Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


Kompüterin arxitekturası və strukturu



Yüklə 1,11 Mb.
səhifə50/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   46   47   48   49   50   51   52   53   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

Kompüterin arxitekturası və strukturu
Əvvəllər (I və II nəsil) kompüterlərin aparat və proqram vasitələri bir-birindən asılı olmadan, ayrı-ayrılıqda yaradılırdı. III nəsildən (60-cı illərin sonu) başlayaraq kompüterin aparat və proqram vasitələri vahid bir sistem kimi layihələndirilməyə başlandı. Bu zaman əsas diqqət bu vasitələrin qarşılıqlı əlaqəsinə yönəldilirdi. Bununla da prinsip baxımdan yeni olan «kompüterin arxitekturası» anlayışı yarandı. Kompüterin arxitekturası dedikdə aparat-proqram vasitələrinin ümumi prinsipləri və müəyyən sinif məsələlərin həlli üçün onların funksional imkanlarını təyin edən xarakteristikaları başa düşülür. Arxitektura kompüterin tərkib hissələrinin hansı qaydalarla qarşılıqlı əlaqələndirilməsini təyin edir. V nəslin bəzi nümayəndələrini çıxmaqla keçmiş və indiki kompüterlərin arxitekturasında məşhur amerika alimi Con fon Neyman tərəfindən 40-cı illərdə təklif edilən prinsiplər əsas götürülür.
Kompüterin arxitekturası 3 hissəyə bölünür:
1. Hesablama və məntiq imkanları

  • Əmrlər sistemi

  • Verilənlərin formatları

  • İşləmə sürəti

2. Aparat vasitələri

  • Kompüterin strukturu

  • Yaddaşın təşkili

  • Giriş-çıxışın təşkili

  • İdarəetmə prinsipləri

3. Proqram vasitələri

  • Əməliyyat sistemi

  • Proqramlaşdırma dilləri

  • Tətbiqi proqram təminatı

Kompüterin əsas iş prinsipi amerikalı alim Con Fon Neyman tərəfindən verilmiş və onun fikrincə istənilən kompüter 4 əsas qurğuya malik olmalıdır:
1. Hesablayıcı–məntiqi qurğu
2. İdarə qurğusu
3. Yaddaş qurğusu
4. Xarici(periferiya) qurğular
Neyman arxitekturalı kompüterlərin iş prinsipləri aşağıdakılardır:
1. Kompüter proqramla idarə olunan avtomatdır, yəni kompüterin işləməsi üçün proqram lazımdır. Proqram bir tərəfdən kompüterin işini idarə edir, digər tərəfdən isə qoyulmuş məsələləri həll edir.
2. Kompüter ardıcıl ünvanlanan vahid yaddaşa malik olmalıdır. Yaddaş birölçülü və xəttidir, yəni sözlər vektoru şəklindədir. Həmin yaddaşda müəyyən üsulla kodlaşdırılan həm proqram, həm də verilənlər saxlanılır.
3. Əmrlərlə verilənlər arasında aşkar şəkildə heç bir fərq yoxdur, yəni əmrlərə verilənlər kimi baxmaq olar və onlar üzərində əməliyyatlar aparıla bilər.
4. Verilənlərin təyin edilməsi aparat səviyyəsində yox, proqram səviyyəsində aparılır. Məsələn, maşın sözündəki bitlər yığımının hər hansı ədəd və ya simvollar sətri olmasını proqram müəyyənləşdirir.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin