-büdcə müxtəlif mənbələrdən təsirli şəkildə istifadəni təmin edən
plandır;
-büdcə dövlət təşkilatlarının məqsədlərinə nail olmasını, onların
qarşıdakı müəyyən müddət üçün nəzərdə tutulmuş siyasətinin və
proqnozlarının reallaşdırılmasını təmin edən plandır.
Beləliklə, dövlət büdcəsi vasitəsilə çoxlu proqnozlar verilir və bunlar
dövlət proqnozlarının necə, hansı vəsait və mənbələr hesabına
maliyyələşdirilməsinin mənzərəsini cızır.
2.Tarazlıq. Büdcənin tarazlığı büdcə xərclərinin və gəlirlərinin
mütənasibliyi deməkdir. Bu prinsip özünü ilk növbədə büdcənin
proqnozlaşdırılmasında göstərir, lakin dövlət büdcəsi sonralar da
iqtisadiyyatın ümumi balansına uyğun olaraq tənzimlənə bilər.
Dövlət büdcəsi iqtisadiyyatın və sosial sferanın inkişafının təmin
edilməsində mühüm alətdir. Onun köməyi ilə dövlət milli gəlirin
bölüşdürülməsini təmin etməklə, ictimai istehsalın strukturunu
dəyişdirir, təsərrüfatçılığın nəticələrinə təsir edir, sosial dəyişiklikləri
həyata keçirir. Bu məqsədlə dövlət iqtisadiyyata birbaşa və dolayı
təsirin
müxtəlif
formalarını
–
müəssisə
və
təşkilatların
subsidiyalaşdırılması, dövlət investisiyaları, elmi- texniki tərəqqini
müəyyən edən sahələrin büdcə maliyyələşdirilməsi tətbiq edir və son
nəticədə xalq təsərrüfatı proporsiyalarının dəyişilməsinə nail olur.
Iqtisadi proseslərin tənzimlənməsində dövlətin rolunun artması
təsərrüfatçılığın müasir mərhələsində büdcə vəsaitini iqtisadiyyatın
inkişafının strateji istiqamətlərini, zəruri istehsal infrastrukturlarının
müəyyən edən layihələrdə cəmlənməsi olduqca əhəmiyyətlidir. Vergi
siyasəti və büdcə maliyyələşdirilməsi vasitəsilə təsərrüfatçılığın müxtəlif
tərəflərinə təsir etmək mümkün olur ki, bu da istehsal fondlarının
surətləndirilmiş bərpasına, elmi- texniki tərəqqinin istehsala daha tez
tətbiq edilməsinə kömək etmiş olur.
Dövlət büdcəsi sosial sferanın – maarif, səhiyyə, sosial təminat-
maliyyələşdirilməsi mexanizmlərinin yaxşılaşdırılması əsasında sosial
problemlərin həllində əhəmiyyətli rol oynayır.
Müasir mərhələdə büdcə siyasətinin əsas parametrləri istehsalın
səviyyəsinin aşağı düşməsinin qarşısını almaqdan və ölkədə maliyyə
Dostları ilə paylaş: