230
Tələbənin
müvəffəqiyyət qazandığı fəndən yay semestrin-
də birbaşa yenidən imtahan verməyə icazə verilmir. O, yalnız
həmin fənni yay semestrində yenidən götürərək dərslərdə
iştirak etmək şərti ilə imtahan verə bilər. Bu zaman o, qiymətini
artıra bilmədikdə əvvəlki topladığı bal qüvvədə qalır.
mtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər)
üzrə müəyyən edilmiş dərslərin 50%-dən çoxunda iştirak etdiyi
halda həmin fənni (fənləri) yay semestrində təkrar götürmək
hüququna malikdir.
Yay semestri
könüllülük prinsipi ilə
ödənişli əsaslarla
həyata keçirilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna
olmaqla).
Yay semestrinə müəllimlər də
könüllü surətdə cəlb olu-
nurlar. Bu zaman müəllimin fəaliyyətinin
ödəniş məbləği saat-
hesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn
üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş edilir.
Kredit sistemində tədrisin təşkilində tələbələrə müəyyən
Dostları ilə paylaş: