Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti


Fərdi kompüter və lokal şəbəkə erası



Yüklə 1,11 Mb.
səhifə54/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   50   51   52   53   54   55   56   57   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

Fərdi kompüter və lokal şəbəkə erası. 1971-ci ildə gənc mühəndis M.E.Xoff ABŞ-ın Kaliforniya ştatında yerləşən İntel şirkətində ilk mikroprosessor yaratdı. Bununla fərdi kompüter və lokal şəbəkə erası başlandı. Bu, informasiya texnologiyasının inkişafında tarixi mərhələ idi. Xoff 2300 tranzistordan kompüterin mərkəzi prosessoruna ekvivalent olan inteqrasiya edilmiş zəncir (mikroprosessor - çip) yaratmaqla insan zəkasını cansız predmetə yükləməyin yolunu açdı. Bu çipə iki çip (biri verilənləri daxil edib-çıxarmaq üçün, digəri proqramları dəstəkləmək üçün) qoşmaqla mərkəzi prosessor yaradıldı.
Ümumi təyinatlı əsas kompüter təkcə mürəkkəb kalkulyatoru idarə etmirdi, həmçinin, müxtəlif proqramların icrası yolu ilə çoxsaylı məsələləri həll edir. 1975-ci ildə “Altair” adlı ilk fərdi kompüter yaradıldı. 2 il sonra (1977-ci ildə) Radio Shack klaviatura və elektron-şüa borulu displeyi olan ilk fərdi kompüteri təqdim etdi. IBM şirkəti ilk fərdi kompüterləri 1981-ci ildə bazara çıxardı. Bu kiçik aparat istifadəçiyə cəmi 16 kilobayt yaddaş16, 1 və ya 2 çevik disk və seçmək üçün rəngli monitor təklif edə bilirdi. 1977-ci ildə Datapoint şirkəti ARC sistemini təklif etdi ki, bu da lokal şəbəkə (LAN) yaratmağa imkan verdi. ARC sisteminin bir-biri ilə koaksial rabitə ilə əlaqələndirilmiş 3 arxitektura komponenti vardır: 1) fayl prosessoru, 2) proqram əlavələri prosessoru və 3) xablar.
Kabelin ixtira edilməsi verilənlərin kompüterdə emalı tarixində inqilabi çevriliş yaratdı. Kompüter şəbəkələrinin meydana çıxması və fəaliyyəti ilk növbədə kabellə bağlıdır.
1970 və 1980-ci illərdə bəşəriyyət mikroprosessor texnologiyasında sürətli təkamülün şahidi oldu. 1980-ci illərdə mikroprosessorların sürətli inkişafı avadanlıqların ölçülərini kiçiltmək prosesinin sürətini əhəmiyyətli dərəcədə artırdı. Ənənəvi maynfreymlər alternativ mikro tiplərlə əvəz edildi. Beləliklə, maynfreym gücündə olan kompüterlər iş masasının üzərinə, oradan da diz üstünə köçdü. Bu meyl istifadəçiləri şəbəkə texnologiyasına əsaslanan daha ucuz layihə həlləri seçməyə sövq etdi. 1980-ci illər kompüter sistemlərinin birinci (ənənəvi) erasının başa çatdığı və PC mikroprosessoru və LAN tətbiqinə əsaslanan ikinci eranın başlandığı illərdir. 20-ci əsrin ikinci yarısında digər texnologiyalarla müqayisədə kompüter texnologiyaları daha sürətlə inkişaf etdi və insan həyatının bütün sahələrini köklü surətdə dəyişdirdi.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin