Mövzu № Müxtəlif nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətləri


Avtomobil nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri



Yüklə 83,04 Kb.
səhifə5/12
tarix02.01.2022
ölçüsü83,04 Kb.
#45965
1   2   3   4   5   6   7   8   9   ...   12
Nəq.iq. Mühazirə 3

3.3. Avtomobil nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri
Avtomobil nəqliyyatının da özünəməxsus texniki-iqtisadi xüsu­siyyətləri vardır ki, onun digər nəqliyyat növlərilə mü­qayisədə üstünlüklərini biruzə verir. Bu nəqliyyat növünün əsas üstün­lüklərindən biri digər nəqliyyat növlərinin çox hal­larda yerinə yetirə bilmədiyi əməliyyatı həyata keçirir. Yəni yükləri bilavasitə yükgöndərən məntəqələrdən, digər nəq­liyyat növlərinin iştirakı olmadan, birbaşa təlabatçılara çat­dırmaq. Bu fəaliyyətə bəzən yüklərin «qapıdan» «qapıya» çatdırılması deyilir. Belə halda yük­lər bir dəfə yükləmə və bir dəfə də boşaltma əməliyyatlarına məruz qalır. Lakin yük daşımalarının belə sxemi digər nəqliyyat növlərində həmişə baş vermir. Avtomobil nəqliyyatının bu xüsu­siyyəti ancaq az həcmli yüklərin yaxın məsafələrə daşınmasında ona üs­tün­lük verir. Qəbul edilmiş ümumi prinsiplərə görə yaxın məsafə dedikdə 150-200 km nəzərdə tutulur. Lakin elə hallar ola bilər ki, avtomobil nəqliyyatı dəmiryolu ilə müqayisədə heç ən qısa məsafədə belə rəqabətə girə bilməz. Eləcə də əksinə 500 km və daha uzaq məsafəyə daşımalarda avtomobil nəqliyyatı iqtisadi baxımdan əlverişli ola bilər. Məsələn, Baki limanına gə­tirilmiş taxılın dəyirmanlara daşınmasında dəyir­man­ların gi­riş dəmiryolu olduğu üçün taxılın vaqonlarla çatdırılması iq­tisadi baxımdan daha əlverişli sayılır. Buna misal olaraq bərə ilə gətirilmiş yüklərin istənilən məsafəyə dəmiryolu ilə da­şınmasını göstərmək olar.

Avtomobil nəqliyyatına xas olan texniki–iqtisadi üstün­lük­lə­rindən biri də meyvə, tərəvəzin və digər tez­xarabolan yüklərin daha uzaq məsafələrə daşınmasında əlverişli hala malik olmasıdır. Əgər belə yüklər dəmiryolu ilə daşınarsa yükləmə-boşaldılma əməliyyatları 6-8 dəfə təkrar olunur və bunun nəticəsində xarab­olmalar çox baş verir. Statistiki müşahidələr göstərir ki, meyvə-tərəvəzin dəmiryolu ilə daşınmasında xarab­olmaların orta səviy­yəsi 10-15 %-ə çatır. Məlumdur ki, meyvə-tərəvəzlər müxtəlif qiymətlərə malikdir. Onda xarab­ol­malardan dəyən maddi ziyanı başa düşmək olar.

Avtomobil nəqliyyatına xas olan texniki-iqtisadi üstün­lük­lərindən biri də onun şəhərdaxili yükdaşımalarında yeganə vasitə olmasıdır.

Yüksüz yürüşlərin səviyyəsi avtomobillə yük daşıma­la­rı­nın maya dəyərinin səviyyəsinə təsir edən əsas amilərdən bi­ri­dir.

Bütün nəqliyyat növlərində olduğu kimi avtomobil nəq­liy­yatında da daşımalarla əlaqədar olan xərclər məsafədən ası­lı olaraq sabit və dəyişən qismə bölünürlər. Dəyişən xərclərə avtomobil üçün yanacağın, sürtki və sair istismar mate­ri­allarının dəyəri, şinlərin amortizasiyası və bərpası, hərəkət tərkibinə texniki qulluq və cari təmir sərfiyyatı, amortizasiya ayırmaları daxildir. Deməli avtomobil istər yüklü istərsə də yüksüz hərəkət etsin dəyişən xərclər baş verəcəkdir. Ona görə də avtomobilin yüksüz hərəkət etdiyi zamanda da yuxa­rıda göstərilən xərclər daşımaların maya də­yərinə daxil edi­ləcək. Əgər yüklü və yüksüz yüürüşlər bə­rabər olarsa, yəni yürüşdən istifadə əmsalı 0,50 təşkil edərsə, onda daşın­manın maya dəyəri bu göstəricinin mak­simum həddilə mü­qayisədə 90%-dən çox olacaq.

Avtomobil nəqliyyatında daşınma məsafəsi artdıqca istis­mar xərcləri su nəqliyyatına və dəmiryoluna nisbətən daha sürətlə yüksəlir. Belə hal başlanğıc – son əməliy­yat­larla və hərəkətlə əlaqədar olan xərclərin müxtəlif dəyişmə nisbətilə izah olunur.

Yüklərin daşıma məsafəsi artdıqca başlanğıc və son mən­təqələrdəki xərclər avtomobil nəqliyyatında dəmiryo­lu­na və su nəqliyyatına nisbətən daha az sürətlə dəyişir. La­kin hərə­kətlə əlaqədar olan xərclər bir km yürüşə avto­mo­bil nəqliy­yatında digər nəqliyyat növlərilə müqayisədə on dəfələrlə çoxdur. Bu səbəbdən yük daşımalarının məsafəsi artdıqca bir tonun daşıma maya dəyəri avtomobil nəqliyyatında digər nəqliyyat növlərilə müqayisədə on dəfələrlə çoxdur. Ona görə də yük daşımalarının məsafəsi artdıqca bir tonun daşıma maya dəyəri avtomobil nəqliyyatında daha iti sürətlə artır nəinki, su və dəmiryolu nəqliyyatında.

Avtomobil nəqliyyatında yük və sərnişin daşımaları ilə əla­qə­dar olan xərclərin səviyyəsinə təsir edən əsas amil­lər­dən biri də hərəkət tərkibinin yükgötürmə qabiyyəti və yer­tu­tu­mu­dur. Bu iki parametrlər nə qədər yüksək olarsa onda yük döv­riyyəsinin maya dəyəri də azalacaq. Lakin bəzi hal­larda belə təyinat istisna hal təşkil edir. Əgər yollamanın həcmi həddən artıq azdırsa onda aşağı tonajlı avtomo­bil­lərin tətbiqi iqtisadi baxımdan daha səmərəlidir. Çünki hə­rəkətlə əlaqədar olan xərclərin bir km yürüşə səviyyəsi avtomobildə olan yükün həcmindən asılı deyildir. Bu sə­bəbdən az həcmli yüklərin yüksək yükgötürməyə malik olan avtomobillərlə daşınması iq­tisadi baxımdan səmərəli deyildir.

Avtomobil yedəklərinin və avtomobil qatarlarının tətbiqi daşımaların maya dəyərinin aşağı salınmasına təsir edən əsas amillərdəndir. Yedəklərin sayından və onların yük­gö­türmə qa­biliyyətindən asılı olaraq avtomobil nəqliyyatında daşıma va­hi­dinə sərf olunan xərclər 25-30% aşağı düşür.

Avtomobil nəqliyyatının yük daşımalarında səmərəli tət­biq dairəsinə təsir edən digər amillərdən bir də yol şəra­iti­dir.

Yol örtüyünün tipindən asılı olaraq daşımaların maya də­yəri orta sahə maya dəyərindən 25-40% aşağı olur.

İndiyə qədər mövcud olan normativlərə əsasən tikinti materialların orta daşınma məsafəsindən, yol örtüyünün tələb olunan deformasiyasından və tikintinin əmək tutumundan asılı olaraq şəhərlərarası avtomobil yollarının kateqoriyaları və onları xarakterizə edən göstəricilər aşağıda verilmişdir (cədvəl 2.4.1.).



Yüklə 83,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin