Mövzu № Müxtəlif nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətləri


Su nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri



Yüklə 83,04 Kb.
səhifə4/12
tarix02.01.2022
ölçüsü83,04 Kb.
#45965
1   2   3   4   5   6   7   8   9   ...   12
Nəq.iq. Mühazirə 3

3.2. Su nəqliyyatının texniki-iqtisadi xüsusiyyətləri
Su nəqliyyatı dəniz və çay nəqliyyatının vəhdətindən ibarət­dir.

Hər bir nəqliyyat növünün fəaliyyəti iki istiqamətdə for­malaşır. Bunlardan birində nəqliyyat sənaye nəqliyyatı digə­rində isə maddi məhsulların tədavül sahəsində yerdəyişmə və­zifəsini yerinə yetirir. Respublikadaxili yük daşımalarında də­niz nəqliyyatının demək olar ki, fəaliyyəti yoxdur və sənaye nəqlyiyatı vəzifəsini yerinə yetirir. Bu vəzifə dənizdə hasil olan neftin terminallara ötürülməsində, tədavül sahəsində fəa­liyyət göstərən hərəkət tərkibinə yanacaq, azuqə, gəmi təmi­ri zavodlarına ehtiyat hissələri və təmirlə əlaqədar olan digər materialları daşımaqdan ibarətdir.

Dəniz nəqliyyatının tədavül sahəsindəki yükdaşıma fəaliy­yəti respublikanın hüdudlarından uzaqlarda baş verir. Çay nəq­liyyatı da sənaye nəqliyyatı funksiyasını oynayır və respub­li­kadaxili tədavül sahəsindəki fəaliyyətinə gəldikdə bu Kür ça­yında mümkündür. Kür çayında yük daşımalarının mümkün­lü­yü Yevlax şəhərindən başlayır və onun Xəzər dənizi hövzə­si­nə tökülən yerində tamamlanır.

İndi su nəqliyyatının texniki-iqtisadi xüsusiyyətlərini araş­dıraq. Respublikanın dəniz sərhəddi Xəzər dənizilə məh­dud­laşır, Rusiya Federasiyası, Qazaxıstan, Türkmənistan və İran İslam respublikaları ilə həmsərhəddir.

Dəniz nəqliyyatında yük daşımalarının orta maya dəyəri dəmiryolu ilə daşımaların orta maya dəyərindən müqayi­sə­edil­məz dərəcədə aşağıdır. Sərnişin daşımalarının maya dəyərinə gəldikdə bu göstərici dəmiryolunda dəniz və çay nəqliyyatına nisbətən çox azdır.

Dəniz nəqliyyatında maya dəyəri çox yükgötürməyə malik olan gəmilərin uzaq məsafələrə yük daşımasında daha aşağı olur və dəmiryolu ilə daşımaların maya dəyərilə müqayisədə bir neçə dəfə azdır.

Çay və dəmiryolunda daşımaların maya dəyərinin səviy­yəsinə təsir edən amillərdən biri istiqamətlər üzrə yük gər­ginliyinin nisbətidir. Yük gərginliyinin və ya daşımaların iki istiqaməti vardır. Bunlardan biri yüklü digəri isə yüksüz is­tiqamət adlanır. Hər iki istiqamətdə daşınan ümumi yükün ya­rıdan çoxu hansı tərəfə daşınırsa o yüklü istiqamət adlanır. Ümumi yükün əlli faizindən az hissəsi daşınan istiqamətə isə yüksüz istiqamət deyilir. Bu iki istiqamətdə (çay nəqliyyatında çayaxarı və çayuxarı) daşımaların səviyyəsi nə qədər yaxın olarsa hər iki nəqliyyat növündə maya dəyəri də bir o qədər aşağı olar.

Dəniz nəqliyyatında yük daşımalarının maya dəyərinə kapo­taj növü də tə­sir edir. Kapotajın böyük və kiçik növləri vardır. Böyük kapo­taj bir ölkənin daxilində olan müxtəlif hövzələrin limanları arasında yük daşımalarına, kiçik kapotaj isə eyni hövzə­nin li­manları arasında yerinə yetirilən yük daşımalarına deyilir. Bö­yük kapotajda bir tkm-in maya dəyəri kiçik kapotaja nisbətən 3,0-3,5 dəfə aşağı olur. Buna səbəb böyük kapotajda daşıma mə­sa­fəsinin çox və hərəkət tərkibinin yükgötürmə qabiliyyətinin daha yüksək olmasıdır. İki liman arasında məsa­fə nə qədər çox olarsa on­da sabit xərclərin 1 ton-milə düşən xüsusi çəkisi azalar.

Çay nəqliyyatında daşımaların maya dəyərinə yük dövriy­yəsinin həcmi, onun quruluşu, çayın dərinliyi, su axının sürəti, onun istiqaməti, naviqasiya müddəti və s. təsir edir.

Adətən su nəqliyyatının texniki-iqtisadi üstünlüklərinə əks təsir edən amillərdən biri də təbii-iqlim şəraitidir. Elə dövlət­lər vardır ki, orada qış ayları çox sərt keçdiyindən sular donur və gəmiçilik mümkün olmadığından yük və sərnişin daşımaları dayandırılır. Bu səbəbdən naviqasiya dövrü başlanılana qədər gəmi heyətinin saxlanılması xərclərini dövlət və ya sahib­kar­lar öz öhdəsinə götürür. Gəmi heyyətinin saxlanılması ilə əla­qədar olan bu xərclər də yük və sərnişin daşımaları ilə əla­qədar olan illik sərfiyyatın üzərinə daxil edilir. Ona görə də daşımaların maya dəyəri yüksəldiyindən su nəqliyyatının sə­mərəli tətbiq dairəsi də qısalır.

Su nəqliyyatının əsas üstünlüklərindən biri ondan ibarətdir ki, digər nəqliyyat növlərinə nisbətən yolların çəkilişinə az əsaslı vəsait qoyuluşu və metal tələb olunur. Çay nəqliyya­tı­nın bir km-ə düşən əsas fondların dəyəri dəmiryolu ilə müqa­yisədə 13 dəfə aşağıdır. Çay nəqliyyatında iri həcmli əsaslı vəsait qoyuluşu süni qurğuların: kanalların, şulyuzların çəki­li­şi­nə tələb olunur. Belə qurğular tək gəmiçiliyə yox digər məq­sədlərə də xidmət edir. Məsələn, su elektrik stansiyalarının ti­kilməsinə şərait yaradır, su təchizatına və süni suvarma işlə­ri­nə xidmət edir. Bu səbəbdən yük daşımalarına düşən əsaslı vəsait qoyuluşunun xüsusi çəkisi azalır.

Su nəqliyyatının texniki-iqtisadi xüsusiyyətlərinə müsbət təsir edən və tətbiq dairəsini genişləndirən amillərdən biri də az yana­caq işlətməsidir. Yanacağın az işlədilməsinə əsas sə­bəb bu nəq­liyyat növünün hərəkəti zamanı müqavimətin digər nəqliyyat növ­lərilə müqayisədə çox-çox aşağı olmasıdır. Bu səbəbdən yanacaq sərfiyyatının daşıma vahidinə xüsusi çəkisi dəmiryoluna nisbətən orta hesabla iki, avtomobillə və hava nəqliyyatı ilə müqayisədə müvafiq olaraq dörd və iyirmi dəfə aşağıdır. Su nəqliyyatı ilə müqayisədə yanacaq sərfiyyatının daşıma vahidinə xüsusi çəkisi ancaq boru nəqliyyatı ilə müqa­yisədə yüksəkdir.

Su nəqliyyatının çatışmayan cəhətləri sürətin az olması, gəmiçiliyin mövsümü xarakter daşıması və çay yollarının əy­riliyidir. Dəmiryolunda orta texniki sürət dəniz nəqliyyatına nisbətən 2,0-2,5 çay nəqliyyatı ilə müqayisədə isə 4,0-4,5 dəfə yüksəkdir. Lakin dəniz nəqliyyatı uzaq səfərlərə çıxan zaman dayanacaqlarda durmadığından orta texniki sürət dəmiryoluna nisbətən yüksək olur.

Su nəqliyyatında onlarla daşıma xətləri təşkil etmək müm­kündür. Su nəqliyyatının bu üstünlüyü eyni həcmli yük kütləsi­nin digər nəqliyyat növlərinə nisbətən tez çatdı­rıl­ma­sına səbəb olur.

Çay hövzələri coğrafi baxımdan qapalı olduğu üçün onun tətbiq dairəsi məhduddur. Belə hal özünü respublikada daha çox təzahür etdirir.

Su nəqliyyatının üstünlüyü və səmərəli tətbiq dairəsi onun yollarının xarakterik xüsusiyyətlərindən irəli gəlir. Belə ki, is­tər dəniz, istərsə də çay nəqliyyatı olsun gəmiçilik onların təbii durumun­da həyata keçirilir. Dəmiryolu, avtomobil və bo­ru kəməri xəttləri çəkilən zaman müxtəlif maniyələr: yük­səkliklər, ba­taqlıqlar, su maniyələri, yaşayış məntəqələri və s. ola bilər. Bu o deməkdir ki, su nəqliyyatı şəbəkəsinin in­kişafında belə maneyələr olmadığından əlavə əsaslı vəsait qo­yuluşu tələb olunmayır və bu xərclərin nəqliyyat işi vahidinə xüsusi çə­kisi digər nəqliyyat növlərilə müqayisədə qat-qat aşağı olur.




Yüklə 83,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin