Mövzu № Mülki müdafiənin yaranma tarixi, rolu və vəzifələri Plan



Yüklə 1,95 Mb.
Pdf görüntüsü
səhifə70/218
tarix01.05.2022
ölçüsü1,95 Mb.
#56796
1   ...   66   67   68   69   70   71   72   73   ...   218
Mülki müdafiə (Mühazirələr)

“Ebola” virusu 
―Ebola‖ virusu - keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virusdur.  
Virus  tər,  qan,  tüpürcək  yolu  ilə  yayılır.  Virusun  qarşısını  almaq  üçün  heç  bir 
vaksin  mövcud  deyil.  Xəstəliyin  simptomları  qızdırma,  baş  ağrısı,  qusma  və 
ishaldır. Bəzi  insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir.  
Əvvəllər bu virusun yayılması 2002-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və 
Konqoda  57  nəfər  ölüb.  2007-ci  ildə  isə  Konqoda  virus  187  nəfərin  həyatına  son 
qoyub. Virusun ən son yayılması 2014-cü ildə olub.  
Virus ilk dəfə nə vaxt peyda olub?"Ebola" virusuna ilk yoluxma faktı hələ 1976-cı 
ildə  qeydə  alınıb.  Həmin  il  Sudanın    Nzara  bölgəsində  və  o  zamankı  Zairin 
Yambuku rayonunda (indiki Konqo Demokratik   Respublikası) ilk virusa yoluxma 
halları aşkar edilib. Yeni epidemiyaya Yambuku  yaxınlığındakı Ebola çayının adı 
verilib.  Epidemiya,  əsasən  Mərkəzi  və  Qərbi  Afrikanın      tropik  meşələrə  yaxın 
kənd  ərazilərində  yayılmağa  başlayıb.  Sonuncu  yayılma  dalğası  isə  bu  ilin 
martından etibarən Qərbi Afrika, xüsusilə Qvineya, Sierra Leone və Liberiyada  
başlanıb. 
"Ebola"  virusu  Ümumdünya  Səhiyyə  Təşkilatı  (ÜST)  tərəfindən  ―bəşər  tarixinin  
ən    qəddar  virus  xəstəliyi‖  adını  alıb.  Bu  vrusun  beş  müxtəlif  tipi  var  və  ona 
yoluxanların    həyatda  qalma  şansı  25%-dən  90%-dək  dəyişir.  "Ebola"  virusuna 
qarşı hələlik heç bir  təsdiq edilmiş peyvənd növü mövcud deyil.   
Bu virus necə yayılır?  
-  "Ebola"  virusu  insanlara,    əsasən  qan  və  digər  bədəndaxili  mayelər,  eləcə  də 
həmin    virusun  daşıyıcısı  olan  heyvanlardan  keçir.  Yarasa,  meymun  və  digər 
heyvan növləri bu  virusun daşıyıcısı ola bilər;  
-  dəfn  mərasimlərində  ölü  insana  toxunmaq  yolu  ilə  də  "Ebola"ya  yoluxmaq 
mümkündür;  
- virusun inkubasiya müddəti (infeksiyaya yoluxma anı ilə xəstəliyin  əlamətlərinin  


müşahidə olunması arasındakı müddət) iki gündən 21 gün arasında dəyişə bilir;  
- insanlar qanlarında və daxili orqanlarında bu virusu daşıdıqları müddət  ərzində 
infeksiya daşıyıcısı hesab olunurlar . 
 
Epizotiya  
Böyük  bir    ərazidə  çoxsaylı  kənd  təsərrüfatı  heyvanları  arasında  yoluxucu, 
infeksion  xəstəliklərin adi səviyyəni keçərək yayılması.   
Epizotiya heyvanların çoxalmasının qarşısını alan faktorlardan biridir. Heyvanlar  
arasında bruselyoz, tuberkulyoz, qrip xəstəlikləri ən təhlükəli sayılır.  
Epizotiya  təsərrüfat,  rayon,  vilayət  və  ya  ölkəni  əhatə  edə  bilər.  Epizotiya 
törədicilərin  mənbəyi, yoluxmaların eyni vaxta düşməsi, yoluxma  hallarının sayı, 
xəstəlik  qeydə  alınan  təsərrüfatlar  arasındakı  məsafə  ilə  xarakterizə  edilir. 
Epizotiya dabaq, taun  xəstəliklər zamanı baş verə bilər.  
 
Epifitotiya  - kənd təsərrüfatı bitkilərinin infeksiya xəstəliyinin geniş yayılması və 
ziyanvericilərin təsirinə məruz qalmasıdır. Taxılda pas və sürmə xəstəliyi, kartofda  
fitoftora xəstəliyi. Epifitotiyanın səbəbləri epizootiyada olduğu kimidir.  
 

Yüklə 1,95 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   218




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin