Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti



Yüklə 1,11 Mb.
səhifə55/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   51   52   53   54   55   56   57   58   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

İnternet erası. Mikrokompüterlərin sürətlə yayılması və bunlar arasında kommunikasiyaya ehtiyacın əmələ gəlməsi verilənlərin şəbəkə emalının inkişafına kömək etdi. Kompüter kommunikasiya sistemləri 20-ci əsrdə iti sürətlə inkişaf etdi. 1980-ci illərin 2-ci yarısından LAN texnologiyası sürətlə inkişaf etdi. Lokal şəbəkələrin birləşdirilməsi texnologiyası 1980 və 1990-cı illərdə qlobal şəbəkələrin (WAN) yaranmasına gətirib çıxardı. Lakin İnternetin təməl layihəsi 1969-cu ilin əvvəlində yaradılmağa başlamışdı. ARPANET adlanan kompüter şəbəkəsi ölkə tədqiqatçıları arasında ideya mübadiləsi üçün nəzərdə tutulmuşdu. ARPANET layihəsi müxtəlif kompüterlərin paketlə kommutasiya edilməsi üzrə ilk şəbəkə oldu. Bu layihə ilk dəfə müxtəlif ölçülü, müxtəlif tipli və müxtəlif sürətli kompüterlər arasında informasiya mübadiləsini mümkün etdi. Lakin ARPANET başlanğıcda ümumdünya kompüter şəbəkəsi deyildi. Çünki bu, şəbə­kələri deyil, yalnız vacib düyünləri (xostları) birləşdirmişdi.
ARPANET şəbəkəsi ictimai istifadə üçün 1983-cü ildə açıldı. İnternet şəbəkələr şəbəkəsidir. Bu, bütün dünya kompüterlərinin unikal birliyidir. İnternet şəbəkəsinə qoşulmuş kompüterlər vahid standartlardan istifadə edilməklə işlədilir. 1990-cı illərdə İnternet olduqca kütləviləşdi və müxtəlif millətlərə və müxtəlif mədəniyyətlərə aid olan insanlar tərəfindən qəbul edildi. İnternet istifadəçiləri əsasən elektron poçt və Telnet va­sitəsilə ünsiyyət saxlayırlar. Çünki bu zaman faylötürmə protokollarından (FTP) istifadə edilir. İnternetdən istifadə şəbəkədə iştirak edən müxtəlif təşkilatların resurslarından birgə istifadə edilməsi prosesini asanlaşdırır və sürələndirir. İnternet tədqiqatçılar arasında münasib ideya mübadiləsi mühiti yaradır. Yüksəkkeyfiyyətli qlobal şəbəkələrarası rabitə milli informasion infrastruktur yaratmağa imkan verir. Beləliklə, İnternet hökumət, vətəndaş və müəssisə arasında ünsiyyət yaratmaq sahəsində mühüm dəyişikliklər yaratmışdır. İnternet texnologiyalarının inkişafı və populyarlaşması 1990-cı illərdən yeni eraya daxil olmuşdur. Yəni, elektron ticarət, elektron idarəetmə və elektron cəmiyyət yaradılması geniş vüsət almışdır. Müəssisə və təşkilatlar strateji məsələlərin həllində İnternetdən geniş istifadə edirlər. Artıq verilənlərin sübyektlərarası naqilsiz emalı texnologiyası qərarlaş­maq­dadır. Ekspertlərin çoxu yaxın gələcəkdə işgüzar məqsədlər üçün Grid-hesablama deyilən üsulun inqilabi dəyişikliklər törədəcəyini söyləyirlər.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin