Mövzu 1: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənninin predmeti, məqsədi və vəzifələri



Yüklə 6,67 Mb.
Pdf görüntüsü
səhifə11/93
tarix20.11.2023
ölçüsü6,67 Mb.
#165405
1   ...   7   8   9   10   11   12   13   14   ...   93
Azərbaycan-dilində-isguzar-və-akademik-kommunikasiya

Yazılı və şifahi nitq
Nitqin iki forması var:bunlardan birincisi həm funksional,həm də tarixilik 
baxımından ilkin,qədim və əsas olan şifahi nitq,ikincisi törəmə,yardımçı olan yazılı 
nitq. 
Nitq mədəniyyətindən söhbət gedəndə,adətən,onun (nitqin) şifahi forması nəzərdə 
tutulur,yazılı nitq bu anlayışa daxil edilmir.Əslində isə nitq mədəniyyəti 
problemlərini nitqin səlis qurulması,dil vahidlərinin 
məqsədəuyğun,dəqiq,ahəngdar,aydın məzmunlu və lakonik ifadə edilməsi və digər 
bu kimi məsələlərlə məhdudlaşdırmaq düzgün olmazdı.Nitq mədəniyyəti problemi 
bunlarla yanaşı,əyani,konkret ifadə vasitəsi olan yazılı dillə də son dərəcə 
bağlıdır.Dil sisteminin həm şifahi,həm də yazılı formalarında ədəbi dil 
normalarının gözlənilməsi dilin hərtərəfli inkşafı,onun sosial funksiyasının 
genişlənməsi baxımından başlıca şərtdir.Nitq mədəniyyətindən,ədəbi dilin 
normaları əsasında fəaliyyət göstərən nümunəvi nitqdən,onun 
düzgünlüyü,aydınlığı,saflığı,səlisliyi və s.söhbət gedirsə,o zaman yazılı nitqin 
orfoqrafiya və durğu işarələri qaydalarına əməl etmək də normativlik 
sayılmalıdır.Nitq inkşafı üzrə aparılan təlim işlərində onun yazılı və şifahi 
formaları vəhdət şəklində götürülməlidir."...ancaq şifahi nitqə diqqət yetirib,yazılı 
nitqi unutmaq nitq mədəniyyətini birtərəfli inkişaf etdirmək deməkdir. 
 


4 İnsanlar arasında xoş münasibətin yaranmasında gözəl nitq mühüm rol oynayır. 
Nitq ünsiyyəti üç formada baş verir: 

Monoloq və ya monoloji nitq,

Dialoq və ya dialoji nitq,

Poliloq və ya poliloji nitq.
Yunan mənşəli olan monoloq 
(monos
bir, 
logos
nitq) bir insanın, şəxsin və ya 
adamın nitqi deməkdir. Monoloji nitq hər yerdə ola bilər. Ailədə, idarələrdə, 
səhnədə, məktəbdə və s. İnsan öz-özünə monoloq söyləməz, Lakin səhnə 
adamlarının, müəllimlərin, tələbələrin və başqa ixtisas sahiblərinin məşqi və yaxud 
hər hansı bir çıxışa hazırlaşmaları (mühazirəyə, dərsə, çıxışa) zamanı işlənə bilər. 
Monoloji nitq müxtəlif qruplara bölünür: 

Mühazirə,

Məruzə

Çıxış

Nitq
Ali məktəblərdə müəyyən mövzu üzrə professor və ya dosentinin şifahi şərhi 
mühazirə adlanır. 
Əvvəlcədən işlənib hazırlanmış hər hansı mövzuya məruzə deyilir. Məruzənin üç 
növü qeyd olunur: 
1.
Hesabat məruzəsi
2.
Elmi məruzə
3.
Siyasi məruzə
Onu da qeyd etmək lazımdır ki, məruzəni müzakirə edirlər, mühazirəni isə yox. 
Mühazirədə yalnız sual verilə bilər. 
Daha çox iclaslarda, yığıncaqlarda söylənilən nitqə çıxış deyilir. Çıxışda natiq irad 
və təkliflərini ifadə edir. Çıxış həm elmi, həm siyasi, həm də ictimai xarakterli 
olur. 
Nitq siyasi, ictimai-siyasi və s. şəkildə olur. Bu baxımdan nitqin aşağıdakı növləri 
var: 
1.
İctimai-siyasi nitq,
2.
İttiham nitqi,
3.
Müdafiə nitqi.
4.
Müttəhimin son sözü
Dialoq yunan sözü 
(dialogos)
olub, iki nəfərin arasında olan söhbət deməkdir. 


Söhbətdə bir neçə adamın iştirak etməsinə isə poliloq deyilir. Poly loqos 
yunanca 
(poly
— çox, 
loqos
-nitq) çoxlu adamın iştirak etdiyi nitq deməkdir. Belə 
nitq özünü daha çox dram əsərlərində göstərir. 
Nitq ünsiyyətinin formaları
Nitq müxtəlif formalarda təzahür edir, Nitqin müxtəlifliyi, təzahür formaları a) 
ifadə yoluna görə və b) ifadə nizamına görə müəyyənləşir. 
İfadə vasitəsinə görə nitq iki cür olur: 
1.
Şifahi nitq.
2.
Yazılı nitq.
Şifahi nitqin materialı sözlər, onların ifadə olunması, tələffüz edilməsidir. Yazılı 
nitqin materialı hərfi işarələrdir və onların vasitəsilə yaranan yazıdır. Şifahi nitqdə 
səsin ahəngdarlığı, tembr, melodiya, mimika, jest, düzgün tələffüz, emosionallıq, 
yığcamlıq, səlistlik, aydınlıq və s. nəzərə alınır. Yazılı və şifahi 
nitqdə monoloqdan, dialoqdan və poliloqdan istifadə edilir. Bəzən isə məruzələr, 
mühazirələr, çıxışlar, hətta bədii əsərlər (pyeslər, dram əsərləri) yazılı şəkildə 
verilməsinə baxmayaraq, xalqa, kütləyə daha yaxşı çatdırılmaq üçün şifahi şəkildə 
təqdim olunur. Çünki yazılı nitqin imkanları məhduddur. 
1.
İfadə nizamına görə də nitq yenə də iki cür olur:
2.
Mənsur nitq və ya nəşr şəklində ifadə olunan nitq;
3.
Mənzum nitq və ya nəzm şəklində ifadə olunan nitq.
Nəsrlə ifadə olunan nitq roman, povest, növella, məqalə, oçerk, reportaj, nağıl, 
dastan və s. şəklində ola bilər. 
Nəzm əsərlərində isə heca, ahəngdarlıq, qafiyə, şerin təqti forması və s. əsas 
götürülür. Mənzum nitq nizama salınmış nitqdir, burada kənara çıxmaq mümkün 
olmur. Nəsr də, nəzm də, həm yazılı, həm də şifahi ola bilir. Lakin son dövrlərdə 
yazılı mənzum nitq yalnız bədii ədəbiyyatda işlədilir. Əvvəllər isə bu 
nitqdən riyaziyyat, fəlsəfə, qrammatika və hətta lüğətlərin yazılmasında istifadə 
olunur. 
Onu da qeyd edək ki, hər bir şəxsin xarakteri, ağlı, dünyagörüşü, düşünmə 
qabiliyyəti müxtəlif olduğu kimi, nitqi də başqalarından fərqlənir. Bu fərq isə fərdi 
üslubların yaranmasına səbəb olur. 



Yüklə 6,67 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin