Mövzu № Müxtəlif nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətləri



Yüklə 83,04 Kb.
səhifə6/12
tarix02.01.2022
ölçüsü83,04 Kb.
#45965
1   2   3   4   5   6   7   8   9   ...   12
Nəq.iq. Mühazirə 3

Cədvəl 2.4.1.


Yolun kateqoriyası

Yolun eni, m.

Yolörtüyünün de­formasiyasının mi­nimum tələb olu­nan modulu

Yol örtüyünün tipi

Torpaq döşəməsi

Yolun hərəkət hissəsi

I

27,5

15,0

700

Əsaslı təkmil­ləşdirilmiş

II

15,0

7,5

600

Əsaslı təkmil­ləşdirilmiş

III

12,0

7,0

560

Əsaslı təkmil­ləşdirilmiş




-




500

Yüngül tək­milləşdirilmiş

IV

10,0

6,0

380

Yüngül təkmil­ləşdirilmiş




-




300

Keçici

V

8,0

4,5

-

Aşağı örtüklü

Avtomobil nəqliyyatı mobillilik və böyük manevretmə qa­biliyyətinə malikdir. Bu nəqliyyat növündə hərəkət tərkibini bilvasitə yüklərə yaxınlaşdırmaq olar, əgər yolda ma­ne­əçilik yaranıbsa oradan yan keçib yenə magistral yola çıxması mümkündür, sürücü yorularsa istədiyi vaxt yolun kənarına çıxıb istirahət edə bilər və bu hal ümumi hərəkətə maneəçilik törədə bilməz.

Yük dövriyyəsinin az həcmində və yaxın məsafələrlə da­şımalarda xüsusi əsaslı vəsait qoyuluşunun və tam gə­ti­ril­miş xərclərin səviyyəsi avtomobil nəqliyyatında də­miryolu ilə müqayisədə aşağıdır.

Avtomobil nəqliyyatında daşımaların maya dəyərinə yük­ləmə boşaltma əməliyyatlarının təşkili təsir edən əsas amil­lərdəndir. Yükləmə və boşaltma əməliyyatları əsasən əl ilə yerinə yetirilir ki, bu da daşımaların maya dəyərinin art­ma­sına səbəb olur.

Əgər avtomobillə yük daşımaları hər iki istiqamətdə tə­min edilərsə onda bu nəqliyyat növünün səmərəli tətbiq da­irəsi dəmiryolu ilə müqayisədə ən azı 50 % arta bilər.

Dəmiryolunda yaxın məsafələrə xırda və vaqonla yol­la­maların avtomobil nəqliyyatı ilə daşıması daha səmərəlidir. Çünki birinci halda yüklər uzun müddət yollama stan­si­ya­la­rında qaldığı üçün dövriyyəyə gec daxil olur və sahə üzrə vaqonların dövretmə müddəti artır.

Avtomobil nəqliyyatı çox hallarda iki məntəqəni daha qı­sa məsafə ilə birləşdirir nəinki dəmiryolu. Buna əsas sə­bəb avtomobil yollarının dağ şəraitində çəkilişinin müm­kün­lü­yü­dür. Məsələn Bakı-Şamaxı–Yevlax avtomobil yo­lunun uzun­luğu Bakı-Ələt-Yevlax dəmiryolunun uzunluğu ilə müqa­yi­sə­də on kilometrdən azdır.

Magistral dəmiryolu stansiyalarına eləcə də oradan ətraf məntəqələrə yük və sərnişin daşımalarını ancaq avtomobil nəqliyyatı yerinə yetirir. Avtomobil nəqliyyatı şəhər­da­xili yük və sərnişin daşımalarında da həlledici rol oynayır.

Avtomobil nəqliyyatı ilə daşınan yüklərin və sər­ni­şin­lə­rin əsas hissəsi şəhərdaxili və rayondaxili istiqamətlərdə baş ve­rir.

Avtomobil nəqliyyatının dəmiryolu ilə müqayisədə ça­tış­mayan cəhətləri vardır və onlar aşağıdakılardan ibarətdir.

Avtomobil nəqliyyatı kütləvi yüklərin uzaq məsafələrə da­şınmasında digər nəqliyyat növlərilə rəqabətə qadir deyil­dir, çünki bu nəqliyyatda maya dəyəri daha yüksəkdir. Mə­sələn, dəmiryolunda bir tkm-in ortasahə maya dəyəri avto­mobillə müqayisədə iyirmi dəfədən çox aşağıdır.

Bir ton yükgötürmə qabiliyyətinə avtomobil nəqliy­ya­tın­da hə­rəkət tərkibinin dəyəri dəmiryolu və çay nəqliyyatı ilə müqa­yisədə dəfələrlə yüksəkdir. Bu göstəricinin nisbəti av­tomobilin yükgötürmə qabiliyyətindən asılıdır və yük­gö­tür­mə qabiliyyəti artdıqca fərq də azalır, lakin heç vaxt bə­ra­bər ola bilməz.

Avtomobil nəqliyyatının ahəngdar və fasiləsiz işləməsinə ərazinin təbii-iqlim şəraiti yüksək dərəcədə əks təsir etdiyi halda bu əlamət dəmiryolunda demək olarki yoxdur.

Uzaq məsafələrə daşımalarda yüklərin çatdırılma müd­də­ti avtomobil nəqliyyatında daha yüksəkdir nəinki, dəmiryo­lunda Məsələn, yükün daşınma məsafəsi 100-150 km olarsa avto­mobil nəqliyyatında çatdırılma müddəti dəmiryoluna nis­bətən (avtomobil-magistral dəmiryolu-avtomobil sxemin­də) 5-6 dəfə aşağıdırsa bu göstərici daşıma məsafəsinin 500 km-dən sonra isə dəmiryolunun xeyrinədir.

Avtomobil nəqliyyatının dəmiryolu ilə müqayisəsində ən böyük çatışmayan cəhəti tara əmsalının, yəni hərəkət tər­ki­binin öz çəkisinin yükgötürmə qabiliyyətinə olan nisbətinin, çox olmasıdır. Əgər dəmiryolunda tara əmsalı 0,35 ətra­fın­da meyl edirsə avtomobil nəqliyyatında isə bu göstərici vahidə bərabərdir. Deməli avtomobil dəmiryolu ilə müqa­yi­sədə daha çox metaltutumlu nəqliyyat növüdür.



Yüklə 83,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin