Nəqliyyat sektorunda yük dövriyyəsinin quruluşu (şərti) (%-lə)
Cədvəl2.5.1.
Cəmi
|
2010
|
2015
|
2016
|
2017
|
2018
|
2019
|
100,0
|
100,0
|
100,0
|
100,0
|
100,0
|
100,0
|
O cümlədən
|
Dəmiryolu
|
55,2
|
18,6
|
23,0
|
24,2
|
30,0
|
22,6
|
Dəniz
|
8,6
|
33,4
|
32,3
|
34,5
|
28,3
|
21,2
|
Hava
|
0,1
|
0,4
|
0,5
|
0,3
|
1,0
|
0,6
|
Boru kəməri
|
31,3
|
43,5
|
40,2
|
34,8
|
31,8
|
42,4
|
avtomobil
|
4,8
|
4,1
|
4,0
|
6,2
|
8,9
|
13,2
|
Digər nəqliyyat növləri ilə müqayisədə boru nəqliyyatı iki məntəqəni daha qısa məsafədə birləşdirir və iri su sahələri onun çəkilişinə maneə törətmir.
Daşımaların ahəngdar və fasiləsiz təmin edilməsində boru kəməri yeganə etibarlı nəqliyyat vasitəsidir. Boru nəqliyyatı sabit iş şəraitində fəaliyyət göstərdiyi üçün onun avtomatlaşdırılmış qaydada idarə olunmasını asanlaşdırır.
Boru kəmərilə məhsulların nəql edilməsində yükləmə – boşaltma əməliyyatları olmadığından yaxın məsafələrə belə daşımaların maya dəyərinə təsir etməyir.
Nəqliyyatda əsaslı vəsait qoyuluşunun orta normativ ödənmə müddəti 8 il olduğu halda bu göstəricinin faktiki səviyyəsi 3 ilə bərabər olur. Normativ və faktiki ödəmələr arasındakı belə nisbət digər nəqliyyat növlərində yoxdur.
Boru nəqliyyatının böyük texniki–iqtisadi üstünlüklərə malik olması ilə bərabər çatışmayan tərəfləri də vardır.
Digər nəqliyyat növləri yük daşımalarında universallıq qabiliyyətinə malikdirlər, yəni fiziki və kimyəvi xassələrindən asılı olmayaraq istənilən yükləri daşıya bilərlər. Lakin boru nəqliyyatında bu imkanlar yoxdur. Bu nəqliyyat ilə eyni vaxtda ancaq bir neçə duru yanacaq–xam və ağ neft, benzin və s.–ötürülə bilər. Bunun üçün borularda plastik şlanqlar yerləşdirmək lazımdır. Bu isə çətinlik törətməklə bərabər artıq xərclər tələb edir.
Boru nəqliyyatının çatışmayan cəhətlərindən biri də yüklərin təlabatçılara gec çatdırılmasıdır və bu göstərici nəqletmə məsafəsindən çox asılıdır. Daşıma məsafəsindən asılı olmayaraq yüklərin tələbatçılara çatdırılma müddəti dəmiryolu nəqliyyatında boru kəmərilə müqayisədə iki dəfə tezdir.
Elə yüklər vardır ki, onların satışa və ya emala tez çatdırılması dövriyyə fondlarının dövretmə sürətini artırır və bundan əlavə səmərə əldə edilir. Ona görə də neft məhsullarının daşınmasında müqayisə ediləcək nəqliyyat növlərinin səmərəliliyinin təyin edilməsində bu amil nəzərə alınmalıdır. Yolda olan yüklərin orta çəki səviyyəsi təyin edilməlidir və bunun üçün aşağıdakı formuldan istifadə edilə bilər:
G =
burada Gi-bir ton yükün konkret qiyməti
Di-hər bir yükün illik daşınma həcmi, tonla;
ti-hər bir yükün çatdırılma müddəti, günlə
Əgər yüklərin tez çatdırılması yükləmə-boşaltma əməliyyatlarının tezləşdirilməsi və ya başlanğıc və son əməliyyatlarla əlaqədardırsa onda bir ton yükün orta çəki səviyyəsi belə təyin ediləcək:
Yüklərin variantlarla tez çatdırılması xalq təsərrüfatında dövriyyə vəsaitlərinin səviyyəsinə təsir edərsə, onda nəqliyyat növləri üzrə yolda olan yük kütləsinin dəyərlə səviyyəsi belə hesablanılacaq:
Fy =
Beləliklə yüklərin tez çatdırılması nəticəsində nəqledilmə prosesindən azad olunmuş dövriyyə vəsaitlərinin səviyyəsi belə təyin ediləcək:
Fy =
lakin elə yüklər də vardır ki, onların təlabatçılara tez çatdırılmasının heç bir iqtisadi mahiyyəti yoxdur, yəni onlar istər istehsalçının istərsə də istehlakçının ixtiyarında olsun. Ona görə də nəqliyyat növlərinin yük daşımalarında səmərəli tətbiq dairəsinin təyin edilməsində bu amil nəzərə alınmalıdır.
Boru nəqliyyatının çatışmayan cəhətlərindən biri də çox həcmli yük kütləsinin nəqletmə prosesində olmasıdır. Daşıma prosesində olan yük kütləsinin səviyyəsi borunun diametrindən və onun uzunluğundan asılıdır. Belə yüklər «ölü» kapital adlanır, yəni onlar satışdan və istehsal sahəsindən kənarda qalır.
Dostları ilə paylaş: |