Mövzu № Müxtəlif nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətləri


Hava nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri



Yüklə 83,04 Kb.
səhifə9/12
tarix02.01.2022
ölçüsü83,04 Kb.
#45965
1   ...   4   5   6   7   8   9   10   11   12
Nəq.iq. Mühazirə 3

3.5. Hava nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri
Hava nəqliyyatı digər nəqliyyat növlərilə müqayisədə ən sürətlidir, uzaq məsafələri dayanmadan qət edə bilir və düz xətli hərəkətetmə qabiliyyətinə malikdir. Bu nəqliyyat növü sərnişinlərin, poçtların, qiymətli və tezxarabolan yüklərin uzaq məsafələrə daşınmasında əlverişlidir.

Hava nəqliyyatında iki məntəqə arasındakı marşrutun uzunluğu dəmiryoluna nisbətən orta hesabla 20-30% azdır, məntəqələrlə əlaqənin təşkili az vaxt tələb edir və bir km-ə nisbətən az əsaslı vəsait qoyuluşu tələb olunur.

Meyvə – tərəvəzin uzaq məsafələrə çatdırılmasında hava nəqliyyatı digərlərilə müqayisədə daha əlverişlidir. Buna sə­bəb nəqletmə zamanı xarabolmaların demək olar ki, tam ara­dan qaldırılmasıdır.

Hava nəqliyyatı ilə meyvə – tərəvəzin daşınmasının digər nəqliyyat növü ilə müqayisəsində iki formuladan istifadə etmək olar. Birinci halda müqayisə edilən nəqliyyatda bir tkm-ə düşən xarabolmaların məbləğini hava nəqliyyatı ilə daşımaların bir tkm-in maya dəyərindən çıxılır. İkinci halda isə meyvə-tərəvəzin gec çatdırılması nəticəsində bir tkm-ə düşən itkinin dəyəri müqayisə edilən nəqliyyatda bir tkm-in maya dəyərinə əlavə etmək lazımdır.

Hava nəqliyyatında digər nəqliyyat növlərilə müqayisədə bir sərnişinə düşən hərəkət tərkibinin kütləsi çox azdır.

Dəmiryolu nəqliyyatında sərnişin daşımalarının maya də­yəri yük daşımalarının maya dəyərinə nisbətən iki dəfə yük­sək olduğu halda hava nəqliyyatında əksinə 10 dəfəyə yaxın aşağıdır. Digər nəqliyyat növlərilə müqayisədə hava nəq­liy­yatı daha çox yanacaq tələb edir. Məsələn, daşıma vahidinə yanacaq sərfiyyatının xüsusi çəkisi dəniz nəqliy­ya­tı və dəmiryolunda hava nəqliyyatına nisbətən 10-20 dəfə azdır.



Yüklə 83,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin