b)
Vəsait həcminə görə məhdudlaşma.
Dövlət büdcəsi müəyyən zaman kəsiyi ilə bağlıdır. Bir qayda olaraq
büdcə müddəti bir ili əhatə edir və dünya təcrübəsində maliyyə ili
adlanır. Bəzi ölkələrdə maliyyə ili təqvim ili ilə eyni olmasa da, onları
eyniləşdirmək o qədər də çətin deyil.
Demokratik idarəçilik sistemi olan ölkələrdə qanunverici orqan icra
hakimiyyətinin fəaliyyətinə nəzarət edərək dövlət xərclərinin və
gəlirlərinin kəmiyyət və keyfiyyət parametrləri üzrə hüdudlarını
müəyyən edir. Onu da yaddan çıxarmaq olmaz ki, kəmiyyətə və
qiymətlərə tətbiq edilən məhdudlaşdırma təkcə nəzarət məqsədi
daşımır. Məsələn, belə məhdudlaşdırmadan müxtəlif iqtisadi
məqsədlərlə , iqtisadi inkişaf istiqamətini müəyyənləşdirərkən, siyasi
proqramları həyata keçirərkən də istifadə olunur.
Dövlət büdcəsinin əsas əlamətləri.
Dövlət büdcəsi bütün milli iqtisadiyyatla bağlıdır və onun çoxanlamlı
əlamətləri var. Büdcə ilk növbədə dövlətin mərkəzləşdirilmiş ,
təsdiqlənən pul fondu , onun idarəetmə aləti , maliyyə planıdır. Eyni
zamanda dövlət büdcəsi maliyyə sisteminin tərkib hissəsidir.
Dövlət büdcəsinin gerçəkləşdirilməsinin ən mühüm şərtlərindən biri
parametrin, yaxud başqa dövlət orqanlarının onu mərkəzləşdirilmiş pul
fondu kimi təsdiqləməsidir. Belə təsdiqləmə xalqın,əhalinin büdcə
hüququnun təbii nəticəsi kimi çıxış edir. Büdcəni əhaliyə anlaşıqlı
şəkildə izah etmək və onu aydın, hamının başa düşdüyü şəkildə tərtib
etmək çox vacibdir. Bu halda dövlət xərclərinin və gəlirlərinin
kəmiyyətini və dəyərini müəyyən etmək də asan olur.
Büdcənin təsdiqi dövlətin iqtisadi həyatında çox önəmli və həlledici
mərhələdir. Büdcə hüququnun inkişafını 3 aspektdən nəzərdən
keçirmək olar. Bunlar vergi hüququ, xərc hüququ və büdcənin təsdiq
edilməsi hüququdur. Büdcə hüququ məsələsində ilk növbədə ali
qanunvericilik orqanının vergiləri təqdiqləməsi nəzərdə keçirilir. Tarixi
baxımdan vergi hüququ maliyyə- iqtisadiyyat leksikonunda 3 əsrdən
çoxdur işlədilir. Vergiqoyma hüququ ilk dəfə böyük Azərbaycan
mütəfəkkiri N. Tusi tərəfindən XII əsrdə, 1688- ci ildə İngiltərədə, 1789-
cu ildə Fransada, 1786- cı ildə Türkiyədə təsdiqlənib. Bu qanunvericilik
Dostları ilə paylaş: