Mövzu № Müxtəlif nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətləri



Yüklə 83,04 Kb.
səhifə12/12
tarix02.01.2022
ölçüsü83,04 Kb.
#45965
1   ...   4   5   6   7   8   9   10   11   12
Nəq.iq. Mühazirə 3

Cədvəl 1.6.1.

İri yük göndərənlərin meyarı üzrə nəqliyyat növlərinin qiymətləndirilməsi.

Nəqliyyat növləri



Sürət («qapıdan-qapıya» çatdırma vaxtı)

Göndərişərin tezliyi (sutkada daşıma qrafiki üzrə)

Etibarlılıq (daşıma qrafikinə riayət olunması)

Daşıma qabiliyyəti (müxtəlif yüklərin daşıma qabiliyyəti)

Əlverişlilik (xidmət olunan coğrafi məntəqələrin sayı)

Bir ton /km-in dəyəri

Dəmiryolu

3

4

3

2

2

3

Su

4

5

4

1

4

1

Avtomobil

2

2

2

3

1

4

Boru kəməri

5

1

1

5

5

2

Hava

1

3

5

4

3

5

Seçimin parametrləri müxtəlif ola bilər. Lakin sahənin xüsusiyyətlərindən asılı olmayaraq xidmətin etibarlılığı və göstərilən xidmətin qiymətinin münasib olması daha vacib sayılır.

Digər parametrələrə aşağıdakılar aiddir:


  • cari və təcili daşımaların yerinə yetirilməsi müddəti;

  • yükdaşıyanın ehtiyat gününün mövcud olması;

  • xidmətin keyfiyyətinin idarə edilməsinin təşkili;

  • yükdaşıyan heyətin psixoloji mühiti.

Xidmətin etibarlılığı dedikdə təchizat müqaviləsi şərtinə uyğun olaraq çatdırma müddəti üzrə yükdaşıyanın öhdəliyinə riayət edilməsi başa düşülür.

Təcrübədə yükdaşıyanın secilməsinin aşağıdakı metodlarından istifadə edilir.

1. Y.N. Feddin metodu. Yüklərin catdırılmasının nəticələrinin və xərclərinin təhlili zamanı mənfəətin qiymətləndirilməsi stoxostik təsadüfi dəyişən kimi aparılır. Bu qiymətləndirmə nisbi gözlənilən mənfəətin ehtimalının təsdiqi üçün istifadə edilir.

2. Matris metodu. Bu metodla yükdaşıyanın seçilməsi məsələsinin həlli bazar konyukturunun təhlili ilə əlaqəlidir. Yük daşıyanın seçilməsi ardıcıllığının (prosedurunun) formalaşması üçün məsrəflərin minimum meyarı üzrə sifarişlərin həcmi və göndəriş şərtləri (yükün partiyalılığı, tezlik, dövlətin zəmanəti, nəqliyyat vasitəsi, qablaşdırma və s.), sütunlar üzrə isə eyni adlı istehsalçılar (yükdaşıyanlar) göstərilir. Sətir və sütunların kəsişməsində xidmətlərin qiyməti və tariflər verilir. Sütunlar üzrə minimum xərcləri hesablamaqla alıcı potensial yükdaşıyanı seçə bilər.

3. Dəyərin qiymətləndirilməsi metodu. Bu metodun mahiyyəti ondan ibarətdir ki, yükdaşıyanın seçilməsi firmaların əmtəə dəyərinin optimallaşmasına cəhdi (arzu, təşəbbüsü) şərtini nəzərdə tutur. Beləliklə, yükdaşıyanın seçilməsi əmtəə bazarının və daşımaların parametrlərinin optimal əlaqələndirilməsi (uyğunlaşdırılması) hesabına mənfəətin maksimum artırılmasına cəhd etməklə hesablanır.

4. Abstrakt (mücərrəd) yükdaşıyan metodu. Bu metod parametrlər vektoru formasında mücərrəd əmtəə daşıyan, mücərrəd yükdaşıyanı təsvir edir. Metod hər bir parametrin dəyərinin minimumlaşdırılmasına və tarazlıq şərti kimi marjinal (son hədd) mənfəətin marjinal dəyərə bərabərliyinə əsaslanır. Verilən miqdarda əmtəənin çatdırılmasının gözlənilən illik dəyişən dəyəri daşımaların və anbarlaşmanın dəyərinin cəminə bərabərləşdirilir. Mücərrəd yükdaşıyan onu xarakterizə edən üç parametrlə müəyyən edilir. Bunlar aşağıdakılardır:



5. Texnoloji parametrlərə əsaslanan metod. Verilən metodla yükdaşıyanın seçilməsi yükün fiziki parametrləri ilə (kütlə, həcm, xarab olma xüsusiyyəti) və daşıma sistemləri (sürət, göndərişin tezliyi və s.) arasında əlaqəyə əsaslanır. Başqa sözlə, seçim texnoloji parametrlərlə müəyyən edilir. Daha çox istifadə edilən parametrlər bunlardır: göndərilən yükün kütləsi, daşıma məsafəsi, bir ton yükün daşınmasının dəyəri, daşıma tarifi, daşıma vaxtı, etibarlılıq dərəcəsi. Bu metodla yükdaşıyanın tarifi seçim zamanı müəyyənləşdirici parametr kimi istifadə edilmir.

6. Parametrlər üzrə xaricetmə metodu. Parametrləri kənar etməyə imkan verən metodlardan biri parametrlər üzrə xaricetmə metodudur. Istehlakçı yük daşıyanların bütün parametrlərinə eyni zamanda bir yerdə baxmaqla, daha əhəmiyyətli hesab etdiyi parametrlərin ardıcıl olaraq axtarışını aparır. Yükdaşıyanın seçilməsinin yuxarıda baxılan metodlarında nəzərdə tutulur ki, hər bir istehlakçı bütün alternativ variantlar və bu alternativləri təsvir edən hər bir parametr əvvəlcədən nəzərdən keçirir. Lakin, təcrübədə bu ehtimal, xüsusilə nisbətən mürəkkəb şəraitdə seçmə apardıqda kifayət qədər yüksək deyildir. Ona görə də istehlakçı çoxlu alternativləri və parametrləri kənar etməklə (çıxarmaqla) seçmə məsələsini sadələşdirə bilər.
Yüklə 83,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin