Bioloji fövqəladə hadisələr Bioloji fövqəladə hadisələr - bu ele bir haldır ki, mənbənin əmələ gəlməsi
nəticəsində müəyyən bir ərazidə insanların normal həyat və fəaliyyət şəraiti
pozulur, infeksion xəstəliklərinin yayılması təhlükəsi əmələ gəlir, kənd təsərrufatı
heyvanlarının, bitkilərin məhv olması təhlükəsi yaranır.
Epidemiya - hər hansı bir yoluxucu xəstəliyin insanların arasında ölkədə,
rayonda, kollektivdə kütləvi halda geniş yayılması və föqəladə hadisə mənbəyi
olmasıdır.
Epidemiya yerli və gətirilmə ola ilər. Epidemiya bir neçə ölkəni, qitəni və ya bütün
yer kürəsini əhatə etdikdə pandemiya, birdən-birə baş verdikdə eksploziv, yaxud
epidemik alovlanma adlanır.
Epidemiya ilə mübarizə bu istiqamətdə təşkil olunur: infeksiyanı zərərsizləşdirmək
və ya tamam məhv etmək (taun tulyaremiya xəstəliyi zamanı gəmiriciləri qırmaq,
xəstələri təcrid etmək); xəstəlik törədiciləri yoluxma yolunda dizenseksiya və
dizenfeksiya üsulları ilə məhv etmək; əhali arasında xəstəliyə qarşı kütləvi
peyvənd etməklə immunitet yaratmaq.
Yoluxucu xəstəliklər insanlar arasında ardı kəsilmədən yayılır. Onların artması
iqtisadi itkiyə və olkədə epidemik şəraitin pozulmasına səbəb olur.
Məlumdur ki, mikroorqanizmlər çox tez çoxalma qabiliyyətinə malikdirlər, onlar
yüksək dəyişilmə, uyğunlaşma qabiliyyətinə malik olub, xarici təzyiqlərə qarşı
möhkəm olurlar. İnfeksion xəstəliklər insanın heyvanlar aləmindən ayrıldığı və
növ kimi təşəkkül tapdığı andan müşayiət edir. Cəmiyyət əmələ gəldikcə və
insanın sosial həyat tərzi inkişaf etdikcə bir çox infeksiyalar kütləvi yayılmışdır.
İnfeksion xəstəliklərin bütün dövrlərdə çox geniş yayılması milyonlarla insanın
ölümü ilə nəticələnmiş, həm də insan ömrünün qısalmasının əsas səbəbi
olmuşdur. Keçmişdə insan ömrü 20-30 ildən artıq deyildi. Afrikanın bəzi
rayonlarında indi də 35-40 ildir.
İnfeksion xəstəliklər insan xəstəliklərinin patogen virusların, bakteriyaların,
ibtidailərin törətdiyi geniş qrupudur.