Mir Möhsün NƏvvab



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə37/71
tarix10.04.2022
ölçüsü1,09 Mb.
#55075
1   ...   33   34   35   36   37   38   39   40   ...   71
kitab20111201122645312

SEYİDİN ƏHVALATI 

 

Həmin  gün  ermənilərlə  müsəlmanların  barışığı  elan  edilərək  hər  iki  millət 

arasında sülh yaradıldıqdan sonra kəndistan yerindən olan və orada alverlə məşğul 

olan  bir  seyid  evlərinə  tərəf  gedirdi.  Seyid  erməni  küçəsi  ilə  bulvarın  yanından 

gəlib  keçəndə  onunla  tanış  olan  bir  erməni  qabağına  çıxdı.  Hal-əhval  etdikdən 

sonra  erməni  dedi  ki,  bu  evdə  satılmalı  bir  palaz  var.  Gedək  onu  sənə  alım.  Bu 

şərtlə ki, əgər ucuz alsam, mənə dəllallıq pulu verməlisən. Seyid onunla razılaşdı. 

Onlar bir az getdikdən sonra qabaqlarına iki yapıncılı qımdat çıxdı. Onlar ermənicə 

bir-birindən  soruşdular  ki,  seyidi  harada  aparıb  öldürsünlər.  Birisi  dedi  ki,  əvvəl 

gərək  Kiki  Kələntərova  deyək,  ondan  sonra  öldürək.  Seyid  erməni  dilini 

bildiyindən  bu  danışıqların  hamısını  başa  düşürdü.  Əhvalatın  nə  yerdə  olduğunu 

dərk  edən  seyid  daxilən  həyəcanlansa  da,  öz  həyəcanını  büruzə  vermədi.  Əvvəl 

istədi ki, qaçsın, lakin buna heç bir fürsət olmadığını görüb vəziyyətdən çıxış yolu 

axtarmağa  başladı.  Ermənilərdən  biri  digərinə  dedi  ki,  siz  onu  söhbətə  tutub 

saxlayın,  mən  gedim  Kikiyə  məlumat  verim.  Bir  azdan  erməni  geri  dönərək  öz 

yoldaşlarına  buyurdu  ki,  seyidi  Kikinin  əmri  ilə  öldürüb  onu  da  papaqçını 

basdırdığınız  yerdə  basdırın.  Bundan  sonra  onların  hər  üçü  üzərinə  hücum  çəkib 

qollarını tutdular və toqqanı açıb boynuna bağlayıb çəkə-çəkə bir həyətə gətirdilər. 

Evdən bir övrət çıxıb dad-fəryad elədi ki, bunu burda öldürməyin. O gün papaqçını 

öldürərkən  uşağım  qorxaraq  naxoşlayıb.  Övrətin  etirazından  sonra  onlar  seyidi 

evdən  çıxartdılar.  Övrət  isə  darvazanı  onların  arxasınca  bərk-bərk  bağladı. 

Ermənilər  seyidi  evdən  çıxardıqdan  sonra  fikirləşdilər  ki,  onu  harada  öldürsünlər. 

Bu zaman birdən yolun o biri tərəfindən hay-küy qalxdı. Bir müsəlman çığırırdı ki, 

tut məni görüm necə tutursan. Kəndistan yerindən olan bu müsəlman atın üstündə 




50 

 

getdiyi  yerdə  iki  erməni  onun  üstünə  hücum  çəkərək  tutub  öldürmək  istəsələr  də, 



gücləri çatmır. Bu seyidin yanında olan ermənilərdən biri onunla qaldı, ikisi isə o 

biri  ermənilərə  köməyə  getdilər.  O  biri  erməni  seyidi  orada  olan  çuxura  salmaq 

istəyərkən,  seyid  toqqadan  tutub  erməniyə  müqavimət  göstərir.  Yer  yaş 

olduğundan  seyidin  göstərdiyi  müqavimət  nəticəsində  erməninin  ayağı  sürüşüb 

yıxılır  və  toqqa  əlindən  çıxır.  Seyid  fürsəti  əldən  verməyib  erməni  qalxanacan 

müsəlman məhəlləsinə tərəf xeyli qaçdı. Qaçarkən yolda seyid bir neçə dəfə yıxılsa 

da,  qalxıb  yenə  də,  öz  yoluna  davam  edirdi.  Nəhayət,  müsəlman  məhəlləsinə 

çatdıqdan sonra sakitləşdi. 




Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin