Mövzu № Müxtəlif nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətləri


Nəqliyyat sektorunda yük dövriyyəsinin quruluşu (şərti) (%-lə



Yüklə 83,04 Kb.
səhifə8/12
tarix02.01.2022
ölçüsü83,04 Kb.
#45965
1   ...   4   5   6   7   8   9   10   11   12
Nəq.iq. Mühazirə 3

Nəqliyyat sektorunda yük dövriyyəsinin quruluşu (şərti) (%-lə)

Cədvəl2.5.1.

Cəmi

2010

2015

2016

2017

2018

2019

100,0

100,0

100,0

100,0

100,0

100,0

O cümlədən

Dəmiryolu

55,2

18,6

23,0

24,2

30,0

22,6

Dəniz

8,6

33,4

32,3

34,5

28,3

21,2

Hava

0,1

0,4

0,5

0,3

1,0

0,6

Boru kəməri

31,3

43,5

40,2

34,8

31,8

42,4

avtomobil

4,8

4,1

4,0

6,2

8,9

13,2

Digər nəqliyyat növləri ilə müqayisədə boru nəqliyyatı iki məntəqəni daha qısa məsafədə birləşdirir və iri su sa­hə­ləri onun çəkilişinə maneə törətmir.

Daşımaların ahəngdar və fasiləsiz təmin edilməsində bo­ru kəməri yeganə etibarlı nəqliyyat vasitəsidir. Boru nəq­liy­yatı sabit iş şəraitində fəaliyyət göstərdiyi üçün onun avto­mat­laş­dırılmış qaydada idarə olunmasını asanlaşdırır.

Boru kəmərilə məhsulların nəql edilməsində yükləmə – boşaltma əməliyyatları olmadığından yaxın məsafələrə belə daşımaların maya dəyərinə təsir etməyir.

Nəqliyyatda əsaslı vəsait qoyuluşunun orta normativ ödənmə müddəti 8 il olduğu halda bu göstəricinin faktiki səviyyəsi 3 ilə bərabər olur. Normativ və faktiki ödəmələr arasındakı belə nisbət digər nəqliyyat növlərində yoxdur.

Boru nəqliyyatının böyük texniki–iqtisadi üstünlüklərə malik olması ilə bərabər çatışmayan tərəfləri də vardır.

Digər nəqliyyat növləri yük daşımalarında universallıq qabiliyyətinə malikdirlər, yəni fiziki və kimyəvi xas­sə­lə­rin­dən asılı olmayaraq istənilən yükləri daşıya bilərlər. Lakin boru nəqliyyatında bu imkanlar yoxdur. Bu nəqliyyat ilə ey­ni vaxtda ancaq bir neçə duru yanacaq–xam və ağ neft, benzin və s.–ötürülə bilər. Bunun üçün borularda plastik şlanqlar yerləşdirmək lazımdır. Bu isə çətinlik törətməklə bərabər ar­tıq xərclər tələb edir.

Boru nəqliyyatının çatışmayan cəhətlərindən biri də yük­lərin təlabatçılara gec çatdırılmasıdır və bu göstərici nəql­et­mə məsafəsindən çox asılıdır. Daşıma məsafəsindən asılı ol­mayaraq yüklərin tələbatçılara çatdırılma müddəti dəmiryolu nəqliyyatında boru kəmərilə müqayisədə iki dəfə tezdir.

Elə yüklər vardır ki, onların satışa və ya emala tez çat­dı­rılması dövriyyə fondlarının dövretmə sürətini artırır və bun­dan əlavə səmərə əldə edilir. Ona görə də neft məh­sul­la­rı­nın daşınmasında müqayisə ediləcək nəqliyyat növlərinin səmə­rəliliyinin təyin edilməsində bu amil nəzərə alın­ma­lı­dır. Yolda olan yüklərin orta çəki səviyyəsi təyin edil­mə­li­dir və bunun üçün aşağıdakı formuldan istifadə edilə bilər:


G =

burada Gi-bir ton yükün konkret qiyməti

Di-hər bir yükün illik daşınma həcmi, tonla;

ti-hər bir yükün çatdırılma müddəti, günlə

Əgər yüklərin tez çatdırılması yükləmə-boşaltma əmə­liy­yatlarının tezləşdirilməsi və ya başlanğıc və son əmə­liy­yat­lar­la əlaqədardırsa onda bir ton yükün orta çəki səviyyəsi belə təyin ediləcək:

Yüklərin variantlarla tez çatdırılması xalq təsərrüfatında dövriyyə vəsaitlərinin səviyyəsinə təsir edərsə, onda nəq­liyyat növləri üzrə yolda olan yük kütləsinin dəyərlə sə­viy­yəsi belə hesablanılacaq:

Fy =

Beləliklə yüklərin tez çatdırılması nəticəsində nəql­edilmə prosesindən azad olunmuş dövriyyə vəsaitlərinin sə­viyyəsi belə təyin ediləcək:



Fy =

lakin elə yüklər də vardır ki, onların təlabatçılara tez çat­dı­rılmasının heç bir iqtisadi mahiyyəti yoxdur, yəni onlar is­tər is­tehsalçının istərsə də istehlakçının ixtiyarında olsun. Ona görə də nəqliyyat növlərinin yük daşımalarında səmərəli tətbiq da­irəsinin təyin edilməsində bu amil nəzərə alın­ma­lı­dır.

Boru nəqliyyatının çatışmayan cəhətlərindən biri də çox həcmli yük kütləsinin nəqletmə prosesində olmasıdır. Daşıma prosesində olan yük kütləsinin səviyyəsi borunun dia­met­rindən və onun uzunluğundan asılıdır. Belə yüklər «ölü» ka­pital adlanır, yəni onlar satışdan və istehsal sahəsindən kə­narda qalır.


Yüklə 83,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin