Kompüterlərin təsnifatı
Kompüterlərin imkanlarını qiymətləndirmək üçün müəyyən əlamətlərə görə onları qruplara bölürlər, yəni təsnif edirlər. Təsnifat əlamətləri vəzifəsinə, ölçülərinə, məhsuldarlığa, qiymətinə, element bazasına və s. görə seçilə bilər.
Kompüterlərin təsnifat əlamətləri
Kompüter texnikasının müxtəlif əlamətlərə görə təsnifatları mövcuddur:
inkişaf mərhələlərinə görə (nəsillərə görə);
arxitekturaya görə;
məhsuldarlığa görə;
istismar şəraitinə görə;
prosessorların sayına görə;
istehlak xüsusiyyətlərinə görə və s.
Con Fon Neyman arxitekturalı kompüterlər element bazasına görə aşağıdakı nəsillərə bölünür:
I nəsil (1950-1959-cu illər) kompüterlərin element bazası elektron lampalar üzərində qurulmuşdur və işləmə sürəti kiçik idi. Məlumat daşıyıcısı perfokart, perfolentdən istifadə olunurdu və yalnız riyazi məsələlərin həlli mümkün idi. Bu nəsil kompüterlərə misal olaraq «MESM», «BESM», «Strela», «M-3», «Minsk-P, «Ural-2», «M-20» və s. göstərmək olar.
II nəsil (1960-1969) kompüterlərin element bazası yarımkeçirici diodlar və tranzistorlardan ibarət idi. Mətni informasiyanın emalı mümkün oaln bu nəsil kompüterlərdə xarici yaddaş kimi maqnit lenti və alqoritmik dillərdən istifadə edilmişdir. II nəsil kompüterlərə «BESM-4», «BESM-6», «M-220», «Minsk-2», «Minsk-22», «Minsk-32», «Ural-14» və s. misal göstərmək olar.
III nəsil (1970-1985) kompüterlərin element bazası inteqral sxemlər əsasında qurulması nəticəsində qabarit ölçüləri kiçildi və iş etibarlığı artdı, xarici yaddaş kimi maqnit disklərdən istifadə olundu. Eyni vaxtda bir neçə proqramın yerinə yetirilməsi (multiproqram rejim) mümkün oldu. III nəsil kompüterlərdə informasiya emalı prosesində əməliyyat sistemindən istifadə olunmuşdur. Teleemalrejimi mümkün olub, yəni uzaq məsafədəki informasiya əlaqəsi qurulmuşdur. İlk dəfə klaviatura və monitordan istifadə olunub. III nəsil kompüterlərə IBM360 və IBM370 misal göstərmək olar.
IV nəsil (1981-ci ildən indiyə qədər) kompüterlərin element bazası BİS və ÇBİS-lər üzərində qurulması onların qabarit ölçülərinin xeyli kiçilməsinə (10-100 dəfələrlə), iş etibarlığının, işləmə sürətinin və tutumunun xeyli artmasına səbəb olmuşdur. IV nəsil maşınları arasında mikro və mini kompüterlər xüsusi yer tuturlar. Mikro-kompüterlərin ən geniş yayılmış növü isə fərdi kompüterlərdir (ingiliscə Personal Computer - PC). Fərdi kompüterlər (FK) IV nəsil kompüterlərin ayrıca sinfini təşkil edirlər.
Dostları ilə paylaş: |