Mövzu – İnformasiya cəmiyyəTİNİN Əsaslari informasiya cəmiyyəti



Yüklə 1,11 Mb.
səhifə51/70
tarix16.12.2023
ölçüsü1,11 Mb.
#183704
1   ...   47   48   49   50   51   52   53   54   ...   70
M vzu – nformasiya c miyy T N N saslari informasiya c miyy ti

Kompüterin strukturu müəyyən səviyyədə onun konkret tərkibini (qurğular, bloklar, qovşaqlar və s.) və onlar arasındakı əlaqələri təyin edir. Neyman arxitekturalı hər bir kompüterin strukturu iki hissədən - mərkəzi və periferiya (xarici) hissələrindən ibarətdir. Mərkəzi hissə hesab-məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) və Daxili yaddaş qurğusundan(DYQ) ibarətdir. Müasir kompüterlərdə HMQ və İQ prosessor adlanan bir qurğuda birləşdirilir. Periferiya hissəsinə xarici yaddaş qurğuları(XYQ), daxiletmə-xaricetmə qurğuları(DXQ) və idarə pultu(İP) daxildir.
Prosessor kompüterin əsas qurğusu olub, DYQ-də saxlanan proqramla hesab və məntiq əməliyyatlarını yerinə yetirir və kompüterin ümumi işini idarə edir. Prosessor hesab-məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) ibarətdir. DYQ-də saxlanan proqramla hesab və məntiq əməliyyatlarını yerinə yetirir və kompüterin ümumi işini idarə edir. Hesab-məntiq qurğusu hesablama əməllərini İQ-nin idarəsi altında yerinə yetirir. İdarə qurğusu proqramdakı əmrləri qəbul edir və onların yerinə yetirilmə ardıcıllığını müəyyənləşdirir. Kompüterin işləmə sürəti əsasən prosessorun işləmə sürəti ilə təyin edilir. İşləmə sürətini artırmaq üçün prosessor kiçik tutumlu və çox böyük sürətli yerli yaddaşa (keş yaddaş) malik olur. Keş yaddaşda əməli yaddaşın ən çox müraciət edilən verilənləri yerləşir.
Daxili yaddaş prosessorla bilavasitə əlaqədə olub, icra olunan proqramların və emal edilən verilənlərin saxlanması üçündür. Daxili yaddaşın işləmə(yaddaşa müraciət) sürəti yüksək, lakin onun tutumu nisbətən kiçik olur. Daxili yaddaş qurğusu da iki hissəyə bölünür: Əməli yaddaş (RAM - Random Access Memory), Daimi yaddaş (ROM-Read Onlu Memory). Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə-xaricetmə qurğuları (DXQ) və idarə pultu (İP) daxildir. RAM cari vaxtda yerinə yetirilən proqramlar və aralıq nəticələri yadda saxlamaq üçündür, enerjidən asılıdır, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya itir. Əməli yaddaşa nisbətən tutumu xeyli az olan daimi yaddaş informasiyanın saxlanması və ötürülməsi üçün istifadə olunur, yəni istifadəçilər tərəfindən oraya informasiya yazılması mümkün deyil. İnformasiya oraya kompüterin hazırlanması zamanı yazılır və adi hallarda dəyişdirilə bilməz. Burada tez-tez istifadə olunan proqramlar və verilənlər saxlanılır. Daimi yaddaş enerjidən asılı olmur, yəni kompüter şəbəkədən çıxarıldıqda oradakı informasiya saxlanır.
Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və belə qruplaşdırılırlar: xarici yaddaş qurğu­su (XYQ), daxiletmə-xaricetmə qurğuları, idarə pultu.
Xarici yaddaş qurğuları:
Kompüterin periferiya hissəsinə daxil olan xarici yaddaş qurğusu (XYQ) böyük həcmə malik olan informasiyanı saxlamaq üçün istifadə olunur. Xarici yaddaşla informasiya mübadiləsi (informasiyanın yazılması və oxunması) əməli yaddaş vasitəsilə aparılır. Xarici yaddaş enerjidən asılı olmayan daşıyıcılarda (maqnit disklərdə, maqnit lentində, maqnit kartlarda, yığcam disklərdə, fləşdə) qurulur. Onun tutumu praktik olaraq məhdud olmur, lakin işləmə (müraciət) sürəti daxili yaddaşa nisbətən az olur.
İşləmə prinsipinə görə xarici yaddaş 2 cür olur: birbaşa müraciətli (maqnit və yığcam disklərdə, fləşdə) və ardıcıl müraciətli (maqnit lentində). Birbaşa müraciətli XYQ nisbətən böyük işləmə sürətinə malik olduğundan, müasir kompüterlərdə ən çox istifadə olunur. Ardıcıl müraciətli XYQ əsasən informasiyanın ehtiyat üçün saxlanması məqsədilə istifadə olunur.

Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin