Mövzu № Müxtəlif nəqliyyat növlərinin texniki-iqtisadi xüsusiyyətləri


Müxtəlif nəqliyyat növlərinin üstünlükləri və çatışmayan cəhətləri



Yüklə 83,04 Kb.
səhifə10/12
tarix02.01.2022
ölçüsü83,04 Kb.
#45965
1   ...   4   5   6   7   8   9   10   11   12
Nəq.iq. Mühazirə 3

Müxtəlif nəqliyyat növlərinin üstünlükləri və çatışmayan cəhətləri .
Müasir nəqliyyat aşağıdakı növdən ibarətdir. Bundan dəniz, cay, dəmiryolu, avtomobil, hava və boru kəməri nəqliyyatlarıdır. Həmcinin nəqliyyat növləri su (dəniz, cay), yerüstü (avtomobil, dəmiryolu) və hava nəqliyyatına ayrılır. Boru kəməri nəqliyyatından başqa bütün nəqliyyat növləri ilə həm yük, həm də sərnişin daşınır. Bu nəqliyyat növləri ənənvi nəqliyyata aiddir. Ənəvi olmayan nəqliyyat növlərinə maqnit yastıqlar üzərində nəqliyyat, pnevmonəqliyyat «pulpopravod» (səpələnən yüklər su ilə xırdalanır və boru ilə sorulur) aiddir.

Yük daşımalarının yerinə yetirilməsində hər bir nəqliyyat növünün özünün xarakterik xüsuiyyətləri vardır.

Dəniz nəqliyyatı yük daşımalarının həyata kecirilməsində bir sıra üstünlüklərə və catışmayan çəhətlərə malikdir.

Yük daşımalarının həyata kecirilməsində dəniz nəqliyyatının əsas üstünlükləri aşağıdakılardır:



  • yük tariflərinin aşağı olması;

  • gəmilərin böyük yükgötürmə qabiliyyətinə gör yüksək məhsuldarlığı;

  • işin fasiləsizliyi (dəniz nəqliyyatı sutkada 24 saat işləyir);

  • hava şəraitindən qeyri əhəmiyyətli dərəçədə asılılığı;

  • tələbdən asılı olaraq daha tez bir yerə səfərlər etmə qabiliyyəti (gəmini dünyanın istənilən nöqtəsinə göndərmək olar);

  • təçrübi olaraq dəniz əlaqə yollarının buraxma qabiliyyətinin qeyri məhtutluğu.

Dəniz nəqliyyatının catışmamazlıqları aşağıdakılardır;

  • nisbətən aşağı sürət (yük gəmiləri ücün 18 – 20 ur);

  • müqaisədə böyük olmayan hərəkət sıxlığı birdəfəlik (böyük miqdarda yükü daşıya bilir);

  • daşıma zamanı yüklərin diqqətlə (səliqəli) qablaşdırılması tələb olunur.

Dəniz nəqliyyatının texniki – iqtisadi xüsusiyyətlərinin əsas üstün çəhətləri aşağıdakılardır:

  • uzaq msafələrə tez catdırlma imkanı;

  • iqlim şəraitindən asılı olmaması;

  • böyük yükgötürmə qabiliyyəti (bir tərkib 3 – 4 min ton);

  • müqavilədə aşağı tariflər;

  • giriş yolları olduqda yük alanlar ücün əlavə rahatlıq yaranır («qapıdan - qapıya» yükü daşımaq imkanı əldə edilir).

  • cox geniş ceşiddə müxtəlif növ yükləri daşıma imkanına malikdir.

Dəmir yolunun catışmayan çəhətləri aşağıdakılardır:

  • yüklərin bir vaqondan başqa vaqona yükləmə, boşaltmaların mövçudluğu;

  • cox möhkəm qablaşdırma tələb olunur;

  • yüklərin oğrulanması ücün yaxşə şərait yaranır;

  • dəmir yolları ərazisinin çoğrafi mövqeyindən (yerləşməsindən) asılıdır;

  • yolda tərkiblərin (qatarların) yenidən yaradılması tələb olunur.

Avtomobil nəqliyyatının texniki – iqtisaldi xüsusiyyətlərinin əsas üstün çəhətləri aşağıdakılardır:

  • yüksək manevlililk tələb olunan yerdə avtnəqliyyat vasitələrini bir yerə toplamaq imkanı (qabiliyyəti);

  • catdırmanın fasiləsizliyi və sürətliliyi;

  • catdırmanın müasir növlərinin «qapıdan - qapıya» daşımanı təşkilinin mümkünlüyü;

  • yüklərin qorunmasının yüksəksəviyyədə olması;

  • cox böyük olmayan məsafələrə (600 km – ə qədər) yük daşımaları zamanı xeyli böyük qənaətliliyi;

  • yük daşımalarının avtomobil nəqliyyatı ilə daşınması göndərişlərin müntəzəmliliyinə imkan verir.

Avtomobil nəqliyyatının catışmayan çəhətləri aşağıdakılardır.

  • avtomobil nəqliyyatının hərəkəti yol şəraitindən asılıdır;

  • kicik yükgötürmə qabiliyyəti;

  • nisbətən yüksək tariflər.

Hava nəqliyyatının texniki – iqtisadi xüsusiyyətlərinin əsas üstünlükləri aşağıdakılardır:

  • yüksək catışma sürəti;

  • yolun düzləndirilməsi;

  • yolda yükün yüksək səviyyədə qorunması;

  • servisin ən yüksək səviyyədə olması;

  • nisbətən qablaşmanın sadə olması;

  • nisbətən sığorta xərçlərinin aşağı olması (minimum daşıma vaxtına görə);

Hava nəqliyyatının əsas catışmayan çəhətləri aşağıdakılardır:

  • yük tariflərinin yüksək olması;

  • hava şəraitindən asılılığı;

  • daşınan yükün ölcüsü və həçmi üzrə məhtudluğu;

  • yer xidmətləindən asılılığı;

  • hava limanlarının müəssisələrdən xeyli uzaq olması.

Boru kəməri nəqliyyatının texniki – iqtisadi xüsusiyyətlərinin əsas üstün çəhətləri aşatıdakılardır:

  • hava şəraitindən asılı olmaması;

  • daşınan yükün verilməsinin fasiləsizliyi;

  • daşımaların maya dəyərinin aşağı olması;

  • əməliyyatların (yükləmə, nəqletmə, boşaltma) avtomatlaşdırması səviyyəsinin yüksək olması.

Boru kəməri nəqliyyatının catışmayan çəhətləri aşağıdakılarıdır:

  • nəqletmənin bir istiqamətli olması;

  • digər növ yükün nəql edilməsinin (daşınmasının) qeyri mümkünlüyü;

  • tikililərin maya dəyərinin yüsək olması.


Yüklə 83,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin