Mövzu № Müxtəlif nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətləri



Yüklə 83,04 Kb.
səhifə2/12
tarix02.01.2022
ölçüsü83,04 Kb.
#45965
1   2   3   4   5   6   7   8   9   ...   12
Nəq.iq. Mühazirə 3

Cədvəl 2.2.1.

Göstəricilər

Nəqliyyat sistemində orta sahə maya dəyəri =100

Nəqliyyat sistemi üzrə

100,0

Onlardan:

dəmiryolu

388,2

boru nəqliyyatı

51,1

dəniz

88,4

çay

125,8

avtomobil

1375,7

hava

3866,6

Dəmiryolunun yüksək daşıma qabiliyyəti, ahəngdarlığı, küt­ləvi yüklərin ucuz nəql edilməsi onun digər nəqliyyat növlə­ri­lə müqayisədə üstünlüyünü təmin edir. Lakin dəmir­yolu­nun tikil­məsinə iri həcmli əsaslı vəsait qoyuluşu və metal tələb olunur. Məsələn, bir km tək yollu dəmiryolunun tikintisinə, hərəkət tərkibini nəzərə almadan, 120 min ton rels və bərkidicilər sərf olunur.

Bir km dəmiryolunun tikintisinə tələb olunan əsaslı vəsa­i­tin səviyyəsi xəttlərin sayından, bitkinin əmək tutumu kateqo­ri­yasından, ayrıcı stansiyalardan və məntəqələrdən, dartqı nö­vündən və sairədən asılıdır.

Nəqliyyat növlərinin texniki-iqtisadi üstünlüklərinə və ça­tışmayan cəhətlərinə təsir edən amillərdən biri də yük daşıma­larının sxemidir. Daşıma sxemi avtomobil nəqliyyatında bir­ba­şa, yəni digər nəqliyyat növlərinin iştirakı olmadan yüklər is­tehsalçıdan istehlakçıya çatdırılır. Lakin daşımanın bu sxemi digər nəqliyyat növlərində həmişə mümkün deyildir və biri di­gərini tamamlayır. Daxili daşımalarda bu vəzifəni əsasən av­to­mobil nəqliyyatı yerinə yetirir. Məsələn, xırda həcmli yüklərin dəmiryoluna və dəniz limanına gətirilib və onlardan aparılması avtomobillə yerinə yetirilir. Məsələn, dəmiryolu nəqliyyatı ilə respublika daxili yük daşımalarında aşağıdakı qarşılıqlı sxem mövcuddur (sxem 1.2.1.)



Birinci sxemdən məlum olur ki, yükgöndərənin və yük­ala­nın giriş dəmiryolu mövcud olduğu üçün yükləmə-boşaltma əməliyyatları bir dəfə baş verir. Lakin magistral dəmiryolu ilə yük daşımalarının üçüncü sxemində hər ton yük ən azı altı də­fə yükləmə–boşaltma əməliyyatlarına məruz qalır. Sair bəra­bər şəraitdə başlanğıc–son məntəqələrdə üçüncü sxemdə xərc­lər birinciliyə nisbətən üç dəfə çox olduğundan dəmiryolu ilə yük daşımalarının maya dəyəri artır. Əyər bu sxemlə daşı­nan yüklərin həcmi az və məsafə yaxındırsa onda dəmiryo­lu­nun səmərəli tətbiq dairəsi avtomobil nəqliyyatına nisbətən daha az olacaqdır.

Dəmiryolunun texniki – iqtisadi xüsusiyyətlərinin üstün və çatışmayan tərəflərinə təsir edən amillərdən biri də giriş də­miryollarının illik məhsuldarlığı və yüklərin magistral xəttə gə­­tirilib eləcə də ondan aparılma məsafəsidir.

Bütün nəqliyyat növlərində olduğu kimi giriş dəmiryolun­da da yük dövriyyəsinin həcmi nə qədər çox olarsa daşımala­rın səviyyəsindən asılı olmayan, yəni sabit xərclərin xüsusi çəkisi məhsul vahidinə azalacaq. Bu qanunauyğunluq nəti­cə­sində bir tkm nəqliyyat işinin maya dəyəri azalacaq.

Yüklərin magistral dəmiryoluna gətirilib və ondan aparıl­ması məsafəsi artdıqca, istər bu əməliyyatlar giriş dəmiryolu ilə istərsə də avtomobillə yerinə yetirilsin, daşımaların maya də­yəri yüksələcək.

Keçmiş SSRİ Dövlət Plan Komitəsinin Kompleks Nəq­liy­yat Problemləri İnstitutunun (KNPİ) hesablamalarına görə giriş dəmiryollarında yük gərginliyinin səviyyəsinin və yüklərin magistral dəmiryoluna gətirilib və ondan aparılması məsafə­si­nin dəiyşməsinin bir ton yükün çatdırılma maya dəyəri belə dəyişir (cədvəl 2.2.2.).



Yüklə 83,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin