M.İSMİxanov, H. Bayramov, S. VƏLİyeva


Ali məktəbin kollegial orqanları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə136/142
tarix20.03.2023
ölçüsü1,67 Mb.
#88851
növüDərs
1   ...   132   133   134   135   136   137   138   139   ...   142
Ali mekteb pedaqogikasi-kitab

 
4.Ali məktəbin kollegial orqanları 
Ali məktəbin idarə edilməsində inzibati rəhbərliklə yanaşı 
kolleqial orqanlar da həlledici rol oynayır. Ali məktəbin kolle-
gial orqanlarına rektorluq, ali məktəbin Elmi Şurası, fakültə 
elmi şuraları, elmi-metodik şuralar daxildir. “Təhsil haqqında 
Azərbaycan Respublikası Qanunu”nda göstərildiyi kimi (mad-
də 30), dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və 
pedaqoji şuralardır. Ali məktəbin rektoru Elmi Şuranın qəbul 
etdiyi qərarlar əsasında əmr və sərəncamlar verir. 
Rektor və dekanlar ali təhsil müəssisəsinin Elmi Şurasın-
da hesabat verirlər. 
Ali məktəbin Elmi Şurası Təhsil Nazirinin əmri ilə 
təsdiq edilmiş «Ali məktəbin Elmi Şurası haqqında Əsasnamə» 
üzrə fəaliyyət göstərir. Elmi Şuranın tərkibinə rektor (sədr), 
prorektorlar, dekanlar, fakültə elmi şuralarında ali məktəbin 
Elmi Şurasına seçilmiş kafedra müdirləri, elmi katib, ali mək-
təbin tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutlarının 
direktorları, idarə və şöbə müdirləri, azad həmkarlar birliyinin 
və tələbə gənclər təşkilatının sədrləri daxildir. 
Ali məktəbin Elmi Şurası geniş səlahiyyətlərə malikdir. 
O, ali məktəb həyatının ən vacib məsələlərini müzakirə edib, 
müvafiq qərarlar qəbul edir. Bu məsələlərə aşağıdakılar daxildir:


224 
-Elmi Şura ali təhsil müəssisəsinin Nizamnaməsini qəbul 
edir, lazım gəldikdə orada dəyişikliklər aparır; 
-hər il ali məktəbin fəaliyyəti haqqında rəhbərliyin hesa-
batını, vaxtaşırı olaraq fakültə dekanlarının fakültədə tədris, 
elmi-tədqiqat və tərbiyə işləri barədə hesabatlarını dinləyir; 
-fakültələrin, kafedraların və ali təhsil müəssisəsinin digər 
struktur bölmələrinin yaradılması, ləğvi, yenidən təşkili mə-
sələlərini həll edir; 
-kafedra müdirlərinin, professorların, baş elmi işçilərin 
seçkisini keçirir və zəruri olduqda onların tutduqları vəzifə-
lərdən vaxtından əvvəl azad olunmaları məsələlərinə baxır; 
-təhsil müəssisəsi əməkdaşlarını elmi adlara, mükafat və 
təltiflərə təqdim edir; 
-ali təhsil müəssisəsinin maliyyə və təsirrüfat fəaliyyə-
tinin nəticələrini müzakirə edir və s. 
Elmi Şuranın qərarları rektorun əmri ilə təsdiq olunduq-
dan sonra qüvvəyə minir. 
Ali məktəbin Elmi Şurası ilə yanaşı fakültələrdə fakültə 
elmi şuraları fəaliyyət göstərir. 
Fakültə elmi şuraları fakültəyə ümumi rəhbərliyi həyata 
keçirir. Elmi Şuranın tərkibinə dekan (sədr), dekan müavinləri, 
fakültə tərkibində fəəaliyyət göstərən kafedraların müdirləri, 
elmi katib, kafedra iclaslarında fakültə elmi şurası üzvliyinə 
seçilmiş təcrübəli müəllimlər, fakültə azad həmkarlar və tələbə 
gənclər təşkilatlarının nümayəndələri daxil olurlar. Fakültə elmi 
şuraları Təhsil Nazirinin əmri ilə təsdiq olunmuş «Ali məktəbin 
fakültə elmi şurası haqqında Əsasnamə» üzrə fəaliyyət göstərir. 
Fakültə elmi şuraları müəyyən səlahiyyətlərə malikdir; 
fakültənin tədris-tərbiyə, elmi fəaliyyəti ilə bağlı bir çox mə-
sələləri həll edir, müvafiq qərarlar qəbul edir. Fakültə elmi şu-
ralarının həll etdiyi başlısa məsələlər aşağıdakılardan ibarətdir: 
-fakültədə tədris-metodik, elmi-tədqiqat işlərinin, isteh-
salat və pedaqoji təcrübələrin, habelə imtahanların yekunlarının 
müzakirəsi; 


225 
-fakültə dekanının seçkisi, professor-müəllim heyətinin 
boş yerlərə seçkilərinin keçirilməsi; 
-fakültənin professor-müəllim heyətinə müvafiq elmi ad-
ların verilməsi üçün ali məktəbin Elmi Şurasına müraciət 
edilməsi; 
-kafedraların tədris-metodik və elmi işləri ilə bağlı he-
sabatlarının müzakirəsi; 
-fakültə məzunlarından doktoranturaya qəbul olunmaq 
üçün namizədlərin təqdim edilməsi; 
-fakültədə, onun nəzdində olan kafedralarda maddi-tex-
niki təchizatla bağlı məsələlərin müzakirəsi və müvafiq qə-
rarların qəbul edilməsi və s. 
Fakültə Elmi Şurasının sədri-dekan şuranın qərarlarının 
icrasını müntəzəm yoxladır və icranın vəziyyəti barədə şura 
üzvlərinə məlumat verir. 
Ali məktəbin, oradakı tədris, elmi-metodik işlərin idarə 
olunmasında ali təhsil müəssisəsində və fakültələrdə yaradılan 
elmi-metodik şuralar da mühüm rol oynayır. Bu şuraya nüfuzlu 
alimlər, pedaqoji-metodik cəhətdən hazırlıqlı, təcrübəli müəl-
limlər daxildir. Elmi-Metodik Şuranın üzvləri kafedra iclasla-
rında irəli sürülür. Fakültə elmi-metodik şuralarının sədrləri pe-
daqogika, psixologiya, metodika sahəsində yaxşı hazırlığı olan 
səriştəli alimlərdən seçilir. Onlar fakültə elmi şuralarının tər-
kibinə daxil olurlar. Elmi-metodik şuralar tədrisin elmi-metodik 
cəhətdən düzgün təşkilinə, ayrı-ayrı kafedralarda nümunəvi və 
açıq məşğələlərin keçirilməsinə, onların müzakirəsi və qiymət-
ləndirilməsinə, mühazirə mətnlərinin və imtahan biletlərinin və 
ya test suallarının düzgün tərtibinə nəzarət edir, tədris prosesin-
də qarşıya çıxan elmi-metodik problemlərin həllində, rektorlu-
ğa təkliflər hazırlanmasında fəal iştirak edirlər. Şura habelə el-
mi seminarlar, elmi-metodik konfranslar təşkil edir, tədris-me-
todik vəsaitlər, proqramlar və dərslikləri müzakirə edib onları 
nəşrə tövsiyə edir. Elmi-metodik şuralar professor-müəllim 
heyətinin öz elmi-pedaqoji səviyyəsini artırması, ixtisasartırma 


226 
kurslarından keçmələri istiqamətində də fəal iş aparır. 
Ali məktəbə səmərəli rəhbərliyin həyata keçirilməsi bütün 
qüvvələrin-ali təhsil müəssisəsi rəhbərliyinin, kollegial orqanla-
rın, müəllim və tələbə təşkilatlarının qüvvələrini birləşdirmək-
dən, onların əməkdaşlığını təmin etməkdən çox asılıdır. 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin