partlayış
baş
vermişdir.
Radioaktiv
komponentlərdən 9 nəfər həlak olmuş, 10 nəfər hospitala yerləşdirilmişdir.
- 12.08.2000-ci il. Rusiyanın ―Kürsk‖ atom sualtı gəmisi qəza nəticəsində
Barensovo dənizində batmışdı. 118 nəfər ekipaj üzvü həlak oldu.
Kimyəvi qəza- istehsalat obyektlərində baş verən və dərhal insanlara,
avadanlıqlara və ətraf mühitə ciddi zərərli təsir göstərən hadisədir. Kimyəvi
maddələrin qəza halında ətrafa yayılması heç bir iyə və rəngə malik olmayan
zəhərli buludun əmələ gəlməsi ilə nəticələnə bilər. Kimyəvi qəza, istehsalatda
texnoloji proseslərin pozulması, insanların həyatı və sağlamlığı üçün qorxulu olan
təhlükəli kimyəvi - zəhərli maddələrin saxlandığı anbarların, onları nəql edən
boru xətlərinin, daşıyan nəqliyyat vasitələrinin zədələnmasi, qəzalı vəziyyətə
düşməsi nəticəsində atmosferə yayılması hadisəsidir. Tərkibində xlor, ammonyak,
fosgen, sianid, sulfat turşusu maddələrin olduğu bu cür kimyəvi zəhərli məhsullar
əsasən kimya müəssisələri, sellüloz kağız emalı kombinatları, mineral gübrələr
istehsal edən, həmçinin qara və əlvan metallurgiya zavodları, pivə zavodları,
şirniyyat fabrikləri, meyvə - tərəvəz anbarlarında tədarük olunub saxlanılır.
Kimyəvi qəzanın insanlar və heyvanat aləmi üçün əsas təhlükəsi - orqanizmin
normal fəaliyyətinin pozulması və bəzən də genetik dəyişmələrə səbəb olması
ehtimalıdır ki, bu da müəyyən situasiyalarda kimyəvi təhlükəli maddələrin nəfəs
orqanları, dəri, selikli qişa, yaralar və həmçinin qida vasitəsilə canlı orqanizmə
keçməsi yolu ilə baş verir.