Sual və tapşırıqlar
1. Ali məktəbin «idarə edilməsi» və «rəhbərlik» anlayışları arasında ümumi
və fərqli cəhətlər nədən ibarətdir?
2. Təhsilin idarə edilməsi prinsipləri hansılardır?
3. Ali təhsil müəssisələrinin strukturu necədir? Onun struktur bölmələrini sə-
ciyyələndirin.
4. Ali məktəbin inzibati rəhbərliyinə kimlər daxildir? Onların vəzifələri nə-
dən ibarətdir?
5. Fakültə dekanı hansı işləri yerinə yetirir?
6. Fakültə və kafedralar nə zaman, hansı şərtlərlə yaradılır?
7. Ali məktəbin kollegial orqanları hansılardır?
8. Ali məktəbin Elmi Şurasının işi nədən ibarətdir?
227
Əlavə
Ali təhsildə kredit sistemi üzrə tədrisin təşkili
Ali məktəbdə tədrisin təşkili “Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə
tədrisin Təşkili Qaydaları” əsasında həyata keçirilir (Azərbay-
can Respublikası Nazirlər Kabinetinin 24.XII.2013-cü il tarixli
348№-li qərarı ilə təsdiq edilmişdir).
Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesi aşa-
ğıdakı xüsusiyyətlərə malikdir:
- Hər bir təhsilalanın (tələbənin) fərdi tədris planının olması;
- Tələbələr tərəfindən semestrlər üzrə kreditlərin miqdarının,
təhsilverənlərin (müəllimlərin) və akademik məsləhətçilərin
(tyutorların) seçilməsi;
- Təhsil prosesinə tyutorların cəlb edilməsi;
- Tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
- Biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq
edilməsi;
- Hər semestrdə tədris qruplarının fənlər üzrə formalaş-
dırılması;
- Hər fənn üzrə ayrıca jurnalın tərtib edilməsi;
- Tələbə və müəllimlərin mobilliyinin təmin olunması;
- Təhsilalma müddətinin tələbənin nailiyyətlərindən asılı
olması;
- Fakültə, kafedra, ixtisas, fənn, müəllim və tələbələrin kod-
laşdırılması.
Tələbə tədris planında göstərilən bütün fənlər üzrə müəy-
yən edilmiş kreditləri qazandıqda müvəffəqiyyətlə təhsil alan
tələbə adlanır. Fənlərdən ən azı birindən krediti qazana bilmə-
yən tələbə akademik borcu olan tələbə sayılır.
Tələbə müəyyən olunmuş kreditləri normativ təhsil müd-
dətindən sonrakı 3 il ərzində (həqiqi hərbi xidmət müddəti nə-
zərə alınmamaqla) toplaya bilmədikdə peşə hazırlığı fənlərin-
228
dən əvvəl qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri
müvafiq qaydalara uyğun olaraq yenidən yığmalıdır.
Tələbəyə müəllim seçmək imkanı verilir. 1 müəllimi se-
çən tələbələrin sayı 30-dan çox olarsa, ali təhsil müəssisəsi bu
fənn üzrə ikinci qrup təşkil edir və buraya fənnin tədrisi üçün
eyni səviyyədə olan müəllim cəlb edir.
Hər bir tələbə (magistrant) ali təhsil müəssisəsi tərəfindən
müəyyən edilən sayda sərbəst işi yerinə yetirir. Sərbəst işlərin
ümumi həcminin ən azı 40 %-i dərsdənkənar vaxtda müəllimin
rəhbərliyi ilə həyata keçirilməlidir. Müəllimin tələbələrlə sər-
bəst işi onun tədris-metodik işi hesab olunur (mürəkkəb məsə-
lələrin həlli, kurs və yoxlama işlərinin icrası və s.).
Tələbələrin dərsə davamiyyəti onun kreditlərinin toplan-
masına təsir edir. Fənn üzrə ayrılmış auditoriya saatlarının
25%-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imta-
hana buraxılmır.
Tələbənin cari semestrdə akademik borcu qaldığı halda
o, növbəti semestrdə təqaüddən məhrum edilir (xüsusi təyinatlı
ali təhsil müəssisələri istisna olmaqla). Əgər həmin tələbə cari
semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa, onun
təqaüdü növbəti semestrdən bərpa olunur.
Üzürlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə
növbəti semestrin dərsləri başlanana qədər 1 dəfə həmin imta-
hanı vermək imkanı yaradılır. Üzürsüz səbəbdən imtahanda
iştirak etməyən tələbə fənn (fənlər) üzrə akademik borcu qalmış
hesab olunur və o, həmin fənni (fənləri) yenidən dinləməlidir
(xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Bu za-
man tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməli,
onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə
yetirməlidir.
Ali məktəbdə tədris prosesi hər ildə 2 semestr olmaqla
qurulur. Əyani təhsil formasında tədris ili 40 həftə, hər semestr
20 həftədən (o cümlədən, 5 həftəlik imtahan sessiyasından) iba-
rətdir. 1 semestrdə 30 kredit müəyyənləşdirilir. 1 kredit 30 saat-
229
dır. Tələbənin həftəlik ümumi yükünün (auditoriya və audito-
riyadankənar olmaqla) həcmi 45 saat, yəni 1,5 kredit təşkil edir.
Kreditlər tələbənin aşağıdakı fəaliyyət sahələri üzrə
müəyyənləşdirilir: auditoriya dərslərində iştirak, auditoriyadan-
kənar iş (müstəqil iş, sərbəst iş); təcrübələrdə iştirak etmək;
laboratoriya işlərini yerinə yetirmək; kurs işinin (layihələrinin)
hazırlanması və müdafiəsi; imtahanlara hazırlıq və onların ve-
rilməsi; buraxılış işinin, magistr dissertasiyasının hazırlanması
və müdafiəsi, eləcə də buraxılış dövlət imtahanlarına hazırlıq və
onların verilməsi.
Kredit sistemində Azərbaycan Respublikası Təhsil Na-
zirliyinin müəyyən etdiyi formalar üzrə aşağıdakı tədris sənəd-
lərindən istifadə edilir: ixtisasın (ixtisaslaşmanın) tədris planı,
tədris qrafiki və illik işçi tədris planı; müəllimin illik işçi tədris
planı; tələbənin illik fərdi tədris planı (I ildə fakültə, II ildə tə-
ləbə özü hazırlayır və 5-15 iyuladək bu planı fakültəyə təqdim
edir).
Ali məktəblərdə yay semestri də təşkil olunur. O, aşağı-
dakı məqsədləri həyata keçirir:
- Akademik borcların ləğv edilməsi;
- Seçmə fənlərin kreditlərinin qazanılması;
- Müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;
- Digər ali təhsil müəssisəsi tələbələrinə müvafiq kreditlərin
qazanılmasına şərait yaradılması.
Yay semestrinin müddəti 6 həftədir (nəzəri təlim və im-
tahanlarla birlikdə). İmtahan bir həftədən artıq olmamaqla yay
semestrinin sonuncu həftəsində təşkil edilir. Yay semestrində
tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.
Yay semestri və imtahanlar növbəti semestrin başlamasına 2
həftə qalanadək başa çatmalıdır.
Yay semestrində üzürlü səbəbdən imtahanda iştirak et-
məyən tələbələr üçün növbəti semestrin başlanğıcına qədər bir
dəfə imtahan təşkil olunur.
230
Tələbənin müvəffəqiyyət qazandığı fəndən yay semestrin-
də birbaşa yenidən imtahan verməyə icazə verilmir. O, yalnız
həmin fənni yay semestrində yenidən götürərək dərslərdə
iştirak etmək şərti ilə imtahan verə bilər. Bu zaman o, qiymətini
artıra bilmədikdə əvvəlki topladığı bal qüvvədə qalır.
mtahana buraxılmayan tələbə semestrdə fənn (fənlər)
üzrə müəyyən edilmiş dərslərin 50%-dən çoxunda iştirak etdiyi
halda həmin fənni (fənləri) yay semestrində təkrar götürmək
hüququna malikdir.
Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla
həyata keçirilir (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna
olmaqla).
Yay semestrinə müəllimlər də könüllü surətdə cəlb olu-
nurlar. Bu zaman müəllimin fəaliyyətinin ödəniş məbləği saat-
hesabı qaydada həyata keçirilir. Bundan əlavə müəllimlərə fənn
üzrə qrupdan əldə olunan vəsaitin hesabına əlavə ödəniş edilir.
Kredit sistemində tədrisin təşkilində tələbələrə müəyyən
Dostları ilə paylaş: |