1. Elastiki (FDD) disk sürücüsü xarici yaddaş qurğusu olan elastiki maqnit disklərindən (disketlərdən) məlumatın oxunması və ya onlara məlumatın yazılmasını təmin edən qurğulardır;
2. Sərt maqnit diski (HDD, vinçester) kompüterin sistem blokunun daxilində yerləşən xarici yaddaş qurğusu olub, informasiyanın saxlanması üçün istifadə edilir. Buraya informasiyanı həm yazmaq, həm informasiyanı oradan oxumaq mümkündür;
3. Optik disklər- kompakt (CD-ROM, CD-RW, DVD və s.) disklərdən ibarətdir;
4. Flash (fleş)-kartlar- informasiyanın saxlanması üçün istifadə edilir.
Xaricetmə qurğuları informasiyanı kompüterdən xarici qurğulara ötürmək üçündür. Bu qurğulara aşağıdakılar daxildir:
1. Monitor − mətn və qrafiki informasiyanı vizual olaraq ekrana çıxarmaq üçündür. Monitorlar şəklin formalaşdırılması prinsiplərinə görə aşağıdakı növlərə bölünürlər: elektron-şüa borulu, maye-kristal və plazma. Sensor monitorlar həm giriş, həm də çıxış qurğularına aid edilirlər.
2. Printer – informasiyanı kağıza çap edir. Çap qurğuları iş prinsipinə görə zərbəli və zərbəsiz olur. Zərbəli printerlərə matrisli printerləri (capedici başlıq iynələrdən ibarətdir), zərbəsiz printerlərə isə şırnaqlı (mürəkkəb çap başlığından püskürdülür) printerləri misal göstərmək olar. Termoprinterlər(çap başlığının tərkib hissəsi qızdırıcı elementlərdən təşkil edilir) və lazer printerlərdən də istifadə edilir. Lazer printerlərdə elektroqrafik prinsipdən istifadə edilir.
3. Səs ucaldanlar(akustik sistemlər) – audio məlumatları dinləmək üçün istifadə olunur.
4. Plotter- qrafikçəkən qurğu olub kağız üzərində çertyojların çəkilməsini təmin edir.
5. Strimmer- maqnit lentə informasiyanın ötürülməsi, yazılması üçün istifadə olunur.
Daxiletmə qurğuları – informasiyanı kompüterə daxil edən qurğulardır. Bu qurğulara aşağıdakılar daxildir:
1. Klaviatura – məlumatı kompüterə daxil edən əsas qurğudur.Klaviaturalar əsasən 102/104 düyməli klaviaturalara bölünürlər. Klaviaturanın düymələri − funksional düymələrə (F1-F12), hərf-rəqəm düymələrinə, kursoru idarə edən və ədədlərin daxil edilməsi düymələrinə bölünürlər.