Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


Maus və trekbol(naqilsiz maus)



Yüklə 1,11 Mb.
səhifə53/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   49   50   51   52   53   54   55   56   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

2. Maus və trekbol(naqilsiz maus) − kompüterə daxiletməni sürətləndirirlər.
3. Web-kamera – video informasiyanı kompüterə daxil edən qurğu.
4. Mikrofon – audio məlumatı(səs) ko mpüterə daxil edən qurğu.
5. Skaner – kağız üzərində olan ixtiyarı informasiyanın surətini kompüterə daxil edən qurğu.
6. Modem – kompüter və telefon xətləri arasında rəqəmli elektrik siqnallarını analoq siqnallarına və ya əksinə avtomatik çevirən qurğudur.
İdarə pultu – hesablama prosesinin gedişi zamanı proqramçı və ya operator tərəfindən sistem əməliyyatlarını yerinə yetirmək üçündür. İdarə pultu çox vaxt konstruktiv olaraq prosessorla birlikdə quraşdırılır və İP-nin bir çox düymələri klaviaturada yerləşdirilir.
Sistem interfeysi kompüterin qurğularının qarşılıqlı əlaqəsini və onlar arasında informasiya mübadiləsini təmin edir.


İnformasiya texnologiyasının təkamülü
İnformasiya texnologiyasının son 50 ildəki təkamülünü 3 eraya bölürlər:
1. Maynfreym erası;
2. Fərdi kompüter plyus lokal şəbəkə erası;
3. Verilənlərin İnternetdə işlənməsi erası.
Maynfreym erası 1946-cı ildə ABŞ-da istehsal edilmiş ENIAC adlı ilk elektron-hesablayıcı maşınla başlanmışdır. Bu maşın 30 ayrı-ayrı bloklardan ibarət olub, 30 ton çəkiyə malik idi, 1800 kvadrat fut sahə tuturdu. 17468 vakuum borusuna malik idi, saniyədə təqribən 400 vurma əməli icra edirdi. 1950-ci illərdən 1970-ci illərədək maynfreym erası hesab olunur. 1960-cı illərdə maynfreym kontekstində biznes tələblərinə xidmət etmək üçün hesablamalara ehtiyac yaran­ması verilənlərin paket emalı texnologiyasının tətbiqini zəruri etdi. Bu texno­lo­giyada istifadəçilər perforasiya edilmiş perfokartları EHM-in kartoxuyucu giriş qurğusuna daxil edib nəticələrin çap edilməsini gözləyirdilər. Vaxt bölgüsü ilə işləyən əməliyyat sistemlərinə keçilməsi 1970-ci illərdə maynfreymlərə çoxsaylı istifadəçilərin müraciət edə bilməsinə imkan vermişdir. Minikompüterlər isə daha az strukturlaşdırılmış mühitdə işləmək imkanı yaratdı. Verilənlərin ötürülməsi texnologiyası kompüterləri bir şəbəkə halında birləşdirməyə imkan verdi və bu şəbəkədə maynfreym hökmən əsas hakim maşın idi. Mikroprosessrun yaradılması ilə fərdi kompüterlər dalğası dünyanı bürüdü. Bu kompüterlərin şəbəkədə işçi stansiya kimi istifadə edilməsi ilə olduqca baha və istifadəsi mürəkkəb olan maynfreymdən imtina edildi. Bəzən işçi stansiyalar ümumi istifadəli printerlərə və diskovodlara qoşulurdu.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin