Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə5/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   2   3   4   5   6   7   8   9   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
5


hakimiyyətin büdcədən təbəqələrə qarşı bir siyasi təzyiq və nəzarət aləti 
kimi bəhrələndiyini seçmək mümkündür. 
Eyni zamanda büdcə təşkilinin təbiəti belədir ki, o dövləti idarə 
edənlərin özlərini də müəyyən məsuliyyət daşımağa, iqtisadi intizama 
sövq edir. Məsələn, İngiltərədə və Fransada büdcə iqtisadi arenaya xalq
hərəkatlarının siyasi təzyiqinin nəticəsi kimi çıxmışdır. Hələ 1212- ci 
ildə Kral Conun imzaladığı sənədlərdə büdcənin yaradılmasına dair 
mülahizələr vardır. Sonralar büdcə dövlət idarəçiliyi mexanizminin 
ayrılmaz hissəsinə çevrildi. Idarəedici orqanlar müəyyən müddət üçün
nəzərdə tutulmuş dövlət xərclərinə nəzarət etmək , eləcə də özlərinin 
dövlət gəlirlərini örtmək üçün büdcəni təşkil və təsdiq edirlər. 
Büdcə nəzarəti iqtisadiyyatın bütün sahələrini,pul kütləsinin 
hərəkətini , alqı- satqı əməliyyatlarını əhatə edir, çünki bütün bu 
proseslər büdcəyə daxil olan gəlirləri geniyasiyalaşdırır. Toplanmış 
mədaxillər büdcə gəlirlərini təşkil edir. Büdcədən istifadəyə hökumət , 
yaxud büdcə ilə məşğul olan başqa orqanlar nəzarət edir. Bu orqanlar 
büdcənin icrası zamanı heç bir əyintiyə və ya səhlənkarlığa yol 
verməməlidirlər. Bu nəzarət funksiyası özündə ikili məhdudlaşdırıcı 
vəzifəni əks etdirir. 
Büdcə ehtiyatlarının özbaşına, ölçüsüz- biçisiz əsaslandırılmamış 
israfi iqtisadiyyatda ciddi pozuntulara, sahibsizliyə gətirib çıxarır ki, bu 
da dövlətin idarəçilik mexanizminin zəifliyinə dəlalət edir. Büdcə 
xərclərinə nəzarət , daha doğrusu, onların tam məhdudlaşdırılması bir 
iqtisadi tənzimləyici , iqtisadi nəzarətçi kimi büdcənin əsas roluna uyğun 
gəlir. 
Iqtisadiyyatın geridə qalmış, yaxud zəif inkişaf etmiş sahələrinə
yardım göstərilməsi, istehsal və qeyri- istehsal infrastrukturların
yaradılması, əhalinin sosial müdafiəsi, yoxsulluqla mübarizə, ölkənin 
müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, maliyyə vəsaitinin düzgün 
bölüşdürülməsi kimi sahələrin maliyyələşdirilməsi büdcə xərclərinin, 
eləcə də gəlirlərinin məhdudlaşdırılmasını şərtləndirən amillərdir. 
Büdcənin icrası prosesində məhdudiyyətlər qoyulması, dediyimiz 
kimi iki istiqamət , yaxud parametr üzrə baş verir: 
a)
Vaxta görə məhdudlaşma; 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin