, inĢaallah,
cəzalarına çatarlar. - Bir qədər susub əlavə etdi. - Hökmdarım, bu Heydər mirzə
tərəfdarlarından oğlumuz Ġsmayıl mirzəyə bir xətər toxunmaz?
- Ürəyini sıxma, tədbir görmüĢəm, inĢaallah heç nə olmaz.
- Ġsmayıl sarıdan ürəyim çox narahat idi. Allah səndən razı olsun… YaxĢı, ürəyin
nə istəyir, deyim, aĢpazlar hazırlasın.
- MeyxoĢ bir Ģey. Çoban buğlaması, yanında da bir badya dovğası, - Ģah güldü.
- Hökmdar, elə dedin, lap iĢtaha gəldim.
- Hazırlasınlar, bir yerdə yeyərik.
- YaxĢı, - deyə Sultanım otağı tərk etdi.
VI fəsil
www.kitabxana.net
– Milli Virtual Kitabxana
49
ZƏRĠF RUHLU ATA. YIRTILMIġ KƏFƏN
Bir ovuc tozdur küləklər qarĢısında bu bədən,
Ömrümüz qartək əriyir hər an günəĢdən, Ģölədən.
Ġmadəddin Nəsimi
Təhmasib Ģah baĢını əlləri arasına alıb fikrə getmiĢdi. YaxĢı bilirdi ki, Allahın izni
ilə qəfil ayağa qalxmağı çoxlarını çaĢdırıb. Yuxusu ərĢə çəkilənlər də, sevincindən
çiçəyi çırtlayanlar da olacaq. Biri-birini sevməyənlər qapısını açıb - örtməkdən
yağır edəcək, onun əlilə bir-birini sıradan çıxarmağa çalıĢacaqlar. Gör haqqı
nahaqqa verməmək üçün nə qədər baĢ sındırmalı, düĢünüb daĢınmalı olacaq.
Heydər mirzənin tərəfdarları xeyli dilxor görünürdülər - ona görə yox ki, Ģah
gözlənilmədən kəfəni yırtmıĢdı, yox, onlar Ģahın sağalmasından heç də
təəssüflənmirdilər. Ancaq görünən o idi ki, Ġsmayıl mirzə fədakarları Heydər
mirzəni Səfəvi xanəgahının taxtında görmək istəyənlərdən fərqli olaraq, Ģahın
gözündə ucalmaq fürsəti qazanmıĢdılar. Pərixan bəyim, onun doğma qardaĢı
Süleyman mirzə, dayısı ġamxal sultan Çərkəz, digər oğlanları Əhməd mirzə,
Mahmud mirzə, hiyləgərlikdə Ģeytana papıĢ tikən Hüseynqulu Xüləfa Rumlu indi
özlərini elə aparırdılar ki, sanki Qəhqəhə qalasında dustaq olan Ġsmayıl mirzənin
yox, Ģahın yolunda canlarından keçməyə hazır olan fədailərdilər. Onlar Ģahsevən
olmuĢdular. ġahsevənlər qorxub-çəkinmədən Heydər mirzənin, onun
tərəfdarlarının ünvanına söyub-söylənir, onları Səfəvi xanədanının düĢmənləri
hesab edirdilər.
Ġndi əsas məsələ özünə gəlib dirçəlmiĢ Təhmasib Ģaha düĢmənlərinin yerini
göstərmək idi. Onların məqsədi Heydər mirzəni gözdən salmaq, tərəfdarları
Hüseyn bəy YüzbaĢını, Piri bəy Qoçulunu, Məhəmməd bəy Qoyunçuoğlunu,
Allahqulu sultan Aycəkoğlunu sıradan çıxarmaq, saraydan qovdurmaq idi, özü də
rüsvayçılıqla, urvatsız…
Bu məsələdə Ģahsevənlərin hər birinin öz məqsədi, öz məramı vardi. Birisi var-
dövlətini qorumaq hayında, digəri sarayda yüksək vəzifə tutmaq umacağında idi.
Eləsi də vardı, küyə gedirdi, heç özü də bilmirdi ki, ona nə lazımdı. Pərixan bəyim
isə nə istədiyini, nə üçün istədiyini, nəyin naminə canfəĢanlıq etdiyini çox gözəl
bilirdi. Bilirdi ki, Ģəriət qanunlarına görə, Ģahlıq taxtında heç zaman otura bilməz,
amma istədiyi Ģəxsin baĢına hakimiyyət tacını qoya bilsə, gözə görünmədən
www.kitabxana.net
– Milli Virtual Kitabxana
50
məmləkətin sahibi o olacaqdı. O, istəklərini həyata keçirmək üçün Heydər mirzəni
də dəstəkləyə bilərdi. Amma onun örkəninin üstünə darı yığa bilmirdi. Heydər
mirzə atası ġah Təhmasibin sevimli oğluydu, iki il idi, demək olar, Ģahın
göstəriĢlərini o icra edirdi, sarayda hörmət-izzət sahibiydi, tərəfdarları vardı,
deməli, sabah hakimiyyətə gəlsə, onun boynunda zərrəcə minnəti olmayacaqdı.
Pərixan bəyim bu düĢüncəylə Heydər mirzədən xoĢlanmırdı, onu Ģahlıq taxtında
görmək istəmirdi. Bilirdi ki, Heydər mirzə taxtda otursa, cavan Ģahın iĢlərinə
qarıĢsa, onu zorla da olsa niĢanlısına ərə verib, ərini də uzaq əyalətlərdən birinə
vali təyin edər və bu yolla onu saraydan birdəfəlik uzaqlaĢdırardı. Ona görə də
Pərixan bəyim düĢünürdü ki, Ġsmayıl mirzəni Qəhqəhə qalasından çıxartdırıb
Ģahlıq taxtında oturtsa, onun boynunda haqq-sayı olacaq, o yan - bu yan eləcə,
keçmiĢini ona xatırladacaq: «Mən olmasaydım, indi dustaqxanada can çürüdürdün.
Məni baĢıörpəkli adi qadınlarla tərəzinin bir gözünə qoymağı dirdəfəlik unut! Səni
Ģahlıq taxtında oturdan, oradan düĢürdə də bilər».
Pərixan bəyimin kəfəni yırtmıĢ atasına Heydər mirzə, onun tərəfdarları ilə bağlı bir
söz demək fikri yoxdu. Çünki atasını hər kəsdən yaxĢı tanıyırdı. Bilirdi ki, yanına
gedib danıĢsa, atası səbirlə ona qulaq asacaq, ancaq nə qərara gəldiyini
söyləməyəcək. ġah dedi-qoduya, qeybətə qoĢulmayan adamdı. Yanına gələni
dinləyirdi, amma nə qərara gəldiyini, necə tədbir tökəcəyini Allahdan baĢqa kimsə
bilə bilməzdi. Əlbəttə, o, bağıĢlamağı sevdiyi kimi, günahkarı cəzalandırmağı da
yaxĢı bacarırdı. Bəzən günah iĢ tutmaqda həddini aĢana elə cəza növü seçirdi ki, bu
barədə camaat illərlə danıĢırdı. Pərixan bəyim elə qəbahət iĢ tutmamıĢdı ki,
cəzalandırılsın, amma həm də zərif ruhlu atasının gözündən düĢməkdən, onun
tənəli, adamın yeddi qatından keçən sözlərini eĢitməkdən ehtiyatlanırdı. Atası onun
niyyətini dərhal baĢa düĢüb ox kimi adamın gözlərinin içinə sancılan baxıĢlarını
çəkmədən: «Sən də belə, Pərixan! Mən səni niĢanladım ki, ərə gedib ev-eĢik sahibi,
ana olasan, sən isə hər Ģeydən keçib hakimiyyət eĢqinə düĢmüsən. Heyif mənim
zənnimə, mən səni kamil insan bilirdim, demə sənin qəlbin Ģeytan yuvasıymıĢ…»
Yox, bu sözləri eĢitmək, canı qədər sevdiyi atasının gözündən düĢmək, onun
inamını qırmaq istəmirdi Onun gözündən düĢənlər, illər keçsə belə, əvvəlki tək
onun rəğbətini qazana bilmirdilər. Ona görə də yaxĢı olardı Heydər mirzə haqqında
onun ürəyindən keçənləri baĢqaları, lap öz doğma anası danıĢsın. Lalın dilini anası
bildiyi kimi, kiĢinin də dilini arvadı yaxĢı bilər. Gecə gedib girsin ərinin yatağına,
həm ləzzətli Ģirin bir gecə keçirtsin, həm də məqamında olub-keçənlərdən Ģahı
agah etsin. Desin, bilirsənmi oğlun Heydər mirzə hansı yuvanın quĢudu, Piri bəy
Qoçulunu, Məhəmməd bəy Qoyunçuoğlunu, vaxtı ilə cəzalandırdığın o Allahqulu
sultan Aycəkoğlunu, ustaclıların əmiri Hüseyn bəy YüzbaĢını sən yaxĢı
tanıyırsanmı?
www.kitabxana.net
– Milli Virtual Kitabxana
51
Bu yerdə Pərixan bəyimin fikri bir az çiləkənlədi. Ustaclı Hüseyn bəy YüzbaĢı
tədbirli, ağıllı, hörmətli bir adamdı, onu Ģahın gözündən salmaq elə də asan iĢ
deyildi. Pərixan bəyim bir qədər düĢünüb sonra bu qərara gəldi ki, gündüzlər
kiĢilər hakim olsalar da, gecələrin hakimi qadınlardır. Anası Ģahın yanına gedib hər
Ģeyi bircə-bircə ona anladar.
VII fəsil
SARAYDA HÖRÜMÇƏK TORU
Ey bəxtinin dalınca səy edən,
Bəxt və dövlət iĢi bilməklə deyil.
I ġah Təhmasib Səfəvi
Hüseyn bəy YüzbaĢı məsləhət-məĢvərətə gələn Piri bəy Qoçulunu, Məhəmməd
bəy Qoyunçuoğlunu, Allahqulu sultan Aycəkoğlunu yola salıb qayıtdı. Onlara
dönə-dönə tapĢırdı ki, ehtiyatlı olsunlar, Hüseynqulu Xüləfa kimi hiyləgərin felinə
getməsinlər, onun qurduğu tora yaxın düĢməsinlər. Onlar da Hüseyn bəy YüzbaĢını
arxayın salmıĢdılar.
Hüseyn bəy YüzbaĢı otağa keçəndə onu gözləyən gənc Ġsgəndər bəy ehtiram
göstərib ayağa qalxdı. Bu ucaboylu, qaraqaĢ, qaragöz oğlanın xətrni çox istəyirdi.
Hüseyn bəy sağ əli ilə gəncin çiynindən basdı:
- Otur, otur, böyüklərin yolunu tutduğun üçün Allah yanında üzün ağ olsun, - dedi.
- Çox sağ olun, Hüseyn əmi, - deyə Ġsgəndər bəy cavab verdi.
Qulluqçu iki piyalə kəklikotu çayı gətirdi:
- Buyurun, çay için, ağa.
- Sağ ol, hardan bildin ürəyim kəklikotu çayı istəyir?
Qulluqçu xoĢ sözdən məmnun halda:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
52
- Adamın ürəyinə damır, ağa, - dedi.
Hüseyn bəy təbəssümlə:
- Adam olanın, hə…
Qulluqçu baĢ əyib çıxdı. Hüseyn bəy ağzına iki tutqurusu atdı və çaydan iki
qurtum alıb piyaləni süfrəyə qoydu, sınayıcı nəzərlərini nə barədə isə düĢünən
Ġsgəndər bəyə dikdi:
- Nə düĢünürsən?
Ġsgəndər bəy fikirdən ayrılıb:
- Heç, elə-belə… - dedi
- Elə-belə heç nə yoxdu, oğlum.
- Doğrudu, Hüseyn əmi.
- Sən mənim ən yaxın dostumun oğlusan, ürəyində nə sıxıntın olsa, utanma, de.
ĠĢindən razısanmı?
- Razıyam, Allah da sizdən razı olsun. Saray dəftərxanasında iĢləmək, məĢhur
nəqqaĢlarla, xəttatlarla hər gün görüĢüb söhbət etmək çox xoĢdu, Hüseyn əmi.
- Çox gözəl. Sənin bu siyaq elminə bağlılığın nədəndir? - Hüseyn bəy soruĢdu.
Ġsgəndər bəy yerində qurcuxub dedi:
- Ağa, bu iĢə məni mal-dövlət düĢgünü olan insanlar həvəsləndirdilər. Ġndi mən
dəftərxanada dövlət xəzinəsinə daxil olan mədaxil və məxaric dəftərlərinə xüsusi
iĢarələrlə, rəmzlərlə qeydlər edirəm ki, kimsə bu dəftərlərdə düzəliĢ etməyə cəsarət
etməsin. Mən siyaq elmini yaxĢı mənimsəmiĢəm, əmi.
Hüseyn bəy bir qədər düĢünüb dedi:
- Əcəb, heç sözüm yox. Amma məni sənin gələcəyin düĢündürür. Hələ çox
cavansan, həyatın qabaqdadır, de görüm bütün ömrünü siyaqlıq peĢəsinə
bağlamaqmı istəyirsən?
- Məni bu iĢə həvəsləndiriblər, mən də bu peĢəni öyrənmiĢəm, daha mənim
əlimdən nə gəlir?
Hüseyn bəy inamla:
www.kitabxana.net
– Milli Virtual Kitabxana
53
- Ġstəsən çox Ģey, Ġsgəndər bəy, - dedi. - Sən lap gənc yaĢında gəlib düĢmüsən
saraya. Bu həm xoĢbəxtlikdi, həm də … - arxasını demədi, amma Ġsgəndər bəy
Dostları ilə paylaş: |