Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə40/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   36   37   38   39   40   41   42   43   ...   71
kitab20111201122645312

MALIBƏYLİ ƏHVALATI 

 

Şəvval ayının 17-si, cümə axşamı Şuşakənddən, Daşkənddən, Muxətərdən, 



Keşişkənddən  və  Daşaltıdan  neçə  yüz  erməni  yığılaraq  qımdatlarla  məsləhətləşib 

belə  qərara  gəldilər  ki,  müsəlmanların  qüvvələrini  zəiflətmək  məqsədilə 

kəndlərdən  onları  qovub  təmizləsinlər.  Bundan  sonra  Qalaya  hücum  çəkib 

müsəlmanların  müqavimətini  sındırmaq  asan  olacağını  söylədilər.  Ermənilər 

tökdükləri tədbirlərə əsasən birinci Malıbəylinin üstünə hücum çəkib oranı tar-mar 

etmək, ev-eşiklərini yandırıb mallarını qarət etmək fikrində idilər. 

Ermənilər bu məqsədlərini həyata keçirmək üçün səhər tezdən Malıbəylinin 

üzərinə hərəkət etdilər. Bu hücumda neçə yüz adam və kəl arabaları iştirak edirdi. 

Onlar kəl arabalarını müsəlmanların mallarını qarət edib aparmaq üçün gətirirdilər. 

Ermənilər  Malıbəylini  qiblə  və  qərb  tərəfdən  mühasirəyə  aldılar.  Hücum  səhər 

tezdən olduğuna görə səngərdə olanlar yatmışdılar. Kəndin səhər tezdən oyananları 

hücumdən  xəbərdar  olub  başqalarına  da  məlumat  verdilər.  Səngərdə  dayanmış 

müsəlmanlar bu qədər ermənini  görən kimi bir-iki  güllə atdılar. Ermənilər isə hər 

səngərə  yüzə  qədər  tüfəngdən  atəş  açdılar.  Odur  ki,  səngərdəkilər  atəşin  belə 

çoxluğundan  vəhşətə  gəlib  səngərlərdən  kəndin  içərisinə  qaçırdılar.  Ermənilər  isə 



52 

 

səngərləri  tutaraq  kəndə  daxil  oldular.  Onlar  Hacı  Təhmirəzin  evini  ələ  keçirərək 



hər  tərəfdən  ona  od  vurdular.  Qımdatlardan  ikisi  sevincindən  evin  balkonunda 

şadlıq  edirdilər.  Belə  ki,  biri  əl  çalıb,  o  birisi  oynayırdı.  Bu  zaman  Malıbəylinin 

igidləri  və  tüfəngdarları  əhvalatı  belə  görən  kimi  nərə  çəkib  hər  tərəfdən 

ermənilərin üzərinə hücum çəkdilər. Bir  cavan  müsəlman Hacı Təhmirəzin evinin 

balkonunda  oynayan  ermənini  sinəsindən  nişan  alaraq  elə  vurdu  ki,  erməni  bircə 

dəfə çığırıb yerə yıxıldı. Həmin cavan bir güllə də çəpik çalan qımdata vurdu. O da 

bərk qışqırıb o biri erməninin yanına yıxıldı. 

Müsəlmanlardan  bir  atlı  Xankəndinə,  o  birisi  isə  Qalaya  xəbər  gətirib 

onlardan  kömək  tələb  etdilər.  Dərhal  Qalada  cavan  müsəlman  döyüşçüləri 

toplaşaraq  Ağa  Şamil  və  Bəşir  bəyin  rəhbərliyi  altında  Malıbəyliyə  tərəf 

yollandılar.  Xankəndindən  isə  bir  dəstə  müsəlmanlar  kazaklarla  birlikdə 

Malıbəyliyə  gəldilər.  Qaladan  və  Xankəndindən  kömək  gələnə  kimi  Malıbəyli 

cavanları  hər  tərəfdən  ermənilərin  üzərinə  hücuma  keçmişdilər.  Hər  iki  tərəfdən 

güllə  yağış  kimi  yağırdı.  Hacı  Təhmirəzin  evinin  balkonunda  iki  qımdat 

öldürüldükdən  sonra  ermənilər  qaçmağa  başladılar.  Müsəlmanlar  onları  təqib 

edərək gülləyə tuturdular. Bu təqib zamanı daha doqquz erməni öldürüldü,  neçəsi 

isə yaralandı. 

Ermənilərin Malıbəyliyə hücumunun başlanğıcında Hacı Təhmirəzin evinin 

yanında  vuruşma  gedərkən  müsəlmanlar  evi  hər  tərəfdən  gülləyə  tuturdular  ki, 

ermənilər  oraya  daxil  olmasın.  Bu  zaman  ermənilərin  əlinə  düşməsin  deyə  evin 

bəzi  qiymətli  əşyalarını  yığıb  özləri  ilə  aparmaq  istəyən  iki  övrətin  erməni 

olduğunu güman edən müsəlman cavanları səhvən onları da vurub öldürmüşdülər. 

Ermənilər  Malıbəylidən  çıxarıldıqdan  sonra  Xankəndindən  və  Qaladan 

gələn  dəstələr  gurultu  ilə  Malıbəyliyə  daxil  oldular  və  onlar  Malıbəyli 

müdafiəçilərinə qoşularaq salavat və «Ya Əli!» nərələri çəkib cəsarətlə ermənilərin 

üzərinə  hücum  çəkdilər.  Ermənilərin  gülləbaran  edilməsi  nəticəsində  daha  on  beş 

erməni öldürüldü. Ermənilər vəziyyəti belə görən  kimi pərən-pərən olub qaçmağa 

başladılar.  Həmin  həlak  olan  15  nəfərin  meyidini  də  götürüb  kənarda  saxladılmış 

və  qənimət  üçün  gətirilmiş  arabalara  qoyub  apardılar.  Hacı  Təhmirəzin  evində 

öldürülmüş 9 erməni meyidi isə oradaca evlə birlikdə yanmışdı. Qaçan erməniləri 

müsəlman  döyüşçüləri  gülləbaran  edə-edə  təqib  edirdilər.  Sonra  daşların  dibində, 

çökək və çuxur yerlərdə ölən ermənilərin meyidlərini saydılar. Onların miqdarı 80 

nəfərə  çatmışdı.  Müsəlmanlar  tərəfdən  isə  bu  davada  ölənlər  Hacı  Məhəmmədin 

bir cavan oğlu və Hacı Təlmirəzin evindəki iki övrət olmuşdur. 

Hacı Təhmirəzin evində öldürülmüş 9 nəfər ermənidən beşi kazak çinovniki 

paltarları geyiniblərmiş ki, müsəlmanlar onları kazak bilib atəş açmasınlar. 

 

 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin